Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
39 
Gözlərinə kül qoyaram, 
Ovcuna pul qoyaram. 
Nişanlını dul qoyaram, 
Bolu, mən sənin, mən sənin. 
 
Mərd igidlərin gözüyəm, 
Dəlilərin əziziyəm, 
Bəbir oğlunun özüyəm, 
Bolu, mən sənin, mən sənin. 
 
Qızıb sinənə çökərəm, 
Əlif qəddini bükərəm, 
Üstünə alov tökərəm, 
Bolu, mən sənin, mən  sənin. 
 
Koroğluyam, iş bitirrəm, 
Səni dünyadan itirrəm
Başını bədəndən götürrəm, 
Bolu, mən sənin, mən sənin. 
 
Bəri başdan deyək ki, bu gəraylıdakı axıcılıq, dərin 
lirizm  İ.Sadığın diqqətindən yayınmayıb. Müəllif ikinci 
bəndin poetik çəkisi barədə yazır: “Bu bənddə bütün 
sözlərin gəlişi gözəldi (gözəldir – Ə.T.), hamısı  bulaq 
suyu kimi axıb gəlir, ancaq bir dənə  də söz xətrinə 
deyilmiş  gəlişi gözəl söz yoxdu (yoxdur – Ə.T.)” (Ocaq 
sönər daş inildər. Hoydu, dəlilərim, hoydu. Bakı, 2006, 
səh.29). 
Yuxarıdakı  gəraylının sintaktik mühiti, semantik 
yükü göz önündə olduğu üçün əlavə şərh verməyi gərəkli 
hesab etmirik. Obrazlılıq yaratmada iştirak etmiş poetik 
Язизхан Танрыверди 
 
 
40
 
kateqoriyalar barədə isə bunları söyləmək olar: “a”-nın 
assonansı: anacıq, ağlatrmaq...; “b”-nin alliterasiyası: baş, 
bədən, Bolu...; şeirdə ahəngdarlığın yaradılması, eləcə  də 
poetik semantikanın qüvvətləndirilməsi daha çox assonans 
və alliterasiya ilə deyil, “Bolu, mən sənin, mən sənin” 
misrasının  təkrarı ilə  reallaşdırılıb (altı dəfə təkrarlanıb): 
sintaktik paralelizm qabarıq  şəkildə  görünür: Gözlərinə 
kül qoyaram // Ovcuna pul  qoyaram...; frazeoloji vahidlər 
silsiləsi: qollarını bağlatmaq, anasını  ağlatmaq, gözlərinə 
kül qoymaq, ovcuna pul qoymaq... əlif qəddini bükmək, 
üstünə alov tökmək... Bu, sonuncu bənddə qabarıqlığı ilə 
müşahidə olunur. Belə ki, dörd misradan üçündə feli xəbər  
məhz feli frazeoloji vahidlə ifadə olunub: iş  bitirmək, 
dünyadan itirmək, başı bədəndən götürmək. Heç şübhəsiz 
ki, bu sistemə  frazeoloji vahidlərin sonuncu komponent-
lərinin qafiyələnməsi (bağladaram - ağladaram; bitirrəm –
itirərəm...); eyni qrammatik şəkilçi morfemlərinin ardıcıl 
olaraq işlənməsi (-ar
2
, -ır
4
, -am
2
) kimi məsələlər də daxil 
edilə bilər. 
Dastanın nəsr və nəzm hissələri arasındakı keçidlər, 
əsasən, bu cürdür: “Koroğlu sazı basdı döşünə. Başladı, 
görək nə dedi:”; “...bağrına basdı. Dedi:”; “...sazı çiynin-
dən aşırıb döşünə basdı, dedi:”; “...üçtelli sazı sinəsinə 
basdı, dedi: “...Bəzən isə keçidlərdə belə bir cümləyə 
təsadüf olunur: “Saz əvəzində misri qılıncı çəkib dedi: 
 
Yığılsa məxluqat, qurulsa məhşər, 
İsrafil surunu çala, qoymaram, 
Çəkərəm qılıncı, girərəm meydana, 
Uçurdaram, burada qala qoymaram”. 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
41 
Misri qılıncın sazın  əvəzedicisi kimi təqdimi, heç 
şübhəsiz ki, dastandakı  qəhrəmanlıq semantikasını, Kor-
oğlunun qeyri-adiliyini qabartmağa xidmət edir. Kor-
oğlunun dilindən  verilmiş “Bir at, bir qılıncım qardaşım, 
dağlar” misrasının ümumi  semantik yükü də dedikləri-
mizi sübut edir. 
Amma bu da var ki, dastanda “saz”dan bir silah 
kimi, deyək ki, “qılınc” kimi istifadənin təsvirinə  də rast 
gəlinir: “...Elə bircə onu bildi ki, sazı qalxdı göyə. Nə ki 
gücü var, elə çaldı ustanın təpəsinə ki, saz da parça-parça 
oldu, ustan ın başı da...”. Heç şübhəsiz ki, bu cür parçalar 
saz müqəddəsliyini yox, real hadisələri, uyğun sintaktik 
mühiti əks etdirir. 
Aşıq Cünun Koroğlunun  ən böyük  təbliğatçısıdır. 
O, hər yerdə Koroğlunun igidliyindən danışır. Aşıq 
Cünuna  görə, Çənlibeldə daşdan qala quran da, düşmən-
lərə meydan oxuyan da Koroğludur. O Koroğlu ki, 
düşmənin üstünü quş  tək aldırır, aslanlar dişindən ov 
saldırır, şahların üstünə yeddi min yeddi yüz dəli ilə getsə 
də, döyüş zamanı qabaqda tək durur: 
 
Düşmanın üstünü quş tək aldıran, 
Aslanlar dişindən ovlar saldıran, 
Xaqanlar başına şeşpər çaldıran, 
Qulac qolları buran qoç Koroğludur. 
 
Cünun, əylənibdir ərlər qarşında, 
Alaylar boşlanır tər savaşında, 
Yeddi min yeddi yüz dəli başında, 
Şahlar üstə varan qoç Koroğludur. 
 
Язизхан Танрыверди 
 
 
42
 
Koroğlunun dilindən verilmiş bəzi şeirlərdə (“Kor-
oğlunun qocalığı” qolunda) zəmanədən  şikayət, bədbin 
əhvali-ruhiyyə ifadə olunur: “Titrəyir  əllərim, tor görür 
gözüm // Mənmi qocalmışam, ya zəmanəmi?..”. Amma 
Koroğlu özündə güc taparaq bu cür sarsıntılı anlardan, 
psixoloji gərginliklərdən də qurtarmağı bacarır, yenə  də  
dəlilərini səfərbər edərək coşdurur, yenə  də bir dəli nərə 
çəkərək düşməni lərzəyə salır: 
 
Siz inanın göhərkana! 
Hərəniz dönün aslana! 
Basılmayın bəd düşmana, 
Qoyun ölən mənim olsun! 
 
               *  *   * 
 
Mərd dayanar, namərd qaçar
Meydan gumbur -  gumburlanı... 
Dəlilərim meydan açar, 
Düşman gumbur-gumburlanı... 
 
Dəli nərəli Koroğlu cəsurluğu, igidliyi, eyni 
zamanda igidi dəyərləndirməyi bacaran bir obrazdır. Bu, 
özünü “Giziroğlu Mustafa bəy” gəraylısında açıq-aydın 
şəkildə göstərir. Koroğluya görə, anadan oğul doğulan da, 
bu dünyaya tək gələn də, nizəsinin ucu qanlı, dəliləri 
dəmir donlu olan da, hay deyəndə haya, huy deyəndə huya 
basan da adlı-sanlı Giziroğlu Mustafa bəydir. O Mustafa 
bəy ki, şeşpərinin ucu haçadır, Alapaçası  Qıratın qaçma-
sına aman vermir. O Mustafa bəy ki, Koroğlunu çaya 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə