Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   18   19   20   21   22   23   24   25   26

 

78

Azərbaycan  Respublikası  Qara  Dəniz  qtisadi  Əməkdaşlıq  Təşkilatı 



çərçivəsində  də  iqtisadi  inteqrasiya  proseslərində  iştirak  edir.  Azərbaycan 

Respublikası QD ƏT-in yaradılmasının ilk mərhələsindən başlayaraq təşkilatın 

fəaliyyətində,  Bosfor  Qətnaməsi  və  stanbul  Bəyannaməsinin  hazırlanmasında 

iştirak  etmişdir.  Azərbaycan  1992-ci  ildən  təşkilatın  üzvüdür.  Bu  günə  kimi 

Azərbaycan  Respublikası  QD ƏT  çərçivəsində  11-dən  çox  müxtəlif  rəsmi 

sənədlərin hazırlanmasında və qəbul olunmasında iştirak etmişdir. Azərbaycan 

Respublikası Təşkilatın bir sıra işçi qruplarında, o cümlədən regionda ticarətin 

liberallaşdırılmasını  təmin  edən  sənədlərin  hazırlanması  məqsədilə  toplanan 

qrupların  iclaslarında  fəal  iştirak  edir.  2005-2007-ci  illər  ərzində  Azərbaycan 

Respublikası enerji üzrə işçi qrupun fəaliyyətini koordinasiya etmişdir. 

     

Azərbaycan  həmçinin,  Qara  Dəniz  regionunun  inkişaf  etdirilməsi  və 



regionda əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə tərtib olunan Qara Dəniz 

dairəvi avtomagistral yolunun tikintisi layihəsində iştirak edir.  

     

QD ƏT-in  Xarici  şlər  Nazirləri  Şurasının  2009-cu  il  15-16  aprel 



tarixində keçirilən 20-ci toplantısının qərarına əsasən, təşkilata sədrliyi 2009-cu 

ilin 1 may tarixindən altı ay müddətində Azərbaycan həyata keçirmişdir. 

Azərbaycanın  fəal  iştirak  etdiyi  və  onun  beynəlxalq  iqtisadi  inteqrasiya 

ə

laqələrində mühüm yer tutan regional inteqrasiya birliklərindən biri də  qtisadi 



Ə

məkdaşlıq Təşkilatıdır ( ƏT). Azərbaycanın  qtisadi Əməkdaşlıq Təşkilatı ilə 

münasibətləri  1991-ci  ilin  fevral  ayında,  hələ  respublika  SSR -nin  tərkibində 

olarkən qurulmuşdur. 

Hazırda  ƏT  çərçivəsində  bir  sıra  proqramlar  həyata  keçirilir.  Əsas 

məqsəd  üzv-ölkələr  arasında  iqtisadi  əlaqələrin  möhkəmləndirilməsi  və 

inteqrasiya  proseslərinə  kömək  etməkdir.  Təşkilat  çərçivəsində  üzv  ölkələr 

arasında  bir  sıra  prioritet  sahələr,  o  cümlədən  kənd  təsərrüfatı,  nəqliyyat, 

energetika, ticarət və investisiya üzrə əməkdaşlıq aparılır. Azərbaycan  qtisadi 

Ə

məkdaşlıq  Təşkilatı  daxilində  regional  iqtisadiyyatın  liberallaşdırılması 



proseslərində  fəal  iştirak  edir.  Belə  ki,  üzv  dövlətlər  arasında  iqtisadi 

ə

məkdaşlığın  gücləndirilməsi  və  regiondaxili  ticarətin  artırılması  məqsədilə 




 

79

Azərbaycan  10  müxtəlif  sazişə,  o  cümlədən  " ƏT  üzv  dövlətləri  arasında 



Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş", " ƏT regionunda Tranzit Nəqliyyatı 

haqqında  Saziş"ə  qoşulmuşdur.  " ƏT  regionunda  investisiyaların  təşviqi  və 

qorunması  haqqında  Saziş"  Azərbaycan  Respublikası  tərəfindən  imzalanmış, 

lakin ratifikasiya edilməmişdir. 

Təşkilat çərçivəsində Bakıda bir sıra mühüm tədbirlər, o cümlədən 5 may 

2006-cı  ildə  Bakıda  ƏT  Dövlət  və  Hökumət  Başçılarının  9-cu  Sammiti 

keçirilmişdir. 

2008-ci  il  14-16  dekabr  tarixlərində  Tehranda  ƏT  üzv  dövlətlərinin 

Maliyyə  və  qtisadiyyat    nazirlərinin  3-cü  iclası  və  2009-cu  ilin  18-19  yanvar 

tarixlərində  Tehranda 

Ə

T  üzv  dövlətlərinin  Ticarətin  Təşviqi  üzrə 



Təşkilatlarının 1-ci iclası keçirilmişdir. 

Hazırda  ƏT  çərçivəsində  4-cü  biznes  forumun  və  ƏT  üzv  ölkələrinin 

Ticarət  Təşviqi  üzrə  Təşkilatlarının  rəhbərlərinin  2-ci  iclasının  2011-ci  ildə 

Azərbaycan Respublikasında keçirilməsi istiqamətində işlər aparılır. 

Azərbaycan  slam  aləminin  tərkib  hissəsi  olaraq,  slam  Konfransı 

Təşkilatı  ( KT)  ilə  sıx  əməkdaşlığı  inkişaf  etdirməkdə  davam  etmiş,  bu 

təşkilatın regional və qlobal məsələlərin həllində siyasi çəkisinin və nüfuzunun 

artırılmasına  yardım  etmişdir.  Müxtəlif  mədəniyyət  və  sivilizasiyaların 

qovşağında unikal coğrafi mövqeyi, dözümlülük və icmalararası sülh ənənələri, 

mədəni  və  etnik  rəngarənglik  Azərbaycanın  sivilizasiyalar  arasında  körpü 

rolunun  oynamasının  etiraf  edilməsinə  imkan  yaratmışdır.  KT-yə  üzv 

dövlətlərin  Mədəniyyət  nazirlərinin  Tripolidə  keçirilmiş  beşinci  konfransının 

nəticələrinə  görə,  Bakı  2009-cu  ildə  slam  mədəniyyətinin  paytaxtı  elan 

edilmişdir. 

Azərbaycan  Respublikası  KT  çərçivəsində  keçirilən  bütün  toplantı  və 

görüşlərdə  fəal  iştirak  edir.  KT  Azərbaycan  Respublikasını  siyasi  arenada  ən 

yüksək səviyyədə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkilatın 

bir sıra qətnamələrində öz əksini tapmışdır. 




 

80

Ölkəmizə  zəruri  yardımın  göstərilməsi  məqsədilə  KT  çərçivəsində 



Azərbaycan Respublikasına  qtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul 

edilmişdir.  Bu  sənədlərdə  üzv  dövlətlər  və  islam  qurumları  tərəfindən 

Azərbaycan  hökumətinə  lazımi  iqtisadi  və  humanitar  yardımın  göstərilməsi, 

beynəlxalq  təşkilatlar  tərəfindən  Azərbaycana  təcili  maliyyə  və  humanitar 

yardımın təmin edilməsi üçün tədbirlərin görülməsi kimi əməkdaşlığın prioritet 

istiqamətləri qeyd olunmuşdur. 

2010-cu  ilin  oktyabr  ayında  stanbulda  KT-nin  qtisadi  və  Ticarət 

Ə

məkdaşlığı üzrə Daimi Komitəsinin (COMSEC) 26-ci toplantısı keçirilmişdir. 



Toplantı çərçivəsində, 14-cü Beynəlxalq Biznes Forum keçirilmişdir. 

 Bizim iqtisadiyyatımız özünün keçid dövrünü yaşayır. Elə bu səbəbdən 

də müasir iqtisadi inteqrasiya prosesi regional xarakter daşıyır və hər bir milli 

iqtisadiyyat  öz  səviyyəsinə  uyğun  ölkələrin  iqtisadiyyatları  ilə  yaxınlaşıb 

inteqrasiya  əlaqələrinə  girə  bilər,  bu,  Azərbaycan  üçün  də  sərfəlidir.  Nəticə 

budur  ki,  Azərbaycan  müasir  dövrdə  ikitərəfli  və  regional  iqtisadi  inteqrasiya 

proseslərinə qoşulmağa səy etməli və bundan bəhrələnməlidir. 

Yuxarıda  deyilənləri  ümumiləşdirərək  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 

Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişafı inteqrasiya proseslərinə aktiv 

surətdə  qoşulmaqla,  regional  inteqrasiya  birliklərində  səmərəli  iştirak  etməsilə 

mümkündür.  

 

 



 

 

 



 

 

 



 

 



 

81

NƏT CƏ 



 

Magistr  dissertasiyasında aparıılan tədqiqatın əsasında aşağıdakı təkliflər 

və tövsiyyələr verilə bilər: 

Dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiya  istiqamətində  ölkəmiz  bir 

tərəfdən  iqtisadiyyatın  səmərəli  strukturunu  formalaşdırmaq,  daha  mütərəqqi 

texnika  və  texnologiyaları,  elmi  yenilikləri  əldə  etmək,  digər  tərəfdən  də 

beynəlxalq  əmək  bölgüsündə  malik  olduğu  üstünlükləri  reallaşdırmağa  nail 

olmalıdır. Məhz bu səbəbdən respublikamızın xarici ticarət əlaqələrinin inkişaf 

etdirilməsi  və  dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiyasının  təmin 

olunması qarşıda duran mühüm vəzifələrdəndir. 

Azərbaycan  xarici  ticarət  əlaqələr  sistemində  geniş  miqyaslı  islahatlar 

aparmışdır.  Həmin  islahatları  təsvir  edən  nəticələrdən  biri  ölkənin  son  illər 

ə

rzində  dünya  ixracındakı  payının  3  dəfə  artımıdır-  2010-cü  ildə  0,036-dan 



2013-cu  ildə  0,136-a  qədər.  Bir  daha  qeyd  etmək  olar  ki,  Azərbaycanın 

ixracının  bu  artımı,  əsasən, dünya  bazar qiyməti  son illər  ərzində  yüksək olan 

təbii ehtiyatlarla bağlıdır. Lakin bununla belə, qeyri-neft məhsullarında da artım 

müşahidə  olunur.  Bu  fakta  baxmayaraq,  xarici  ticarət  əlaqələrinin 

tənzimlənməsi  ilə  bağlı,  xarici  ticarət  siyasəti  məqsədlərinə  nail  olmaq  üçün 

kompleks tədbirlər həyata keçirilməsi həlledici əhəmiyyətə malikdir. 

Gömrük  qanunvericiliyinin  müasirləşdirilməsi,  onun  Avropa  ttifaqı, 

eləcə  də  beynəlxalq  norma  və  standartlara,  o  cümlədən  ÜTT-nin  gömrük 

qiymətləndirilməsi ticarətə məhdudiyyətlərin azaldılması və təchizat zəncirinin 

təhlükəsizliyi  kimi  sahələrdə  tələblərinə  uyğunlaşdırılması  məqsədilə  yeni 

gömrük  məcəlləsinin  və  onun  icra  mexanizmlərinin  qəbulu  xarici  ticarət 

ə

laqələrinin hüquqi əsaslarını gücləndirə və inkişaf etdirə bilər. 



Azərbaycanda  ticarət  əməliyyatlarına  çətinlik  yaradan  əsas  maneələr 

gömrük  inzibatçılığı  və  tənzimlənməsi  ilə  bağlıdır.  Əsas  məqsəd  gömrük 

inzibatçılığını  təkmilləşdirmək  və  müasirləşdirmək,  eləcə  də  bütün  icazə  və 

razılıqların, 

cümlədən 



lisenziyanın 

alınmasını 

asanlaşdırmaqdır. 



 

82

Azərbaycanda  müəssisələrin  uğurlu  fəaliyyətini  təmin  etmək  üçün  həmin 



maneələrin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Biznes qarşısında 

bu  cü  çətinliklərin  olmaması  birbaşa  xarici  investisiyaların  axınına  səbəb  ola, 

ticarət  əməliyyatlarının  artımını  sürətləndirə  və  qeyri-enerji  sektoruna 

sərmayələrin 

cəlb 

edilməsi 



baxımından 

həlledici 

olan 

sabit  və 



proqnozlaşdırılması mümkün olan sahibkarlıq mühitini yarada bilər. 

XTƏ-nin  ÜTT  qaydalarına  uyğunlaşdırılması  istiqamətində  ticarət 

siyasəti  və  qanunvericilik  sahəsində  islahatların  davam  etdirilməsi  zəruridir. 

Qeyd  etdiyimiz  kimi,  hökumət  2006-cı  ildə  imzalanmış  “Ölkə 

qanunvericiliyinin  ÜTT-nin  tələblərinə  uyğunlaşdırılması  haqqında”  Prezident 

fərmanının  həyata  keçirilməsinə  uyğun  olaraq  ölkənin  ticarətlə  bağlı 

qanunvericiliyini  ÜTT-nin  tələblərinə  uyğunlaşdırmağa  başlamışdır.  Nəticədə, 

ölkə Fitosanitar nəzarət haqqında Qanunu, Standartlaşdırma sektorunun inkişafı 

ilə  bağlı  dövlət  proqramını  qəbul  etmiş,  texniki  normativlərin  yeni  layihəsini 

hazırlamışdır. 

ÜTT-yə 

üzvlüyü 


ə

rəfəsində 

qanunların 

tələblərə 

uyğunlaşdırılmasının  başa  çatdırılması  məqsədilə  siyasətin  uyğunlaşdırılması 

sahəsində həllini gözləyən tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. 

Hazırda  Azərbaycan  iqtisadiyyatının  qarşısında  duran  mühüm  problem 

idxalın 


və 

ixracın 


həm 

coğrafi, 

həm 

də 


ə

mtəə 


strukturunun 

təkmilləşdirilməsindən  və  ona  nail  olmaqdan  ibarətdir.  Bütün  bunları  nəzərə 

alaraq Azərbaycanda həyata keçirilən xarici ticarət və struktur siyasəti idxal və 

ixracın  strukturunu  təkminləşdirməyə  yönəldilmişdir.  Texnoloji  imkanların 

məhdudluğu üzündən Azərbaycan yenə də xammal ixrac edən ölkə kimi qalır. 

Ölkəmiz  istehsal  etdiyi  pambığı,  şərab  yarımfabrikatlarını,  fermentləşdirilmiş 

tütünü,  kimya  xammalını,  neft  məhsullsrı  xammalını,  elektronika  sənayesinin 

yüzlərlə  adda  kompleksləşdirici  məmulatı  son  məhsul  həddinə  çatmadan 

Azərbaycandan  kənara  göndərməli  olur.  Dünya  bazarında  əlverişli  yer  tutmaq 

üçün  xarici  ticarət  əlaqələrini  yeni  təşkilati  keyfiyyət  mərhələsinin  dünya 

bazarının  unifikasiya  olunmuş  oyun  qaydaları  əsasında  qütbləşməsi  təmiz 

vasitəçi  ticarətin  kəskin  azalması,  məhsul  və  kapital  bazarının  qarşılıqlı 




 

83

qovuşmasınıngüclənməsi  kimi  tələblər  Azərbaycanın  son  illər  xarici  ticarət 



ə

laqələrinin strategiyasının əsasını təşkil edir. Ölkəmizin dünya bazarına çıxışı, 

xüsusən  də  onun  xarici  ticarətinin  strukturunun  təkmilləşdirilməsi,  düzgün 

strategiyanın hazırlanması üçün bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən 

ölkə iqtisadiyyatının müəyyən sahələri və istiqamətləri tənzimləməlidir. Bunlar 

ə

sasən  aşağıdakılar  olmalıdır:  iqtisadiyyatın  strukturu,  məşğulluq,  pul 



dövriyyəsi,  tədiyyə  balansı,  qiymətlər,  elmi-tədqiqat  və  təcrübə-layihə  işləri, 

rəqabət şəraiti, kadrların hazırlanması. 

Azərbaycanın  ÜTT-yə  üzvolma  istəyi  ölkənin  müasir  xarici  ticarət 

siyasətindən  irəli  gəlir.  Bu  siyasətin  əsas  məqsədi-dünya  iqtisadiyyatına, 

beynəlxalq  ticarətə  maksimum  dərəcədə  səmərəli  və  əlverişli  şərtlərlə  daxil 

olmaqdan ibarətdir. Bu vəzifələrə nail olaraq bir sıra mühüm vəzifələri həyata 

keçirmək olar: 

•  Azərbaycan mənşəli mal və xidmətlərin beynəlxalq bazarlara əlverişli və 

qeyri-diskriminasiyalı şərtlərlə daxil olması; 

•  Ölkənin  ixrac  potensialının  gücləndirilməsi  və  ümumiyyətlə  ixracın 

strukturunun, tərkibinin təkmilləşdirilməsi; 

•  ÜTT-nin  qaydalarından  istifadə  edib,  “açıq  iqtisadiyyat”  şəraitində  yerli 

istehsalçıların hüquqlarının qorunması; 

ÜTT  norma  və  qaydalarını  Azərbaycan  praktikasına  tətbiq  etməklə,  xarici 

ticarət  əlaqəllərinin  tənzimlənməsi  sahəsində  beynəlxalq  təcrübənin  müvafiq 

qanunvericiliyə uyğunlaşdırılması. 

 

 

 



 

 

 



 

 



 

84

ST FADƏ ED LM Ş ƏDƏB YYAT S YAHISI 

 

R.Mehdiyev, “Azərbaycan: Qloballaşma dövrünün tələbləri”, Bakı, 2005. 



Ə

.Həsənov, “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”, 

Bakı, 2005. 

Ə

.Həsənov, “Geosiyasət”, Dərslik, Bakı, 2010. 



Ə

.Həsənov, A.Vəliyev, “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” 

Шамседдин

  Гаджиев.  Азербайджан  на  пути  к  мировому  сообществу: 

стратегия

 внешнеэкономического развития. Киев, 2000 

C.Kərimov, A.Orucov, H, srafilov, “Dünya iqtisadiyyatı”, Bakı, 2007. 

Ə

liyev  Aydın,  “Azərbaycanın  iqtisadi  siyasəti.  Azərbaycanın  xarici  ticarət-



iqtisadi əlaqələri”, Dərslik, Bakı, 2003. 

C.Kərimov,  A.Orucov,  T.Kərimova,  “Beynəlxalq  qtisadi  Təşkilatlar”,  Bakı, 

2008. 

Ç.Abbasov,  “Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  yolları”,  Bakı, 



2005. 

 A.Əliyev, “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı”, Bakı, 2008. 

 R.Həsənov,  “Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafının  bazar 

modelinin konseptual əsasları”, Bakı, 1998. 

 S.Səfərov, “Yeni Azərbaycan: iqtisadiyyat, siyasət, dinamizm”, Bakı,2003. 

 S.Səfərov, “Heydər Əliyev keçən yeni keyfiyyət halında: iqtisadiyyat, siyasət, 

dinamizm, problemlər, perspektivlər”, Bakı, 2005. 

 Ахверуиев  О,  Мамедов  М,  “Лекогосторонняя  система  торгово-

экономических

 отношений”, Баку, 2000. 

 Т.Кулнев, “Регулируемая рыночная экономика”, Баку, 1999. 

 И.Млихашевская, А.Холонов, “Международная экономика”, М, 2004. 

 И.Дюмулен, 

“Таможенно-тарифное 

регулирование

 

(зарубежная 



практика

)”, М, 1993. 

 “Мировая  экономика  и  международные  экономические  отношения”, 

Учебник


, под ред. А.Булатова, М, 2008. 


 

85

 “Государственное  регулирование  рыночной  экономики”,  Учебник,  под 



ред

. В.Кушлина, М, 2003. 

 “Опыт стран-членов ВТО по защите интересов на внутреннем и внешнем 

рынках


”,  Журнал,  “Мировая  экономика  и  международные  отношения”, 

2002, N1. 

 И.Осадчая,  “Глобализация  и  государство:  новое  в  регулировании 

развитых


  стран”,  Журнал,  “Мировая  экономика  и  международные 

отношения

”, 2002, N3.  

 

nternet mənbələri: 



 

 Dövlət Statistika Komitəsinin internet saytı – 

www.azstat.org

 

  qtisadi  nkişaf Nazirliyinin internet saytı – 



www.economy.gov.az

  

 Dövlət Gömrük Komitəsinin internet saytı – 



www.az-customs.net

 

 Azərbaycan və ÜTT-nin internet saytı – 



www.wto.az

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

86

Резюме



 

 

Магистерской

 

диссертации



 

на

 



тему

«Современные 



проблемы

 

регулирования



 внешнеторговых связей Азербайджана» 

В

  работе  поставлена  цель  на  основе  комплексного  исследования 



внешнеторговых

  связей  Азербайджана,  их  особенностей,  структуры, 

динамики

  за  последние  годы,  соответствии  нормативно-правовой  базы 

внешнеторгового

  связей  международным  нормам  и  стандартам,  дать 

конкретные

  предложения  и  рекомендации  по  совершенствованию  их 

регулирования

. В этой связи в работе рассмотрены и изучены следующие 

вопросы

:  теоретико-методологические  основы  внешней  торговли, 



сущность

  внешнеторговых  связей,  а  также  основные  методы  их 

регулирования

,  совершенствование  внешнеторговых  связей  в  условиях 

глобализации

,  проведен  комплексной  анализ  товарной  и  географической 

структуры

 внешнеторговых связей страны. Особое место в работе уделено 

проблемам

  соверщенствования  регулирования  внещнеторговых  связей 

Азербайджана

  в  предверии  вступления    во  Всемирную  Торговую 

Организацию

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

87

Summary 



 

Master’s  thesis  on  the  topic:  “Actual  problem  for  management  of  foreign 

relations of Azerbaijan” 

          The 

paper aims 

to commission research on 

the 

 basis 


of Azerbaijan's foreign 

trade 


relations, 

their 


characteristics,   structure,   dynamics in  recent  years, according  to the  legal 

framework of foreign trade relations with international norms and standards, to 

give  specific suggestions and  recommendations  to  improve their management. 

In  this regard, the  work reviewed and investigated the  following questions: 

methodological bases of  foreign  trade,  the  essence  of foreign  trade  relations, 

as well 


as the 

main methods of 

their 

regulation, 



improvement 

of trade relations in the 

context 

of 


globalization, 

conducted a 

comprehensive analysis of the commodity  andgeographical structure of  foreign 

trade of  the  country.  A  special place in  the particular problems  of improving 

theregulation of foreign trade of Azerbaijan on the threshold of  joining World 

Trade Organization.



 

 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə