Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   2   3   4   5   6   7   8   9   ...   26

 

13

məhsulların istehsalından imtina etməyə  sövq edir, yəni istehsalın sahələrarası 



ixtisaslaşmasını artırır. 

stehsal  amillərinin  qiymətlərinin  bərabərləşdirilməsi  teoremi  amerika 

iqtisadçısı  Pol  Samuelson  tərəfindən  isbat  olunmuşdur  və  Hekşer  –  Olin 

teoreminə  əsaslanır.  Hekşer-Olin-Samuelson  teoremi  də  adlandırılan  bu 

teoremə  görə,  beynəlxalq  ticarət  mübadilədə  iştirak  edən  ölkələrdə  istehsalın 

homogen  amillərinin  mütləq  və  nisbi  qiymətlərinin  bərabərləşməsinə  gətirib 

çıxarır. 

Xarici ticarətə dair geniş yayılmış müasir nəzəriyyələrdən biri “Texnoloji 

üstünlük  nəzəriyyəsi”dir.  M.Pozner  tərəfindən  1961-ci  ildə  irəli  sürülmüşdür. 

Bu  nəzəriyyəyə  görə,  hər  hansı  bir  ölkədə  kəşf  edilmiş  texnoloji  yenilikdən 

ticarət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Elmi-texniki tərəqqinin lideri 

olan  ölkələr  yeniliklər  hazırlanması  işini  davam  etdirməklə  digər  ölkələri 

həmişə  qabaqlayırlar.  “Məhsulun  həyat  dövrü  nəzəriyyəsi”  Raymond  Vernon 

tərəfindən irəli sürülmüşdür. O göstərir ki, hər hansı bir məhsulun istehsalında 

istifadə  edilən  müxtəlif  istehsal  amillərinin  müqayisəli  üstünlüyü  müxtəlif 

ölkələrdə  müxtəlifdir.  Hər  bir  məhsulun  həyatı  üç  mərhələdən:  yeni  məhsul, 

yetkin məhsul və standart məhsuldan ibarətdir. Bu nəzəriyyəyə görə artıq əsas 

təhsil obyekti ayrı-ayrı ölkələr deyil, transmilli korporasiyalar ön plana çəkilir. 

Maykl  Porter  80-cı  illərin  axırlarında  “Millətlərin  beynəlxalq  rəqabət 

qabiliyyətliyi”  adlı  nəzəriyyə  hazırlamışdır.  O,  dünya  bazarlarında  ölkələrin 

rəqabət  qabiliyyətini  müəyyən  edən  və  qarşılıqlı  əlaqədə  olan  dörd  əsas 

parametri göstərmişdir: 

•  amillərin şərtləri; 

•  tələb şərtləri; 

•  qohum və ona xidmət edən sahələr; 

•  firmanın strategiyası və rəqabət. 

  

“ qtisadi  inkişaf  və  xarici  ticarət  nəzəriyyəsi”nin  banilərindən  biri  



P.Lindertdir. O göstərir ki, istehsal amilləri cəmiyyətin inkişafından asılı olaraq 

kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalır. Hər hansı bir ölkədə, iqtisadi 




 

14

artım istehsal amillərinin miqdarca artımı və ya istehsal texnologiyasında təsbit 



olunan yeniliklərin nəticəsində baş verir.  

     


Xarici ticarət nəzəriyyələri və beynəlxalq ticarətin çox illik inkişaf tarixi 

göstərir  ki,  ölkələr  arasında  sərbəst  ticarət  həyata  kecirildikdə  beynəlxalq 

ixtisaslaşmanın yaratdığı bütün üstünlüklərdən faydalanmaq mümkündür. Lakin 

tam  sərbəst  xarici  ticarət  yalnız  nəzəri  cəhətdən  mümkündür.  Təcrübədə  isə 

dövlətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər.

 

Xarici ticarə



siyasəti 

anlayışı  altında  dövlətin  müxtəlif  vasitələrdən  istifadə  etməklə  digər 

ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət 

siyasəti  dövlətin  ümumi  iqtisadi  siyasətinin  vacib  tərkib  hissəsidir.  Təsərrüfat 

inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin 

ə

sas  vəzifəsi  ölkənin  daxili  istehsalının  genişləndirilməsi  və  milli  sərvətin 



artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır. 

         Xarici  ticarət  siyasəti  geniş  aspektdə  ölkə  hökumətinin  istehsal 

amillərinin  hərəkəti  və  istiqamətinə,  ticarətin  həcmi,  strukturu  və  coğrafi 

yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi şərh edilir. 

•  iqtisadi rifah; 

•  iqtisadi təhlükəsizlik; 

•  tədiyyə balansının sağlamlaşdırılması; 

•  ümumi iqtisadi inkişaf. 

Xarici  ticarət  siyasətinin  mahiyyəti  onun  qarşısına  qoyulan  məqsədlər 

çoxluğu ilə tam adekvat şəkildə şərh edilə bilər: 

        Ölkənin  xarici  ticarətə  müdaxilə  etməsinin  həcmindən  asılı  olaraq  azad 

ticarət siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir. 



         

Azad  ticarət  siyasəti  zamanı  dövlət  xarici  ticarətə  minimum  müdaxilə 

siyasəti  yeridir  və  xarici  ticarət  azad  bazar  qüvvələri,  tələb  və  təklif  əsasında 

inkişaf edir. 

        Proteksionizm  siyasəti  zamanı  isə  ticarət  siyasətinin  tarif  və  qeyri-tarif 

vasitələrindən  istifadə  etməklə  daxili  bazarın  xarici  rəqabətdən  müdafiəsi 

siyasəti həyata keçirilir. 




 

15

      Xarici ticarətin dövlət tənzimlənməsi metodları iki qrupa ayrılır: 



      1. Tarif metodları 

      2. Qeyri-tarif metodları 

       Tarif  metodları  ilə  xarici  ticarətin  tənzimlənməsi  zamanı  aşağıdakı  ticarət 

siyasəti alətlərindən istifadə edilir: 

Gömrük rüsumları 

Tarif kvotaları  

  

Gömrük  rüsumu  –  mallar  (    Azərbaycan  Respublikasının  gömrük 

sərhədindən  keçirilən  istənilən  əmlak,  o  cümlədən,  istilik,  elektrik  enerjisi  və 

energinin  digər  növləri  )  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 

gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük 

orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın 

mühüm şərtidir.  

 

                                                           Cədvəl 1.1.           



                                       Gömrük rüsumlarının növləri      

Təsnif əlamətləri 

Növlər 

Tutulma üsuluna görə 

Spesifik 

Advalor 

Kombinə edilmiş 



Obyektinə görə 

Idxal 


Ixrac 

Tranzit 


Xarakterinə görə 

Mövsümi 


Antidempinq 

Kompensasiya 



Mənbəsinə görə 

Avtonom 


Konvensiya 

Preferensial 



Dərəcə tipinə görə 

Daimi 


Dəyişkən 



Hesablama üsuluna görə 

Nominal 

Effektiv 

                                            



Mənbə: Киреев А. Международная экономика. – Москва: Международные 

отношения

, 1997, Ч.1.                                   

 

   



Tarif kvotası dedikdə, dərəcələri idxalın həcmindən asılı olan dəyişkən 

gömrük  rüsumlarının  müxtəlifliyi  başa  düşülür.  Müəyyən  edilmiş  kəmiyyət 

çərçivəsində həyata keçirilən idxal zamanı ona baza tarif dərəcəsi tətbiq edilir 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə