Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
15 
parçalarında  şivə  tələffüzünün transkripsiyası” problemi-
dir. Folklorun əsas keyfiyyət göstəricisi bədii mətnin 
yazıya alınmasında söyləyici üslubunun saxlanmasıdır. 
Dastanda poetik sistemi gücləndirən, ona yeni dəyər 
gətirən faktorlardan birisi, həm də birincilərdən birisi şivə 
tələffüzünün yazıya alınmasıdır. Bizə belə  gəlir ki, aşıq 
repertuarının işlənməsinin zamanı  gəlib çatmışdır. “Dəli 
könül talaşında, can qovrulu ataşında” (səh. 126) fono-
poetik sistemin canlılığına hesablanmışdır. “Koroğlu” 
dastanının möhtəşəmliyi həm də ondadır ki, mətnin fono-
poetik, morfopoetik, sintaktik strukturu bütünlükdə  məna 
yaratmağa, poetik sistemin mükəmməlliyinə xidmət edir. 
Səs simvolizmi, səs təqlidi və səs assosiasiyasında dastan 
bütövləşir. Bütün bunlar sözün məna yaddaşından janr 
məzmununa qədər böyük bir sistemin mövcudluğu və 
açılma zərurətini işarələyir.  
Monoqrafiyada nəzm parçalarının leksik layları - hərbi 
terminlər, titullar, vəzifə adları, musiqi alətlərinin adları, 
ərzaq adları, geyim adları, antroponimlər, toponimlər
zoonimlər, leksik-semantik söz qrupları  və s. konkret 
faktlar  əsasında təhlil olunur. “Koroğlu” dastanının mətn 
paradiqması bütün hallarda obrazlılığa, mətnin ekspres-
sivliyinə xidmət edir. “Mərd dayanar, namərd qaçar, 
meydan gumbur-gumburları”, “qoç quzudan quzu törər, 
qoç olur”, “mənmi qocalmışam, ya zəmanəmi” müxtəlif 
kontekstləri, üslubi meyilləri, arxetipləri özündə qovuş-
durur. Ona görə  də dastanda fövqəlzamanlıqdan fövqəl-
məkanlığa qədər böyük məsafə, rəngarəng üslubi situa-
siyalar müşahidə olunur. Düşünürəm ki, Əzizxan Tanrı-
verdinin  “Koroğlu”nun şeir dili” monoqrafiyası  koroğlu-
şünaslığa açılan yeni qapıdır. Və  həm də Azərbaycanın 
Язизхан Танрыверди 
 
 
16
 
müstəqilliyindən sonra dastanla bağlı olan yanlışlıqlara bir 
cavabdır. Milli düşüncəmizin qaynaqlarından olan 
“Koroğlu” dastanının möhtəşəmliyinin aydınlığına 
hesablanmışdır.  
 
                                           Mahmud ALLAHMANLI 
                     filologiya üzrə elmlər doktoru, professor 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
17 
 
 
 
“KOROĞLU”NUN ŞEİR DİLİNİN  
TƏDQİQİ TARİXİ 
 
“Koroğlu” eposu  dilimizin, ədəbiyyatımızın, tarixi-
mizin, ümumən mədəniyyətimizin  ən nadir incilərindən 
biridir,  şah abidəmiz “Dədə Qorqud”un məntiqi davamı, 
yadigarıdır, onun poetik strukturundan süzülüb gəlib. Nə 
az, nə çox, düz dörd yüz əvvəl “xalqımızın bağrından bir 
vulkan kimi püskürüb” (N.Cəfərov). Babalarımızdan, 
dədələrimizdən bizə miras qalmış bu möhtəşəm abidə bu 
gün də öz təravətini itirməyib, bu gün də bizimlədir və 
həmişə bizimlə olacaq! Burada bir faktdan da yan keçmək 
olmur: dünya xalqları bizi həm də    “Koroğlu” eposuna, 
“Koroğlu” operasına görə tanıyır, dəyərləndirir...  Ən azı 
bunlara görə sanballı abidəmizi unutmağa haqqımız belə 
yoxdur: “...Koroğlu yada düşməlidir. Koroğluya qayıdış 
babamıza söykənişdir, ruhumuza qayıdışdır” (Əli Rza 
Xələfli). 
“Koroğlu” dastanı bütün müstəvilərdə geniş şəkildə 
araşdırılsa da, onun nəzm parçaları, daha dəqiqi,  şeir dili 
sistemli  şəkildə öyrənilməyib. Bu sahədəki araşdırmalar 
isə, əsasən, aşağıdakıları əhatə edir: 
Tofiq Hacıyevin “Yazıçı dili və ideya-bədii təhlil” 
kitabının (Bakı, 1979) “Qəhrəmanlıq dastanlarımızın dil-
üslub və tipoloji ənənəsi” adlı bölməsində  “Koroğlu”nun 
dilinə, xüsusən də nəsr dilinin şeiriyyətinə müxtəlif bucaq-
lardan yanaşılıb. Müəllifin fikirlərini belə  ümumiləş-
dirmək olar: 
Язизхан Танрыверди 
 
 
18
 
– “Koroğlu”nun nəsr və şeir parçalarında  müşahidə 
olunan alliterasiya melodiya yaradan üslubi-fonetik göstə-
ricilərdən biri kimi təqdim edilir: Qul deyərlər,  qulun 
boynun  burarlar,  Qullar  qabağında gedən tirəm mən ... 
Ulu sözünə baxmayan ulaya-ulaya qalar və s.  Fikrimizcə, 
sonuncu nümunədə alliterasiya yox, “u”-nun  assonansı və 
ya assonansla alliterasiyanın birlikdə təzahürü (ul-ul-ul-al) 
özünü göstərir; 
– dastanda intensivliyi ilə  fərqlənən  “Yeddi yüz 
yetmiş yeddi qılınc birdən çəkilirdi” ifadəsi həm “yeddi” 
rəqəminin müqəddəsliyinin xatırladılması, həm də 
melodiyalılığın məhz “y”-nın alliterasiyası ilə yaradılması 
baxımından şərh edilir ki, bu da bütün parametrlərinə görə 
düzgündür: 
– nəsrdəki  şeiriyyətin səciyyəvi cəhətləri izah 
olunarkən nəsr parçası  şeir texnikası formasında diqqətə 
çatdırılır,  ən qısa misraların  ritmlənməsinin qafiyə  tələbi 
ilə yox, məhz heca ölçüsü üzrə yaradıldığı əsaslandırılır; 
 
              Az getdi, - 3 
              Çox dayandı, - 4 
              Çox getdi, - 3 
              Az dayandı. – 4 
              Yolda yel oldu əsdi, - 7 
              Bulaqda mənzil kəsdi, - 7 
              Günlərin bir günündə - 7 
              Gəlib Çardaqlı Çənlibelə çatdı. – 11; 
 
 –  milli, eyni zamanda alınma sözlərin sinonim 
müvaziliyi yaratması konkret nümunələrlə göstərilir ki, bu 
da Azərbaycan dilinin tarixi leksikologiyası baxımından 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə