Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

28

dünya  bazarının  olsa-olsa  yalnız  iştirakçısıdır,  о  nə  isə  alır  və  yaxud  da  satır. 



Vahid  dünya  bazarının  bərabərhüquqlu  üzvü  olmaq  üçün  beynəlxalq  əmək 

bölgüsü  sistemində  möhkəm  və  davamlı  yerə  malik  olmaq  lazımdır.  Belə 

olmasa,  milli iqtisadiyyatlar  müstəqil  olaraq qlobal  iqtisadiyyatın strukturunda 

özünə yer ala bilməz. 

qtisadi qloballaşma prosesində milli iqtisadiyyatların strukturunda zəruri 

dəyişikliklər  baş  verir  və  milli  iqtisadiyyatların  qarşılıqlı  asılılığı  yaranır.  Bu 

asılılıq ikitərəfli və çoxtərəfli ola bilər. Bu cür asılılığa bir neçə ölkənin vahid 

elektrik sisteminin yaradılmasını, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin birlikdə 

çəkilməsini və istifadəsini misal göstərmək olar. 

Özünün vahid bazarı olan qlobal iqtisadiyyat dünya iqtisadiyyatının bir-

neçə tərəfini deyil, müxtəlif sferalarını, bütün əsas aparıcı sahələrini əhatə edir: 

•  əmtəələri, 

xidmətlərin, 

texnologiyaların, 

intellektual 

mülkiyyət 

obyektlərini öz fəaliyyət sferasına cəlb edən  xarici ticarəti; 

•  istehsal  amilləri  kimi  çıxış  edən  iş  qüvvəsinin,  kapitalın,  informasiyanın 

beynəlxalq hərəkətini; 

•  beynəlxalq  maliyyə-kredit  və  valyuta  əməliyyatlarını  (bu  əməliyyatlara 

isə  kreditlər  və  beynəlxalq  iqtisadi  münasibət  subyektlərinin  borcları, 

ə

vəzsiz  maliyyələşdirmə  və  yardımlar,  qiymətli  kağızlarla  əməliyyatlar, 



xüsusi maliyyə mexanizmi, habelə valyuta ilə əməliyyatlar aiddir); 

•  istehsal, elmi-texniki, texnoloji və informasiya əməkdaşlığı. 

Deməli,  qlobal  iqtisadiyyatın  fəal  iştirakçısı  olmaq  üçün  hər  bir  milli 

iqtisadiyyatın göstərilən bütün bu sahələri üzrə xarici əlaqələrin yaradılması və 

inkişaf etdirilməsi lazımdır. Bunun üçün isə milli iqtisadiyyatın bütün göstərilən 

sahələrinin  özü  inkişaf  etməlidir.  Bu  həm  də  ona  görə  lazımdır  ki, 

qloballaşmanın bizim üçün hazırladığı "sürprizlərə" hazır olaq. 

Azərbaycan  da  dünyada  baş  verən  iqtisadi  qloballaşma  prosesindən 

kənarda  qala  bilməz,  əvvəla  ona  görə  ki,  о  da  dünyanın  bir  parçasıdır,  dünya 

birliyinin üzvüdür.  kincisi də Azərbaycanın təbii coğrafi mövqeyi, zəngin təbii 

ehtiyatları,  potensial  imkanları  və  milli  maraqları  onun  qloballaşma  şəraitində 



 

29

gedən  proseslərdə,  xarici  ticarət  əlaqələrində  iştirakını  zəruri  edir.  qtisadi 



qloballaşma  müstəqillik  əldə  etmiş  hər  bir  xalqın,  milli  dövlətin  müstəqil 

yaşayıb  mövcud  olmasına  bilavasitə  təsir  göstərir.  qtisadi  qloballaşmada 

iştirakdan xeyir də görmək olar, ziyan da çəkmək. Onun müsbət nəticələrindən 

bəhrələnmək və mənfi nəticələrinin təsirini azaltmaq üçün dünya hadisəsi kimi 

iqtisadi  qloballaşma  hərtərəfli  öyrənilməli  və  düzgün  strateji  xətt  müəyyən 

edilməlidir. 

Qloballaşma  prosesinin  pozitiv  nəticələri  kimi  aşağıdakıları  göstərmək 

olar: 


•  qtisadi qloballaşma prosesində fəal iştirak etmək üçün beynəlxalq əmək 

bölgüsü  sistemində,  mümkün  olan  sahələr  üzrə,  möhkəm  və 

uzunmüddətli yerə malik olmaq lazımdır. 

•  qtisadi 

qloballaşmada  iştirak  etməklə  xarici  kapitalın,  yeni 

texnologiyanın,  mütərəqqi  idarəetmənin  üsul  və  vasitələrinin  ölkə 

iqtisadiyyatına  gətirilməsinə  və  tətbiqinə  nail  olunur,  bununla  da  milli 

kapitala, digər istehsal amillərinə qənaət etmək imkanı qazanılır. 

•  Ölkənin  təbii  sərvətlərinin  xarici  kapitalın  iştirakı  ilə  birgə  istifadə 

olunması  və  xarici  bazarlara  daşınması  bu  sahələrdən  daha  çox  gəlir 

götürülməsinə imkan yaradır. 

Qlobal iqtisadiyyat bazar təbiətlidir və buna görə də iqtisadi qloballaşma 

prosesində  iştirak  edən  tərəflər  arasında  (qloballaşmanın  iştirakçıları  arasında) 

güclü rəqabət gedir. 

qtisadi qloballaşma prosesində iştirak etmək Azərbaycana özünün keçid 

dövrü  şəraitində  qarşıya  qoyduğu  vəzifələrin  yerinə  yetirilməsinə  və  qarşıya 

çıxan  problemlərin  həll  edilməsinə  bu  və  digər  dərəcədə  öz  müsbət  təsirini 

göstərir və bunu inkar etmək olmaz. 

Müasir qloballaşma dövrü dünya ölkələrindən öz sərvətlərindən səmərəli 

və  rentabelli  istifadə  etməyi  tələb  edir.  Hansı  dövlət  bu  prinsiplərə  əməl  edib 

strateji  məhsulları  ilə  önə  çıxa  bilsə,  həmin  dövlət  öz  iqtisadiyyatını  və 

ə

halisinin  həyat  şəraitini  müsbət  istiqamətlərdə  yönləndirə  biləcək. 




 

30

Respublikamız  da  öz  strateji  məhsulu  sayılan  neft  amilindən  yüksək  bacarıqla 



istifadə etməli, neftdən gələn gəliri iqtisadiyyatın diversifikasiyası yolu ilə digər 

sahələrə  yönəltməklə    həm  ixrac  potensialını  artırar,  həm  də  digər  sahələrin 

inkişafını  surətləndirə  bilər.  Bu  yolla  ölkəmiz  öz  iqtisadi  qüdrətini  artırmaqla 

dünyada “söz sahibi“ olan dövlətə çevrilə bilər. 

qtisadi qloballaşma meylinin gücləndiyi müasir dünyada qloballaşmanın 

doğurduğu  üstünlüklərdən  istifadə  etməklə  ölkələr  müstəqil  milli 

iqtisadiyyatlarını,  uzaq  və  yaxın  xarici  ölkələrlə  ticarət  əlaqələrini  daha  da 

inkişaf etdirə bilərlər. 

Bununla  belə  iqtisadi  qloballaşmanın  doğurduğu  neqativ  nəticələrin 

olduğunu  da  unutmaq  olmaz.  Qloballaşma  prosesi  müxtəlif  inkişaf  səviyyəli 

ölkələrdə  müxtəlif  cür  qarşılanır.  Bu  cür  münasibət  qloballaşmanın 

üstünlüklərindən  hamının  eyni  dərəcədə  istifadə  edə  bilməməsi  ilə  bağlıdır. 

Qloballaşma  prosesi ilk  növbədə inkişaf  etmiş  ölkələrdə  rəğbətlə  qarşılanır  və 

inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ona çox ehtiyatla yanaşılır. 

Beləliklə,  qloballaşma  istər  dünya  miqyasında,  istərsə  də  ölkə  daxilində 

keyfiyyətcə  yeni  iqtisadi  və  maliyyə  mühitinin  formalaşmasına  yol  açmışdır. 

Mütəxəssislərin  əksəriyyəti  hesab  edir  ki,  beynəlxalq  iqtisadi  münasibətlərin 

liberallaşması eyni tipli qanunlarla idarə olunan, vahid və yaxud yüksəkdönərli 

ödəmə  vasitələrindən  istifadə  edilən  vahid  və  yekcins  qlobal  bazar  məkanının 

yaranmasını  sürətləndirir.  qtisadiyyatın  dövlət  tənzimlənməsi  nəticəsində 

ölkələrarası  xarici  ticarət  əlaqələrində  olan  mövcud  maneələr  getdikcə  aradan 

qaldırılacaqdır. Bu isə xarici ticarətdə rəqabətin qlobal xarakter almasını təmin 

edəcək,  dünya  ehtiyatlarından  daha  səmərəli  istifadə  edilməsinə  səbəb 

olacaqdır. 

 

 

 



 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə