Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   ...   25

 

QURBAN BAYRAMI 



 

İslam dünyasının  ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman 

ölkələrində  təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik  əldə etdikdən sonra Milli Məclisin qəbul 

etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən 

Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. 

Üç səmavi dinin - yəhudilik, xristianlıq və  İslamın hər üçündə müxtəlif formada qurbanlıq 

mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və  əhəmiyyət kəsb edir. Onun əsasında Allaha 

sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. 

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. 

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən  İbrahim peyğəmbər oğlu  İsmayılı 

qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə  rəva bilmədi və qurbanlıq üçün ona bir qoç 

göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. 

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı  (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını 

Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və 

mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın 

nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür 

səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan 

hərəkət deyil! 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah 

yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə 

rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha 

yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 

təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar. 

İnsan Allahın yaratdığı  ən  şərəfli və  ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda 

qurban kəsilməsini qəbul etmir. 

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra  şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu 

olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, 

ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl 

Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.  Əzalarında hər hansı nöqsanı olan, 

buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi  İslamda məsləhət 

görülmür. 

Bu bayramın  əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın  ətini Allahın imkansız 

bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin 

də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. 

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb 

gətirməklə öz qurbanını  kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. 

Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını 

ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə  sərf olunmalı, qalan 

hissələr isə fəqir-füqəraya paylanmalıdır. 

Qurbanlığın  ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol 

verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının 

imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir 

ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. 

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların 

boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula 

heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın  əsas mahiyyəti zənginlərlə imkansızların 

birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar - Allaha xoş gedən  əməli icra etdikləri və 

kasıbları sevindirdiklərinə görə, kasıblar isə - dünya nemətindən  əldə etdiklərinə  və başqalarından 

gördükləri mərhəmətə və qayğıya görə. 




 

20-21 MART 



 

NOVRUZ BAYRAMI 



 

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad 

müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. 

Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. 

Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də 

Novruz bayramıdır. 

Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin 

oyanmasını,  əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər. Bu münasibətlə  şənliklər 

keçirmiş, onu yeni ilin başlanğıcı kimi qarşılamışlar. 

Qədimdə bir sıra  Şərq xalqları, o cümlədən Mərkəzi Asiya və Azərbaycan türkləri də baharın 

gəlişini bayram etmişlər. Bu bayram Novruz adlandırılmışdır. Novruz bayramı martın 21-də və ya 22-də 

keçirilir. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir. 

Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştilik və ya müsəlman mədəniyyəti 

ilə  əlaqələrini araşdırmış,  əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar 

etmişlər. Lakin ümumi fikir belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. 

Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni 

ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir. 

Novruz inanclarının  əsasında insana, təbiətə  həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin 

(havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni 

martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər, Həmin ayın hər çərşənbəsi 

təbiətin bir ünsürü ilə  əlaqələndirilmiş  və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr 

yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". 

İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel 

çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. 



 

Su çərşənbəsi 

Bu çərşənbəyə  "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su 

mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif 

şənliklər keçirirlər. 

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-

üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın 

inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən 

uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan 

Aban və Yadanın şərəfinə nəğmələr oxunur. 

Su çərşənbəsi ilə  əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar,  əfsanələr və 

rəvayətlər var. Məsələn, inanclarda deyilir: 

- Süfrəyə su dağılması aydınlıqdır, 

- Su içən adamı qəfil vurmazlar, 

- Su içən adamı ilan çalmaz, 

- Lal axan sudan keçməzlər. 

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: 

- Su olan yerdə dirilik olar, 

- Su ehsandır, 

- Su murdarlıq götürməz, 

- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz. 



 

Od çərşənbəsi 

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "İkinci çərşənbə" və ya "Üsgü 

çərşənbə" də deyilir. 

Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə 

bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. 

Odla bağlı da bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar, qarğışlar, 

tapmacalar bu günə qədər yaşamaqdadır.  

Atalar sözləri: 

- Od imandandır, 

- Odla zarafat eləyən ağlar qalar, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə