Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

53

Dünya  bazarında  yalnız  istehsal  olunduğu  ölkədə  istehlak  edilən  ticarət 



oluna  bilinməyən  əmtəələr  funksiya  göstərmirlər.  Burada  yalnız  dünya 

bazarında reallaşdırılmaq üçün istehsal edilən ticarət edilə bilən əmtəələr təmsil 

olunurlar. 

Dünya  bazarı  оrbitinə  çıxan  ölkənin  iqtisadiyyatı  həm  xarici  milli 

müəssisələrin, həm də transmilli kоrpоrasiyaların rəqabət mübarizəsi sisteminə 

cəlb edilir. Dünya bazarı sisteminə qоşulmuş ölkənin məhsulunun xeyli hissəsi 

ixrac  оlunur  və  xarici  bazarlarda  reallaşır.  Buna  görə  də  hər  bir  ölkənin 

iqtisadiyyatın  dünya  bazarı  tələblərinə  cavab  verən  quruluşu  fоrmalaşdırılmalı 

və  dünya  bazarında  rəqabətə  davamlı  оlan  sahələrə  üstünlük  verilməlidir. 

Dünya  bazarında  rəqabət  və  onun  sürətlə  genişlənməsi  beynəlxalq  əmək 

bölgüsünün  ixtisaslaşmasının  dərinləşməsinə  aparıb  çıxarır.  Bu  isə  istehsal 

artımını  təkcə  milli  səviyyədə  deyil,  həmçinin  dünya  səviyyəsində  artımına 

şə

rait yaradır. 



     

Xarici ticarət əlaqələri  bizim həyatımızın tərkib hissəsinə çevrilib. Xarici 

ticarət əlaqələrindən kənarda inkişaf edən və fəaliyyət göstərən dövlət təsəvvür 

etmək  demək  olar  ki,  mümkün  deyil.  Çünki,  hər  bir  ölkənin  hansısa  əmtəəyə 

ehtiyacı  var  və  hər  bir  ölkə  müəyyən  əmtəə  üzrə  ixtisaslaşıb.  Xarici  ticarət 

ə

laqələri  isə  dünya  bazarının  təsiri  olmadan  formalaşa  bilməz.  Çünki  ölkələn 



arasında əmtəələrlə mübadiləni reallaşdıran dünya bazarıdır. Beləliklə, buradan 

belə nəticəyə gəlmək olar ki, ölkələrarası əmtəələrlə bölgünü reallaşdıran xarici 

ticarət əlaqələri, mübadiləni reallaşdıran isə dünya bazarıdır. 

Dünya  bazarında  əmtəə  və  xidmətlər  dünya  bazar  qiymətləri  əsasında 

hərəkət  edir.  Burada  kəskin  rəqabət  mübarizəsi,  qiymətlərin  körtəbii  surətdə 

qalxıb-enməsi,  ekvivalentli  olmayan  mübadilə  geniş  şəkildə  baş  verir. 

Beynəlxalq  qiymətlər  beynəlxalq  əmək  bazarlarında,  beynəlxalq  ticarətin  əsas 

mərkəzlərində  bağlanan  iri  idxal  –  ixrac  əməliyyatları  üzrə  formalaşan 

qiymətlərdir. 

Dünya  bazar  qiymətləri  ölkələrin  qoyduğu,  birja,  auksion  və 

beynəlxalq  ticarətin  digər  iri  mərkəzlərinin  qoyduğu  qiymətlər  formasında 

tətbiq  edilir.  Dünya  qiymətlərinin  formalaşmasının  əsasında  beynəlxalq  dəyər 




 

54

dayanır.  Ən  ümumi  şəkildə  istehsalın  beynəlxalq  qiyməti  dünya  ticarətində 



üstünlük təşkil edən əmtəələrin istehsal şərtlərilə müəyyən olunur. Ancaq buna 

baxmayaraq,  dünya  bazarında  qiymət  və  qiymətqoyma  qanunauyğunluqları 

ölkədaxili  müvafiq  proseslərdən  fərqlənir.  Bu  baxımdan  dünya  bazarında 

qiymət  əmələgəlmənin  öz  xüsusiyyətləri  vardır.  Məsələn,  dünya  ticarətinin 

iştirakçısı daxili bazara nisbətən daha çox rəqiblə üzləşir və daha kəskin rəqabət 

mühitində  fəaliyyət  göstərir.  O  daim  öz  istehsal  xərclərini  nəinki  daxili 

qiymətlərlə,  həmçinin  dünya  qiymətlərilə  müqayisə  etməli,  alıcı  kütləsinin 

artımını nəzərə almalıdır.  

Dünya  bazarı sistemində konyukturanın kəskin təzadları ilə seçilən neft 

və  neft  məhsulları  bazarı  iqtisadiyatın  inkişafında  böyük  rol  oynayır. 

Azərbaycan  da  dünya  bazarına  ən  çox  neft  və  neft  məhsulları  ilə  çıxır.  Bu 

baxımdan Azərbaycanın artan neft-qaz potensialına müasir mərhələdə müvafiq 

resursların  beynəlxalq  aləmdə  yerləşməsi,  neftin  istehsalı,  emalı  ilə  bağlı 

komplekslərin  sayı  beynəlxalq  neft  biznesində  və  bazarında  gedən  meyllərə 

diqqət  yetirməyi  tələb  edir.  Azərbaycanın  mərkəzi  mövqe  tutduğu  Xəzər 

regionunun  ümumilikdə  karbohidrogen  resurslarının  kifayət  qədər  yüksək 

qiymətləndirilməsini nəzərə alsaq, yəqin etmək olar ki, bu region ümumdünya 

neft hasilatı sisteminə və biznesinə cəlb edilə bilər.   

Neft  sənayesi  Azərbaycanın  milli  iqtisadiyyatının  aparıcı  sahələrindən 

biri  olub,  ölkənin  sosial-iqtisadi  inkişafında  mühüm  rol  oynayır.  Hazırda 

ölkəmizin  dünya  təsərrüfat  sisteminə  inteqrasiya  olunduğu  dövrdə  bu  sənaye 

sahəsinin inkişaf etdirilməsi, onun ixrac imkanlarını tədqiq edilməsi daha aktual 

ə

həmiyyət kəsb edir. 2013-cü ildə Respublikamız 34 245 147, 5 ton həcmində 



xam neft, 2 215 508,2  ton  həcmində qaz kondensatı  məhsulları ixrac etmişdir. 

Onu da qeyd etmək lazımdır ki, neft məhsullarının istehsalının artırılması və bu 

ə

sasda  onun  ixracının  çoxaldılması  respublikamızın  inkişafının  hazırkı 



mərhələsində  yalnız  dünya  bazarına  çıxmaq  və  valyuta  təsərrüfatını 

gücləndirmək  məqsədi  güdmür.  Burada  qlobal  məqsəd  Azərbaycanın  dövlət 

müstəqilliyinin  hazırki  mərhələsində  neft  amilindən  istifadə  edib 



 

55

respublikamızın 



siyasi 

müstəqilliyini 

beynəlxalq 

səviyyədə 

möhkəmləndirməkdən ibarətdir. 

 

3.2 Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü 

kontekstində XTƏ-nin tənzimlənməsi problemləri. 

 

          Xarici  iqtisadi  əlaqələrin  inkişaf  etdirilməsi  və  bu  əsasda  ölkə 



iqtisadiyyatının  dünya  təsərrüfatı  sisteminə  səmərəli  şəkildə  inteqrasiyasının 

təmin  olunması  son  dövrlərdə  özünün  dövlət  müstəqilliyini  bərpa  etmiş 

ölkələrin,  o  cümlədən  də  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişaf 

strategiyasının əsas istiqamətlərindən biri hesab olunur.  

          Müstəqil  Azərbaycan  dünya  birliyinə  sürətlə  inteqrasiya  edir.  Bu  gün 

beynəlxalq  aləmdə  Azərbaycan  bərabər  tərəfdaş  kimi  qəbul  edilir  və  onunla 

uzunmüddətli  əməkdaşlıq  sistemi  qurulur.  Belə  şəraitdə  ölkəyə  etimadın 

möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu etimad bir sıra prinsiplər 

üzərində qurulu bilər. Belə prinsiplərdən biri Ümumdünya Ticarət Təşkilatında 

üzvlükdür. 

Xarici  ticarət  əlaqələrinin  tənzimlənməsi  ilə  məşğul  olan  təşkilatları 

özünün masştabına və profilinə görə şərti olaraq iki qrupa bölmək olar: 

•  ümümilikdə  beynəlxalq  ticarətin  müxtəlif  problemləri  ilə  məşğul  olan 

beynəlxalq təşkilatlar; 

•  bir  və  ya  bir  neçə  əlaqəli  əmtəələrlə  və  xidmətlərlə  ticarətin 

tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatlar. 

        Birinci  qrupa  QATT/ÜTT,  YUNKTAD,  YUN STRAL,  Beynəlxalq 

Ticarət Palatası daxildir. 

        Əmtəələrlə, o cümlədən xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsində 

aparıcı  rol  Ümumdünya  Ticarət  Təşkilatına  (ÜTT)  məxsusdur.  Bu  təşkilatın 

formalaşmasına qədər uzun bir təkamül yolu keçmişdir. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə