Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   2   3   4   5   6   7   8   9   ...   26

 

4

Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycanın  xarici  ticarət  siyasətinin 



beynəlxalq hüquq normalarına uyğun və dünya təcrübəsinə əsaslanan, həmçinin 

milli  iqtisadiyyatın  inkişaf  xüsusiyyətləri  və  perspektivlərinin  də  nəzərə 

alınması  ilə  formalaşdırılması  qarşıda  duran  əsas  vəzifələrdəndir.  Bu  cür 

mühüm,  mürəkkəb  və  çoxcəhətli  məsələlərin  həlli  xarici  ticarət  əlaqələrinin 

kompleks tədqiqini, onun əmtəə və coğrafi strukturunun, inkişaf problemlərinin 

öyrənilməsini və gələcək perspektivlərinin müəyyən edilməsini, eləcə də xarici 

ticarət  əlaqələrinin  tənzimlənməsinin  təkmilləşdirilməsi  istiqamətlərinin 

araşdırılmasını tələb edir və bu tədqiqatlar böyük aktuallıq kəsb edir. 



Tədqiqatın  məqsədi  və  vəzifələri.    Magistr  dissertasiyasının  məqsədi 

Azərbaycanın xarici ticarət əlaqələrinin kompleks tədqiqi əsasında onun inkişaf 

xüsusiyyətlərinin, dinamikasının, əmtəə və coğrafi strukturunun öyrənilməsi və 

inkişaf  perspektivlərinin  müəyyən  olunması, beynəlxalq norma  və standartlara 

uyğunlaşdırılması, 

xarici 


ticarət 

ə

laqələrinin 



tənzimlənməsinin 

təkmilləşdirilməsi istiqamətində konkret təklif və tövsiyələrin hazırlanmasından 

ibarətdir. 

Tədqiqatın  məqsədinə  uyğun  olaraq  müvafiq  vəzifələr  müəyyən  edilmiş 

və onların həlli prosesi aşağıdakı məntiqi ardıcıllıqla həyata keçirilmişdir: 

xarici ticarətin nəzəri-konseptual əsaslarının tədqiq edilməsi; 

•  xarici  ticarət  əlaqələrinin  mahiyyəti,  yaranmasının  zərurəti  və  onun 

tənzimlənməsinin əsas metodlarının göstərilməsi; 

•  qloballaşma  şəraitində  xarici  ticarət  əlaqələrinin  təkmilləşdirilməsi  və 

inkişaf perspektivlərinin təhlil edilməsi; 

•  Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  formalaşması,  dinamikası  və 

inkişaf xüsusiyyətlərinin tədqiqi; 

•  ölkəmizin  idxal-ixrac  əməliyyatlarının  əmtəə  və  coğrafi  strukturunun 

kompleks öyrənilməsi; 

•  Azərbaycanın  Ümumdünya  Ticarət  Təşkilatına  üzvlüyü  konstekstində 

XTƏ-nin tənzimlənməsi problemlərinin təhlili; 




 

5

ölkənin  XTƏ-nin  tənzimlənməsinə  regional  iqtisadi  inteqrasiyanın  təsirinin 



tədqiqi. 

Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmetini  xarici  ticarət 

ə

laqələrinin    tənzimlənməsinin  nəzəri-metodoloji  və  təcrübi  məsələlərinin 



tədqiqi  təşkil  edir.  Tədqiqatın  obyekti  isə  Azərbaycan  Respublikasının  xarici 

ticarət  əlaqələri,  onun  tənzimlənməsinin  təkmilləşdirilməsi  istiqamətləri  təşkil 

edir. 

Tədqiqatın 

nəzəri-metodoloji 

ə

sasını  xarici 

ticarətlə, 

onun 


tənzimlənməsi  ilə  bağlı  iqtisad  elminin  klassiklərinin  baxışları,  beynəlxalq 

ticarət nəzəriyyələri, müvafiq problem üzrə xarici ölkələrdə və respublikamızda 

iqtisadçı  alimlərin  yeni  dövrdə  apardıqları  elmi  araşdırmaların  nəticələri, 

beynəlxalq  iqtisadi  təşkilatların  proqnoz  qiymətləndirilmələri,  Azərbaycan 

Respublikasnın  Prezidentinin  fərmanları,  Nazirlər  Kabinetinin  qərar  və 

sərəncamları, Milli Məclis tərəfindən qəbul olunmuş qanun və normativ aktlar, 

dövlətin sosial-iqtisadi inkişaf proqramları, eləcə də, digər rəsmi sənədlər təşkil 

edir. 


Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin, Dövlət Gömrük Komitəsinin,  qtisadi  nkişaf Nazirliyinin faktiki 

hesabat  materialları,  eləcə  də  Ümumdünya  Ticarət  Təşkilatının,  BMT-nin 

Ticarət  və  nkişaf  Konfransın  (UNCTAD),  Beynəlxalq  Valyuta  Fondunun, 

Dünya  Bankının  və  digər  beynəlxalq  təşkilatların  sorğu-məlumat  və 

informasiya xarakterli praktiki sənədlər və hesabatlar təşkil etmişdir. 



Tədqiqatın  elmi  yeniliyi  müasir  beynəlxalq  münasibətlər  sistemində 

Azərbaycan  Respublikasının  xarici  ticarət  əlaqələrinin  müasir  vəziyyətinin  və 

spesifik  xüsusiyyətlərinin  kompleks  araşdırılması,  ölkənin  xarici  ticarət 

ə

laqələrinin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində konkret təklif və 



tövsiyələrin  işlənib  hazırlanması  ilə  müəyyən  olunur.  Magistr  dissertasiya 

işində həmçinin: 

•  xarici  ticarət  əlaqələrinin  nəzəri-metodoloji  əsasları  və  prinsipləri 

ümumiləşdirilmişdir; 




 

6

•  Azərbaycanın  xarici  ticarət  əlaqələri,  onun  strateji  əsasları  və  hüquqi-



normativ bazası hərtərəfli təhlil edərək beynəlxalq norma və prosedurlara 

keçidin problemləri aşkara çıxarılmışdır; 

•  Azərbaycanın 

xarici 


ticarət 

ə

laqələrinin 



tənzimlənməsinin 

təkmilləşdirilməsi istiqamətləri müəyyən edilmişdir. 



Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işinin nəticələri xarici ticarət 

ə

laqələrinin  tənzimlənməsinin  təkmilləşdirilməsi  ilə  bağlı  qanun,  proqram, 



layihə və təkliflərin hazırlanması prosesində, elmi-tədqiqat işlərində, həmçinin 

ali  məktəblərdə  müvafiq  ixtisas  kursların  tədrisində  istifadə  oluna  bilər. 

Bununla  yanaşı,  tədqiqatın  nəticəsində  irəli  sürülən  tövsiyələrin  həyata 

keçirilməsi  xarici  ticarət  əlaqələrinin  daha  da  genişlənməsi  və  səmərəliliyinin 

yüksəldilməsinə gətirib çıxara bilər. 

 

 



                                                      

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə