Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
11 
nəzəri fikrin vacib problemi olaraq müxtəlif mətn 
müstəvisində konseptual yanaşmaları  zəruri edən prob-
lemdir. Düzdür, bu istiqamətdə mahiyyətə yönəlikli müəy-
yən araşdırmalar aparılmışdır.  Əmin Abidin bu istiqa-
mətdə gördüyü gərəkli işlər var. Ə.Tanrıverdi də  məhz 
“Koroğlu”nun şeir dilini “Kitabi-Dədə Qorqud”la müqayi-
sədə  təhlilə  cəlb edir. Monoqrafiyada xüsusi olaraq bir 
tezis vurğulanır: “Heç şübhəsiz ki, bu abidələr qarşılaş-
dırılarkən  ən  əsas,  ən zəruri dil vahidlərinə istinad 
olunmalıdır. Elə dil vahidlərinə ki, bu abidələrin oxşar-
lıqlarını, daha doğrusu, Koroğlu”nun “Kitab”ın məntiqi 
davamı kimi meydana çıxıb formalaşmasını müxtəlif 
bucaqlardan təsdiqləyə bilsin. Həm də elə detallara ki, 
problemin görünməyən tərəflərinə, gizli məqamlarına işıq 
sala bilsin” (səh.81).  “Kitabi-Dədə Qorqud”, “Koroğlu” 
təkcə etnosun qəhrəmanlıq tarixini, keçib gəldiyi yolu 
aydınlaşdırmaq baxımından əhəmiyyət daşımır, türkün dil 
tarixini, bədii düşüncəsinin mükəmməlliyini, sxemlərini 
müəyyənləşdirmək müstəvisində  də bir fakt bolluğu, 
müstəsna mənbə olması ilə xarakterizə olunur. Ə.Tanrı-
verdi də “Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya məhz bir 
istiqamətdə bu böyüklüyü, möcüzəni dərkdən gəlmişdi. 
Ona görə də bu abidələrin birinin digərinə bağlanmasının 
müxtəlif  baxış bucaqlarından görünməsini zəruri prob-
lemə çevirir və həllini konkret nümunələr əsasında aydın-
laşdırır. Məsələn, “Kitab”ın dili üçün  səciyyəvi olan “e” 
saitinin uzanması, eləcə  də labiallaşma”, “müasir ədəbi 
dilimiz üçün arxaik hesab olunan leksik vahidlərin hər iki 
abidənin dili üçün xarakterik olması” başlıqları altında 
qaldırılan problemlər bu istiqamətdə digər mənbələrin də 
izlənməsini və daha əhatəli təhlilləri zəruri edir. Ayrı-ayrı 
Язизхан Танрыверди 
 
 
12
 
obrazların dilində  səslənən və onların mahiyyətini ifadə 
edən mətn nümunələrinin iki abidə  əsasında təhlili XIX 
əsrdən bu yana söylənən Koroğlunun şairliyi məsələsinin, 
şeir dilindəki zənginliyi probleminin gərəkliyini təkrarən 
qaldırır. Həm də vacib məsələ kimi işlənmə aktuallığını 
ortaya qoyur. “Sovremennik” jurnalı (1856) xüsusi olaraq 
vurğulayır ki, Koroğlu azərbaycanlıların milli qəhrəmanı, 
milli  şairidir. Dastanı ilk dəfə kitab kimi elm aləminə 
təqdim edən A.Xodzko başlanğıc yazısında xüsusi olaraq 
qeyd edirdi ki, “Koroğlu həyatında baş vermiş  hər bir 
hadisəyə dair mahnılar qoyub getmişdir”. “Kavkaz” 
qəzetinin 1847-ci il nömrəsində X.Calalov buna yaxınlığı 
ilə  səsləşəcək fikirlər söylə-mişdir.  Ə.Tanrıverdi XIX 
əsrdən bəri tezis və epizod səviyyəsində söylənilənləri  
sistemli şəkildə təhlil etmiş və etnosun mahiyyət məsələsi 
kimi qiymətləndirməyə çalış-mışdır. Qazan xanın, Dirsə 
xanın, Baybörə xanın, Selcan xatunun,  Koroğlunun,  
Nigar xanımın,  Dünya  xanımın və s. obrazların dilindən 
gətirilən nümunələr fakt olaraq məsələnin mahiyyətinin 
açılması  və daha dərin qatlarının aydınlaşmasına  şərait 
yaradır. Bu bölmə (“Koroğlu”nun şeir dili “Dədə Qorqud 
kitabi müstəvisində”) Azərbaycan elmi-nəzəri fikri üçün 
təkcə araşdırılma aktuallığı  kəsb etmir, həm də yeni 
tədqiqatların yaranma gərəkliliyini aktuallaşdırır. 
Monoqrafiyada mühüm əhəmiyyət kəsb edən məsə-
lələrdən biri Qurbani ilə “Koroğlu”  şeirinin poetik 
sisteminin müqayisəli təhlilidir. Məlum olduğu kimi, 
S.Mümtaz Qurbanini aşıq sənətinin babası adlandırıdı. Bu 
səbəbdən də belə tipoloji təhlillərin “Koroğlu” və Qurbani 
arasında aparılması  təbii və  uğurlu təsir bağışlayır. “Heç 
şübhəsiz ki, “Koroğlu”dakı  şeirləri  Abbas Tufarqanlı, 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
13 
Xəstə Qasım kimi aşıqların , eləcə də Vidadi, Vaqif kimi 
şairlərin  əsərləri ilə müqayisə edərək tutarlı arqumentlər 
gətirmək mümkündür, Məsələn, qeyd oluna bilər ki, 
“Koroğlu”dakı “əzəldən biləydim sənin halını” misrası ilə 
Vidadinin “sənin ki, halını biləm  əzəldən” misrası forma 
və semantika baxımından,  əsasən, eyni xətdə birləşir. 
Amma, yuxarıda qeyd etdiyimiz kimi, “Koroğlu” dastanın-
dakı  şeirlər  daha çox Qurbaninin poeziyası ilə  səsləşir” 
(səh.116).  Fikrimizcə, “Koroğlu” dastanı bütünlükdə  aşıq 
yaradıcılığının hadisəsidir. Aşığın bəşər mədəniyyətinə 
töhfə etdiyi abidədir. Sazdan, ustadların sinəsindən 
keçməklə cilalanmış  və bu əlçatmazlığa gəlib çatmışdır. 
Xalq  şairi S.Vurğun  xüsusi olaraq vurğulayırdı ki, “ola 
bilsin Koroğlunun  bu və ya digər igidliyi unudulsun, 
ancaq  şair Koroğlunun  şeirləri heç vaxt xalqın hafizə-
sindən silinməyəcək”. S.Mümtaz toplularında Koroğlunu 
şair kimi təqdim edir. Folklorşünas M.Həkimov da onu bir 
aşıq kimi tərtib etdiyi toplularda verir. Biz Koroğlunun 
tarixi  şəxsiyyət olaraq hansı  səviyyədə  şeirlər yazmasını, 
aşıq kimi çalıb-oxumasını yüzə-yüz təsdiq edə bilmirik. 
Ancaq bizə belə  gəlir, bütünlükdə Koroğlu qəhrəman-
lığının reallığında aşıqlıq da bir tərəf kimi dayanır və xalq 
onu məhz həmin dəyərlərdən çıxış etməklə qəhrəman, şair, 
aşıq kimi  dastanlaşdırmışdır. Koroğlunun dastanlaşması 
onun aşıqlığı  və  şairliyi  ətrafında söhbətlərə, fikir ayrı-
lıqlarına şərait yaratmışdır. Koroğlunun qoşmaları haqqın-
da mülahizələr yürüdən A.Xodzko yazır: “Koroğlunun 
təbii qayalardan, büllur fəvvarələrdən fantan verən, dağ 
çeşməsi kimi saf və  təmiz improvizasiyaları – mahnıları, 
qoşmaları heç bir çətinlik olmadan öz-özünə  qəlbinin 
dərinliyindən axıb gəlmişdir”. Doğurdan da, Koroğlunun 
Язизхан Танрыверди 
 
 
14
 
qoşmaları  təbii qayalardan, büllur çeşmələrdən fantan 
vuran bulaqları, onların saflığı  və  təmizliyini xatırladır. 
A.Xodzkonun bir fikrini də deyirəm: “Şərq poeziyası 
bununla fəxr edə bilər”.  Doğurdan da, dastandakı  şeirlər 
özünün mükəmməlliyi ilə klassik sənət abidəsidir. Məhz 
bu şeirlər “Kitabi-Dədə Qorqud” dastanından gələn qeyri- 
adiliyin elə eyni əvəzsizlikdə davamıdır.  Ə.Tanrıverdi də 
Qurbani  şeirlərini Koroğlu şeirləri ilə müqayisədə təqdim 
edir. “Başı çənli, qarlı dağlar, qal indi” (Qurbani), “Qarşı 
yatan qarlı dağlar, dağlar, səndə qarım qaldı” (“Koroğlu”) 
və s. müqayisələr bizə imkan verir ki, məsələyə daha ciddi 
müstəvidə diqqət yetirək.  
“Koroğlu”nun  şeir dili tarixi-linqvistik müstəvidə” 
adlanan hissə dastanın mətn informasiyasına bir başqa 
istiqamətdə diqqət yetirilmənin hadisəsidir.  Ə.Tanrıverdi 
bunun istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirir:  
– “Koroğlu”dakı  nəzm parçalarında  ədəbi tələffüzün 
transkripsiyası; 
– “Koroğlu”dakı nəzm parçalarında şivə  tələffüzünün 
transkripsiyası; 
– “Koroğlu”dakı nəzm parçalarının leksikası; 
– “Koroğlu”dakı nəzm parçalarının frazeologiyası; 
– “Koroğlu”dakı nəzm parçalarının morfoloji xüsusiy-
yətləri; 
– “Koroğlu”dakı nəzm parçalarının sintaktik xüsusiy-
yətləri (səh. 120).  Bunlar “Koroğlu”  şeirinin öyrənilməli 
tərəfləridir. Ə.Tanrıverdi dastanın mətn konstruksiyasında 
araşdırılmalı olan hələ çox tərəflərin, fonopoetik, morfo-
poetik, sintaktik mahiyyətin öyrənilməsini bir zərurət kimi 
qarşıya qoyur. Burada  mühüm tərəf kimi mənə daha çox 
maraqlı  gələn istiqamətlərdən biri “Koroğlu”dakı  nəzm 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə