Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

ona  görə  ümumi  səlahiyyətli  sayılırlar  ki,  onların  səlahiyyətinə  digər  məsələlər  də 
(dövlətin  idarə  olunması  ilə  əlaqədar)  daxildir.  Həmin  qanuna  görə  Ekologiya  və 
Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinə tabedir (maddə 7). 
Xüsusi  səlahiyyətli  dövlət  orqanları  isə  qanunvericiliyə  uyğun  olaraq  təbiətin 
qorunması  funksiyalarını  yerinə  yetirən  dövlət  orqanlarıdır.  Təbiəti  qorumaq 
funksiyaları  isə  bu  sahəyə  aid  qəbul  olunmuş  qanunların  qüvvəyə  minməsi  barədə 
verilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunur. Xüsusi 
səlahiyyətin həcminə və xarakterinə görə dövlət orqanlan 3 növə bölünür: kompleks, 
sahəvi və funksional. 
Kompleks  orqanlar  bütün  təbiətqoruyucu  tapşırıqları  yerinə  yetirirlər.  Sahəvi 
orqanlar  konkret  təbii  obyektlərin,  sahənin  mühafızəsini  və  onlardan  düzgün 
istifadəni  tənzimləyirlər.  Funksional  orqanlar  isə  bir  və  ya  bir  neçə  qohum  (yaxın) 
funksiyalan yerinə yetirirlər. 
Ümumilikdə,  Azərbaycan  Respublikasınm  ekologiya  ilə  məşğul  olan  dövlət 
orqanlan aşağıdakılardır: 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Standartlardurna və Metrologiya 
Mərkəzi,  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi,  Kənd  Təsərrüfatı  Nazirliyi, 
Azərbaycan  Respublikasmm  Fövqəladə  Hallar  Nazirliyinin  Sənayedə  şlərin 
Təhlükə-siz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi, Dövlət Gömrük Komitəsi, 
Fövqəladə Hallar Nazirliyi, Daxili  şlər Nazirliyi. 
Yuxarıda  sadalanan  dövlət  orqanlarının  səlahiyyətləri  (o  cümlədən  Naxçıvan 
Muxtar Respublikasının müvaiiq orqanları) təbiəti mühafizə haqqında Əsas Qanunun 
II fəslində (4-5-ci maddələr) öz əksini tapmışdır. 
Bu  maddələrdə  mərkəzi  dövlət  orqanları  və  onların  muxtar  respublikadakı 
qurumlan  arasında,  habelə  yerli  icra  hakimiyyəti  və  bələdiyyə  orqanlan 
(bələdiyyələrin  statusuna  aid  qəbul  olunmuş  qanunlar  əsasında)  arasındakı 
solahiyyətlərin sərhəddi müəyyənləşdirilmişdir. 
Bu  orqanlann  səlahiyyətlərinə  daxil  olan  təbiəti  mühafızə  və  təbii  sərvətlərdən 
səmərəli istifadə məsələlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
1)
  ekoloji  siyasətin  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi,  ekoloji 


proqramların təsdiqi, ekoloji təhlükəsizliyin təminatı və ətraf mühitin mühafizəsinin 
tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarının yaradılması; 
2)
  ekoloji  proqramların  planlaşdırılması,  maliyyələşdirilməsi  və  maddi-texniki 
təminatlann həyata keçirilməsi, təbiəti mühafızə fəaliyyətinin koordinasiyası; 
3)
  təbii  sərvətlərin  uçotu  və  qiymətləndirilməsi,  ətraf  mühitin  vəziyyətinin 
proqnozlaşdırılması,  təbii  ehtiyatların  kadastrının  və  ətraf  mühitin  monitorinqinin 
aparılması; 
4)
  zərərli təsirlərin normativlərinin müəyyənləşdirilməsi, vurulmuş zərərə görə 
ödənişlərin alınması və təbii sərvətlərdən istifadə üçün razılığuı verilməsi; 
5)
  ekoloji nəzarət və ekoloji ekspertizanın həyata keçirilməsi, ekoloji cəhətdən 
zərərli  istehsal  və  xidmət  göstərənlərin  fəaliyyətlərinin  dayandırılması  və  ya 
məhdudlaşdırılması,  inzibati  cəzalaruı  verilməsi,  məhkəmələr  qarşısında  iddia 
qal-dırılması; 
6)
  qoruq  və  yasaqlıqlann  təşkili,  təbiət  abidələrinin  qorunması,  «Qırmızı 
kitab»-ın aparılması, ekoloji təhsil və tərbiyənin həyata keçirilməsi; 
7)  beynəlxalq əməkdaşlığm aparılması. 
Sadalanan  səlahiyyətlər,  demək  olar  ki,  mövcud  bütün  dövlət  idarəetmə 
orqanlarına  şamil  olunur.  Məhdudiyyət  isə  əsasən  iki  əlamətə  görədir:  əraz  və 
sərvətlərə görə. 
Ə
raziyə  görə  məhdudiyyət  əsas  dövlət  icra  orqanlarının  fəaliyyət  sahəsi  bütün 
Azərbaycan ərazisindədir. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının fəaliyyət 
sahəsi isə ərazi-nin inzibati sərhədləri daxilindədir. 
Ə
gər  təbii  sərvətlərin  miqdarı  ölkə  miqyasında  iqtisadi  əhəmiyyətə  malikdirsə 
və onda yerli icra hakimiyyəti və bələdiyyə orqanlan tərəfındən idarə olunur. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  əsasında  aparılan  hakimiyyət 
bölgüsü prinsipi təbiəti mühafızə sahəsində də eyni cürdür. 
Təbiəti mühafızə və təbii ehtiyatlardan istifadə üzrə əsas dövlət idarəetmə orqanı 
Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyaları aşağıdakılardır: 
-
 ekoloji təhlükəsizlik və təbii sərvətlərin mühafızəsi sahəsində ümumi tədbirləri 


və əsas istiqamətlərin müəyyən edilməsi; 
-
 qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) 
verilməsi; 
-
  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi,  təbii  ekoloji  sistemlərə  təsərrüfat  və 
digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısımn almması; 
-
  öz  səlahiyyətləri  daxilində  mineral  xammal  bazasmdan  və  yer  təkindən 
səmərəli istifadə ediiməsinə nəzarət edilməsi; 
-
  ölkənin  daxili  sularının  və  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan 
Respublikasına  mənsub  olan  bölməsində  suların  bioloji  məhsuldarlığmm 
artırılmasma  dair  kompleks  tədbirlər  hazırlanması  və  sularm  bioloji  sərvətlərindən 
səmərəli  istifadə  olunması  və  onların  bioloji  müxtəlifliyinin  qorunmasına  nəzarət 
edilməsi; 
-
  ölkənin faunasının və suyun bioloji sərvətlərinin istifadə edilməsi sahəsində 
sosial-iqtisadi  və  elmi-texniki  inkişafın  əlaqələndirilməsi,  kompleks  təhlilin 
aparılması və əsas istiqamətləri üzrə müəyyən edilmiş qaydada qısa müddətli və uzun 
müddətli proqnozların işlənməsinin təmin edilməsi; 
-
  ölkənin  fauna  və  suyunun  bioloji  ehtiyatlarının  mühafızəsi,  bərpası  və 
artırılması sahəsində fəaliyyəti təşkili və buna nəzarət edilməsi; 
-
  ətraf  mühit  üzrə  informasiya  fondunu,  o  cümlədən  Dövlət  Geoloji 
nformasiya Fondunun genişləndirilməsi, geoloji və digər materialların mühafızəsinə 
və məqsədyönlü istifadəsinə təminat yaratmaq; 
-
  öz səlahiyyətləri daxilində dövlət sifarişçisi funksiyasını yerinə yetirilməsi və 
dövlət ehtiyaclan ilə bağlı işlərin həyata keçirilməsi; 
-
  təbii  sərvətlərdən  istifadə,  təbiəti  mühafizə,  ekoloji  təhlükəsizlik  məsələləri 
ilə  bağlı  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişaf  proqramlarına  daxil 
edilən layihələri hazırlamaq; 
-
  ekoloji  təhlükəsizliyin  təmin  olunması,  ətraf  mühitin  mühafızəsi  və  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  olunması  üçün  investisiyalar  cəlb  edilməsi  sahəsində 
öz səlahiyyətləri daxilində məqsədyönlü tədbirlər görmək və investisiyaların təyinatı 
üzrə istifadə olunmasına nəzarəti həyata keçimək; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə