Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   ...   25

 

- Odla oynayan odsuz qalar, 



- Od eləyəni fələk eləyə bilməz

- Oda dərdini deyən xeyir aparar, 

- Odu söyən qara günə qalar.  

İnanclar: 

- Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır, 

- Ocağa yanaşanda salam verərlər

- Ocaq dağıdanın ocağı dağılar, 

- Gün güzəranlıq gətirər.  

Andlar: 

- Od haqqı! 

- Gün haqqı! 

- İşığa and olsun! 

- Çıraq haqqı! 

Alqışlar: 

- Oduna nur çilənsin! 

- Ocağın nurlu olsun! 

- Ocağın qaralmasın! 

Qarğışlar: 

- Günəş sənə qənim olsun! 

- Od-ocağa həsrət qalasan! 

- Ocağın qalanmasın! 

- Ocaq üzü görməyəsən! 

Xalqın inamına görə odu insanlara verən ağac olub.  

Bununla bağlı da bir sıra inanclar var: 

- Ağacın istisinə isinərlər, 

- Od çərşənbəsində "ağlayan" ağacı kəsən sonsuz qalar. 

- Od çərşənbəsində ocaqdan od verməzlər, 

- Palıd ağacının istisi sağlamlıq gətirər. 



 

Yel çərşənbəsi 

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək 

oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. 

İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə,  əfsanə, rəvayət, mif, 

inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə 

qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. 

A Yel baba, Yel baba, 

Tez gəl, baba, gəl, baba. 

Sovur bizim xırmanı, 

Atına ver samanı. 

Dən dağılıb dağ olsun, 

Yel babamız sağ olsun. 

A Yel baba, Yel baba, 

Qurban sənə, gəl baba. 

İnanclar: 

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda 

götürənin oğlu ölər. 

- Yeli əsdirəni söyməzlər. 

- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba 

sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. 

 

Torpaq çərşənbəsi 

Novruz  ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında 

"Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. 

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. 

Əfsanəyə görə adamların  ərzaq qıtlığından  əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun 

yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Onlar əl-ələ verib: 

Zəm-zəm gəldi, Atəş gəldi, Yel gəldi, 



 

10 


Təzə ömür, təzə məhsul, il gəldi. 

 - deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. 

İlaxır çərşənbələr arasında Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və  şənliklərlə  ən 

zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı  əks 

etdirir. Həmin gün insanlar torpaq sahələrinə  çıxır, torpağı  təmizləyir, bostan və dirriklərdə müxtəlif 

ayinlər, kütləvi  şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam  şənlikləri daha gur 

olur: evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq 

atılır, qulaq falları qurulur və s. 

Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün hamı öz 

evində olmalı, yalnız övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. 

Torpaqla bağlı atalar sözləri: 

- Torpağa əyilən namərdə əyilməz. 

- Torpağa xor baxsan, o sənə kor baxar. 

- Torpaq müqəddəsdir. 

- Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.  

İnanclar: 

- Çərşənbə günü təzə evə köçən bəlaya düşər. 

- Axır çərşənbə axşamı küsülülər barışarlar. 

- Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz. 

- Axır çərşənbə gecəsi  ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Qoy odlu-ocaqlı 

olsun!" 

- Çərşənbə gecəsi suyun üstündən tullanıb deyərlər:  

Atıl-ütül çərşənbə, 

Çilləm tökül çərşənbə, 

Baxtım açıl çərşənbə... 

Kos-Kosa. Axır çərşənbə xalq tamaşaları ilə də zəngin olur. Bunlardan biri də "Kos-kosa"dır. Bu 

tamaşada oxunan nəğmələr xalq arasında indi də məşhurdur: 

A Kos-Kosa, gəlmisən, 

Gəlmisən meydana sən. 

Almayınca payını 

Çəkilmə bir yana sən. 

Beş yumurta payındı. 

Olmaya aldanasan. 



Səməni.  Baharın gəlişindən  əvvəl suda isladılmış toxumdan səməni göyərdirlər. Həyat, bolluq 

nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. Buna görə  də bayram ərəfəsində  səməni 

göyərtmək Novruzun ən müqəddəs ayinidir. Səməni müqəddəs sayılmış, xoşbəxtlik gətirən amil kimi 

tərənnüm edilmişdir. Evlərdə göyərdilmiş səmənini bişirər, xəstələrə yedirərdilər. 



Bayram süfrəsi.  Bayram günündə qadınlar dadlı-ləzzətli  şirniyyatlar bişirir, yumurta boyayırlar. 

Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər,  əsasən aş, paxlava, şəkərbura,  şorqoğalı, 

badambura və s. şirniyyatlar bişirilir. Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və 

müxtəlif meyvələrin qurusu qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın 

ortasında səməni, ailə üzvlərinin sayı  qədər  şam və boyanmış yumurta qoyulur. Süfrədə yeddi növ ye-

mək olmalıdır. Hər yan çıraqban olur, evlərdə şamlar yandırılır. 

Axır çərşənbə gecəsinin səhəri sübh obaşdan durub axar su üstünə getmək, suya salam verib üç 

dəfə üstündən tullanmaq lazımdır. Deyirlər ki, belədə ilin xoş gələr, ağrı-acı görməzsən. İlaxır çərşənbədə 

balta ilə meyvə  ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub, deyərlər: "Nə yatmısan, oyan, bərəkət 

payını götür". Deyirlər, belədə  həmin il ağacın bəhəri bol olar. Axır çərşənbə axşamında bir neçə parça 

kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir qaba qoyub damdan atarlar. Deyilənə görə, kömür qara 

günün, duz gözdəymənin, qara pul da yoxsulluğun nişanəsidir. Onları qaba yığıb damdan atmağın niyyəti 

qara gündən, gözdəymədən, yoxsulluqdan qurtarmaqla bağlıdır. Bayram tonqalı yanıb sona yetəndə 

ocaqdakı közlərin üstünə üzərlik səpib deyirlər: "Odumuza, ocağımıza kəm baxanın gözləri, bax beləcə 

partlasın, özü də düşüb çatlasın". 

İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə 

qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən 

eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə  işarə verir. İki kəlmə xoş sözə, yaxşı bir istəyə 

bağlıdırsa, demək niyyət baş tutacaq, yox, pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə dilə gəlsə, onda 

istəyə yetmək çətin işdir. Odur ki, ulular tapşırmışlar ki, axır çərşənbə  gəlib yetişəndə evdə könül açan 

söhbətlər edilsin. Nədən ki, birdən qapıya gəlib dilək tutan olar, qoy niyyəti xoş sözə tuş gəlsin. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə