Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   2   3   4   5   6   7   8   9   ...   26

 

10

Xarici  ticarət  nəzəriyyələri  uzun  bir  təkamül  prosesi  keçərək  çoxəsrlik  tarixə 



malikdir.                                                                                               Sxem 1.1 

Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Mənbə:  Hacıyev  Ş.H.  “Beynəlxalq  ticarət  nəzəriyyələri:  metodoloji  təkamül”.  “ qtisad  elmləri: 

nəzəriyyə və praktika” jurnalı, 1998, 1-2, səh. 55 

Klassik nəzəriyyələrə 

qədərki konsepsiyalar 

Merkantilizm 

Fiziokratizm 

 

Klassik nəzəriyyələr 



 

Mütləq üstünlüklər nəzəriyyəsi 

Müqayisəli üstünlüklər nəzəriyyəsi 

Beynəlxalq dəyər nəzəriyyəsi 

 

Neoklassik nəzəriyyələr 



 

stehsal amilləri nəzəriyyəsi 

stehsal amillərinin nisbəti nəzəriyyəsi 

stehsal amillərinin qiymətlərinin 

bərabərləşdirilməsi teoremi 

Müqayisəli üstünlüklər nəzəriyyəsinin 

daha çox miqdarda ölkə və əmtəələrə 

intişar edilməsi 

 

Müasir nəzəriyyələr 



 

Müasir şəraitdə klassik nəzəriyyələrin 

prinsiplərinin zənginləşdirilməsi 

Beynəlxalq ticarətin yeni 

problemlərinin klassik mövqedən 

tədqiq edilməsi 

Beynəlxalq ticarətin müasir alternativ 

(klassik nəzəriyyədən fərqli) 

nəzəriyyələri 



 

11

Xarici  ticarətə  dair  ilk  sistemli  fikirlər  yalnız  XVI  əsrdə  merkantilistlər 



tərəfindən  yaradılmışdır.  Merkantilizm  nəzəriyyələrinin  əsas  nümayəndələri 

kimi,  Tomas  Meni,  Antuan  Monkretyeni,  Çarlz  Davenantı,  Vilyam  Stafforu 

və  digərlərini  göstərmək  olar.  Merkantilistlərin  fikrincə,  iqtisadi  sistem  üç 

sektordan  –  istehsal  sektorundan,  kənd  təsərrüfatı  sektorundan  və  xaici 

koloniyalardan  ibarət  idi.  Onlara  görə,  tacirlər  iqtisadi  sistemin  ən  mühüm 

subyekti,  əmək  isə  istehsalın  əsas  amili  idi.  Merkantilistlər  hesab  edirdilər  ki, 

ölkənin iqtisadi gücü onun qızıl və qiymətli metallar ehtiyatları ilə ölçülməlidir. 

Qızıl  ehtiyatlarının  artımı  dövlətin  əsas  vəzifəsi  olmalı  və  xarici  ticarət  də  ilk 

növbədə buna xidmət etməlidir. 

Merkantilizmdən az sonra yaranan fiziokratizm nəzəriyyəsi xarici ticarətə 

elə  böyük  əhəmiyyət  verməsə  də  iqtisadi  elmin  inkişafında  mühüm  rol 

oynamışdır.  Bu  nəzəriyyənin  nümayəndələri  kimi  Fransua  Keneni,  Jak 



Turqonu,  Viktor  Mirabonu  göstərmək  olar.  Onlar  merkantilistlərdən  fərqli 

olaraq ölkənin sərvətinin əsasını ticarətdə deyil, istehsalda, daha doğrusu kənd 

təsərrüfatı  istehsalında  görürdülər  və  belə  fikirləşirdilər  ki,  dövlət  iqtisadi 

həyatın təbii axarına qarışmamalıdır. 

Xarici  ticarət  əlaqələrinin  xarakteri  və  ölkələrin  kim  ilə,  nə  ilə  və  nəyə 

görə  ticarət  etməsi  problemi  xarici  ticarət  sahəsində  nəzəri  axtarışların  əsas 

məqsədi  olaraq  qalmaqda  davam  etmişdir  və  bu  tarixi  vəzifə  ilk  dəfə  olaraq 

XVIII  əsr  ingilis  klassik  iqtisadi  məktəbinin  üzərinə  düşmüşdü.  Xarici  ticarət 

sahəsində  irəli  sürülmüş  nəzəriyyələrdən  biri  klassik  məktəbin  ən  görkəmli 

nümayəndəsi  Adam  Smitin  “Mütləq  üstünlüklər  nəzəriyyəsi”dir.  O, 

merkantilistlərin əsinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və 

hesab  edirdi  ki,  xarici  ticarət  vasitəsilə  ayrı-ayrı  ölkələr  varlandıqca  dünya 

iqtisadiyyatı  da  inkişaf  edir.  A.Smitin  konsepsiyasına  görə,  ölkələr  daha  az 

xərclərlə  istehsal  etdikləri  (yəni  istehsalında  mütləq  üstünlüyə  malik  oduqları) 

ə

mtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan 



(yəni  istehsalında  mütləq  üstünlüyün  tərəfdaş  ölkələrə  məxsus  olduğu) 

ə

mtəələri idxal edir. 




 

12

  



A.Smitdən  təxminən  40  il  sonra  klassik  məktəbin  digər  görkəmli 

nümayəndəsi  David  Rikardo  mütləq  üstünlüklər  nəzəriyyəsinin  müddəalarını 

inkişaf  etdirərək  müqayisəli  üstünlüklər  nəzəriyyəsini  işləyib  hazırladı.  Bu 

nəzəriyyənin  təməli  o  qədər  güclüdür  ki,  müasir  dövrdə  də  müqayisəli 

üstünlüklərin  beynəlxalq  ticarətin  əsasını  formalaşdırdığı  qəbul  edilir. 

Müqayisəli 

üstünlüklər  nəzəriyyəsinə  görə,  əgər  ölkələr  digər  ölkələrlə 

müqayisədə  nisbətən  daha  az  xərclərlə  istehsal  edə  bildikləri  əmtəələrin 

istehsalında  ixtisaslaşırlarsa,  onda  ticarət  hər  iki  tərəf  üçün  qarşılıqlı  faydalı 

olacaq.  Bu  zaman,  istehsalın  onların  birində  digərinə  nisbətən  mütləq 

effektivliyə malik olması əhəmiyyətə malik olmayacaq. 

Beynəlxalq  dəyər  nəzəriyyəsinin  banisi  Con  Stüart  Mill  olmuşdur. 

Beynəlxalq  dəyər  nəzəriyyəsinə  görə,  əmtəələrin  mübadilə  dəyəri  onlara  olan 

tələbin  elastikliyindən  asılı  olaraq  formalaşır.  O,  müəyyən  qiymət  dairəsini 

müəyyənləşdirir  ki,  bu  dairədən  də  kənarda  beynəlxalq  mübadilə  özünün 

cəlbediciliyini  itirir.  Deməli,  beynəlxalq  dəyər  nəzəriyyəsinə  görə  ölkələr 

arasındakı əmtəə mübadiləsini optimallaşdıran qiymət mövcuddur və bu qiymət 

tələb və təklifdən asılı olan bazar qiymətidir. 

Istehsal  amilləri  nəzəriyyəsinin  banisi  Jan  Batist  Sey  istehsal  amilləri 

kimi  əməyi,  torpağı  və  kapitalı  göstərirdi.  Onun  fikrincə,  bu  amillərin  bazaar 

qiymətləri  (əmək  haqqı,  kapital  faizi  və  torpaq  rentası)  istehsal  xərclərini 

formalaşdırır və istrhsal amillərini qiymətləndirməyə imkan verir.  

XX  əsrin  20-ci  illərinin  ortalarında  isveç  neoklassik-iqtisadçıları  Eli 

Hekşer

  və  onun  şagirdi  Bertil  Olin  yeni bir  konsepsiya  işləyib  hazırladılar  ki, 

bu da sonradan istehsal amillərinin nisbəti nəzəriyyəsi adını aldı. Bu nəzəriyyə 

çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən ana fikri 

belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı 

həmin  amildən  daha  çox  tələb  edən  əmtəələr  üzrə  müqayisəli  üstünlük  əldə 

edər, yəni onları daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar. Onların 

fikrincə  xarici  ticarət  o  zaman  səmərəli  olur  ki,  o  ayrı-ayrı  dövlətləri  eynitipli 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə