1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET (UNEC)
UNEC-də bakalavr pillə si üzrə ixtisas tə crübə sinin təş kili və keçirilmə si
QAYDALARI
1.
Ümumi müddə alar
1.1.
Bu Qaydalar UNEC-də əyani və qiyabi təhsil alan bakalavrların ixtisas
təcrübələrinin təşkili və keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2.
xtisas təcrübəsi buraxılış kursları üzrə əyani bakalavrlarda IV kursun, qiyabi
bakalavrlarda isə V kursun yaz semestrində 21 kredit (21x30=630 akademik
saat) olmaqla respublikada və respublikadan kənar müəssisə və təşkilatlarda
təşkil edilir.
1.3.
Tələbənin təcrübə obyektində iştirak etməli olduğu aktiv saatların miqdarı 14
həftə (70 gün) ərzində minimum 315 akademik saat (hər gün 4,5 akademik
saat, 1 akademik saat 45 dəqiqə olmaqla) olaraq müəyyən edilir və tələbələrin
təcrübə keçmə qrafiki 9:00-13:00 (I növbə) vəya 14:00-18:00 (II növbə)
olaraq müəyyənləşdirilir.
1.4.
Təcrübəyə ayrılan sərbəst saatlar (təcrübə obyektində iştirakı məcburi
olmayan müddət) isə (315 akademik saat) təcrübəilə əlaqədar sənədlərin tərtib
olunmasına, təcrübə nəticələrinin təcrübə rəhbərləri ilə müzakirə edilməsinə,
buraxılış işi ilə əlaqədar materialların toplanmasına, müəssisənin fəaliyyəti ilə
ə
laqədar layihə və startapların hazırlanmasına, müəssisənin təşkil etdiyi
korporativ təlimlərdə və tədbirlərdə iştiraka, sahə üzrə sorğuların həyata
keçirilməsinə və s. ayrılır.
1.5.
Buraxılış işi yazan tələbələr sərbəsttəcrübə saatlarında buraxılış işinin
layihəsinə aid təcrübə prosesində əldə etdiyi nəticələri istifadə edərək
buraxılış işi ilə əlaqədar hazırlıq işləri görürlər.
1.6.
Tələbələrə ixtisasına uyğun təcrübə müəssisəsi müəyyən etmək və həmin
müəssisədə təcrübə keçmək hüququ verilir. Bu halda müəssisə rəhbərinin
razılıq məktubu oktyabr ayının 1-dək fakültə dekanlarının təqdimatı ilə
UNEC rektoruna təqdim olunur. Təcrübə obyektini özü müəyyənləşdirməyən
2
tələbələr universitet tərəfindən müəyyən edilən təcrübə obyektlərində təcrübə
keçirlər.
1.7.
UNEC-in nnovativ Biznes nkubatorunun “Ekspert Şura”sı tərəfindən qəbul
olunmuş start-up layihələri, ölkə və beynəlxalq miqyaslı biznes və qrant
layihələrinin qalibləri olmuş tələbələr istehsalat təcrübəsini keçmiş hesab
olunur və təcrübə nəticələri 100 bal olaraq qiymətləndirilir.
1.8.
Qiyabi təhsil formasında da ixtisas təcrübəsinin müddəti 7 həftədir və tələbə
hər iki növbədə təcrübə obyektində iştirak etməlidir.
1.9.
Qiyabi təhsil formasında təhsil alan buraxılış kurs tələbələrinin ixtisaslarına
uyğun iş stajı (ən az 6 ay) olduğu halda, əmək kitabçasından çıxarış (elektron
portaldan) və iş yerindən arayış əsasında müvafiq mərkəz direktorunun
UNEC rektoruna təqdimatına əsasən təcrübədən azad edilir və 100 bal olaraq
qiymətləndirilir. “ qtisadiyyat və idarəetmə”, həmçinin “Texniki və texnoloji”
ixtisas qrupuna daxil olan ixtisaslardan biri üzrə qiyabi təhsil alan tələbə bu
qrupa daxil olan ixtisaslara uyğun iş yerindən təqdim edilən arayış əsasında
təcrübədən azad edilə bilər.
1.10.
Məhdud sağlamlıq imkanları olan tələbələr üçün ixtisas təcrübəsi onların
fiziki xüsusiyyətləri, fərdi imkanları, sağlamlıq durumu və təcrübə yerinin
seçilməsi və s. məsələlər ilə əlaqədarfərdi istəkləri nəzərə alınmaqla təşkil
edilir.
2. xtisas təcrübəsinin təşkili
2.1.
Təcrübəyə aid dərs yükünün bölgüsü dekanlıqların (mərkəz direktorlarının)
təklifi,Təcrübənin təşkili şöbəsinin rəyi əsasında Tədris Metodiki Mərkəz
tərəfindən aprel ayının 30-dək müəyyənləşdirilir.
2.2.
Təcrübə rəhbərlərinə təcrübə keçən hər tələbəyə görə 6 saat (5.6 saat) təcrübə
yükünün ayrılması nəzərdə tutulur. Hər təcrübə rəhbərinə ayrılan yükün
miqdarı minimum 70 saat - maksimum 280 saat ola bilər.
2.3.
Təcrübə obyektləri fərdi qaydada müəyyənləşdirilmiş tələbələr istisna
olmaqla digər tələbələr üçün dekanlıq (mərkəz direktorları) tərəfindən ixtisasa
uyğun təcrübə obyektləri hər tədris ili üzrə oktyabr ayının 15-dək müəyyən
3
edilir. Təcrübə obyekləri ilə əlaqədar təkliflər Fakültə Elmi Şurasında
müzakirə edildikdən sonra fakültə dekanı (mərkəz direktoru) tərəfindən
ümumiləşdirilərək oktyabr ayının 30-dək Təcrübənin təşkili şöbəsinə
göndərilir.
2.4.
Tələbələrə təcrübənin təşkili qaydaları və təcrübə ilə əlaqədar bütün
məlumatlar noyabr ayının 15-dək dekanlar (mərkəz direktorları) tərəfindən
müvafiq vasitələrlə (rəsmi internet səhifəsi, tələbənin şəxsi kabineti,
təlimatlandırıcı video-çarxlar və s.) elan edilir.
2.5.
Tələbələr Təcrübənin təşkili şöbəsi tərəfindən hazırlanan elektron platforma
(web səhifə, EDUMAN təcrübə modulu və s.) vasitəsi ilə təcrübə obyektləri,
təcrübə qaydaları və s. ilə əlaqədar daimi olaraq məlumatlandırılır.
2.6.
Fakultə dekanları (mərkəz direktorları)Təcrübənin təşkili şöbəsi ilə
razılaşdırılmaq şərti ilə noyabr ayının 30-dək müəssisə və təşkilatlarla təcrübə
ilə bağlımüqavilələrin imzalanmasını təşkil edir.
2.7.
Təcrübə ilə bağlı müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında
dekanlıq tərəfindənhazırlanan təqdimatlar Təcrübənin təşkili şöbəsi tərəfindən
dekabrın 31-dək ümumiləşdirilmiş təqdimatlarəmrləşdirilmək məqsədi ilə
universitet rəhbərliyinə təqdim edilir. Müvafiq əmr haqqında məlumatlar
tələbələrin şəxsi kabinetlərinə göndərilir.
2.8.
Hər təcrübə öncəsi fakültə dekanlarının təşkilatçılığı ilə təcrübə obyektinin
nümayəndələri tərəfindən UNEC təcrübə rəhbərləri üçün təlimlər təşkil edilir.
3.Təcrübənin təşkilinə və gedişinə nəzarət
3.1.
Təcrübənin təşkili və gedişinə bilavasitə nəzarəti fakultə dekanı (mərkəz
direktoru)həyata keçirir və təcrübə ilə əlaqədar bütün məsələlərə cavabdehlik
daşıyır.
3.2.
Fakultə dekanları (mərkəz direktorları) tərəfindən təcrübənin gedişi (aralıq)və
yekunu ilə əlaqədar təcrübənin 8-ci həftəsində və yekununda Təcrübənin
təşkili şöbəsinə məlumatlar təqdim edir. Təcrübənin təşkili şöbəsi hər təcrübə
4
müddətinin yekununda bütün məlumatları ümumiləşdirilərək universitet
rəhbərliyinə hesabat təqdim edilir.
3.3.
Müəsssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərinin vəzifə və öhdəlikləri
UNEC ilə müəssisə arasında bağlanmış müqavilədəki müddəalar əsasında
müəyyən olunur.
3.4.
UNEC təcrübə rəhbərlərinin vəzifələri aşağıdakı kimi müəyyən olunur:
•
xtisas kafedrası tərəfindən tərtib edilən ixtisasın təcrübə proqramını
(təcrübə obyektinin xüsusiyyətləri və təcrübə obyektindəki təcrübə rəhbəri
tərəfindən verilmiş təkliflər nəzərə alınmaqla), eləcə də müvafiq təcrübə
sənədlərini təcrübənin başlanmasına 1 ay qalmış müəssisə rəhbərliyinə
təqdim edir.
• Təcrübə ilə əlaqədar əmr imzalandıqdan sonra bir həftə ərzində tələbələrlə
təcrübənin keçirilməsi ilə bağlıtəcrübə obyekti nümayəndələrinin iştirakı ilə
təlimatı görüş keçirir, onları UNEC Təcrübənin Təşkili Qaydaları ilə tanış
edir və tələbələrinakademik təqvimdə müəyyən edilmiş vaxtda təcrübə
obyektinə göndərilməsini təşkil edir.
• Hər həftə ərzində 10 saat (gündə 2 saat) olmaqla təcrübə obyektində
təcrübənin gedişinə nəzarət edir.
• Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış
olmalarına
şə
rait
yaradır
və
qaydaların
tələblərinə
dair
məlumatlandırılmasına cavabdehlik daşıyır.
• Təcrübə
obyektində tələbələrin ixtisas təcrübəsinini təşkilinə və
keçirilməsinə, həmçinin təcrübə gündəliyinin doldurulmasına nəzarət edir.
• Təcrübə başa çatdıqdan sonra 5 gün müddətində tələbələrin təcrübə
gündəliklərini
müəssisədən
təhvil
alır,
gündəlikdəki
qeydlər
və
qiymətləndirmələr əsasında yekun protokol (qiymətləndirmə cədvəli)tərtib
edir. Təcrübə rəhbəri, kafedra müdiri və fakültə dekanı(mərkəz direktoru)
tərəfindən imzalanan yekun protokol (qiymətləndirmə cədvəli)Təcrübənin
təşkili şöbəsinə və TKQ M-ə təqdim edilir.
5
3.5.
Hər təcrübə rəhbərinin təcrübə yükünün icrası ilə əlaqədar təcrübə
obyektindəki monitorinq qrafiki kafedra müdirinin təsdiqi ilə fakültə dekanına
və Təcrübənin təşkili şöbəsinə təqdim edilir.
3.6.
Təcrübənin təşkilinə və gedişinə nəzarətdə aşağıdakı sənədlərdən istifadə
olunur:
- UNEC və müəssisə arasında imzalanan müqavilə;
- təcrübə obyektinə göndəriş;
- UNEC təcrübə rəhbərinin təcrübə obyektində monitorinq qrafiki;
- təcrübə keçən tələbələrin vəzifələri haqqında təlimat;
- təcrübə rəhbərlərinin vəzifələri haqqında təlimat.
4.Təcrübəninnəticələrinin qiymətləndirilməsi
4.1.
Tədris planında nəzərdə tutlmuş təcrübənin nəticələrinə görə balların (100
bal) yarısı tələbənin təcrübəyə davamiyyətinə görə (50 bal), digər yarısı isə
tələbənin təcrübə proqramına uyğun olaraq təcrübə proqramı üzrə tapşırıqların
mənimsənilməsinə və obyektdəki təcrübə rəhbərinin tapşırıqlarının icrasına
görə (50 bal) müəssisədən təyin olunmuş təcrübə rəhbəri tərəfindən verilir.
4.2.
Tələbələrin təcrübəyə davamiyyəti təcrübə obyektindəki təcrübə rəhbəri və
UNEC təcrübə rəhbəri tərəfindən yoxlanılır və davamiyyətlə bağlı məlumat
(tələbənin gündəliyində hər günə görə və iştirak saatı üzrə əks olunur)
universitet tərəfindən təyin edilmiş təcrübə rəhbəri tərəfindən müvafiq fakültə
dekanına həftəlik təqdim edilir.
4.3.
Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal tələbənin
təcrübədə iştirak etdiyi saatların miqdarının davamiyyətə ayrılan maksimum
(50) bala vurularaq və təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə
müəssisə təcrübə rəhbəri tərəfindən aşağıdakı düsturla hesablanmaqla
tələbənin gündəliyinin sonunda əks etdirilir:
DGB=T SMx50/TASM
DGB=davamiyyətə görə bal;
T SM=təcrübədə iştirak edilən saatların miqdarı;
6
TASM=təcrübə üçün ayrılan saatların miqdarı.
4.4.
Tələbələrin
ixtisas
təcrübəsi
dövründəki
fəaliyyətinin
yekun
qiymətləndirilməsi onun gündəliyi əsasında aşağıdakı kimi aparılır:
- F 51 baldan aşağı – “qeyri-kafi”;
- E 51-60 bal – “qənaətbəxş”;
- D 61-70 – “kafi”;
- C 71-80 – “yaxşı”;
- B 81-90 – “çox yaxşı”;
- A 91-100 – “əla”.
4.5.
Təcrübənin yekununa görə alınan qeyri-müvəffəq qiymət akademik borc
hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən ümumiyyətlə iştirak etməyən və
ya təcrübə üzrə ayrılmış saatların 25%-dən çoxunda iştirak etməyən və qeyri-
müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər. Bu halda
tələbəcari ilin yekun dövlət attestasiyasına (dövlət imtahanına) buraxılmır və
onların Yekun Dövlət Attestasiyası komissiyasının fəaliyyəti dövründə bir
dəfə tam təcrübə proqramı üzrə təcrübə keçməsinə icazə verilir.
4.6.
Akademik borcu yaranmış tələbələrə təcrübə üçün nəzərdə tutulan kredit
haqlarının ödənilməsi şərti ilənövbəti tədris ilinın payız vəya yaz
semestrlərində tam təcrübə proqramı və saatları üzrəixtisas təcrübəsi təşkil
edilir.
Dostları ilə paylaş: |