Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

61 


31 MART 

 

AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 



 

Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırımı hadisələrini heç 

vaxt unutmayacaq. 1918-ci ilin mart hadisələrinin təşkilatçısı  və icraçıları erməni millətçiləri, 

Daşnaksutyun partiyası  və onun terrorçu birləşmələri, eləcə  də  əksəriyyəti erməni və slavyan millətlərin 

nümayəndələrindən təşkil olunmuş Bakı Kommunasının bolşevikləri idilər. Mart soyqırımını qabaqcadan 

planlaşdıran bolşevik-daşnak güruhu belə bir şayiə yaymışdı ki, guya Bakıda müsəlmanlar Osmanlı 

sultanının himayəsi ilə silahlı üsyan hazırlayırlar. Odur ki, Bakıda yaşayan ermənilər 1918-ci ilin 

əvvəlində Cənubi Qafqaz cəbhəsindən çıxarılmış rus əsgərlərinin silah və sursatları ilə təchiz olunurdular. 

Müxtəlif cəbhələrdən bolşeviklərin razılığı ilə bir neçə min erməni  əsgəri də  gətirilib Bakıda 

yerləşdirilmişdi. Vəziyyətin ağırlığını hiss edən müsəlman siyasi xadimləri qanlı  qırğının qarşısını ala 

bilmək üçün qüvvələri səfərbər edə bilmədilər. Hələ mart hadisələrindən yarım il əvvəl Bakı Sovetinə 

keçirilmiş seçkilərdə "Müsavat" partiyası bolşeviklərdən iki dəfə çox səs qazanmağa müvəffəq olmuşdu. 

Bu, bolşevikləri çox narahat edirdi və onlar müstəqil milli dövlətin yaradılmasına imkan vermək 

istəmirdilər. Buna görə  də soyqırımı  təşkilatçılarının  əsas məqsədi get-gedə siyasi nüfuzu artmaqda olan 

"Müsavat" partiyasını  məhv etmək, Azərbaycanın müstəqilliyi ideyalarına, milli-demokratik qüvvələrə 

ağır zərbə vurmaq idi. 

Milli qırğına başlamaq üçün bəhanə isə martın 24-də  şəxsi heyəti müsəlmanlardan ibarət olan 

"Evelina" gəmisinin bolşevik-daşnaklar tərəfindən tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan 

məhəllələrin  əhalisi buna qarşı ciddi etiraz edərək, müsadirə olunmuş silahların geri qaytarılmasını  tələb 

etdilər. "Hümmət" təşkilatının vasitəçiliyi ilə alınmış silahların geri qaytarılması barədə razılığa nail 

olunsa da, son anda bolşevik-daşnak hökuməti vədinə  əməl etmədi. Bu vaxt ermənilər belə bir şayiə 

yaydılar ki, guya azərbaycanlı zabitlər Muğanda yaşayan rus əhalisini məhv etmək barədə əmr vermişlər. 

Bu təxribata rus millətindən olan Xəzər donanması matrosları, habelə eser və menşeviklərin bir hissəsi də 

uymuşdular. 

Martın 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün başda bolşevik-daşnak Şaumyan 

olmaqla Bakı Soveti yanında  İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin gün saat 17:00-da döyüşlər 

başlandı. Qırğın ərəfəsində öz bitərəfliyini elan etmiş Daşnaksutyun partiyası və Erməni Milli Şurası Bakı 

Sovetini müdafiə etdi. Soyqırıma Bakının erməni mənşəli  əhalisi də qoşuldu. Eserlər və kadetlər də 

bolşeviklərin tərəfinə keçdilər. Mart hadisələri mahiyyət etibarilə  əsil soyqırımı idi. Xəzər hərbi 

donanmasının topları müsəlmanlar yaşayan məhəllələri şiddətli top atəşinə tutdular. Martın 31-də erməni 

başkəsənləri "Kərpicxana", "Məmmədli" və "Zibilli dərə" məhəllələrində yaşayan azərbaycanlıları 

tamamilə  məhv etdilər. Heç kimin qaçmasına yol verməmək üçün bolşeviklər "müsavatçıları  məhv 

etmək" pərdəsi altında Bakı limanını ələ keçirmiş, İçərişəhəri mühasirəyə almışdılar. Aprelin 1-də erməni 

əsgərləri buraya daxil olaraq dəhşətli qırğınlar törətdilər. Erməni-bolşevik vandalları "Kaspi" mətbəəsini, 

"Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini 

top atəşi ilə deşik-deşik etmişdilər. Üç gün ərzində  təkcə Bakıda 12000-dən çox azərbaycanlı  qətlə 

yetirilmişdi. 

Erməni-bolşeviklər bununla kifayətlənmədilər. Qanlı qırğınlar Andronikin, Hamazaspın, Haykın, 

Dronun, Njdenin, Lalayansın,  Əmirovun başçılıq etdiyi quldur-terrorçu erməni dəstələri tərəfindən 

Azərbaycanın  ətraf qəzalarında da davam edirdi. Şaumyan tərəfindən səlahiyyət verilmiş Hamazaspın 

başçılıq etdiyi erməni silahlı  dəstələri Quba qəzasının 122 kəndini dağıtmış, yandırmış, təxminən 2000 

nəfəri vəhşicəsinə qətlə yetirmişdi. Bundan sonra terrorçular Xaçmaz, Göyçay, Ağdaş, Kürdəmir, Cavad, 

Salyan və  Lənkəran qəzalarında talanlar və  qırğınlar törətmişdilər. Atarbekovun və Lalayansın erməni 

hərbi hissələri Şamaxı qəzasında 8000 nəfəri qətlə yetirmişdi ki, onların da 1653 nəfəri qadın, 965 nəfəri 

uşaq olmuşdur. Lalayansın göstərişi ilə  kəndlərin birində qadınlar məscidə doldurularaq diri-diri 

yandırılmışdılar. Burada cəmi 58 kənd yandırılmışdı. Kürdəmirdə quldurlar 56 ev və 2 məscid binasını 

yandırmışdılar. Mikoyanın başçılıq etdiyi dəstələr isə sonradan Şamaxıya soxularaq burada 20 kəndi 

dağıtmışdılar. Baloğlan kəndində isə 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülmüş, 69 nəfər 

yaralanmışdı. Navahı kəndində 1050 nəfər öldürülmüş və yaralanmışdı. 

Qanlı soyqırımı İrəvan, Göyçə, Cavanşir, Zəngəzur qəzalarının müsəlman kəndlərində, Naxçıvan 

və Qazaxda da davam etdirilmişdi.  İrəvan, Göyçə  və Qazaxda 200, Qarabağ  və  Zəngəzurda 75 kənd 

yandırılmışdı. 

Belə  kədərli rəqəmləri daha çox sadalamaq mümkündür. Soyqırımı 1918-ci il sentyabrın 

ortalarınadək davam etmişdi. Bu soyqırımda 600 minə yaxın azərbaycanlı  vəhşi erməni millətçiliyinin 

qurbanı olmuşdu. 



 

62 


Erməni başkəsəni S. Şaumyan 1918-ci il aprelin 18-də bolşevik cəlladlarının başçısı V. Leninə 

yazdığı məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu 

etiraf etmişdi. Bu faciə Bakı Sovetinin antiazərbaycan siyasətini xalqa nümayiş etdirdi. Azərbaycanda 

sovetləşmə ideyasına güclü zərbə vuruldu. Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik 

ideyalarını gücləndirdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və qardaş Osmanlı dövləti-

nin Qafqaz İslam Ordusunun köməyə gəlməsi nəticəsində bu qanlı faciələrə son qoyuldu. 

AXC hökuməti mart soyqırımı hadisələrini təhqiq etmək üçün Təhqiqat Komissiyası yaratmışdı. 

Lakin Cümhuriyyətin süqutu bu işi başa çatdırmağa imkan vermədi. Azərbaycanda bolşevik diktaturası 

qurulduqdan sonra bu qanlı hadisələr tarixin arxivinə göndərilmiş, onun əsil mahiyyəti təhrif olunmuş, 

soyqırımı qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığı isə Dağüstü park adı ilə  gəzinti və 

əyləncə yerinə çevrilmişdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra soyqırımı hadisəsi 

haqqında real tarixi faktlar ictimaiyyətə açıqlandı. Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə mart soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verildi, 

beynəlxalq ictimaiyyətin diqqəti bu antihumanist, ümumbəşəri cinayətə cəlb olundu. Həmin fərmanla 31 

mart azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. 

 



 

63 


3 APREL 

  

KƏLBƏCƏRİN İŞĞALI 



 

1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun işğalına dair planlarını 

həyata keçirməyə başladılar. Bu işdə o vaxt hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və 

məsuliyyətsizliyi, "sapı özümüzdən olan baltalar"ın xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu. 

Əvvəlcə Ağdərə-Kəlbəcər yolu ələ keçirildi. Martın 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən 

Kəlbəcər üzərinə hücuma başladılar. Hücumdan əvvəl, Kəlbəcərə gedən yollar müəmmalı  şəkildə mi-

nalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı. 

Kəlbəcərlilərin respublika rəhbərliyinə təkid, yalvarış və xahişlərlə dolu müraciətləri isə nəticəsiz 

qaldı. Vəd olunan kömək göndərilmədi. İşğalın reallığını hiss edən silahsız və köməksiz əhali ev-eşiyini

var-dövlətini qoyub qaçmağa məcbur oldu. İnsanlar qarda-boranda yeganə işlək yol olan Murov yolu ilə 

Gəncə istiqamətində yollandılar. Bu yolda nə  qədər insan çovğuna,  şaxtaya düşüb məhv oldu, əl-ayaq-

larını  şaxta vurdu. Kəlbəcər aprel ayının 3-də  işğal olundu. Düşmən məqsədinə çatdı. Olduqca əlverişli 

hərbi-strateji  əhəmiyyətli bir ərazi  ələ keçirildi. Daxili xəyanətkarların  əli ilə  əsrlər boyu düşmənə sinə 

gərmiş, qalalı, səngərli Kəlbəcər torpağı yağı tapdağı altda qaldı. 

BMT Təhlükəsizlik  Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni 

işğalçılarından dərhal həmin  ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə  qəbul etsə  də, bu mühüm 

sənəd hələ  də yerinə yetirilməmişdir.  İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan 

kəlbəcərliləri yalnız bir şey düşündürür: tezliklə doğma yurda qayıtmaq, düşmənin xarabazarlığa çevirdiyi 

bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq. 

 



 

64 


8 MAY 

ŞUŞANIN İŞĞALI GÜNÜ 

 

17-18 MAY 



LAÇININ İŞĞALI GÜNÜ 

 

Xocalı soyqırımını törədən ermənilər cəzasız qaldıqlarından öz vəhşi hərəkətlərini davam 



etdirirdilər. Növbəti hədəf  Şuşa və Laçın idi. Bu şəhərlər də siyasi oyunların, çəkişmələrin, xəyanətin 

qurbanı oldu. 

Şuşaya ermənilərin hücumu gözlənildiyindən yaranmış vəziyyət 1992-ci ilin martında Respublika 

Müdafiə Şurasının iclasında müzakirə olunmuşdu. Lakin əməli iş, demək olar ki, görülmürdü. Şəhər uzun 

müddət idi ki, mühasirədə idi. Lazımi silah və sursatla təmin olunmurdu. Rusiyanın 336-cı polkunun 180 

hərbi mütəxəssisinin 90 ağır hərbi texnika ilə ermənilər tərəfinə keçməsi faktı da məlum idi. Şuşanın 

müdafiəsində isə  cəmi 24 ağır texnika dururdu. Düşünülmüş müdafiə planı yox idi. Xarici qüvvələrin 

əlində oyuncağa çevrilmiş müdafiə naziri R. Qazıyev burada vahid komandanlıq yaradılmasına mane 

olur, bununla da hərbi-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Hücum ərəfəsində xeyli döyüşçü 

qısamüddətli ezamiyyətə buraxılmışdı.  Şəhərdə  cəmi 500 döyüşçü qalmışdı. Belə bir şəraitdə  Şuşaya 

gedən yollardakı minalar zərərsizləşdirildi. Mayın 8-də  səhər saat 5-də  şəhər  ətrafında olan postların 

əksəriyyəti artıq tutulmuşdu. Ön mövqedə duran əsgərlər düşmənə qarşı  qəhrəmanlıqla vuruşurdular. 

Səhərə yaxın düşmənin üç tankı şəhərə daxil olsa da, onlardan biri vuruldu, digərləri isə geri qayıtdı. Qa-

yabaşı adlanan yerdə mövqe tutmuş müdafiə batalyonunun əsgərləri son nəfəsədək vuruşdular. 40 nəfər 

şəhid oldu. Mühasirəyə düşmüş 38 nəfər döyüşçü düşmən  əlinə keçməmək üçün özünü öldürdü. Digər 

müdafiə  dəstələri axşama qədər müqavimət göstərdilər. Qüvvələr tükəndi və axşama yaxın  Şuşa süqut 

etdi. 

Bakıda hakimiyyət uğrunda siyasi oyunların getməsindən istifadə edən düşmən mayın 18-də 



Laçın rayonunu da işğal etdi. Beləliklə, Dağlıq Qarabağı Ermənistandan ayıran dəhliz açıldı. Bu isə 

Azərbaycanın yeni ərazilərinin işğal olunması üçün zəmin yaratdı. 

 



 

65 


23 İYUL 

 

AĞDAM RAYONUNUN İŞĞAL GÜNÜ 



 

1993-cü ilin iyununda düşmən Azərbaycanda baş vermiş siyasi böhrandan istifadə edərək yeni 

hücum  əməliyyatına başladı. Ermənistanın işğalçı qüvvələri bu böhrandan istifadə edərək Ağdam 

rayonunun Qarqarçayı, Saybalı kəndinə qədər ərazisini işğal etdi. 

Cəbhə yerli özünümüdafiə batalyonlarının ümidinə qalmışdı. Düşmən sürətlə irəliləyirdi. 

Malıbəyli kəndində güclü döyüşlər gedirdi. "Fred" ləqəbli Asif Məhərrəmovun müdafiə batalyonlarının 

döyüşçüləri iyunun 22-23-də bütün günü və gecəni düşmənlə  əlbəyaxa döyüşdülər. Lakin kömək 

gəlmədiyi üçün geri çəkildilər. İyulun 23-də 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut etdi. Yağı 

düşmən evlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət edir, şəhəri tərk edə 

bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 1094 kv. km-lik ərazisi hakimiyyət 

uğrunda gedən siyasi didişmələrin, təxribat və xəyanətlərin qurbanı oldu. 

BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da Ağdamın işğalını pisləyən və işğalçı ordunun 

işğal etdiyi əraziləri qeyd-şərtsiz olaraq tərk etməsini tələb edən 853 №-li qətnamə  qəbul etdi. Lakin 

beynəlxalq birliyin təcavüzkara qarşı sərt tədbirlər görməməsi səbəbindən həmin qətnamə bu günə qədər 

yerinə yetirilməmişdir. 

 



 

66 


23-25 AVQUST 

FÜZULİ VƏ CƏBRAYIL RAYONLARININ İŞĞALI GÜNÜ 

 

31 AVQUST 



QUBADLININ İŞĞALI GÜNÜ 

 

27 OKTYABR 

ZƏNGİLANIN İŞĞALI GÜNÜ 

 

Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq 



siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı 

və  Zəngilan rayonlarının da düşmən  əlinə keçməsini sürətləndirdi. Xüsusilə  Əlikram Hümmətovun 

qondarma "Talış-Muğan Respublikası" elan edərək, özünə sadiq silahlı qüvvələri cəbhə  xəttindən 

çıxarması, Azərbaycan dövlətinə qarşı qiyam qaldırması bu işdə mühüm rol oynadı. Vahid hərbi 

əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş 

Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin 

təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli, 25-də Cəbrayıl, 31-də Qubadlı rayonları 

işğal olundu. Hər tərəfdən düşmən mühasirəsində olan Zəngilan rayonunu da xilas etmək mümkün 

olmadı. Nəticədə oktyabrın 27-də  Zəngilan rayonu da düşmən  əlinə keçdi. Amansız düşmənlə üz-üzə 

müdafiəsiz vəziyyətdə qalmış  əhali öz doğma ev-eşiyini tərk etməyə  məcbur oldu. Bu rayonların 

müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. 

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və tor-

paqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü 

il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə  Zəngilan rayonunun 

işğalını pisləyən və  həmin  ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etdi. 

Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi. 



Tarixi arayış 

Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin 

səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də 

televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun 

nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. 

Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. 

Azərbaycan ordusunun müvəffəqiyyətli  əməliyyatları  nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli 

rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca 

Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, 

Susuzluq, Qasımbinəsi, Yanaşaqbinə, Yanaşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış  məntəqələri də 

düşməndən azad edildi. Düşmən Çiçəkli dağdan və b. strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın 

yolunun tunelə qədər olan hissəsi nəzarət altına alındı. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal 

olunmuş  vətən torpaqlarını azad etmək sahəsində  əldə etdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu 

müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin, onun hərbi cəhətdən 

möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi siyasəti daha 

da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu 

imzaladı, düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail oldu. 

Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 

360 kilometrlik sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqların işğal etmiş, Füzuli 

rayonundakı Horadiz qəsəbəsindən Zəngilan da daxil olmaqla 198 kilometrlik Azərbaycan sərhədlərini 

nəzarət altına almışdı. Erməni işğalları  nəticəsində Dağlıq Qarabağ  ərazisində 50 minədək 

azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd işğal olundu. Dağlıq Qarabağdan kənarda aparılan 

işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş 

əkin və meşə sahələrinin statistikası belədir: yaşayış evləri - 102000, ictimai binalar - 7000, ümumtəhsil 

məktəbləri - 693, səhiyyə obyektləri -695, avtomobil yolları - 800 km, körpülər - 160, su kəməri - 2300 km, 

elektrik xətti - 15000 km, meşə sahəsi - 250000 ha, əkin sahəsi - 200000 ha, tarixi abidə və muzeylər - 464. 

İlkin hesablamalara görə, Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları  həcmində  zərər dəymişdir. 

Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 

35-60%-i meşə fondunun 23,8%-i, su ehtiyatlarının 7, 8%-i və s. işğal olunmuş torpaqların payına düşür. 

Burada 2 qoruq və 3 iri su anbarı da yerləşir. 

 

 



 

67 


28-29 FEVRAL 

 

SUMQAYIT HADİSƏLƏRİ 



 

1988-ci il fevralın 28-29-da baş vermiş Sumqayıt hadisələrindən xeyli vaxt keçmişdir. Lakin 

təəssüf ki, bir çoxları həmin hadisələr haqqında dürüst və obyektiv məlumata malik deyillər.

 

Dünyada böhtan və iftiraları ilə "məşhur" olan erməni qonşularımız riyakarlıqla dünya 



ictimaiyyətini çaş-baş salır, tarixi faktları həyasızcasına saxtalaşdırırlar.

 

SSRİ-nin dağılması  ərəfəsində hakimiyyətə  gəlmiş ermənipərəst M. Qorbaçovun razılığı  və 



himayəsi ilə Qarabağın Dağlıq hissəsində yaşayan ermənilər Azərbaycan Respublikası  əleyhinə qiyam 

qaldıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. Xankəndində  və 

İrəvanın Teatr meydanında mitinq və nümayişlər başlandı. Ermənilər öz ata-baba torpaqlarında yaşayan 

azərbaycanlı  əhalisinə qarşı zorakılıq göstərməyə başladılar. Eyni zamanda erməni təbliğat maşını bütün 

dünyada "vəhşi azərbaycanlı" obrazı yaratmaqla məşğul idi. Bunun üçün Azərbaycanda ermənilərə qarşı 

"qırğın törətmək" lazım gəlirdi. Belə bir obyekt Sumqayıt  şəhəri seçildi. Bu hadisənin sifarişçisi SSRİ 

kommunist rəhbərliyi, xaricdəki erməni diasporu, erməni katolik kilsəsi, erməni ziyalıları idi (1905 və 

1918-ci illərdə olduğu kimi).

 

Ermənilər təxribat törətmək üçün Sumqayıtı seçməkdə yanılmamışdılar. Çünki 260 minlik əhalisi 



olan Sumqayıtda yaşayanların  əksəriyyəti gənclər idilər; onları daha tez təxribata çəkmək mümkün idi. 

Milliyyətcə erməni olan, 3 dəfə  məhkum edilib qatı cinayətkar kimi 9 il həbsdə yatmış "Paşa" ləqəbli 

Eduard Qriqoryan Sumqayıt hadisələrinin  əsas icraçısı oldu. Qriqoryan ona tapşırılmış  işin öhdəsindən 

bacarıqla gəldi. Ona verilmiş xüsusi siyahı əsasında "Krunk" cəmiyyətinə üzv yazılmayan və üzvlük haq-

qı ödəməkdən imtina edən ermənilər məhv edildilər. Ermənilər bütün dünyaya car çəkərək  şivən 

qopardılar ki, azərbaycanlılarla bir dövlətdə yaşamaq mümkün deyil. İsveçdən xüsusi olaraq bu iş üçün 

gəlmiş Artaşes Qabirelyans adlı erməni həmin günlər baş vermiş hadisələri videokamerası ilə lentə almış, 

hadisələri isə belə adlandırmışdı: "Bizi başkəsənlərdən xilas edin". Bu hadisələr nəticəsində 32 nəfər 

öldürülmüşdü ki, onlardan da 26 nəfəri erməni idi. Ümumiyyətlə talanlar zamanı 400 nəfərdən çox adam 

xəsarət almış, 200-dən çox mənzil qarət edilmiş, 50-yə yaxın mədəni-məişət obyekti dağıdılmışdı. Er-

mənilər isə dünya ictimaiyyətinə yalan məlumat verərək 500 nəfər erməninin öldürüldüyünü iddia 

edirdilər. Bu işin qabaqcadan planlaşdırıldığı bir də ondan görünürdü ki, ermənilər hadisədən bir neçə gün 

keçmiş, tələm-tələsik Xankəndində "Sumqayıt genosidi" abidəsini ucaltmışdılar. 

O vaxtlar SSRİ prokurorluğu 2000-ə yaxın adamı  həbs etmişdi. Moskvada Sumqayıt 

hadisələrində günahlandırılan,  əslində isə günahsız olan Ə. Əhmədov,  İ. İsmayılov, O. Cəfərov saxta 

ittihamlarla məhkum edildilər. Əhməd Əhmədov ən ağır cəzaya - güllələnməyə məhkum olunmuşdu. Əsil 

qatil E. Qriqoryan isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Sumqayıt hadisələri göstərdi ki, ayıq-sayıq olmaq lazımdır, erməni fitnəkarlığına uymaq olmaz, 

çünki ermənilərin fitnəkarlığı  təkcə bununla bitməyəcək. Hadisələrin sonrakı inkişafı bu fikrin 

doğruluğunu sübut etdi.

 

Tarixi həqiqət gec də olsa öz yerini tapdı - məlum oldu ki, Sumqayıt hadisələri heç də erməniləri 



məhv etmək məqsədilə törədilməmişdi. Bu təxribat Azərbaycan torpaqlarının ermənilər tərəfindən 

gələcək işğalına dünya ictimaiyyəti tərəfindən haqq qazandırmaq məqsədi güdürdü.



 

 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə