Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə1/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
  1   2   3   4   5   6   7   8   9   ...   98


336

 

AZӘRBAYCAN MİLLİ ELMLӘR AKADEMİYASI 



FOLKLOR İNSTİTUTU 

______________________________________________ 

 

 

 



 

 

TӘBRİZ  

FOLKLOR ÖRNӘKLӘRİ 

 

 

I KİTAB 

 

 

 



 

 

 

 

 

 

 

 

BAKI – 2013 


 

  

٢



Azәrbaycan Milli Elmlәr Akademiyası 

Folklor İnstitutu Elmi Şurasının 

qәrarı ilә çap olunur. 

 

 

Layihәnin rәhbәri:   F.ü.e.d. Muxtar KAZIMOĞLU  

  

 

 

 

                                 (İMANOV) 

 

Toplayıcılar:            Kazım ABBASİ 

          “El bilimi” dәrnәyinin üzvü 



 

          Әhәd FӘRӘHMӘNDİ 

          Әli BӘRAZӘNDӘ 

          Mәhәmmәd

 

Әlipur MUQӘDDӘM

  

 

Redaktoru:               Sәkinә QAYBALIYEVA  

          filolologiya üzrә fәlsәfә doktoru 

   

 

 



Tәbriz folklor örnәklәri, I kitab. Bakı, “Nurlan“, 2013.  

444 sәh.  

Kitabda Tәbriz bölgәsinin zәngin  şifahi xalq yaradıcılığı nümu-

nәlәri toplanmışdır.  

 

 

Folklorinstitutu.com 



 

А

 3202050000   



Qrifli nәşr

 

     098 - 2013 



 

   


    © Folklor İnstitutu, 2013. 


 

  

٣



İNSTİTUTDAN 

 

Bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azәrbay-



can türklәrinin dәrin etnik tәfәkkürünü canlandıran, dilini, ta-

rixini, mәnәvi alәmini qoruyub saxlayan zәngin  şifahi söz sә-

nәtinin – folklor irsinin toplanması, sistemlәşdirilmәsi vә nәşri 

ilk növbәdә hәlli vacib olan mәsәlәlәrdәndir. Bu zәrurәti nәzә-

rә alan Azәrbaycan Milli Elmlәr Akademiyasının Folklor İnsti-

tutu әksәriyyәti öz doğma ata-baba yurdunda yaşayan soydaş-

larımızın qoruyub günümüzәdәk saxladığı  şifahi xalq әdәbiy-

yatı nümunәlәrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklәr 

şәklindә ardıcıl çap olunmasına böyük әhәmiyyәt verir. 

Arazın o tayında yaşayan, sayı 30-35 milyon olaraq göstә-

rilәn, doğma ana dilindә tәhsil almaq imkanından mәhrum olan 

cәnublu soydaşlarımızın milli-mәnәvi irsinin toplanıb nәşr 

edilmәsi daha vacib mәsәlә kimi qarşıda dayanır. Çox böyük 

tәәssüflә qeyd etmәk lazımdır ki, Azәrbaycan türklәri  İranda 

yaşayan başqa xalqlara nisbәtәn etnik baxımdan daha az yad 

olunmuşlar. Azәrbaycan türklәrinin yaşadıqları ictimai-siyasi, 

mәdәni-mәnәvi mühitdәki gәrginliyin nәticәsidir ki, min bir 

әziyyәtlә folklor örnәklәrini toplayıb bizә göndәrәn cәnublu zi-

yalılarımız bu seriyanın “Güney Azәrbaycan folkloru” adlan-

dırılması ilә bağlı çox böyük narahatlıq bildirmişlәr. Biz onla-

rın bu haqlı narahatlığını, hәmçinin  İnstitut  әmәkdaşlarının 

Arazın o tayında folklor örnәklәrinin toplanması işindә bilava-

sitә  iştirakı problemini nәzәrә alaraq bu cildin “Tәbriz folklor 

örnәklәri” adlandırılmasını mәqsәdәuyğun saydıq. 

Qeyd edәk ki, Arazın o tayında yaşayan Azәrbaycan türklә-

rindәn toplanmış folklor örnәklәrinin yer aldığı topluların mәhz 

bölgәlәr üzrә adlandırılması hәm dә nәşr olunacaq növbәti cild-

lәrdә regional xüsusiyyәtlәrin qorunub saxlanılması, bölgәlәrin 

daha geniş miqyasda әhatә olunması mәqsәdi daşıyır. 



 

  

٤



ÖN SÖZ 

 

Tәbrizin memarlıq abidәlәri, sәnәtkarlıq vә ticarәti, elәcә 



dә “Tәbriz” sözünün toponimikası, Tәbriz  şәhәrinin mövqeyi

coğrafi  şәraiti haqqında  әtraflı  mәlumat verәn XVII әsr sәy-

yahı, fransız taciri Jan Şarden 1671-ci ildә bu möhtәşәm şәhәr-

dә olmuş, onu, şöhrәti, әzәmәti, әhalisinin çoxluğu vә ticarәtin 

inkişafına görә “İsfahandan sonra ölkәnin ikinci şәhәri” adlan-

dırmaqla yanaşı, “yer üzündә әsasının qoyulması vә ilk adı ilә 

bağlı tarixçilәrin çox fәrqli fikirlәr söylәdiyi ikinci belә  şәhәr 

görmәmişәm” qәnaәti ilә  dә  Tәbrizin çox qәdim mәkan oldu-

ğuna işarә etmişdir.   

Bu  şәhәri  şimaldan Eynalı dağı, cәnub-şәrqdәn Sәhәnd 

dağı, cәnub-qәrbdәn dünyanın ikinci duzlu gölü olan Urmiya 

gölü әhatә etmişdir. Tәbrizin şimalından Acı çay, şәhәrin orta-

sından isә Meydan çayı axaraq Urmiya gölünә tökülür. Şәhәr 

46° 25' şәrq, 38° 2' şimal coğrafi paralelliyindә, dәniz sәviyyә-

sindәn 1340 metr yüksәklikdә yerlәşir. 2006-cı ildә aparılan 

statistik hesablamaya görә, şәhәrin әhalisi 1 700 000 nәfәr tәş-

kil edir. Әhalisinin sayına görә  Tәbriz  әn böyük şәhәrlәrimiz-

dәn olmaqla birgә, hәm dә inkişaf etmiş texnologiya vә sәnaye 

mәrkәzlәrindәn biri sayılır. 

“Tәbriz” adının etimologiyası ilә bağlı müxtәlif fikirlәr 

sәslәndirilmişdir. Bәzi fars vә ermәni tarixçilәri adın mәnşә-

yini hәmin dillәrlә әlaqәdar şәrh etmәyә çalışmışlar. Başqa bir 

qrup tәdqiqatçı bu şәhәrin adını od vә atәşpәrәstliklә bağla-

mışdır. Buna sәbәb isә Tәbrizi öz qoynuna alan Sәhәndin vul-

kan dağı olması göstәrilmişdir. Tәbii ki, hәr bir halda “Tәbriz” 

adının etimoloji tәrifini verәrkәn burada yaşayan xalq vә onun 

etnik xüsusiyyәtlәri, ilk növbәdә, nәzәrә alınmalıdır. Azәrbay-

canın görkәmli alimi Mirәli Seyidov “Azәrbaycan” sözünün 




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə