Microsoft Word Tahrif tamam-latin doc



Yüklə 355,84 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix04.11.2017
ölçüsü355,84 Kb.
#8285
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 



 

QURAN TƏHRİF 

OLUNMAYIB

 

 

 



 

 

 



 

 

 



 

 

MÜƏLLİF: 



ŞEYX MƏHƏMMƏDCAVAD FAZİL 

LƏNKƏRANİ 

 

TƏRCÜMƏ EDƏN: 

MAQSUD SAYIL 

 

 

 



 

 

 



 

 

 



2

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kitabın adı:........................Quran təhrif olunmayıb 



Müəllif:...Şeyx Məhəmmədcavad Fazil Lənkərani 

Tərcümə edən:.....................................Maqsud Sayıl 

Nəşr edən:....................................................Moce‐elm 

Çap növbəsi:......................................................Birinci 

Tiraj:.......................................................................3000 

964-95842-6-9

 

 

 



 


 



ALLAHIN ADI İLƏ 

 

ÖN SÖZ 

Sonuncu  Peyğəmbərin  (s)  əbədi  möcüzəsini,  əzəli 

və əbədi həqiqətlər dolu geniş süfrəni, yaradılışın ən 

böyük əmanətini, yəni Quranı (böyük bir məsuliyyət 

olaraq)  öhdəsinə  götürmək  ləyaqətini  verdiyi  üçün 

uca 


Tanrıya 

minnətdaram. 

Həqiqətən, 

insan 


kəraməti,  onun  mütləq  kəramət  sahibi  tərəfindən 

nazil  olması  ilə  reallaşmışdır.  Bu  sonsuz  ümman  öz 

alçaq‐hündür dalğalarında ən böyük hidayət sirlərini 

və  ən  doğru  səadət  yollarını  gizləmişdir.  Bu,  daim 

bəşər  yoluna  işıq  saçan  hidayət  çırağıdır.  Bu,  əbədi 

nur, bütün hallarda rəhbər və hər an zikrdir. Bu, elə 

bir  kitabdır  ki,  Allah  onun  əbədi  qorunacağını 

vəd 


etmişdir və o, öz vədinə daim vəfadardır.

  

 



﴾ﱞﻖَﺣ ِﻪّﻠﻟا َﺪْﻋَو ﱠنِإ َﻻَأ ﴿ 

“Xəbəriniz olsun ki, Allahın vədi haqdır”.

1

 

 

Bu  kiçik  topluda  diqqətinizə  çatdırılanlar  Quranın 



təhrif olunmadığı haqqında ən mühüm məqamlardır. 

Bu  mövzu  Quran  elmlərində  əsaslı  məsələlərdən 

biridir.  Təhrif  mövzusunun  əhatəli  və  ətraflı 

araşdırılması bu kitab üzərində araşdırmalar aparan 

tədqiqatçıların  üzərinə  düşür.  Əslinə  qalsa,  təhrif 

                                                 

1

 Yunus, 55. 



 

4

nəzəriyyəsini islam məzhəblərinə aid etməkdə ifrata 



varılmışdır.  Belə  ki,  etiqadlarının  özülünü  təhrif 

nəzəriyyəsinin  inkarı  təşkil  edən  bir  məzhəbin 

təhrifə  əqidə  bəsləməsini  söyləmişlər.  Biz  bu 

məsələnin  müxtəlif  cəhətlərini  araşdırmaqla  yanaşı 

sübuta  yetirəcəyik  ki,  Şiə  məzhəbi  nəinki  təhrif 

nəzəriyyəsini  qəbul  etmir,  prinsipcə  qəbul  edə  də 

bilməz.  Çünki  bu  müddəa  qəbul  edildiyi  təqdirdə, 

Şiə əqidəsinin əsasları aradan gedəcəkdir.  

Gəlin, 

böyük 


elm 

adamlarının, 

görkəmli 

şəxsiyyətlərin  iştirakı  ilə  keçirilən  bu  konfransda

1

 

birgə  bəyanat  verək



  və  bununla  bütün  dinlərə, 

məzhəblərə  və  millətlərə  Quranın  Peyğəmbər  (s) 

dönəmindən  bu  günədək  təhrif  olunmadığını  və 

qiyamətə qədər də olunmayacağını elan edək.  

Biz  bu  məsələni,  Quranin  bu  günə  qədər  təhrif 

olunmadığı  şəklində  qoymuruq.  Əksinə,  biz  iddia 

edirik  ki,  bu  müqəddəs  kitabın  təhrif  olunmayacağı 

Allahın qəti iradəsidir. Belə ki, heç bir şəxs və ya qrup 

bu  kitabı  təhrif  etmək  iqtidarında  deyil.  Bu  əbədi 

möcüzə  əsrlər  boyu  ona  düşmən  kəsilmiş  yağıları 

mübarizəyə çağıraraq özünü təhrifdən qorumuşdur.  

Biz  bu  yazımızda  təhriflə  bağlı  bütün  məsələləri 

təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. 

Çünki  bu  tədqiq  yalnız  cildlərlə  kitaba  sığa  bilər. 

Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini 

                                                 

1

 

Bu elmi əsər ilk dəfə böyük bir konfransa verilmək məqsədi ilə qələmə 



alınmışdır.  


 

aydınlaşdırmaq  üçün  bir  neçə  mühüm  məqamı  qısa 



şəkildə araşdırmaqdır.  

 

 



6

BİRİNCİ MƏQAM 

“TƏHRİF” TERMİNİNİN TƏDQİQİ 

“Təhrif”  termini  ərəb  dilində  “təfil”  modelinin 

məsdəri  olub,  etimoloji  baxımdan  “hərf”  sozü  ilə 

əlaqədardır.  “Hərf”  sözü  lüğətdə  bu  və  ya  digər 

əşyanın  kənarı,  ucu  mənasını,  təhrif  sözü  isə  bu  və 

ya  digər  əşyanın  kənarlaşdırılması,  tərəflərinin 

dəyişdirilməsi mənalarını ifadə edir.  

Allah‐təala Quranda buyurur:  

 

ُﺒْﻌَﻳ ﻦَﻣ ِسﺎﱠﻨﻟا َﻦِﻣَو

ٍفْﺮَﺣ ﻰَﻠَﻋ َﻪﱠﻠﻟا ُﺪ

 ﴿ 



 

İnsanlardan  eləsi  də  vardır  ki,  Allaha  birtərəfli 



ibadət edirlər”.

1

 

 

Bu kimi şəxslər imanı zəif olan insanlardır. Belələri 



döyüş  zamanı  uzaqda  dayanıb  tamaşa  edən 

insanlara  bənzəyirlər.  Hansı  ki,  qoşun  qələbə 

çaldıqda yaxına gələr, qənimət yığar, əks təqdirdə isə 

qaçaraq aradan çıxarlar.

2

  

Bu  termin  hərfi  məna  etibarı  ilə  mütləq  şəkildə 



dəyişdirilmək  mənasını  kəsb  edir.  Elə  buna  görə  də 

təhrif  termininin  ilkin  mənasının  “Ləfzi  təhrif” 

(sözdə  təhrif,  sözlərin  dəyişdirilməsi  yolu  ilə  baş 

verən  təhrif)  olduğunu  iddia  etmək  heç  də  əsassız 

deyil.  Lakin  Quranda  müxtəlif  dəlillər  olduğu  üçün 

                                                 

1

 Həcc, 11. 



2

 Kəşşaf, c. 2, səh. 146. 




Yüklə 355,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə