Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 

56

        Uruqvay  Raundunun  ən  əsas  nəticəsi  ÜTT-nin  yaradılması  oldu.  ÜTT 



1995-ci il yanvarın 1-də yaradılmışdır. Təşkilatın Qərargahı  sveçrənin paytaxtı 

Cenevrədə yerləşir. 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin 

(GATT) davamçısıdır. Hazırda dünyanın 154 ölkəsi ÜTT-nin üzvüdür. Bundan 

başqa,  31  ölkə  və  bir  neçə  beynəlxalq  təşkilat  ÜTT-də  müşahidəçi  statusuna 

malikdir. Dünya ticarətinin 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür. 

        ÜTT 

çoxtərəfli 

ticarət 


sazişləri 

ə

sasında 



ölkələrarası 

ticarət 


münasibətlərinin tənzimlənməsini həyata keçirir. 

        ÜTT-nin  əsas  məqsədi  beynəlxalq  ticarətin  maksimum  dərəcədə 

liberallaşdırılması  və  onun  möhkəm  əsaslarının  yaradılması  və  beləliklə  də, 

iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin yüksəlməsidir. 

        ÜTT-nin  əsas  vəzifəsi  çoxtərəfli  ticarət  danışıqlarının  Uruqvay  Raundu 

(1986-1994)  nəticəsində  formalaşmış  sazişlər  Paketi  əsasında  üzv  ölkələr 

arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir. 

 

PR NS PLƏR  



 

•  “ən  əlverişli  rejim”  prinsipi  (üzv  ölkələr  üçün  eyni  ticarət  şəraitinin 

yaradılması); 

•  “milli  rejim”  prinsipi  (idxal  olunmuş  əmtəə  və  xidmətlərlə  yerli  mal  və 

xidmətlər arasında ayrı-seçkiliyə yol verilməməsi); 

•  ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi; 

•  ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması; 

•  ticarət siyasətinin aydın və şəffaf olması; 

•  daxili bazarların ancaq ÜTT qaydaları əsasında qorunması; 

•  azad rəqabət üçün əlverişli şərait yaradılması; 

•  ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi. 

 

 



 


 

57

 



FUNKS YALARI 

 

•  ÜTT-nin  hüquqi  əsasını  təşkil  edən  çoxtərəfli  ticarət  sazişlərinin  qəbul 

olunmasına  və  qəbul  olunan  sazişlərin  yerinə  yetirilməsinə  nəzarətin 

həyata keçirilməsi; 

•  üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi; 

•  üzv  ölkələr  tərəfindən  həyata  keçirilən  ticarət  siyasətinin  müşahidə 

edilməsi; 

•  digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi; 

•  üzv  ölkələr  arasında  ticarət  mübahisələrinin  həll  edilməsinə  köməklik 

göstərilməsi; 

•  beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanması, 

öyrənilməsi və təqdim olunması. 

        ÜTT-nin  təşkilati  strukturu  ÜTT-nin  yaradılması  haqqında  sazişin  IV 

maddəsi ilə müəyyən edilib. (Səkil 3.1.). 

Şə

kil 3.1. 



ÜTT-nin təşkilati strukturu 

 

       Nazirlər       



     Konfransı 

Mübahisələrin 

həlli üzrə Orqan 

 Ticarət siyasətinin  

iicmalı üzrə Orqan 

     Baş Şura 

    Katiblik və  

        büdcə 

Ə

mtəələrlə ticarət  



     üzrə Şura 

Ə

qli mülkiyyət 



hüquqlarının ticarət   

aspektləri üzrə Şura 

  Komitələr 

Ticarət Danışıqları 

Komitəsi 

Xidmətlərlə 

Ticarət üzrə 

Ş

ura 




 

58

        



       Azərbaycan  beynəlxalq  ticarət  məkanına  inteqrə  etmək  və  ölkədə  xarici 

ticarətə  təsir  edən  qanunvericilik  bazasının  beynəlxalq  standartlara 

uyğunlaşdırmaq  məqsədilə  Ümumdünya  Ticarət  Təşkilatına  üzv  olması 

istiqamətində iş aparır. 

        1997-ci  ildə  Azərbaycan  Respublikasının  hökuməti  Ümumdünya  Ticarət 

Təşkilatına (ÜTT-yə) üzv olmaq üçün müraciət etməyi qərara almışdır. Bundan 

dərhal sonra özünün ÜTT-yə üzv olma şərtlərinin müzakirəsində zəruri olan və 

müraciəti əsaslandırmaq üçün sənədlər hazırlamağa başlamışdır. Ölkəmiz digər 

ölkələrlə münasibətlər qurmaq və beynəlxalq aləmdə özünə məxsus yer tutmaq 

üçün müvafiq tənzimləyici rejim təşkil etmək məcburiyyətində idi.   

        Hazırda Azərbaycan bu təşkilatda müşahidəçi statusuna malikdir və ÜTT-

yə  qəbul  edilmək  üçün  məqsədyönlü  iş  aparır.  ÜTT  üzrə  Azərbaycanın 

Koordinasiya  qrupu  yaradılmışdır,  bu  qrup  bütün  danışıqlar  prosesini  həyata 

keçirir. 

        ÜTT-yə  üzv  olmaq  mürəkkəb  bir  prosesdir.  Bu  təkcə  tariflərə  dair 

sazişlərin  və  xaricilər  tərəfindən  təklif  olunacaq  xidmətlər  üçün  güzəştlərin 

oxunulması  məsələsi  deyil.  Xarici  ticarəti  tənzimləyən  tədbirləri  və  digər 

normativ hüquqi aktları daxil etməklə, müraciət edən ölkənin öz xarici ticarətə 

dair qanunlarının təkmilləşdirilməsi və onları müasirləşdirməsinə ümid edir. 

        Ticarət  qaydalarının  yaxşılaşdırılması  üçün  ÜTT  tələbləri  üzv  olma 

prosesinin  ən  faydalı  üstünlüyüdür.  ÜTT-yə  üzv  olma  qərarından  asılı 

olmayaraq  şəffaf  və  effektiv  qanunlara  malik  olmaq  üçün  bir  üstünlükdür. 

Uruqvay  raundu  prinsipləri  və  normaları  heç  bir  mülahizələrdən  asılı 

olmayaraq,  ümumiyyətlə  ölkənin  ticarəti  üçün  faydalıdır.  Onlar  əməliyyat 

xərclərini azaldırlar və ölkənin ticarətdə rəqabət bacarığını artırırlar. 

        ÜTT-yə  üzv  olmaq  asan  deyil.  ÜTT-yə  üzv  olma  müraciətlərinin  tədqiq 

edilməsi  və  ya  yoxlanılması  tələb  olunmayan  BMT  və  ya  əksər  digər 

beynəlxalq və regional təşkilatlar kimi deyil. ÜTT-də ciddi və mürəkkəb qəbul 

edilmə  prosesi  mövcuddur,  üzvlüyün  əldə  olunması  müraciət  edənin 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə