Siz yalnız
QIRMIZI
işıq yananda və maşınların hərəkəti dayananda yolu keçə
bilərsiniz
Bu işarənin
QIRMIZI
işığı yananda - dayanmalı,
YAŞIL
işığı yananda isə yolu
keçməlisiniz
Siz yolu yalnız
ZOLAĞIN
üstündən keçməlisiniz
UŞAQLAR ÜÇÜN 10 VACİB PİYADA QAYDALARI
1. Əgər siz 10 yaşdan balacasınızsa, maşın yolunu tək keçməyin.
2. Yolu keçməzdən əvvəl, səkidə dayanın.
3. Yolu keçərkən asta addımla keçin, heç vaxt qaçmayın.
4. Hər zaman yol işarələri və nişanlarından istifadə edin.
5. Bir tərəfli yolu keçdikdə yolun soluna, ikitərəfli yolu keçdikdə isə əvvəlcə sola,
ortadaki zolağa çatdıqda isə sağa baxın.
6. Yolu keçərkən hər tərəfə baxmaqla asta-asta keçin və maşınlara fikir verin.
7. Əmin olun ki, sürücülər sizi görüb və maşınlarını saxlayıblar.
8. Yolun qırağında yerləşən küçələrdə, hasarsız meydança və həyətlərdə
oynamayın.
9. Qaranlıqda yolu keçərkən ağ paltar geyinin və ya paltarınıza işığı əks etdirən
nişanlar taxın.
10. Maşinlar işıqforda dayanarkan, onlardan ən azı 5 addım aralı yolu keçin və
nəqliyyatdan düşərkən, heç bir halda, onun qabağından yolu keçməyin.
UŞAQLAR ÜÇÜN YOL HƏRƏKƏTI TƏHLÜKƏSİZLİYİNƏ DAİR
ƏLAVƏ MƏLUMAT VƏ TÖVSİYƏLƏR
1. Nəqliyyat vasitələri xüsusi sayrışan işıq və səs siqnalları ilə yolda hərəkət edən
zaman (məsələn, polis və ya təcili yardım maşını) - onlara yol verin.
2. Ola bilər ki, siz yolu keçdiyiniz vaxt işıqforun yaşıl işığı yansın və maşınlar
hərəkətə başlasın. Belə olan halda, əgər təhlükəsizlik adacığı varsa - orada
gözləyin, olmadığı təqdirdə isə - əks istiqamətli nəqliyyat axınlarını ayıran xətt
(yəni ortadaki zolaq) üzərində işıqforun qırmızı işığının yanmasını gözləyin.
3 Yaşayış məntəqələri məktəblər və uşaq bağçalarına 50-100 metr qalmış,
sürücülər üçün xəbərdaredici nişan qoyulur.
4. Piyada keçidinə 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan
qoyulur.
5. Velosiped sürmək 14 yaşdan, motosikl idarə etmək isə 16 yaşdan etibarən icazə
verilir.
6. Uşaqları qrup halında daşıyan nəqliyyat vasitələrinin üzərində xüsusi nişan
olmalıdır ki, digər maşınların sürücüləri xəbərdar olsun.
7. Siz xüsusi olaraq bu nişanlı maşın gördükdə ehtiyatlı olmalısınız:
A. ƏLIL sürücü B. Təcrübəsiz sürücü nişanı
8. Velosiped sürücüsünə trotuar ve piyada keçidi ilə hərəkət etməyə hətta
piyadalar olmadıqda belə icazə verilmir.