Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

17 


26 İYUN 

 

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ 



 

Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli ordunun yaradılması oldu. 

Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən "azad" 

edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxartmışdı. 1917-1918-ci illərdə erməni 

təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuş-

du. Yaranmış  vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı  tələb edirdi. 1918-ci il 26 iyun tarixli 

fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi 

təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də  hərbi nazir, general-leytenant 

Əlağa Şıxlinski nazir müavini təyin edildilər. 

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını  və  ətraf 

qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və  Əsgəranda milli 

hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan 

sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan 

Naxçıvanski,  İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy  Şıxlinski, Həbibbəy 

Səlimov kimi istedadlı generalları var idi. 

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin 

əksəriyyəti Nargin adasına aparılıb güllələndi. 

Sovet hakimiyyəti dövründə  də Rusiya imperiyasının azərbaycanlılara qarşı  hərbi siyasəti 

dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı  gənclər hərbi xidmətə 

çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş  hərbi hissələrdə yox, əsasən tikinti 

batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə  dərindən 

yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya-

sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il 

iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış  hərbi məktəb təşkil etdi. Dövlət başçımız 

azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə 

də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli  şərtlərlə  qəbul olunmasına nail olmuşdu. Bu gün 

C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində  və o dövrdə ali hərbi 

məktəbləri bitirmiş  şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə 

yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən 

vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması 

barədə  qərarın və  həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı 

qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi 

bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. 

Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması  işini 

sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış  hərbi hissələr müxtəlif siyasi qüvvələrin  əlində 

alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən 

ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş  tədbirlər nəticəsində  qısa zaman 

kəsiyində Füzuli və  Ağdam rayonlarının bir sıra yaşayış  məntəqələri işğaldan azad edildi, cəbhədə 

təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. 

Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah 

sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına 

başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və  Tərtər istiqamətlərindəki 

müqaviməti ilə rastlaşan və Azərbaycan  əsgərinin qəhrəmanlıq nümunələrinin  şahidi olan düşmən 

cəbhədə atəşkəsə razılıq verməli oldu. 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev hərbi təhsil sisteminin daha da inkişaf 

etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də  Hərbi Akademiyanın yaradılması haqqında fərman 

imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının 

təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində  fəaliyyət göstərən məktəblər Azərbaycan Ali 

Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi 

adlandırılmışdır. 

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, 

təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş  ərazilərimizi düşməndən azad etməli, ölkəmizin 

ərazi bütövlüyünü qorumalıdır. 

Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. 




 

18 


2 İYUL 

 

AZƏRBAYCAN POLİSİ GÜNÜ 



 

Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az 

sonra, Nazirlər  Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil 

Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin 

mənafeyinə  ləyaqətlə xidmət etdi, asayişin və  təhlükəsizliyin mühafizəsi, sabitliyin və  əmin-amanlığın 

qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. 

AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə 

strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Əvəzində "milis" adlandırılan bir qurum yaradıldı. 

Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan d-ha çox 

bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet mili-

si mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır. 

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı  bərpa olundu, onun funksiya və 

vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin  ərazi 

bütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların 

şəxsi heyətinin 931 nəfəri bu müharibədə  şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda "Milli Qəh-

rəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. 

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq 

standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə  hər il iyulun 2-si 

Azərbaycan Polisi Günü kimi qeyd olunur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə