Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
19 
əhəmiyyətlidir. Məsələn, Soraqlaşır-salıqlaşır,  əlləşib-
vuruşub, qollu-qüvvətli, boylu-buxunlu, arxası-köməyi, 
fikir-xəyal, təbil-döhül, var-get..., nökər-nayıb, məsləhət-
məşvərət, xədəng-ox...; 
 –  “Dədə Qorqud” və “Koroğlu” eposları üçün 
səciyyəvi olan bir sıra dil vahidləri qarşılaşdırılır: 
“Koroğlu”da: qurd ağızlı (Qurd ağızlı qoçaq oğlan 
gərəkdi); “Kitab”da: at ağızlı. “At ağızlı Aruz qoca”. 
Paşa  Əfəndiyev  “Azərbaycan  şifahi xalq ədəbiy- 
yatı” dərsliyində (Bakı, 2013) “Koroğlu”nun dili və bədii 
xüsusiyyətləri” məsələlərindən də  bəhs edib. Müəllifin 
şərhləri, əsasən, aşağıdakıları əhatə edir: 
– “Koroğlu” dastanında  müxtəlif silah adları, 
döyüş istilahları vardır: cida, qılınc, şeşpər, qalxan, toppuz, 
müştü, hərbə-zorba və s. (səh.456); 
– dastandakı  şeirlər məzmununa görə döyüşkən 
ruhlu, ictimai məzmunlu,  əxlaqi-tərbiyəvi, lirik, satirik, 
fəlsəfi mündəricəlidir (səh.456); 
– Qıratın tərifi ilə bağlı olan ifadələr sadalanır: 
Qıratı tanrıdan istə, Alma gözlü, qız birçəkli Qırat gəl, At 
igidin qardaşıdır, səksən min xəzinə pula da vermə... Sonra 
isə diqqət A.Xodzkonun fikirlərinə yönəldilir: “Öz sevimli 
Qıratının qaçırılması münasibətilə Koroğlunun oxuduğu 
mahnılar  ən gözəl elegiya hesab edilir ki, Şərq poeziyası 
bununla fəxr edə bilər” (səh.457); 
          –  bənzətmələrə iki prizmadan yanaşılır: xalq öz 
qəhrəmanlarını aslana, qartala, laçına, qızılquşa, Qaf 
dağına, Aya, Günəşə  bənzədir: Qarğalar neynər laçına; 
Koroğlunu görən qoşun şahin görmüş cücələr kimi pərən-
pərən düşdü...; paşa, xan, sultan, şah qarğaya, sərçəyə, 
Язизхан Танрыверди 
 
 
20
 
kərtənkələyə, tülküyə  bənzədilir: Sərçəyə bax qaranquşa 
don biçir; Yüz min tülkü neynər bir ac aslana?...(səh.457); 
– “Nigar xanımın sözündən işıq gəlir”, “Qəssab 
Alının çiçəyi çırtladı”, “Cəfər paşa cin atına mindi”  və s. 
kimi cümlələrdəki obrazlı ifadələrin dastanın dilinə xüsusi 
bir rövnəq verdiyi əsaslandırılır (səh.457-458). 
Nizami Cəfərovun “Eposdan kitaba” monoqra-
fiyasının (Bakı, 1999) “Koroğlu”dan xalq kitablarına” 
bölməsində “Koroğlu”dakı nəzm parçalarının semantikası 
sistemli  şəkildə  şərh edilir. Konkret desək: Koroğlu 
obrazının tarixi semantikasına qədim türkün təfəkkü-
ründən süzülüb gələn, tanrıçılıq dövrünün kultlarını... 
özündə  əks etdirən  şeir parçaları kontekstində aydınlıq 
gətirilir; Koroğlunun igidliyini, kişiliyini, dostluğunu, öz-
özünü qınamasını, Qıratı özünə qardaş hesab etməsini əks 
etdirən parçaların linqvopoetik xüsusiyyətləri geniş şəkildə 
işıqlandırılır; tacir təfəkkürü, bəzirgan düşüncəsi ilə bağlı 
obrazlı ifadələrin intensivliyi konkret faktlarla təsdiqlənir;  
“Üç yaşından  beş yaşına varanda” misrası ilə başlanan 
qoşmanın (Ə.Qaracadağinin XIX əsrin  əvvəllərinə aid 
“Şeirlər məcmuəsi”ndə)  “Koroğlu”nun  özünü yetirmiş 
intibah təfəkkürünün məhsulu olduğu  əsaslandırılır; 
Yarpaq kimi baş bədənnən tökərəm; çay kimi coşmuşam; 
Eyvazım bənzər laçına; dava günü qızmış nərdi...; Bəylər, 
biz səhra qurduyuq; Quzu qapmaq işimiz və s. kimi 
nümunələrin müqayisə-metaforalaşdırma sənətkarlığının 
nəticəsi olaraq yarandığı müəyyənləşdirilir, eyni zamanda 
bu tip ifadələrin bir qisminin real həyat hadisələri, bir 
qisminin isə tarixi-mifoloji köklərlə bağlılığı tutarlı faktlar 
kontekstində canlandırılır... Burada bir faktdan ayrıca bəhs 
etmək lazım gəlir: “...Lakin əfəndi Koroğlunun “dolaşıq 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
21 
adam” olduğunu görüb ayrı  şey yazır: “Nigar xanım, bu 
adam quldurdur. Oraya çatcaq tutub aşdırarsan!” Koroğlu, 
əfəndinin gözləmədiyi halda, kağızı açıb baxır və deyir: 
“Sən elə bilmə ki, mən savadsızam. Mən dedim  sən 
yazasan ki, sizin dilinizdə olsun. Al düzəlt!” Nizami 
Cəfərov bu parçanın semantik yükü barədə yazır: 
“Koroğlu “sizin dilinizdə” dedikdə Türkiyə türkcəsinin 
İstanbul  şivəsini nəzərdə tuturdu... Öz dili isə, heç 
şübhəsiz, Azərbaycan “Koroğlu”sunun dili – Azərbaycan 
türkcəsi idi” (səh.170). Burada təkcə onu qeyd edirik ki, 
N.Cəfərova qədər heç bir koroğluşünas həmin parçanın 
gizli qatlarında (daşlaşmış şəkildə yaşayan kod-şifrələrdə) 
İstanbul  şivəsi və Azərbaycan  türkcəsinə  işarə olundu-
ğuna diqqət  yetirməyib. Yeri gəlmişkən, “Koroğlu”nun 
dilini xüsusi olaraq dəyərləndirən  alimlərdən biri də 
N.Cəfərovdur. Onun bir fikrini eynilə təqdim etmək yerinə 
düşür: “Koroğlu”nun dili sadəcə xalq danışıq  dili deyildir, 
xalq dilinə əsaslanan, xüsusi üslub tipologiyası ilə seçilən 
folklor (daha dəqiq desək, aşıq!) dilidir ki, o, zəngin 
linqvopoetik ifadə imkanlarına malikdir...” (səh.170). 
Məhərrəm Qasımlı “Dədə Qorqud kitabı”ndakı 
“Alar-sabah sapa yerdə dikilində  ağ-ban evli! Atlasda 
yapılanda gög sayvanlı!...” misraları ilə başlanan sintaktik 
bütövlə “Koroğlu” eposundakı “...Çəkəndə Misri qılıncı// 
Baş bir yana, leş bir yana!...” tipli şeirlərin eyni semantik 
şaxədə (dövlətçilik düşüncəsinə söykənmə) birləşdiyini 
qeyd edir. Konkret desək, “Dədə Qorqud kitabı”ndakı 
poetik semantikanın “Koroğlu”da yeni formada təzahü-
ünü  əsaslandırır: “...Oğuz  epik ruhundakı  cəngavərlik 
yanğısı, bahadırlıq eşqi, yenilməz  döyüşçü ehtirası bir 
əlində  qılınc, bir əlində saz olan Qoç Koroğlunun dəli 
Язизхан Танрыверди 
 
 
22
 
nərəsindən də boy göstərir” (Dədə Qorquddan üzü bəri. 
Ədəbiyyat qəzeti, 16 may 2015-ci il). Müəllifin bu 
qənaətlərinin elmi və inandırıcı olmasını isə belə ifadə 
etmək olar: hər iki abidədəki poetik nidalar təkcə 
formasına yox, həm də semantikasına görə eyni xətdə 
birləşir. 
İslam Sadıq bir sıra yazılarında, o cümlədən 2006-
cı ildə çap etdirdiyi “Hoydu, dəlilərim, hoydu” kitabının 
“Ocaq sönər, daş  inildər” adlı “Ön söz”ündə Koroğlunu 
bir aşıq,  şair kimi təqdim edir (yeri gəlmişkən, folk-
lorşünas V.Vəliyev  də Koroğlunun “şair-aşıq olması” 
fərziyyəsini ağlabatan hesab edir). Müəllifin araşdırma-
larında Koroğlunun dilindən verilmiş  şeir parçalarının dil 
və üslub xüsusiyyətlərinə  də münasibət bildirilib ki,  bu 
da, əsasən, aşağıdakılardan ibarətdir: 
– sözlər və misralar arasındakı poetik bağlılıq, söz 
və misraların bir-birini çəkib gətirməsi kimi məsələlərə 
aydınlıq gətirilir ki, bu da problemə assosiativ və sintaq-
matik münasibətlər prizmasından yanaşıldığını göstərir; 
– şeir parçalarındakı  qafiyələrin gözəlliyi, səlisliyi 
və orijinallığından bəhs olunarkən belə bir bənd təqdim 
olunur: 
Yaz olanda dağa yollat,  
Yay olanda ifçin nallat. 
Qız olanda məxmər çullat
At igidin qardaşıdı. 
 
Burada o da vurğulana bilər ki, İ.Sadıq poetik 
siqlətli bu tip bəndlərdəki qafiyə  zənginliyinin səciyyəvi 
cəhətlərini adi sözlərlə yox, obrazlı şəkildə  şərh edir, daha 
doğrusu, elmiliklə bədiiliyi ustalıqla qovuşdurur: “Söz bir 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə