Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

34

illərdən  etibarən  beynəlxalq  təşkilatlarla  əlaqələr  qurmağa  və  bu  əlaqələri 



dərinləşdirməyə çalışmışdır. 

Azərbaycan  Respublikasının  beynəlxalq  iqtisadi  münasibətlərinin  əsas 

xüsusiyyəti  beynəlxalq,  regional  və  yerli  xarakterli  iqtisadi  təşkilatlara  daxil 

olmaq  və  bununla  da  ictimai  həyatın  bütün  sahələrində  bu  təşkilatlara 

inteqrasiya olunmaqdır. 

 

Şə



kil 2.1 

 

Azərbaycanın üzv olduğu əsas beynəlxalq təşkilatlar 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan BMT-nin 20-dən çox ixtisaslaşmış təşkilatının və 50-dən 



çox daimi və müvəqqəti komitələrinin və komissiyalarının üzvüdür 

BMT 

Azərbaycan 

NATO 

(assosiativ üzv) 



Avropa Şurası 

ATƏ

KT 

BVF 

Dünya Bankı 

Qrupu 

AY B 

ÜTT 

(müşahidəçi) 




 

35

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet  ttifaqının 



dağılması  və  Azərbaycanın  öz  müstəqilliyini  bərpa  etməsindən  dərhal  sonra 

bərqərar  olmuşdur.  Azərbaycan  Respublikası  1992-ci  ilin  2  mart  tarixində 

BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın 

BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci 

günündən  başlayaraq,  Azərbaycan  BMT  platformasından  beynəlxalq 

ictimaiyyətin  diqqətini  Ermənistan-Azərbaycan  münaqişəsinə  cəlb  etməyə  və 

BMT-nin  potensial  imkanlarından  istifadə  etməklə  sülh  sazişinin  əldə 

olunmasına çalışmışdır.  

Azərbaycan  BMT-nin  bir  çox  xüsusi  qurum  və  orqanları  ilə  fəal  və 

səmərəli  əməkdaşlıq  edir.  Onların  sırasında  BMT-nin  nkişaf  Proqramı 

(BMT P),  BMT-nin  Qaçqınlar  üzrə  Ali  Komissarı,  BMT-nin  Uşaq  Fondu, 

BMT-nin  Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı,  Sənaye  nkişaf  Təşkilatı, 

Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə 

Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında 

Müqavilə Təşkilatı və s. qeyd etmək olar.  

Azərbaycan  beynəlxalq  maliyyə-iqtisadi  təşkilatlar  sırasında  Beynəlxalq 

Valyuta Fondu və Dünya Bankı ilə də əməkdaşlıq edir. Azərbaycan 1992-ci ilin 

sentyabrında  Dünya  Bankına,  1995-ci  ilin  martında  Beynəlxalq  nkişaf 

Assosiasiyasına  üzv  olmuşdur.  Eyni  zamanda,  Azərbaycan  1992-ci  ildə 

Çoxtərəfli  nvestisiyalar üzrə Zəmanət Agentliyinə, 1995-ci ildə isə Beynəlxalq 

Maliyyə Korporasiyasına qoşulub. Azərbaycan həmçinin 1992-ci il 18 sentyabr 

tarixindən etibarən BVF-nun üzvüdür. 

1995-ci  ildən  etibarən  Dünya  Bankı  bazar  iqtisadiyyatına  keçid  üzrə 

islahat  proqramlarının  həyata  keçirilməsi,  makroiqtisadi  stabilləşdirmə  və  neft 

gəlirlərinin  idarə  edilməsi,  qaçqınların  və  məcburi  köçkünlərin  problemlərinin 

həllinə  yardım,  infrastrukturun  (su,  irriqasiya,  avtomobil  yolları)  bərpa 

edilməsi,  təhsil  və  səhiyyə,  enerji  sektoruna  investisiyaların  cəlb  edilməsi 

sahəsində  tədbirlər,  dövlət  sektorunda  islahatlar,  kənd  təssərrüfatında  və 

ümumiyyətlə  qeyri-neft  sektorunda  artım  və  yeni  iş  yerlərinin  açılması 



 

36

sahələrində  Azərbaycana  yardım  etməkdədir.  Indiyə  kimi  Azərbaycanda 



iqtisadi islahatların aparılmasına, makroiqtisadi sabitliyin dəstəklənməsinə BVF 

tərəfindən  435  milyon  ABŞ  dolları,  struktur  islahatların  aparılmasına,  təhsil, 

mədəniyyət,  infrastruktur  və  digər  sahələrdə  müxtəlif  layihələrin  həyata 

keçirilməsinə  Dünya  Bankı  tərəfindən  491  milyon  ABŞ  dolları  həcmində 

yardım  göstərilmişdir.  Fikrimizcə  çalışmaq  lazımdır  ki,  Dünya  Bankının  və 

BVF-nun kreditləri olmadan Azərbaycan iqtisadiyyatını inkişaf etdirək. 

Azərbaycan AY B-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir və o 

vaxtdan  etibarən  AY B  Azərbaycanda  enerji,  nəqliyyat,  su,  bankçılıq, 

mülkiyyət,  aqrobiznes  və  ümumi  sənaye  kimi  sahələri  əhatə  edən  ölkə  və 

regional  əhəmiyyətli  layihələrin  həyata  keçirilməsini  dəstəkləmişdir.  Bununla 

yanaşı,  AY B  ölkədə  institusional  inkişafın  və  rəqabətliliyin  artırılması 

məqsədilə  maliyyə  və  texniki  yardım  göstərmişdir.  AY B-in  maliyyə  sektoru 

üzrə fəaliyyət istiqaməti bank sistemində aparılan islahatlar, maliyyə siyasəti və 

respublikanın  maliyyə  institutlarına  dair  gələcək  siyasətin  təşkili  və  həyata 

keçirilməsinə yönəldilmişdir. 

Ölkə  iqtisadiyyatının  dayanıqlı  inkişafı  ilə  yanaşı  əhalinin  rifah  halının 

daha  da  yaxşılaşması,  dövlət  tərəfindən  sosial  öhdəliklərin  tam  yerinə 

yetirilməsi,  sahibkarlıq  subyektlərinin  sayının  artması,  infrastrukturun 

təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma 

endirilməsi  və  digər  amillər  onu  deməyə  əsas  verir  ki,  dünyada  böhranlı 

proseslərin  davam  etməsinə  baxmayaraq  ölkəmiz  sabit  inkişafını  2010-cu  ildə 

də davam etdirmişdir. 

          Qlobal  böhran  şəraitində  Azərbaycanın  əldə  etdiyi  nailiyyətlər  nüfuzlu 

beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin  nsan  nkişafına dair 

növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması və “orta 

insan  inkişafı  ölkələri”  qrupunu  tərk  edərək  “yüksək  insan  inkişafı  ölkələri” 

qrupuna daxil olması buna əyani sübutdur. 

Azərbaycanın  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  mövqeyinin 

daha da möhkəmləndirilməsi məqsədilə çoxtərəfli iqtisadi əməkdaşlıqla yanaşı 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə