43
Azərbaycanda,o cümlədən Aran iqtisadi rayonunda heyvandarlığın qırmızı
və naxır,qoyunçuluq və keçiçilik,atcılıq və dəvəçilik,quşculuq və s. formalarının
inkişaf etdirilməsi imkanları genişdir.Qoyunçuluğun yaylaq qışlaq şəraitində
inkişaf etdirilməsi əlverişlidir.
Heyvandarlığın intensiv metodlar əsasında inkişaf etdirilməsi əhalinin ərzaq
məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi,yüngül
sənaye sahələrinin inkişaf etdirilməsi ,əhalinin işsizlik probleminin həllində
mühüm əhəmiyyəti vardır.
xtisaslaşdırılmış yemçilik təsərrüfatlarının yaradılması,təsərrüfatda yem
bitkiləri əkininin genişləndirilməsi və inkişaf etdirilməsi,heyvandarlığın
möhkəm yem bazasının yaradılması və yaxşılaşdırılması ilə yanaşı,bitkiçilikdə
növbəti əkin sisteminin tətbiqini təmin etmiş olar.
Heyvandarlığın müasir elmi texnoloji tələblər səviyyəsində inkişaf
etdirilməsi üçün müxtəlif ixtisaslaşdırılmış xidmət sahələrinin təşkili
ixtisaslaşmış xidmət göstərən sahibkarların yaradılması heyvandarlığın
inkişafı,məhsul bolluğu yaradılması mühüm əhəmiyyət kəsb edir.
Əhalinin heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsi indiki şəraitdə
real səviyyədə məhsul istehsalına nail olmaq məqsədilə heyvandarlığın intensiv
amillərə əsasən inkişaf etdirilməsi və nəticədə istənilən səviyyədə məhsul
istehsalına nail olunması ölkə qarşısında duran aktual məsələdir.
Aran rayonunda torpaqların eroziyasının qarşısının alınması,şoranlaşmanın
azaldılması,su resurslarının çirklənməsi,torpaq qatının kimyəvi tərkibinin
dəyişməsi,torpaqların sənaye tullantıları ilə çirklənməsi onun əsas ekoloji
problemləridir.
Aran rayonunun kənd təsərrüfatında tətbiq olunan mineral gübrələrin və
zəhərləyici kimyəvi maddələrin elmi cəhətdən əsaslandırılmış norma üzrə
istifadə edilməsi atmosferin,su və torpaq resurslarının çirklənməsinin qarşısını
almaqla yanaşı bir sıra sosial-iqtisadi məsələlərin həllində də mühüm rol
oynayır.
44
§2.2. Yüngül və yeyinti sənayenin inkişafı və ərazi təşkili
Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyə, zəngin təbii şəraitə və
rəngarəng təbii ehtiyatlara malik olduğundan çoxnövlü təsarrüfat sahələri ilə
tanınır. Belə təsərrüfat sahələrindən biri də xalq istehlakı malları istehsalı,yeyinti
və yüngül sənayesidir. Son illərdə ÜDM-da yeyinti sənaye-15,1%,yüngül sənay -
2,9% xüsusi çəkiyə malik olmuşdur.
Xalq istehlakı malları dedikdə, əhalinin gündəlik tələbatını ödəyən mallar-
parça,paltar,ayaqqabı,ev əşyaları və s. başa düşülür. Bu mallar əsasən yüngül
sənaye müəssisələrində istehsal olunur. Yüngül sənaye yuyucu,əyirici,boyayıcı,
toxuculuq,tikiş.xəz-dəri,gön-ayaqqabı kimi sahələrdən ibarətdir.Yüngül sənaye
kənd
təsərrüfatından
və
kimya
sənayesindən
xammal,
boyayıcı
maddələr,maşınqayırmadan dəzgah və avadanlıq alır. Yüngül sənaye əmək
tutumlu sahədir və xüsusən qadın əməyindən çox istifadə edir.Yüngül sənaye
bitki xammalı (pambıq,kətan,çətənə) və heyvandarlıq xammalı (gön-dəri, xəz-
dəri,ipək) verən kənd təsərrüfatı ilə də sıx əlaqədardır. Yüngül sənaye
sahələrindən ən mühümü toxuculuqdur.Bu qədim sahədir. Toxuculuq məhsulları
pambıq parça,yun parça,ipək parça və kətan parça müəssisələrində yaradılır.
Hazırda yeyinti sənayesi respublikanın digər sənaye sahələrinə nisbətən
ə
razicə xammal və istehlak rayonlarına yaxınlıq prinsipi üzrə daha münasib və
bərabər yerləşdirilməsi ilə seçilir.
Yeyinti sənayesinin ən mühüm sahələrindən biri ət-süd sənayesidir.
Keçmiş SSR dövrlərində respublikamızın bir çox rayonlarında o cümlədən –
Ş
irvan (Əli Bayramlı), mişli,Mingəçevir və digər şəhərlərində (Aran iqtsadi
rayonu) ət kombinatları istifadəyə verilmişdir. 1950-90-cı illər arasında
respublikamızda əhalinin sayı iki dəfə artdığı halda, ət istehsalı 4 dəfə artaraq
kəsilmiş çəkidə 41 min tondan 168 min tona çatmışdır. Lakin əhalinin ətə və ət
məhsullarına olan tələbatın ödənilməsi bəzi respublikalarla müqayisədə geri
qalırdı. Bu heyvandarlığın məhsuldarlığının aşağı olması ilə yanaşı ət
sənayesinin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır. Əhalinin ətə və ət
məhsullarına olan tələbatını ödəmək məqsədi ilə respublikada ət (kəsilmiş ət)
45
istehsalının sürətlə son illərdə artırılaraq 2005-ci ildə 320-325 min tona
çatdırmaq, bilavasitə heyvandarlıq rayonlarında yeni ət qəbulu və emalı
müəssisələri yaratmaq , ətin emalını dərinləşdirmək, hazır məhsul və
yarımfabrikatlar buraxılmasını artırmaq kimi mühüm işlər həyata keçirilmişdir.
Respublikamızın süd sənayesi yüksək dərəcədə mexanikləşdirilmişdir.
Şə
hərlərdə istehlak mərkəzlərində böyük süd zavodları və kombinatları,
heyvandarlıq rayonlarında- kənd yerlərində, yaylaqlarda və qışlaqlarda isə kiçik
süd,yağ,pendir zavodları yerləşdirilmişdir.Əli-Bayramlı (Şirvan), Mingəçevir,
Yevlax şəhərlərində (Aran iqtisadi rayonu) daha çox süd məhsulları işlədilir.
Ş
irvanda,Muğanda südlük,ətlik istiqamətində, ixtisaslaşdırılmış iri heyvandarlıq
kompleksləri yaradılmışdır.
Süd emalı sənayesinin həcmi , yerləşməsi xammal və istehlak amilləri ilə
bağlıdır.Süd istehsalı çoxaldıqca,eçal müəssisələrinin də gücü artır.üd
istehsalının artımı sayəsində sənayedə onun emalı güclənmiş yağ,pendir və s.
istehsalı da çoxaldılmışdır.
Bərdədə,Zərdabda,Salyanda və s. yeni süd zavodları işə salınmışdır (Aran
iqtisadi rayonu).
Respublikamızın balıqçılıq sənayesinin güclü maddi-texniki bazası
vardır.Əvvəlki sətirlərdə bunu qeyd etmişdik. Balıq tutan gəmilər,balıq emalı
zavodları,balıq unu və farşı hazırlayan qurğular,iri buzxanalar,gəmi təmiri və
balıqçılıq limanları, süni balıqartırma zavodları və balıqyetişdirən təsərrüfatlar
balıqçılara xidmət edir.Hazırda Kürağzı, Kür təcrübə,Əli-Bayramlı (Şirvan) və s.
zavodlarında nərə balıqları yetişdirilir. Respublikamızda nərə körpələri
buraxılışı 1960-cı ildə 1,7 milyon olduğu halda 2,3 milyona çatdırılmışdır. Kür
çayının mənsəbinə yaxın hissələrdə və Kürün Qızılağac körfəzində yerləşən 4
zavodda pulcuqlu balıqlar çoxaldılıb böyüdülür. Hacıqabulda pulcuqlu balıqlar
başlıca olaraq çəki,çanaq yetişdirilir. Bu zavodlar hər il 850 milyondan çox
pulcuqlu balıq, o cümlədən 500 milyondan çox çəki körpəsi yetişdirərək Xəzərə
və Kürə buraxırlar.
Çuxurqəbələ və Çaykənd qızıl balıq zavodlarında Kürdən çıxarılan
körpələr əvvəllər Yevlax yaxınlığınnda Kür çayına buraxılırdı ki, bu da böyük
Dostları ilə paylaş: |