Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə53/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
245 
məcazların  əksəriyyəti məhz Koroğlu obrazı ilə bağlıdır; 
poetik siqlətli bu məcazların hər biri eposun baş qəhrəmanı 
Koroğlunun hiss və  həyəcanları, düşüncəsi, hərəkət 
trayektoriyası barədə dolğun təəssürat yaradır; bu məcazlar 
qəhrəman Koroğlunun ərənliyini, igidliyini, bir obraz kimi 
bənzərsizliyini müxtəlif bucaqlardan təsdiq edir. Məsələn, 
belə: 
– epitetlər prizmasından yanaşdıqda Koroğlu 
qoçdur, dəlidir, daha doğrusu, dəlilər dəlisidir;  
– təşbehlər və metaforalar prizmasından yanaşdıqda 
Koroğlu laçındır, aslandır, ada pələngidir; 
– metonimiyalar prizmasından yanaşdıqda Koroğlu 
paşalara qan udduran, Çənlibeldə  şadlıq məclisləri qurub 
saz çalan bir qəhrəmandır; 
– mübaliğələr prizmasından yanaşdıqda Koroğlu 
dağları-daşları yaran, düşmən ordusunun qabağında tək 
duran bir igiddir; 
– antitezalar prizmasından yanaşdıqda Koroğlu 
məhz aslandır, pələngdir... 
Eyni semantik yuvada birləşən bu cür çoxsaylı 
məcazlar bir daha sübut edir ki, qəhrəman Koroğlunun 
obrazı  şeir parçalarında da sənətkarlıqla yaradılıb. Hətta 
mübaliğəsiz deyirik ki, bu məcazların bir qismi elə 
yaradılıb, elə təqdim olunub ki, onları bəzən məcazi deyil, 
elə  həqiqi mənada qəbul etməli olursan. Bu isə sözün 
qüdrətidir, “Koroğlu” eposunun bənzərsizliyidir. 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
246
 
 
 
Koroğlu” şeirlərində obrazlılığın 
 qrammatik səviyyədə təzahürü 
 
Şeir dilində obrazlılığın qrammatik səviyyədə 
təzahürü dedikdə, ilk növbədə, inversiya və ellipsis yada 
düşür. Bu mənada “Koroğlu”nun  şeir dilinə inversiya və 
ellipsis prizmasından yanaşma maraqlı  nəticələr söylə-
məyə imkan verə bilər. 
Ümumən  ədəbiyyatımızda olduğu kimi, “Kor-
oğlu”dakı  şeir parçalarında da mübtəda ilə  xəbərin yer 
dəyişməsinə (inversiyasına) daha çox rast gəlinir: Çoxdur 
Koroğlunun yaşı; Qardı Çənlibelin başı... Bir sıra şeirlərdə 
inversiya ilə  işlənmiş  xəbərlərlə  zəngin qafiyələrin 
yaradılmasına təsadüf olunur: 
 
Döşdü Bayazid yolları 
Beşdi Bayazid yolları 
Daşdı Bəyazid yolları 
Qaşdı Bayazid yolları 
Qışdı Bayazid yolları 
Leşdi Bayazid yolları 
 
“Eyvaz, atı yaxşı saxla” gəraylısından götürdüyü-
müz  bu nümunələrin poetik səslənməsi birbaşa inversiya 
ilə bağlıdır. 
“Koroğlu”nun şeir dilində bir sıra frazeoloji vahid-
lərin inversiya ilə  işlənməsi də diqqətçəkən məsələlər-
dəndir: 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
247 
başına dönmək (dönüm başına). “Koroğluyam,oğul 
dönüm başına”; 
sözünü yerə salmaq (yerə salma sözüm). “...Yerə 
salma sözüm qəssab //Qoy aparım mən Eyvazı”; 
yurdunu dar eyləmək. “Müxənnət olubdu qaba-
ğımda xar // Xotkara yurdunu eyləmişəm dar”; 
başına daş düşmək. “Daş düşən başına, ömrü bad 
olu...”; 
qana susamaq (susamaq qana). “Susayaram qana, 
Nigar!”... 
Bəllidir ki, ellipsis daha çox üç ixtisar formasını 
əhatə edir: şəkilçilərin ellipsisi, sözlərin ellipsisi, baş 
cümlənin ellipsisi. “Koroğlu”nun  şeir dili bunların hər 
üçündən bəhs etməyə imkan verir: 
Şəkilçilərin ixtisarı.  -dır

xəbərlik  şəkilçisinin 
ixtisarı. “...Alnın açıq, üzün gülər // Nə  şirindir suyun 
Eyvaz”. Bu nümunədə işlənmiş “alnın açıq” xəbərində -dır 
şəkilçisi ixtisar olunub ki, bu da sonrakı cümlədə inversiya 
ilə  işlənmiş  “şirindir” xəbərinə görə  bərpa oluna bilir: 
Alnın açıqdır...; “Bizim ellər yerindəmi?”  Burada da –dır 
xəbərlik  şəkilçisinin ixtisarı müşahidə edilir (yerindəmi – 
yerindədirmi). Dastanın  şeir dilində -mı sual ədatından 
əvvəl –dı(-dır) xəbərlik  şəkilçisinin işlənməsi də 
dediklərimizi arqumentləşdirir: “Qandımı, yaşdımı, nədi?” 
(qandımı-qandırmı, yaşdımı-yaşdırmı)...; 
–am
2
 xəbərlik şəkilçisinin ixtisarı: “Biləyi qüvvətli, 
gözü qanlıyam”. Bu misradakı “Biləyi qüvvətli” xəbərində 
I  şəxsin təki üzrə -am

xəbərlik  şəkilçisinin ellipsisə 
uğramasını “gözü qanlıyam” ismi xəbərinə görə müəyyən-
ləşdirmək mümkündür: “Biləyi qüvvətliyəm, gözü qan-
lıyam”... 
Язизхан Танрыверди 
 
 
248
 
Sözlərin ixtisarı.  “Nigar, Düratın itməyi // 
Yandırır məni, yandırır...” Burada “məni” sözünün ixtisar 
olunması aydın şəkildə görünür (belə bir ixtisar hecaların 
sayı ilə bağlıdır – qənaətinə  gəlmək olar); “On dördündə 
sevda yenər başına”. Buradakı “on dördündə” ifadəsi “on 
dörd yaşında” mənasındadır ki, bu da “yaş” sözünün 
ellipsisə  uğradığını göstərir. Yeri gəlmişkən, bu cür 
ellipsisə uğrama “Bənzərsən” qoşmasında qabarıq şəkildə 
görünür: on beşində - on beş yaşında (On beşində yavan 
girər duşuna), otuzunda – otuz yaşında (Otuzunda kəklik 
kimi səkərsən), qırxında – qırx yaşında (Qırxında sən  əl 
haramdan çəkərsən)...; “Çənlidən xəbər gətirdim”. Bu 
misrada “Çənlibel” toponimik vahidi “Çənli”  şəklində, 
yəni “bel” komponentinin ixtisarı ilə  işlənib ki, bu da 
hecaların sayı ilə bağlı ola bilər. Belə ki, həmin misrada 
“Çənli” vahidi “Çənlibel”lə  əvəzlənərsə, hecaların sayı 
səkkiz yox, doqquz olar. Bu isə hər misrası səkkiz hecadan 
ibarət olan gəraylı şeir formasına uyğun gəlmir... 
Baş cümlənin ixtisarı. Daha çox atalar sözləri və 
zərbi-məsəlləri  əhatə edən belə bir ixtisar forması “Kor-
oğlu”nun  şeir dili üçün də  səciyyəvidir. Konkret desək, 
“Koroğlu”nun  şeir dilindəki atalar sözləri və  zərbi-
məsəllərin hamısı  məhz baş cümlə modellərini itirmiş 
şəkildədir: “Axır suda sınar suyun səhəngi”; “Yenə qurd 
oğlu qurd olu”; “Çox bilib, az danışmaq // İgidin 
ləngəridi”...Burada təkcə onu qeyd edirik ki, bu cür atalar 
sözlərinin hər biri “Koroğlu”nun şeir dilində həm nisbətən 
dəyişikliyə uğramış şəkildə, həm də “atalar deyiblər” tipli 
baş cümlə modellərini itirmiş vəziyyətdə işlənib. 
Yekun olaraq qeyd edək ki, “Koroğlu”  şeirlərini 
düzüb-qoşanlar obrazlılığı  təkcə dilin fonetik  və leksik 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
249 
yox, həm də qrammatik səviyyəsində  sənətkarlıqla 
yaradıblar. Ruhları şad olsun! 
 
Dəyərli oxucu! Bu kitabı babalarımızdan bizə 
miras qalmış “Koroğlu” dastanının  öz sözləri ilə - dəli 
nərəli Koroğlunun dilindən verilən, hərbi marş kimi 
səslənən gəraylının birinci bəndi ilə tamamlamağı gərəkli 
hesab edirik: 
 
Mərd dayanar, namərd qaçar, 
Meydan gumbur-gumburlanı... 
Dəlilərim meydan açar, 
Düşman gumbur-gumburlanı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
250
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1. Abbasov İ. Ulu nəğməmizin adı. «Ədəbiyyat və in-
cəsənət» qəzeti, 7 fevral 1992-ci il. 
2.  Adilov M, Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik ter-
minləri. Bakı, 1989. 
3. Adilov M. Niyə belə deyirik. Bakı, 1982. 
4. Axundov A. Şer sənəti və dil. Bakı, 1980. 
5. Axundov A. Dilin estetikası. Bakı, 1984. 
6. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. 
7. Azərbaycan dastanları (tərtib edəni M.H.Təhmasib). 
Bakı, 1969. 
8. Cəfərli M. «Dastan və mif». Bakı, 2001. 
9. Cəfərov N. Eposdan kitaba. Bakı, 1999. 
10. Cəfərov N. Xanım, hey! Bakı, 1999. 
11. Cəfərov N. Seçilmiş əsərləri. II cild. Bakı, 2007. 
12.Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, 1982. 
13. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı, 1972. 
14. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. 
Bakı, 1980. 
15. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 
2013. 
16.  Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. 
Bakı, 2008. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
251 
17. Əliyev K. Eposun poetikası: “Dədə Qorqud” və “Kor-
oğlu”. Bakı, 2011. 
18. Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. Bakı, 1996. 
19.  Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. 
Bakı, 1999. 
20. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976. 
21. Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 
1979. 
22. Hacıyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 1999. 
23. Hüseynov M. Dil və poeziya. Bakı, 2008. 
24. Hüseynov M. Səsin poeziyası. Bakı, 2010. 
25. Hüseyzadə K. Azərbaycan  şer mədəniyyəti. Bakı. 
1996. 
26. Xalıqov F. Azərbaycan onomalogiyası. Bakı, 2009. 
27. Xudiyev N.Azərbaycan ədəbi dili tarixi. Bakı, 1997. 
28. İsmayıl Şıxlı. Dəli Kür. Bakı, 1982. 
29.  İslam Sadıq. Ocaq sönər, daş inildər. Hoydu, 
dəlilərim, hoydu. Bakı, 2006. 
30. Kazımov Q. Qurbani və poetikası. Bakı, 1996. 
31. Kazımov Q. Sənət düşüncələri. Bakı, 1997.  
32. Kitabi-Dədə Qorqud.  Bakı, 1988. 
33. Qafarlı R. Mif və nağıl. Bakı, 1999. 
34. Qurbanov A. Azərbaycan onomalogiyasının  əsasları. 
II cild, Bakı, 2004. 
35. Qurbanov A. Bədii mətnin linqvistik təhlili. Bakı, 
2005. 
36. Məmmədli M. Azərbaycan dili şivələrində ismin 
qrammatik kateqoriyaları. Bakı, 2003. 
Язизхан Танрыверди 
 
 
252
 
37. Məmmədov Z. Klassik aşıq poeziyasının leksik-
semantik xüsusiyyətləri. Bakı, 2006. 
38. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. 
Bakı, 1990. 
39. Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 
2010. 
40. Rüstəm Kamal. “Kitabi-Dədə Qorqud”un kommuni-
kativ məkanı: miforitual aspekt. Bakı, 2013. 
41. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünər-
kən. Bakı, 1989. 
42. Seyidov Y. Sözün qüdrəti. Bakı, 1983. 
43. Seyfəddin Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 
2004. 
44. Seyfəddin Rzasoy. Oğuz mifi və  Oğuznamə eposu. 
Bakı, 2007.  
45. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. 
Bakı, 1962. 
46. Şirinov A. “Koroğlu” dastanındakı frazeologizmlərdə 
inversiya. Bakı Universitetinin xəbərləri. Bakı, 2011, 
N 1, s.39-45. 
47. Tanrıverdi  Əzizxan. “Kitabi-Dədə Qorqud”un söz 
dünyası. Bakı, 2007. 
48. Tanrıverdi  Əzizxan. Azərbaycan dilinin tarixi qram-
matikası. Bakı, 2010. 
49. Tanrıverdi Əzizxan. “Dəli Kür” romanının poetik dili. 
Bakı, 2012. 
50. Tanrıverdi  Əzizxan. “Dədə Qorqud kitabı”nın 
obrazlar aləmi. Bakı, 2013. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
253 
51. Vəliyev K. Dastan poetikası. Bakı, 1984. 
52. Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1988. 
53. Yusifoğlu R. Ədəbiyyatşünaslığın  əsasları. Bakı, 
2009. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
254
 
 
 
 
 
B A Ş L I Q L A R 
 
“Korğoli”nun tədqiqində yeni mərhələ  
(Mahmud  Allahmanlı)............................................3 
“Koroğlu”eposunun şeir dilinin tədqiqi tarixi ......17 
“Koroğlu”eposundakı şeirlərin semantikası..........28 
igidlik, mərdlik, mübarizlik........................28 
vətən sevgisi ..............................................52 
at kultu .......................................................58 
dağ kultu.....................................................65 
saza vurğunluq ...........................................70 
saf eşqin, məhəbbətin tərənnümü................73 
sonsuzluq dərdi ...........................................80 
dostluq, qardaşlıq ........................................96 
“Koroğlu”nun  şeir dili “Dədə Qorqud kitabı” 
müstəvisində...........................................................100 
“Koroğlu”nun  şeir dili Qurbaninin poeziyası  
müstəvisində ..........................................................137 
“Koroğlu”nun  şeir dili tarixi-linqvistik  
müstəvidə ...............................................................143 
“Koroğlu”dakı nəzm parçalarında ədəbi 
tələffüzün transkripsiyası ...........................144 
“Koroğlu”dakı nəzm parçalarında şivə 
tələffüzünün transkripsiyası .......................150 
“Koroğlu”dakı nəzm parçalarının 
leksikası ......................................................162 
“Koroğlu”nun şeir dilində leksik-semantik 
söz qrupları..................................................173 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
255 
 
“Koroğlu”dakı nəzm parçalarının 
frazeologiyası........................................... 184 
“Koroğlu”dakı nəzm parçalarının 
morfoloji xüsusiyyətləri .......................... 191 
“Koroğlu”dakı nəzm parçalarının 
sintaktik xüsusiyyətləri.............................197 
“Koroğlu”dakı nəzm parçalarında obrazlılığın 
təzahürü................................................................199 
“Koroğlu” şeirlərində obrazlılığın fonetik  
səviyyədə təzahürü ..............................................202 
assonans və alliterasiya.............................202 
leksik morfoloji təkrarlar..........................208 
anafora və epifora.....................................209 
rəddül ibtida ələl əcüz və rəddül əcüz 
ələl ibtida..................................................212 
cümlə təkrarları ........................................214 
sintaktik paralelizm...................................216 
həmqafiyə sözlər ......................................220 
anastrofa ...................................................224 
asindeton və polisindeton ........................ 225 
“Koroğlu”  şeirlərində obrazlılığın leksik  
səviyyədə təzahürü .............................................. 227 
epitet......................................................... 227 
təşbeh........................................................ 229 
metafora.................................................... 234 
metonimiya .............................................. 236 
mübaliğə və litota..................................... 238 
antiteza...................................................... 242 
“Koroğlu”  şeirlərində obrazlılığın qrammatik 
səviyyədə təzahürü .............................................. 246 
İstifadə olunmuş ədəbiyyat.................................. 250 
 
Язизхан Танрыверди 
 
 
256
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Filologiya üzrə elmlər doktoru, professor Язизхан Вяли 
оьлу Танрывердиnin çap olunmuş  əsərlərindən:  
Тцрк мяншяли Азярбайъан антропонимляри (1996), 
«Китаби-Дядя Горгуд»да шяхс адлары (1999), 
ХВЫ яср гыпчаг (половес) дилинин грамматикасы (2000), 
«Китаби-Дядя Горгуд»ун образлы дили (2006), 
«Китаби-Дядя Горгуд»ун сюз дцнйасы (2008), 
Дилимиз, мянявиййатымыз (2008), 
Поезийанын дили, дилин поезийасы (2008), 
Гядим тцрк мянбяляриндя йашайан шяхс адлары (2009), 
Азярбайъан дилинин тарихи грамматикасы  (2010), 
«Дядя Горгуд китабы»нда ат култу (2012), 
«Дяли Кцр» романынын поетик дили (2012), 
Anarın nəsri (2013), 
“Dədə Qorqud” kitabı”nın obrazlar aləmi. Bakı, 2013 
Dədə sözü işığında (2014), 
Çal qılıncını, xan Qazan! (2015), 
“Dədəm Qorqud”un zamanı (2015), 
“Dədə Qorqud”un möcüzələr dünyası (2015) ... 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
257 
 
                     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
258
 
 
 
 
 
 
 
 
 
 
                                        
 
 
 
 
 
 
 
 
                                              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
259 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
260
 
 
 

Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə