Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
33 
şad olar – naçaq olar) və digər poetik kateqoriyaların 
sintez şəkildə təzahürü də dediklərimizi arqumentləşdirir. 
Yuxarıdakı  bəndlərin ümumi semantik yükü digər 
parçalar üçün də  səciyyəvidir. Hətta elə  bəndlərə  təsadüf 
olunur ki, sanki igidlik nədir sualını cavablandırmaq üçün 
düzülüb-qoşulub. Koroğlu dəliləri məhz bu cür şeirlərlə 
silahlandıqları üçün yenilməzdir: 
 
Bir igidlik  nişanəsi 
Şanında gərək igidin. 
Çəkməyə özgədən minnət 
Canında gərək igidin. 
 
İgid gərək xanlar xanı, 
Vura qılıc, tökə qanı, 
Həzəran işi qalxanı 
Qolunda gərək igidin. 
 
Dəliləri yola salan Koroğlu onları  təlimatlandırır, 
baş verən biləcək təhlükənin qarşısını  əvvəlcədən almağa 
çalışır: 
 
Eyvaz, atı yaxşı saxla, 
Döşdü Bayazid yolları. 
Yollar ayrıcını yoxla, 
Beşdi Bayazid yolları. 
 
Döyüşü təşkil edən, dəlilərinin hərəkət trayek-
toriyasını  cızan Koroğlu həm də mahir bir sərkərdə 
statusunda çıxış edir: 

Язизхан Танрыверди 
 
 
34
 
Dəlilərim, səf-səf durun! 
Su üzündə cələ quran! 
Bu abdalın boynun vurun! 
Dönsün meydan qana indi... 
 
             *   *    * 
 
Hoydu, dəlilərim, hoydu, 
Yeriyin meydan üstünə 
Havadakı şahin kimi 
Tökülün al qan üstünə! 
 
Qoyun bədöylər kişnəsin, 
Misri qılınclar işləsin, 
Kimi tənab qılınclasın, 
Kiminiz düşman üstünə. 
 
Koroğlu çəkər haşanı, 
Bəylər edər tamaşanı, 
Mən özüm Aslan paşanı. 
Hərəniz bir xan üstünə. 
 
Dəliləri döyüşə çağıran, onların hər birini xüsusi 
olaraq təlimatlandıran “Mən özüm Aslan paşanı // Hərəniz 
bir xan üstünə” – deyərək hayqıran, nərə  çəkən 
Koroğlunun qeyri-adi gücü qarşısında düşmən olduqca 
zəif görünür. Bütün bu cəhətlərin yuxarıdakı  bəndlərdə 
obrazlı  şəkildə ifadə olunması aydın  şəkildə görünür. 
Burada alliterasiyaların, zəngin qafiyələrin, sintaktik 
paralelizmlərin, frazeoloji vahidlərin, təşbehlərin, ən əsası 
isə “rəddül ibtida ələl  əcüz”ün (eyni sözün misranın həm 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
35 
əvvəlində, həm də sonunda işlənməsi) rolunu xüsusilə 
qeyd etmək lazım gəlir.  Bir həqiqəti də vurğulayaq: həmin 
şeirdəki “Hoydu, dəlilərim, hoydu” misrası ilə poetik 
semantika qüvvətləndirilib ki,  bu da rəddül ibtida ələl 
əcüzdən istifadə  nəticəsində reallaşıb. Misra daxilində 
“dəlilərim” xitabından  əvvəl və sonra işlənmiş “hoydu” 
sözü nəinki həmin misranın, hətta bütövlükdə həmin şeirin 
nüvəsini, məntiqi əsasını təşkil edir.  Bu da  səbəbsiz deyil. 
Belə ki, “hələ  qədim türklər  döyüşə girərkən bərkdən 
qışqırar, hay-küy salar, düşməni qorxudardılar, bu ənənə 
monqol-tatar  qoşununda da davam edirdi (təxminən “ura” 
çəkmək  şəklində), XVI əsrdən sonra  özünü düşmən 
qoşununa vuran igidin nərə  çəkməsi (Hoy! Hoy! 
Hoy!...Haa! Hahaa!... Hey! Hey! Heeyy!... və s..) barədə 
müxtəlif mənbələrdə geniş  bəhs olunur – Koroğlunun 
nərəsi isə daha dəhşətlidir, Allah vergisidir” (N.Cəfərov. 
Eposdan kitaba. Bakı, 1999, səh.167). “Hoydu, dəlilərim, 
hoydu” misrasındakı “hoydu” sözünə  də  məhz bu priz-
madan yanaşmaq lazımdır. Bu sözlə bağlı digər cəhətləri 
isə belə ümumiləşdirmək olar: “hoydu” sözünün “hoy” 
hissəsi kök morfemidir, “-du” hissəsi isə -dır
4
  xəbərlik 
şəkilçisinin tələffüz formasıdır; “mütəşəkkil kömək, dada, 
imdada çatmaq” anlamlı “hoy” sözü “Koroğlu”nun dilində 
“hoy” və “hoylar” şəklində də işlənmişdir: “Hay deyəndə 
haylarım var // Hoy deyəndə hoylarım var”. 
Koroğlunun dilindən verilmiş bir sıra şeirlərdə həm 
Koroğlunun, həm də  Dəmirçioğlunun  igidliyi, mərdliyi 
ifadə olunur: 
 
Çənlibel dediyin dağlar damanı, 
Müxənnətlər gəlsə, çəkər amanı, 
Язизхан Танрыверди 
 
 
36
 
Başında nişanə aldın almanı, 
Qorxutmadı hədəf, nişana səni. 
 
Namərdləri oylaqlarından köçürtdüm, 
Yağı düşmanlara zəhər içirtdim,  
Üzük halqasından qırx ox keçirtdim, 
Tərpənən görmədim bir yana səni. 
 
Qırpınmadı gözüm, qaçmadı rəngin, 
Aləmə yayılar savaşın, cəngin,  
Allam xəracını Hindin, Firəngin, 
Göndərrəm İrana, Turana səni... 
 
Beş  bənddən ibarət bu qoşmanın  semantikası    ilə 
bağlı bunları söyləmək olar: Koroğlu Dəmirçioğlunun  
başına qoyduğu almanı, daha doğrusu, almanın saplaq 
tərəfinə taxdığı üzüyü hədəfə alır, almaya qırx ox ataraq 
hamısını bir-bir üzüyün halqasından keçirir. Amma 
Dəmirçioğlu yerindən tərpənmir, nə gözünü qırpır, nə  də 
rəngi qaçır. Əksinə, qorxmadığını, çəkinmədiyini nümayiş 
etdirir. Deməli, bu müstəvidə Koroğlu sağa-sola  qoşa yay 
çəkən mahir oxçu statusundadırsa, Dəmirçioğlu da 
meydanda  şəstlə dayanan, dəlilər içində  bəlli  bir igiddir. 
Bu mənada Koroğlunun ona “Göndərrəm  İrana, Turana 
səni” – deməsi olduqca təbii qarşılanır. 
“Dəlilər içində bəlli  bir igidsən” misrası ilə başla-
nan həmin qoşmada obrazlılıq yaradan vasitələrin ümumi 
mənzərəsi isə belədir: “a”-nın assonansı: almanı, aldım, 
almanı; “d”-nın alliterasiyası:  dediyim, dağlar, damanı; 
zəngin qafiyələr: damanı-amanı-almanı; qurulsun-
durulsun-vurulsun; qafiyələnmədə toponimik vahidlərin 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
37 
iştirakı: cəngin – Firəngin; -ın
4
 mənsubiyyət şəkilçili söz-
lərin ardıcıl sıralanması: gözün, rəngin, savaşın, cəngin...; 
frazeoloji vahidlər: rəngi qaçmaq, kefi durulmaq...; epitet: 
alıcı  tərlan; inversiya: Göndərrəm  İrana, Turana səni; 
Qorxutmadı hədəf, nişana səni... 
Yuxarıdakı qoşma assosiativ olaraq başqa detalları 
da vurğulamağa imkan verir. Fakta diqqət yetirək: “Üzük 
halqasından qırx ox keçirtdim” – deyən Koroğlu təkcə 
qılınc siyirən, qalxan çəkən yox, həm də oxqabından 
səksən oxu boşaldan igidi yüksək dəyərləndirir: 
 
İgid gərək tipə verə arxanı, 
Ağası önüncə sala qovğanı, 
Siyirə qılıncı, çəkə qalxanı, 
Səksən oxu sadağından boşana. 
 
Bu bənddəki semantik dinamikanın məhz “Səksən 
oxu sadağından boşana” misrası ilə tamamlanması da 
yuxarıda irəli sürdüyümüz tezisi qüvvətləndirir. 
“Su səhəngi suda sınar”  deyimi ilə silahlanmış 
Koroğlunun dilində “meydanda tək mənəm”, “boyun 
əymənəm”, “savaşdan dönmənəm” kimi ifadələrin işlən-
məsi heç də təsadüfi deyil. Çünki Koroğlu, eyni zamanda 
onun silahdaşları “səhra qurdu”dur, qurdları quduzdur, 
şahinləri durna ovlayandır, qılıncları daşı belə iki yerə 
böləndir: 
Bəylər, biz səhra qurduyuq
Quzu qapmaq işimiz. 
Qağan aslanlar yatağı, 
Sərp qayadır daşlarımız. 
 
Язизхан Танрыверди 
 
 
38
 
Qurdumuz, quduzdur, dalar, 
Şahinimiz durna ovlar, 
Daşa çalsam iki bölər, 
Kəskindir qılınclarımız. 
 
Birinci bəndin ümumi semantik yükünə mifoloji 
nəzəriyyələr prizmasından yanaşan Ə.Əsgər yazır: “Dastan 
qəhrəmanlarının soyu kimi təqdim olunur: “Bəylər, biz 
səhra qurduyuq // Quzu tapmaq adətimiz” (bu misradakı 
ikinci söz gürcü əlifbası ilə yazılmış əlyazmada “tapmaq” 
yox, “qapmaq” şəklindədir – Ə.T.). Axırıncı fikir nə alim, 
nə ideoloq, nə də siyasətçi tərəfindən deyilib. Bu fikri türk 
şərəfinin, mənliyinin  əzəli və  əbədi müdafiəçisi Koroğlu 
(mübarək boz qurd) Turan adlı böyük vətənin coğrafi 
səciyyəsinə  də  işarə etməklə milli aristokratiyaya müra-
ciətlə demişdi: Bəylər, biz səhra qurduyuq!” (Türk savaş 
sənəti. Bakı, 1996, səh.20). Burada onu da vurğulamaq 
lazım gəlir ki, Koroğlunun dilindən verilmiş digər  şeir-
lərdə türkün coğrafi koordinatları bir az da konkret-
ləşdirilir: “Bu ətrafda bütün hər yan mənimdi!.. Gündo-
ğandan ta günbatan mənimdi!” 
Koroğlunun igidliyi “Bolu, mən sənin, mən sənin” 
gəraylısında son dərəcə obrazlı şəkildə canlandırılıb. Hətta  
bu gəraylının poetik siqləti elədir ki, nümunə kimi bütün 
bəndləri təqdim etmək lazım gəlir: 
 
Qollarını bağladaram, 
Bolu, mən sənin, mən sənin, 
Anacığını ağladaram, 
Bolu, mən sənin, mən sənin. 
 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə