Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
  1   2   3   4   5   6   7   8   9   10


Cəbrayıl Ağayev 

Taxıl bitkilərinin  

zərərvericiləri və alaq otları 

“Müəllim” nəşriyyatı 

Bakı - 2017 


2

 

Elmi redaktor:  a.e.f.d., dosent  S.F.Cabbarov 



Rəyçilər:  

   b.e.f.d. Z.M.Məmmədov 

   a.e.f.d. M.M.Tağıyev 



Ağayev C.T. TAXIL BİTKİLƏRİNİN ZƏRƏRVERİCİLƏRİ 

VƏ ALAQ OTLARI. Bakı: “Müəllim” nəşriyyatı, 2017. 48 s. 

Kitabda buğda, arpa, qarğıdalı bitkilərininə vegetasiya dövründə və 

saxlama yerlərində  zərər vuran zərərli  orqanizmlərin həyat tərzi və 

onlara qarşı mübarizə  tədbirləri haqda elmi tədqiqat işlərinin 

nəticələrinə  əsaslanan məlumatlar verilmişdir. Mədəni  əkinlərdə 

yayılmış alaq otları  və onlara qarşı mübarizədə  tətbiq olunan vasitələr 

haqda məlumatlar əks olunmuşdur. 

ISBN 978-9952-435-

76-4 

© C.T.Ağayev, 2017 



3

 

Buğda və arpa zərərvericiləri 

Azərbaycanda taxıl bitkilərinin (buğda, arpa, qarğıdalı, 

vələmir, çovdar və s.) əkin sahələri genişləndikcə onların 

zərərvericilərinin növ tərkibi və arealları daha da artır. Dənli taxıl 

bitkiləri üzərində 200-dən artıq zərərverici qeydə alınmışdır. 

Onların növ müxtəlifliyi ibtidailərdən başlayıb istiqanlılara qədər 

davam edir. Azərbaycan  şəraitində buğda, arpa və qarğıdalını 

zədələyən  ən çox yayılmış  zərərvericilər çəyirtkələr, gəmiricilər, 

taxıl böcəkləri, ziyankar bağacıqlardır. Ayrı-ayrı illərdə  əlverişli 

şərait olduqda İsveç və Hessen milçəkləri, Sümürtkən böcəklər

taxıl mənənələri də güclü zərər vura bilir. 



Çəyirtkələr 

Həşəratlar (İnsekta) sinfinin, düzqanadlılar dəstəsinə (Orthop-



teria) aiddir, dənli taxıl bitkilərinin  ən qorxulu zərərvericiləri 

sayılır. Onlar 2 qrupa bölünür, tək-tək və  dəstə (sürü) halda 

yaşayanlar. Dəstə (sürü) halda yaşayan Asiya, İtaliya və Mərakeş 

çəyirtkələri kütləvi inkişaf etdikləri illərdə daha şiddətlə yayılaraq 

bütün yaşıl kütləni məhv edirlər. 

Asiya çəyirtkəsi - Locusta miqratoria L. Onlara Azərbay-

canın Kür-Araz çaylarının ətraflarında olan axmazlarda, Qarasu və 

Turyan çaylarının  ətraflarında durğunlaşmış sucaq yerlərdə olan 

kolluq və qamışlıqlarda, Sabirabad, Biləsuvar, Neftçala, Salyan 

rayonlarında kollektor, drenaj kanallarının bataqlıqlarında və 

şoranlıqlarda rast gəlinir (Şəkil 1). 

Asiya çəirtkələri qışı yumurta halında torpağın 5-15 sm dərin-

liyində keçirir. Mayın birinci ongünlüyündən başlayaraq yumurta-

lardan çıxan sürfələr bitkilərin yaşıl hissələri ilə qidalanmağa 

başlayır. İntensiv qidalanma 40-48 gün davam edir.  

Yaşlı sürfələr  əkin sahələrinə, xüsusən taxıl  əkinlərinə  və 

qarğıdalıya daraşaraq onları kütləvi surətdə gəmirirlər. 



İtaliya çəyirtkəsi – Calliptamus italicus L. Bu növ çəyirtkələr 

Azərbaycanın bütün dağətəyi və Aran zonalarında yayılıb. İtaliya 

çəyirtkəsi sürü halında yaşayanlara aiddir. Bu xüsusiyyətinə görə 



4

 

onlar çox qorxuludur. Əlverişli  şəraitdə populyasiya sıxlığını 



kəskin artıran zərərverici taxıl zəmilərinə daraşaraq onların məhv 

olmasına səbəb olur.  

Qonur, sarımtıl-qonur və ya açıq-boz rənglərdə olub, bədəni 

16-40 mm-dir. Qabaq döşü üzərində qabırğa olmaqla, qabaq ayaq-

larının çanaqcıqları arasında barmaqşəkilli çıxıntılar vardır. On-

ların özünəməxsus əlaməti budlarının içəri tərəfdən çəhrayı rəngdə 

olmasıdır. Yetkinlik yaşına çatmış  hər bir dişi fərd öz yumur-

talarını torpağa qoyur. Çəyirtkələrin növlərindən asılı olaraq yu-

murta məhsuldarlığı dəyişir. Asiya çəyirtkəsi hər yumurta kisəsinə 

50-100  ədəd, Mərakeş  çəyirtkəsi isə 30-40 ədəd yumurta qoyur 

(Şəkil 2). 

Yazda minimal temperatur həddi 8-10°C-ni keçdikdə  qışı 

torpağın üst qatlarında (5-10 sm) keçirmiş yumurtalarda diapauza-

ya çevrilmiş embrionlar inkişaf edir. Çəyirtkələrin sürfələri yetkin 

fərdə oxşayır. Onlar natamam metomorfozlu inkişafa malikdir, 

yəni qabıq dəyişməklə yaş dövrlərini keçərək böyüyür və 

yetkinləşir.  Ətraf mühitin temperatur və  nəmliyinin çəyirtkələrin 

qidalanması, inkişafı  və çoxlamasında böyük əhəmiyyəti vardır. 

Bədən temperaturu 24-27°C  olduqda onlar intensiv qidalanma 

vəziyyətinə  gəlir. Çəyirtkələrin bədən temperaturu havanın tem-

peraturu ilə  bərabərdir. Qızmar günlərdə yarımtapdalanmış otlaq 

sahələrində, nəmli qamışlarda, yarımsəhra otlaqlarda Asiya, 

Mərakeş və İtaliya çəyirtkələri normal inkişaf edir, koloniyalarında 

saylarını  kəskin artıraraq, taxıl, qarğıdalı sahələrinə  və başqa 

əkinlərə güclü ziyan vurur. Ayrı-ayrı növlərin bioekoloji xüsu-

siyyətlərinin müxtəlifliyi onlara qarşı mübarizə tədbirlərinin də hər 

bir növ üçün özünəməxsus  şəkildə hazırlanması  və  tətbiqini 

şərtləndirir. 



Mübarizə  tədbirləri.  Çəyirtkələrə qarşı mübarizə  tədbirləri 

bir neçə mərhələdə müxtəlif metod və vasitələrlə həyata keçirilir. 

1. Zərərvericinin ocaqlarının və  qış ehtiyyatlarının məhv 

edilməsi. Bu məqsədlə ehtimal olunan çoxlama mənbələrində 

aşağıdakı profilaktik mübarizə tədbirləri aparılmalıdır: 

a) bataqlıqların qurudulması; 

b) mədəni  əkin sahələrinin  ətrafı  və su kanalları  qıraqlarında 



Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə