Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

49

dövriyyəsinin  21.3  %ni  və  ya  1.6  milyard  dollarını  ölkədən  ixrac  olunmuş 



mallar,  78.7%ni  (7.5  milyard  dollarını)  isə  idxal  məhsulları  təşkil  etmiş,  5.9 

milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 

        Ölkəmizə idxal olunmuş malların 8 159,26 milyard dolları MDB-yə üzv 

olmayan dövlətlərdən, (2 553,24 milyard dolları) MDB üzvü ölkələrindən daxil 

olmuşdur. 

        Ölkədən  ixrac  edilmiş  malların  22  465,58  milyard  dolları  MDB-yə  üzv 

olmayan  dövlətlərə,  1  509,64  milyard  dolları  isə  MDB  üzvü  ölkələrinə 

göndərilmişdir. 

       

Ə

mtəə mübadiləsinin 58%i Avropa, 32%i Asiya, 8.6%i Amerika, 1.2%i 



Afrika ölkələri, 0.2%i Okeaniya ilə aparılmışdır.  taliya, Fransa, Rusiya,  srail, 

ABŞ,  Ukrayna,  Türkiyə,  Çin,  Xorvatiya,  ndoneziya,  Malayziya,  Sinqapur, 

Almaniya, və Gürcüstan ilə ticarət əlaqələri daha geniş olmuşdur

.

 



         2013-cü  ildə  ölkəmizə  30,72  milyon  dollar  məbləğində  humanitar  və 

texniki yardım daxil olmuşdur. 

Hazirda  Azərbaycan  iqtisadiyyatının  qarşısında    duran  mühüm  problem   

idxalın və ixaracın strukturunun  təkminləşdirilməsindən və ona  nail olmaqdan 

ibarətdir.  Bütün  bunları  nəzərə  alaraq  Azərbaycanda  həyata  keçirilən  xarici 

ticarət  və  struktur  siyasəti  idxal  və  ixracın  strukturunu  təkminləşdirilməyə  

yönəldilmişdir. Texnolji imkanların məhdudluğu üzündən Azərbaycan yenə də 

xammal ixarc edən ölkə kimi qalır.  Azərbaycan istehsal etdiyi pambığın, şərab 

yarımfabrikatlarının,  fermentləşdirilmiş  tütünü,  kimya  xammalını,  neft 

məhsulları  xammalını,  elektronika  sənayesinin  yüzlərlə  adda  komplekləşdirici 

məmulatı  son  məhsul  həddinə  çatmadan  Azərbaycandan  kənara  göndərilməli 

olur. Dünya bazarında əlverişli yer tutmaq üçün xarici ticarət əlaqələrini  yeni 

təşkilati  keyfiyyət  mərhələsinin  dünya  bazarının  inifikasiya  olunmuş  oyun 

qaydaları  əsasında  qütbüləşməsi    təmiz  vasitəçi  ticarətin  kəskin  azalması, 

məhsul  və  kapital  bazarının  qarşılıqlı  qovuşmasının  güclənməsi  və  s.  kimi 

tələbləri Azərbaycanın xarici ticarət strategiyasının əsasını təşkil edir.  




 

50

Ölkəmizin  xarici  bazara  çıxışı,  xüsusən  də  onun  xarici  ticarətinin 



strukturunun  təkmilləşdirilməsi,  düzgün  strategiyanın  hazırlanması  üçün  bazar 

iqtisadiyyatı  şəraitində  dövlət  iqtisadiyyatın  bəzi  obyektlərini  tənzimləməlidir. 

Bunlar  əsasən  aşağıdakılar olmalıdır:  iqtisadiyyatın  sturukturu,  məşğulluq,  pul 

dövriyyəsi,  tədiyyə  balansı,  qiymətlər,  elmi-tədqiqat  və  təcrübə-layihə  işləri, 

rəqabət şəraiti, kadırların hazırlanması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

51

III FƏS L Azərbaycanın XTƏ-nin tənzimlənməsi vəzifələri və 



milli ticarət rejiminin təkmilləşdirilməsi istiqamətləri. 

 

3.1 XTƏ-nin təkmilləşdirilməsində dünya bazarının təsirinin 

qiymətləndirilməsi. 

 

Dünya  ölkələri  bir-birilə  sıx  xarici  iqtisadi  əlaqələr  yaradırlar.  Bunsuz 



dünya  ölkələrinin  iqtisadiyyatı  inkişaf  edə  bilməz.  Dünya  ölkələri  arasında 

xarici  iqtisadi  əlaqələr  əsasən  ticarət,  kapital  ixrac  etmək,  kreditlər  vermək, 

elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında həyata keçirilir. 

Tarixən  sənayedə    və  kənd  təsərrüfatında  kapitalizmin  inkişafı  daxili  bazarın 

ə

mələ  gəlməsinə  və  ticarətin  inkişaf  etməsinə  səbəb  olmuşdur.  Daxili  bazar 



kapitalizmin  öz  inkişafı  nəticəsində  yaranır.  Daxili  bazarın  genişlənməsi  isə 

istehsal  vasitələri  və  istehsal  şeylərinə  olan  tələbatın  artmasına  səbəb  olur. 

Kapitalizmdə bazar daha çox inkişaf edir. Məhsuldar qüvvələrin sürətlə artması, 

qazanc  dalınca  qaçmaq  bazar  əlaqələri  formasının  inkişafına  stimul  yaradır. 

Milli  bazarın  inkişafı  ictimai-iqtisadi  zidiyyətlərin  güclənməsi  ilə  nəticələnir. 

Belə  ki,  bir  tərəfdən  ictimai  sərvətin  bir  qrup  sahibkarların  əlində 

təmərküzləşməsinə, digər tərəfdən isə yoxsul təbəqənin sayının artmasına səbəb 

olur.  XV-XVIII  əsrlərdə  məhsuldar  qüvvələrin  inkişafı  artıq  xarici  ticarət 

ə

laqələrinin  inkişafının  labüdlüyünü  meydana  çıxartdı.  ri  maşınlı  sənayenin 



meydana  gəlməsi,  daxili  bazarın  genişlənməsi,  əmtəə  və  xidmətlərin  tədavülü 

milli  bazarlar  hüdudundan  kənara  çıxır,  istehsal  daha  genişlənir,  dünya  bazarı 

formalaşır və bu da xarici ticarət əlaqələrinin inkişafını daha da gücləndirirdi. 

XX əsrin sonu XXI əsrin əvvəli BIM-də və bütovlüкdə dünya təsərrüfat 

sistemində  əhəmiyyətli  кeyfiyyət  dəyişiкliкlərinin  baş  verməsi  ilə  xaraкterizə 

olunur.  Bu  dəyişiкliкlər  hər  şeydən  əvvəl  qloballaşma  və  inteqrasiya 

proseslərinin  güclənməsi  ilə  əlaqədardır.  Yaranmış  yeni  iqtisadi  şəraitdə  milli 

iqtisadiyatların,  milli  təsərrüfat  subyeкtlərinin  dünya  təsərrüfat  sisteminə 




 

52

rasional  transformasiyası  və  inteqrasiyası  BIM-in  prioritet  formalarından 



istifadə etməкlə beynəlxalq əməк bölgüsü əsasında dünya bazarı vasitəsi ilə baş 

verir. 


Dünya  bazarı  bir-birilə  beynəlxalq  ticarət,  elmi-texniki  biliklərin 

mübadiləsi,  xidmətlər  və  s.  vasitəsilə  əlaqə  saxlayan  dövlətlərin  milli 

bazarlarının məcmusudur. Dünya bazarı dünya iqtisadiyyatında istehsal edilmiş 

ə

mtəə  və  xidmətlərin  satıldığı  və  maliyyə  axınlarının  həyata  keçirildiyi  bütün 



milli  və  beynəlxalq  bazarların  məcmusudur.  Dünya  bazarı  dünya 

iqtisadiyyatının  bir  sferası  və  ya  hissəsi  olmaqla  hərtərəfli  əmtəə,  xidmət, 

maliyyə, işçi qüvvəsi və s. axınlarını birbaşa olaraq özündə əks etdirirlər və  bu 

elementlər dünya bazarını əmələ gətirirlər. 

Xarici  ticarət  əlaqələri  istər  ayrı-ayrı  ölkələrdə,  istərsə  də  dünya 

miqyasında  ictimai  həyatın  ayrılmaz  və  mühüm  tərkib  hissəsinə  çevrilmişdir. 

Bu ölkələrin əmtəələrə tələb və onların istehsal bacarığı fərqindən yaranır. Yəni 

bir ölkə hər hansısa bir əmtəəni ölkəsindəki tələbdən daha artıq istehsal edir və 

nəticədə onu beynəlxalq ticarət vasitəsilə dünya bazarına çıxardır. Dünya bazarı 

isə  bu məhsula ehtiyacı olan ölkələrə məhsulu əmtəə şəklində təklif edir. Bəzən 

isə  hansısa  ölkə  müəyyən  məhsula  görə  ixtisaslaşıbsa  o  məhsuldan  daha  artıq 

istehsal edir və dünya bazarına əmtəə şəklində çıxardır. Çıxartdığı əmtəəni isə 

ehtiyacı olan məhsula dəyişir. 

Milli  iqtisadiyyatlar  bir  məcmu  halında  dünya  iqtisadiyyatını 

formalaşdırırlar. Dünya iqtisadiyyatında güclü istehsal kompleksləri mövcuddur 

və  bu  komplekslər  dünya  bazarlarına  istehsal  olunmuş  məhsulun  yalnız  bir 

hissəsini  çıxarırlar.    Məsələ  burasındadır  ki,  onun  bir  hissəsi  ümumiyyətlə 

ə

mtəə  kimi  çıxış  etmir  (məsələn,  bir  sıra  ölkələrdə  torpağı  buna  misal 



göstərmək  olar)  və  ya  bu  əmtəə  ölkə  daxilində  istehlak  olunur  və  dünya 

bazarlarına  çıxarılmır.  Beləliklə,  dünya  bazarı  müstəsna olaraq  mübadilə üçün 

istehsal  edilən  əmtəə,  xidmət,  kapital,  işçi  qüvvəsi,  innovasiya  və  s.-nin 

reallaşdırıldığı iqtisadi məkandır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə