Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

 

  

٣٥٧



Qәdim havalardan “Setarı”, “Hәştәri  şikәstәsi”, “Hәştәri 

Osmani” havalarını ifa edir. 



 

                 Әkbәr Namvәr Tazakәnd 

 

Aşıq Әkbәr Namvәr Tazakәnd 1976-cı 

ildә Tazakәnddә anadan olmuş, 1991-ci ildә 

Tәbrizә köçmüşdür. 32 yaşından aşıq sәnә-

tilә tanış olmuş, saz ustadı Aşıq Әli Sabitfәr 

vә  Aşıq Yәdullaha 3 il şagirdlik etdikdәn 

sonra 25 yaşında aşıqlığa başlamışdır.  

“Bәhram”, “Әsli-Kәrәm”, “Bәy  Әs-

lan”, “Qәrib-Sәnәm”, “Valeh-Zәrnigar”, 

“Abbas-Gülgәz”, “Qurbani”  kimi dastanlarla tanışdır. 

Qәdim havalardan “Ağabәyi”, “Qaradağ tәcnisi” kimi ha-

vaları ifa edir. 

 

Mәmmәd Әlizadә 

 

Aşıq Mәmmәd  Әlizadә 1952-ci ildә 



Bedostan mahalının  Şәhrәk kәndindә ana-

dan olmuş, 1985-ci ildә  Tәbrizә köçmüş-

dür. 18 yaşından aşıq sәnәtilә tanış olmuş, 

söz ustadı  Aşıq Hacı  Mәmәdbaqir, saz us-

tadı Aşıq Hacı Әli İbadiyana 5 il şagirdlik 

etdikdәn sonra 23 yaşında aşıqlığa başla-

mışdır.  

“Abbas-Gülgәz”, “Valeh-Zәrnigar”, “Әlәsgәr Göycәli”, 

“Mәmmәdxan”, “Әmir  Әrsәlan”, “Koroğlu”, “Dilәfruz-Mә-

sum”, “Qurbani-Pәri”, “Tahir Mirza”, “Әsli-Kәrәm” kimi das-




 

  

٣٥٨



tanlarla tanışdır; qәdim havalardan “Ağabәyi”, “Bәhmәni”, 

“Qaradağ şikәstәsi” kimi havaları ifa edir. 

Aşıq İbadiyan, Muqәddәm, Sәfәr Zareyi kimi aşıqlarla de-

yişmәsi olub. 

 

Әrsәlan Dusti 

 

 



Aşıq  Әrsәlan Dusti Seyidlәr kәndindә 

anadan olmuş, 1978-ci ildә Tәbrizә köçmüş-

dür. 8 yaşından aşıq sәnәtilә tanış olmuş, 

saz-söz ustadı babası  Aşıq Mәlik, atasının 

dayısı  Aşıq Oruca 4 il şagirdlik etdikdәn 

sonra 24 yaşında aşıqlığa başlamışdır.  

“Abbas-Gülgәz”, “Valeh-Zәrnigar”, 

“Әsli-Kәrәm”, “Gәrgәrli Mәmmәd”, “İm-

rah-Sәrvinaz”, “Әli Rafi” kimi dastanlarla tanışdır, qәdim 

havalardan “Ağabәyli”, “Qәrәkәhәr”, “Muğani”, “Meydan şi-

kәstәsi” kimi havaları ifa edir. 

Şeirlәri qoşma, gәraylı  vәznindәdir. Aşıq Pәrviz, Aşıq 

Bayrami ilә deyişmәsi olub. 

 

Әli Abdullahi Ucabari 

 

Aşıq  Әli Abdullahi Ucabari 1958-ci il-



dә Bedostan mahalının  Әbdülcәbbar kәn-

dindә anadan olmuş, 1981-ci ildә  Tәbrizә 

köçmüşdür. 23 yaşından aşıq sәnәtilә tanış 

olmuş, saz-söz ustadı Aşıq İsmayıl Qәnbәri, 

Aşıq Әmәnә 5 il şagirdlik etdikdәn sonra 23 

yaşında aşıqlığa başlamışdır.  

“Әsli-Kәrәm”, “Әlәsgәr”, “Qәrib-Şah-



 

  

٣٥٩



sәnәm” kimi dastanlarla tanışdır. 

Qәdim havalardan “Qaradağ  şikәstәsi”, “Quba Kәrәmi”,  

“Zarıncı”  kimi havaları ifa edir. 

 

Beytullah Mәhәmmәdi 

 

Aşıq Beytullah Mәhәmmәdi Qaradağ 



mahalının Rәştabad kәndindә anadan olmuş

1977-ci ildә  Tәbrizә köçmüşdür. 26 yaşından 

aşıq sәnәtilә tanış olmuş, saz-söz ustadı  Aşıq 

İsa Dәşәn, Әziz Şәhnaziyә 3 il şagirdlik etdik-

dәn sonra 29 yaşında aşıqlığa başlamışdır.  

“Әsli-Kәrәm”, “Әmrah-Sәrvinaz”, “Qә-

rib-Şahsәnәm”, “Әli-Rafi”, “Qurbani” kimi 

dastanlarla tanışdır. 

Qәdim havalardan “Ağabәyi”, “Bәhmәni”  kimi havaları 

ifa edir. 



 

Әli Sәlimi 

 

Aşıq Әli Sәlimi 1952-ci ildә Zığlıyan 



kәndindә anadan olmuş, 1971-ci ildә Tәb-

rizә köçmüşdür. 15 yaşından aşıq sәnәtilә 

tanış olmuş, saz ustadı  Aşıq  İsa Dәşti, 

Mәşi Paşayi, söz ustadı Mәrәndli Mәhәm-

mәd, Tәqi Mәrәndi, Hacı Baqir, Әlәsgәr 

Mәrәndliyә 10 il şagirdlik etdikdәn sonra 

37 yaşında aşıqlığa başlamışdır.  

“Әsli-Kәrәm”, “Әli-Rafi”, “Gәrgәrli Mәmmәd”, “Әmrah-

Sәrvinaz”, “Bәy  Әslan”, “Mәmmәd Sәlәbi”, “Bәhram-Gülәn-

dam”, “Qurbani-Pәri”, “Abbas-Gülgәz”  kimi dastanlarla tanışdır. 




 

  

٣٦٠



Qәdim havalardan “Şah Xәtayi”, “Qafiyә”, “Köhnә gәray-

lı”, “Fәğani”, “Tәbriz tәcnisi”ni ifa edir. 

Aşıq Әli Sәliminin gәraylı, qoşma vә tәcnislәri var. 

Yәdullah Eyvazpur, İsfәndiyar Gәdәbәyli, Aşıq Dehqan 

vә Әlәsgәr Mәrәndli  ilә dә deyişmәlәri olub. 

 

Ayәt Qәnbәri 

 

Aşıq Ayәt Qәnbәri 1966-cı ildә Kәley-



bәrin Çәndşәfәq kәndindә anadan olmuş

1973-cu ildә  Tәbrizә köçmüşdür. Kiçik 

yaşlarından aşıq sәnәti ilә tanış olmuş, saz 

ustadları Çingiz Mehdipur, Әvәz  İbadpur, 

Hüseyn  Әsәdi, söz ustadı  İsmayil Qәnbә-

riyә 8 ilәdәk  şagirdlik etdikdәn sonra 17 

yaşında aşıqlığa başlamışdır.  

“Qәrib-Şahsәnәm”, “Valeh-Zәrnigar”, “Abbas-Gülgәz”, 

“Әli-Rafi”, “Aşıq  Әli-Leyli xanım”, “Xәstә Qasım”, “Әli-

Sara” kimi dastanlarla tanışdır. 

Qәdim havalardan “Muğani”, “Meydan Tәcnisi”, “Şәki” 

kimi havaları ifa edir. Şeir yazır. 



 

   Firidun Xudayi 

 

Aşıq Firidun Xudayi 1969-cu ildә Zәn-



dabad kәndindә anadan olmuş, 1973-cü 

ildә  Tәbrizә köçmüşdür. 14 yaşından aşıq 

sәnәti ilә tanış olmuş, söz ustadları  Әziz 

Şәhnazi, saz ustadı Sirus Miyandәreyi, Hü-

seyn Әsәdiyә 3 ilә yaxın şagirdlik etdikdәn 

sonra 17 yaşında aşıqlığa başlamışdır.  




 

  

٣٦١



“Әsli-Kәrәm”, “Şahsәnәm”, “Mәnsur- Dilәfruz”, “Zöhrә-

Tahir” “Mirza”, “Koroğlu”, “Novruz-Qәndab”, “Şah İsmayıl”, 

“Valeh-Zәrnigar” kimi dastanlarla tanışdır. 

Qoşma, gәraylıları var. 



 

  Xәlil Purnamvәr 

 

Aşıq Xәlil Purnamvәr  1973-cü ildә  

Vәrziqan mahalının Süngün kәndindә ana-

dan olmuş, 1995-ci ildә Tәbrizә köçmüşdür. 

15 yaşından aşıq sәnәtilә tanış olmuş, Aşıq 

Sәdaqәt Gәncәli,  Әbdilәli Nuri, Әvәz  İbad-

pur, Rәsul Qurbani kimi ustadların hәr 

birinә bir il şagirdlik etdikdәn sonra 20 ya-

şında aşıqlığa başlamışdır.  

“Valeh-Zәrnigar”, “Abbas-Gülgәz”, “Әlәsgәr” kimi das-

tanlarla tanışdır. 

Qәdim havalardan “Şәki”, “Sarayi”, “Şirvani” kimi ha-

vaları ifa edir. 

 

  Barat Süleymani 

 

Aşıq Bәrat Süleymani  1967-ci ildә    İs-



baraxan  kәndindә anadan olmuş, 1993-cü 

ildә  Tәbrizә köçmüşdür. 18 yaşından aşıq 

sәnәtilә tanış olmuş, ustadı  Aşıq  İsa Dә-

şәnin yanında 1 il şagirdlik etmiş, 20 ya-

şında aşıqlığa başlamışdır.  

“Valeh-Zәrnigar”, “Әsli-Kәrәm”, “Ab-

bas-Gülgәz”, “Şah İsmayil”, “Xәstә Qasım” 

kimi dastanlarla tanışdır. 




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə