Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   10   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
27 
−  nəzm parçalarında obrazlılığın fonetik, leksik və 
qrammatik səviyyələrdə  təzahürləri ayrılıqda tədqiq edil-
məli, eyni zamanda bu cür təzahür formalarının bir sıra 
hallarda sintez şəklində çıxış etməsi konkret dil faktları ilə 
əsaslandırılmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
28
 
 
 
 
“KOROĞLU” EPOSUNDAKI ŞEİRLƏRİN 
SEMANTİKASI 
 
Qeyd etdiyimiz kimi, “Koroğlu”dakı  şeir parçaları  
mövzusuna görə çox rəngarəngdir. Bu mənada həmin 
parçaların semantikasına ayrılıqda münasibət bildirməyi 
gərəkli hesab edirik. 
 
İGİDLİK, MƏRDLİK, 
MÜBARİZLİK 
 
İlk olaraq qılınc və at obrazlarından bəhs etmək 
lazım gəlir. Çünki bu obrazlar “Koroğlu” eposundan da bir 
leytmotiv kimi keçir, daha dəqiqi, “Koroğlu” eposu 
bunlarsız təsəvvürə belə  gəlmir: Koroğlunun dilindən 
verilmiş “Bir qılıcım var, bir atım”; “Koroğlu der: bu 
dünyaya gəlmişəm//Bir at, bir qılıcım qardaşım, dağlar” 
misralarının ümumi  semantik yükündən aydın olur ki, 
Koroğlu üçün at da, qılınc da qardaşa bərabərdir, doğma-
dan doğmadır. Bu cür detallar  qılınc və at obrazlarının 
“Koroğlu”da həlledici rola malik olduğunu sübut edir. Şir 
kimi döyüşən, düşmənə qan udduran Koroğlunun nəinki 
silahdaşları, hətta atı da dəlidir 
 
Qaranlıq gecədə yol çaşırmayan, 
Düşman qabağında ər düşürməyən, 
Üstündə əl-ayaq yığşırılmayan 
Koroğlunun atı dəli gərəkdi. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
29 
Sonuncu misradakı “atı  dəli gərək” ifadəsi “Dədə 
Qorqud kitabı”nda həm at, həm də  qəhrəmanla bağlı 
işlədilmiş igid, cəsur, cəsarətli anlamlı  “şahbaz” sözü  ilə 
səsləşir, daha doğrusu,onun məntiqi nəticəsi kimi çıxış 
edir: şahbaz  ayğır, şahbaz yigit (“Dədəd Qorqud kitabı”); 
Dəli Həsən, dəli at (“Koroğlu”). Bu qarşılaşdırma at və 
qəhrəman obrazları ilə bağlı işlədilmiş “dəli” və “şahbaz” 
sözlərinin eyni semantik yuvaya daxil olduğunu açıq-aydın 
şəkildə göstərir (hər ikisi igid, cəsur, cəsarətli anlamlıdır). 
Yeri gəlmişkən, “Koroğlu”da “şahbaz” sözünün qəhrə-
manla bağlı  işlədilməsinə  də rast gəlinir: “...Çanaqqala, 
Sarıqamış // İgidlərin  şahbaz gördüm”. Bütün bunlar onu 
deməyə əsas verir ki, “Koroğlu” eposunda at və qəhrəman 
obrazları bir-birinə  qırılmaz tellərlə bağlıdır. Başqa 
faktlara diqqət yetirək:  
 
Yaxşı ər yaxşı at minər, 
Ortada göstərən hünər... 
 
          *     *    * 
 
Qıratım köhləndi, özüm qəhrəman, 
Çalaram qılıncı, düşmən mənimdi!... 
 
Bu misralarda da at, qılınc və  qəhrəman obraz-
larının birlikdə təzahürü qabarıq şəkildə görünür. Bir sıra 
bəndlərdə isə semantik dinamikanın məhz “qılınc” obrazı 
ilə tamamlanmasına  rast gəlinir. Konkret desək, “quduz 
qurd” və “durna ovlayan şahin” ifadələri qılınc obrazının 
poetik semanrikasını qüvvətləndirir: 
 
Язизхан Танрыверди 
 
 
30
 
Qurdumuz quduzdur, dalar 
Şahinimiz durna ovlar, 
Daşa çalsam iki bölər, 
Kəskindir qılınclarımız. 
 
Koroğlu mərddir, mübarizdir, məğlubedilməzdir. 
Onun “igidliyini, dəliqanlılığını ifadə edən dəli nərəsi 
ondan ayrılmazdır (K.Əliyev). Koroğlu özünə qədərki türk 
ərənlərinin, türk qəhrəmanlarının ümumiləşmiş obrazı 
kimi çıxış edir. “Koroğlu”nu oxuduqca baş  qəhrəman 
(Koroğlu) gözlərimiz önündə gah Atilla, gah Qazan xan, 
gah da Beyrək kimi canlanır... 
 
Döyüş babamızdan miras qalıbdır, 
Dağlar əlimizdən zara gəlibdir, 
Məskənimiz sarb qaya olubdur, 
Qaplanlar çığırışır, pələng daşlanır. 
 
Bu bəndin semantik yükü çox dərindir. Burada, bir 
tərəfdən, qədim türkün hərb tarixinə, qəhrəmanlıq tarixinə 
işarə edilibsə, digər tərəfdən də Koroğlu və onun dəlilə-
rinin məğlubedilməzliyi obrazlı  şəkildə canlandırılıb. 
Təqdim etdiyimiz bənddə semantik dinamikanın  “Döyüş 
babamızdan miras qalıbdır” misrası ilə başlanmasını da 
təsadüfi hesab etmək olmaz. Yeri gəlmişkən, “dastan”dakı  
şeirlərin poetik semantikasına daha çox məhz bu 
prizmadan yanaşma İ.Sadığın da diqqətindən yayınmayıb. 
Müəllif haqlı olaraq yazır: “Koroğlu  şeirlərini sevdirən, 
yaddaşlarda yaşadan əsas məziyyətlərdən birincisi onların 
mayasının mərdlik, igidlik, qəhrəmanlıq duyğuları ilə 
yoğrulmasıdır. Xalq həmişə öz qəhrəmanları, igidləri ilə 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
31 
öyünmüş, onların  şəninə qoşulmuş  nəğmələri sevə-sevə 
oxumuşlar...” (Hoydu dəlilərim, hoydu. Bakı, 2006, 
səh.30). 
“Koroğlu” obrazı ilə bağlı digər  şeir parçalarının 
semantikasına nəzər saldıqda bir sıra maraqlı  məqamlara 
rast gəlinir. Belə məqamların bir qisminə mətn semantikası 
kontekstində aydınlıq gətirək: 
Qıratın üstündə  qılınc oynadan da, düşmənin elini 
dağıdan da, dilini lal edən də Koroğludur. O Koroğlu ki, 
igidlikdə tayı bərabəri yoxdur: 
 
Meydana girəndə pələng pəncəli
Dağıdar elini gəlsə, Qara xan! 
Qıratın üstündə qılınc oynadar, 
Lal edər dilini gəlsə, Qara xan! 
 
Koroğlu Qara xanın təkəbbürlü olmasını, lovğa-
lığını  nəinki qəbul etmir, hətta onunla ultimativ bir dillə 
danışmaqdan belə  çəkinmir.  İlxıçı statusunda çıxış edən 
Koroğlunun Qara xana “yekə danışma”, “Koroğlunun 
zərb-dəstini görməmisən”,  “belini gürzlə qırar”, “dövlətini 
talar”, “malını aparar”, “külünü sovurar” kimi hədələyici 
sözlər deməsi də onun ultimativ bir dillə danışdığını sübut 
edir: 
Mənəm deyib, yekə danışma belə, 
Görməmisən zərbi-dəstini hələ, 
Qaldırar başına, qırar gürz ilə, 
Belini yəqin bil, gəlsə, Qara xan! 
 
Talar dövlətini, aparar malın, 
Dağıdar varını, yaşılın-alın, 
Язизхан Танрыверди 
 
 
32
 
Yıxar evin, yaman eləyər halın, 
Sovdurar külünü gəlsə, Qara xan! 
 
Koroğlunun igidliyi, cəsurluğu və sözü bütöv-
lüyünü  əks etdirən parçalar kifayət qədərdir. Bu tip 
parçaları N.Cəfərov düzgün olaraq belə  səciyyələndirir: 
“Koroğlunun mükəmməl bir obraz kimi işarələndiyi  əsas 
semantika, yəqin ki, mərdlik, kişilikdir...” (Eposdan 
kitaba. Bakı, 1999, səh.142): 
 
Qoç quzudan quzu törər qoç olar
Qoç igiddən qoçaq olar, sultanım! 
Mərd igidlər dava günü şad olar, 
Müxənnətlər naçaq olar, sultanım! 
 
Canım qurban mərd igidin özünə, 
Mərdi ölsə, əlin vurmaz dizinə, 
Fürsət düşsə düşmanının gözünə, 
Burma-burma bıçaq olar, sultanım! 
 
Bu bəndlərdə obrazlılığı reallaşdıran vasitələr təkcə 
rəngarəngliyinə yox, həm də bir-birilə  zəncirvari  şəkildə 
bağlanmasına görə fərqlənir: “q” samitinin daxili və xarici 
alliterasiyası: qoç – quzu – quzu – qoç – qoç – qoçaq; “m” 
samitinin alliterasiyası: mərd – müxənnət; “b” samitinin 
alliterasiyası: burma  - burma – bıçaq; rədif kimi işlənmiş 
“sultanım” titulu; qoçaq, naçaq və bıçaq sözlərinin  zəngin 
qafiyələr kimi çıxış etməsi; qoç, qoçaq, igid və  mərd 
sözlərinin eyni semantik şaxəyə daxil olması, daha 
doğrusu, sinonim sözlər kimi çıxış etməsi, deyimlərdən 
ibarət sintaktik paralelizm, antitezalar (mərd – müxənnət; 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə