Microsoft Word teh qayd docx



Yüklə 148,44 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü148,44 Kb.
#66442

background image
                                                                 

 

Siz yalnız 



QIRMIZI 

 işıq yananda və maşınların hərəkəti dayananda yolu keçə 

bilərsiniz 

Bu işarənin 



QIRMIZI 

 işığı yananda - dayanmalı, 



YAŞIL

 işığı yananda isə yolu 

keçməlisiniz 

Siz yolu yalnız 



ZOLAĞIN 

 üstündən keçməlisiniz 

 

UŞAQLAR ÜÇÜN 10 VACİB PİYADA QAYDALARI 

1.  Əgər siz 10 yaşdan balacasınızsa, maşın yolunu tək keçməyin. 

2.  Yolu keçməzdən əvvəl, səkidə dayanın. 

3.  Yolu keçərkən asta addımla keçin, heç vaxt qaçmayın. 

4.  Hər zaman yol işarələri və nişanlarından istifadə edin. 

5.  Bir tərəfli yolu keçdikdə yolun soluna, ikitərəfli yolu keçdikdə isə əvvəlcə sola

ortadaki zolağa çatdıqda isə sağa baxın. 

6.  Yolu keçərkən hər tərəfə baxmaqla asta-asta keçin və maşınlara fikir verin. 

7.  Əmin olun ki, sürücülər sizi görüb və maşınlarını saxlayıblar. 

8.  Yolun qırağında yerləşən küçələrdə, hasarsız meydança və həyətlərdə 

oynamayın. 

9.  Qaranlıqda yolu keçərkən ağ paltar geyinin və ya paltarınıza işığı əks etdirən 

nişanlar taxın. 

10. Maşinlar işıqforda dayanarkan, onlardan ən azı 5 addım aralı yolu keçin və 

nəqliyyatdan düşərkən, heç bir halda, onun qabağından yolu keçməyin. 

UŞAQLAR ÜÇÜN  YOL   HƏRƏKƏTI  TƏHLÜKƏSİZLİYİNƏ DAİR 

ƏLAVƏ MƏLUMAT VƏ TÖVSİYƏLƏR 

1. Nəqliyyat vasitələri xüsusi sayrışan işıq və səs siqnalları ilə yolda hərəkət edən 

zaman (məsələn, polis və ya təcili yardım maşını) - onlara yol verin. 

2. Ola bilər ki, siz yolu keçdiyiniz vaxt işıqforun yaşıl işığı yansın və maşınlar 

hərəkətə başlasın. Belə olan halda, əgər təhlükəsizlik adacığı varsa - orada 

gözləyin, olmadığı təqdirdə isə - əks istiqamətli nəqliyyat axınlarını ayıran xətt 

(yəni ortadaki zolaq) üzərində işıqforun qırmızı işığının yanmasını gözləyin. 

3 Yaşayış məntəqələri məktəblər və uşaq bağçalarına 50-100 metr qalmış, 

sürücülər üçün xəbərdaredici nişan qoyulur. 

4. Piyada keçidinə 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan 



background image
qoyulur. 

5. Velosiped sürmək 14 yaşdan, motosikl idarə etmək isə 16 yaşdan etibarən icazə 

verilir. 

6. Uşaqları qrup halında daşıyan nəqliyyat vasitələrinin üzərində xüsusi  nişan 

olmalıdır ki, digər maşınların sürücüləri xəbərdar olsun. 

7. Siz xüsusi olaraq bu nişanlı maşın gördükdə ehtiyatlı olmalısınız: 

A. ƏLIL sürücü   B. Təcrübəsiz sürücü nişanı 

 8. Velosiped sürücüsünə trotuar ve piyada keçidi ilə hərəkət etməyə hətta 



piyadalar olmadıqda belə icazə verilmir. 

 

Yüklə 148,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə