Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   ...   25

 

14 


malaşdırılmasına yönəlmişdi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət 

quruculuğu tədbirlərinə, qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik 

respublikalarından geridə qalmırdı. 

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində AXC 

süqut etdi. Çox az yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə  və repressiya 

rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını  və müstəqil dövlətçilik  ənənələrini məhv etməyə 

qadir deyildir. 

XX  əsrin 80-ci illərinin sonu - 90-cı illərin  əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq 

hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidli tələbi ilə 1991-ci il fevralın 5-də 

Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını  dəyişdirərək "Azərbaycan Respublikası" 

adlandırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. 

Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi. 




 

15 


15 İYUN  

 

QURTULUŞ GÜNÜ 



 

1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci 

Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki 

çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirirdi. 

İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O 

dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda 

yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı. 

Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən 

silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq 

təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü. Bakı yaxınlığında - Navahı  kəndində 

vətəndaş müharibəsinin ilk güllələri atılmışdı. 

Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidli tələbi ilə o vaxt Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisinə  rəhbərlik edən Heydər  Əliyevi Bakıya dəvət etməyə  məcbur oldu. 

Beləliklə, dünya miqyaslı böyük siyasi xadim Azərbaycanda hakimiyyət başına gəldi. Bununla da daxili 

və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azər-

baycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. H. Əliyevin hakimiyyətə qayıdışı ilə 

hadisələrin gedişində  həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra 

vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. 

Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq? 

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən 

müqəddəs,  ən  şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə 

aparmışıq, bu yolda minlərlə  şəhid vermişik. Azadlığı, müstəqilliyi  əldə etmək nə  qədər çətindirsə, onu 

qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq 

və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə  məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" 

məsələsidir. 

Heydər  Əliyevin xalqımız və tariximiz qarşısında  ən böyük xidməti kəskin geosiyasi 

ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan 

varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanması isə 

azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! 

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti 

xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. H. Əliyev öz 

gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını 

sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir". 



 

16 


17 İYUN 

 

SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ 



 

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı  ən böyük sərvət sağlamlıqdır. 

İnsan sağlamlığını qoruyan qədim peşə sahibləri isə  həkimlərdir. Hələ lap qədim zamanlardan insanın 

sağlamlıq problemləri elmli adamları çox maraqlandırırdı. Buradan da həkimlik peşəsi meydana gəlmişdi. 

Qədim Misir kahinləri həm də tibb elminə  bələd idilər. Onlar fironların və  əyanların meyitlərini 

mumiyalamaq üçün onların bədənini yarır və insan orqanizminin quruluşu ilə tanış olurdular. Arxeoloji 

qazıntılar zamanı tapılmış  cərrahiyyə alətləri də bunu sübut edir. Qədim  şumerlər, hindlilər, çinlilər və 

başqa xalqlara da tibbi biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn Sinanın tibb kitabları uzun 

illər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur. 

XX-XXI  əsrin hüdudlarında insanın sağlamlığı daha çox diqqət mərkəzindədir. Ümumdünya 

Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. 

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti 

yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı 

idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi 

təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o 

vaxtlar geniş yayılmış  vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, 

xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı  həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr 

dururdu. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər 

istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. 

İndi Azərbaycanda öz sənətinin sirlərinə  dərindən bələd olan, insanların sağlamlığı keşiyində 

duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci 

il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə