Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

21 


5 AVQUST 

 

HƏRBİ DONANMA GÜNÜ 



 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi-dəniz donanması da yaradıldı. 

Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını  tərk edərkən  şəhər limanının idarəçiliyini və  hərbi 

gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər 

hərbi-dəniz donanması  təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin 

qorunmasında mühüm addım oldu. Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya 

Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi-

dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan 

Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə  hərbi 

donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə 

Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab 

notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. 

Azərbaycanın limanları və ticarət gəmiləri vardır. Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir. 

Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatik səylər öz nəticəsini verdi. Denikin 

beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi. 

Azərbaycan hökumətinin Hərbi Nazirliyi hərbi donanmanın maddi-texniki bazasının 

gücləndirilməsinə diqqəti artırmışdı. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq 

etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı 

qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı. 

Azərbaycan Hökuməti rus donanmasının admiralı,  Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk 

əsilli  İslamovu milli donanmanın yaradılması  işinə kömək göstərmək üçün 1919-cu ilin yayında 

Azərbaycana dəvət etmişdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı 

kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi 

planları aprel işğalı  nəticəsində  həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan 

hərbi donanması ləğv olundu. 

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə  şərait yarandı. 

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası  Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə  və  təminat 

rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizçilik məktəbi Azərbaycan 

Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan 

Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi  əsasında Dəniz 

Akademiyası  təşkil olundu. Azərbaycan Prezidenti H. Əliyevin fərmanına  əsasən hər il avqustun 5-i 

Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur. 

 



 

22 


15 SENTYABR 

 

BİLİK GÜNÜ 



 

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm 

öyrənmək Allaha ibadət qədər  əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir 

çox səhabələrinin hikmətli sözləri və  hədisləri vardır.  İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və 

ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdi. 

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn 

səyi  əsirgəməmişdir. Azərbaycan elminin tarixində  Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa 

Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə  nəhəng alim və filosoflar olmuşdur ki, 

onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. 

Ölkəmizdə Bilik günü məktəblərdə  dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə  qədər həmin 

gün sentyabrın 1-nə  təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 21 av-

qust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində  dərslərin sentyabrın 15-dən 

başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. 



 

23 


18 SENTYABR 

 

MİLLİ MUSİQİ GÜNÜ 



 

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy 

Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın 

bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə  məhəbbət, onun 

ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi 

ənənəsinin  əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin 

vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən 

əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər 

Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli 

Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

 

Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan 



"Leyli və  Məcnun" operası ilə  təkcə Azərbaycanda deyil, bütün müsəlman  Şərqində opera sənətinin 

əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun 

"Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan 

məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. 

Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra  əsərlər, o 

cümlədən Azərbaycan peşəkar musiqi sənətinin  şah  əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan 

dahiyanə "Koroğlu" operasını  bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni 

Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi mu-

siqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına 

rəhbərlik etmişdir.  O,  müasir  bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya 

bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı 

musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. 

Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. Azərbaycan və 

dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 

100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə