Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

59

hazırlığının  dəqiq  və  ətraflı  yoxlanılmasından  asılıdır.  Bir  neçə  il  ərzində 



sənədlər  və  digər  məlumatlar  diqqətlə  nəzərdən  keçirilərkən,  müraciət  edən, 

bütün  ÜTT  üzvlərini  qane  etmək  üçün  faktiki  olmasada,  heç  olmasa  ən  azı 

sənəddə  ÜTT-nin  normaları  və  qaydaları  ilə  uyğun  gələn  mövcud  sistem 

yaratmalıdır. 

        Müraciət  edən  ölkənin  müraciətinin  nəzərdən  keçirilmə  müddəti  heç  bir 

təzyiq  və  ya  məhdudiyyətlərə  məruz  deyildir.  Burada  son  müddət  yoxdur. 

Sorğu-sual    ÜTT-nin  üzv  ölkələri  arzu  edənədək  və  ya  onu  lazımi  hesab 

edənədək davam edə bilər. 

        ÜTT  üzvlüyünə  qəbul  olma  prosesinin  dinamikasından  görmək  olar  ki, 

ardıcıl olaraq, son üzv olan ölkələr üzərinə öncə üzv olan ölkə ilə müqayisədə 

daha  geniş  öhdəliklər  götürmüşlər.  Bu  da  ÜTT  üzvlərinin  namizəd  ölkələrə 

qarşı  tələblərinin  artması  ilə  bağlıdır.  Lakin  bəzi  istisnalar  mövcuddur  və  bu, 

hər bir ölkənin səmərəli danışıqlar strategiyasının və taktikasının tərtibindən və 

uğurlu danışıqlar aparmasından asılıdır. 

        ÜTT-yə üzvolma proseduru aşağıdakı kimidir: 

•  ÜTT-yə  üzvolma  istəyini  əks  etdirən  ərizənin  ÜTT  Katibliyinə  təqdim 

olunması; 

•  ÜTT  Katibliyində  üzv  olmaq  istəyən  ölkə  üzrə 

ş

çi  Qrupunun 



yaradılması; 

•  Üzv olmaq istəyən ölkənin xarici ticarət rejimi haqqında Memorandumun 

ÜTT Katibliyinə təqdim olunması; 

•  ÜTT-yə üzv olan ölkələr tərəfindən Memoranduma dair sualların təqdim 

olunması; 

•  Memoranduma  dair  təqdim  olunmuş  sualların  cavablarının  ÜTT 

Katibliyinə təqdim olunması; 

•  Üzv olmaq istəyən ölkə üzrə  şçi Qrupunun ilk iclasının keçirilməsi; 

•  Üzv  olmaq  istəyən  ölkə  tərəfindən  ÜTT  Sazişləri  ilə  nəzərdə  tutulmuş 

sənəd və cədvəllərinin ÜTT Katibliyinə təqdim olunması; 




 

60

•  ÜTT-yə  üzv  olmaq  istəyən  ölkə  ilə  üzv  ölkələr  arasında  ikitərəfli 



danışıqların keçirilməsi; 

•  Üzv olmaq istəyən ölkə üzrə  şçi Qrupunu ardıcıl iclaslarının keçirilməsi; 

•  Üzv  olmaq  istəyən  ölkə  üzrə  şçi  Qrupu  tərəfindən  Yekun  Hesabatının 

hazırlanması; 

•  Yekun  Hesabat  əsasında  Baş  Şura  tərəfindən  Üzvolma  Protokolunun 

qəbul olunması; 

•  Üzvolma Protokolunun Nazirlər Konfransı tərəfindən təsdiq olunması; 

 Üzvolma  Protokolunun  üzv  olmaq  istəyən  ölkənin  parlamenti  tərəfindən 

ratifikasiya olunması. 

 

        Hazırda Azərbaycan ÜTT-yə üzvolma prosedurunun 9-cu mərhələsindədir 



(Cədvəl 3.1.). 

                                                                                                              Cədvəl 3.1. 

                          Azərbaycanın ÜTT-yə üzvolma proseduru 

Azərbaycan  Respublikasının  ÜTT-yə  üzvolma  istəyini 

ə

ks etdirən ərizənin ÜTT Katibliyinə təqdim olunması 



23 iyun 1997-ci il 

ÜTT  Katibliyində  Azərbaycan  üzrə  şçi  Qrupunun 

yaradılması 

16 iyul 1997-ci il 

Azərbaycan  Respublikasının  xarici  ticarət  rejimi 

haqqında  Memorandumun  ÜTT  Katibliyinə  təqdim 

olunması 

22 aprel 1999-cu il 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  226s 

saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-

yə  üzv  olması  prosesinin  sürətləndirilməsi  işləri  üzrə 

təşkilatlararası Əlaqələndirmə Qrupunun yaradılması 

19 noyabr 1999-cu il 

Cenevrədə  ÜTT-nin  Azərbaycan  üzrə  şçi  Qrupunun 

Birinci  clasının keçirilməsi 

03 - 07 iyun 2002-ci il 




 

61

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  175s 



saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-

yə  üzv  olmasına  hazırlıq  işləri  üzrə  Komissiyanın 

yaradılması 

22 avqust 2003-cü il 

Cenevrədə  ÜTT-nin  Azərbaycan  üzrə  şçi  Qrupunun 

kinci  clasının keçirilməsi 

14 oktyabr 2004-cü il 

Cenevrədə  ÜTT-nin  Azərbaycan  üzrə  şçi  Qrupunun 

Üçüncü  clasının keçirilməsi 

30 iyun 2005-ci il 

Cenevrədə  ÜTT-nin  Azərbaycan  üzrə  şçi  Qrupunun 

Dördüncü  clasının keçirilməsi 

30 mart 2006-cı il 

Cenevrədə  ÜTT-nin  Azərbaycan  üzrə  şçi  Qrupunun 

Beşinci  clasının keçirilməsi

 

6 may 2008-ci il 



Mənbə: Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı: www.wto.az         

        


        Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  əsas  ticarət  tərəfdaşları  artıq  bu 

təşkilatın  üzvüdür,  digərləri  isə  üzvolma  prosesini  başa  çatdırmaq  üzrədirlər. 

ÜTT-yə  üzv  olma  prosesində  Azərbaycan  artıq  çox  mühüm  bir  mərhələyə 

addım  atmışdır.  Bu  baxımdan  ölkəmizi  digər  postsovet  ölkələrindən 

fərqləndirən  əsas  xüsusiyyətlərdən  biri  sözügedən  prosesə  Azərbaycan 

ictimaiyyətinin  cəlb  edilməsidir.  Belə  ki,  dövlət  qurumları,  qeyri-hökumət, 

beynəlxalq və ictimai təşkilatlar mütəmadi olaraq dəyirmi masalar, konfrans və 

seminar  təşkil  edərək  ÜTT-yə  üzvolma  prosesi  ilə  bağlı  ictimaiyyəti  daima 

məlumatlandırmaqdadır. 

                                                                                                           Cədvəl 3.2. 

                Azərbaycanın ÜTT-yə üzv olmaqda əsas məqsədi 

 

ÜTT-yə üzv olmaqda əsas məqsədlər aşağıdakılardan ibarətdir: 



• Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək; 

• ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq; 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə