Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

 

53 


Mənfi nitq situasiyası – 

kommunikasiyaya mane olan və fon 

informasiyanın mənbəyi olan nitq situasiyasının bir hissəsi. 

Məntiqi münasibətlər markeri – 

məntiqi münasibətlər mo-

difikasiya olunmuş zərflərin köməyi ilə markirə edilir (sentence ad-

verbs), «moreover – bundan başqa», «therefore – bunun üçün», «ne-

vert-heless – bununla belə», budaq cümləni meydana çıxaran bağ-

layıcılar (if, although, because), feldən düzəlmə formalar (feli sifət, 

qerundial forma), feldən asılı əsas hadisəni ifadə edən; «he conclu-

ded - o belə bir nəticəyə  gəldi», «he argued - o etiraz etdi» tipli 

məntiqi münasibətləri və  əlaqələri ifadə edən sintaktik vahidlər. 

Mətnin başlanğıc və son markerləri – once upon a time (azərbay-

canca müqayisə et: biri vardı-biri yoxdu) və they lived happily ever 

after (azərbaycanca – onlar, bax, beləcə  şad və xoşbəxt yaşamağa 

başladılar) tipli standart formulları özündə birləşdirir. 

Mərhələ blok-sxem – 

verilmişlərin həndəsi fiqurlar (yaxud 

bloklar)  şəklində  işlənib hazırlandığı  hər bir mərhələdəki proses 

alqoritmin struktur coğrafi təsvirinin izahı. 



Mətn əlaqəliliyi – 

deyim müddətində mətnin müxtəlif tərəflə-

rini çevirməklə  və bir predmetdən digərinə «ehmalca» keçməklə 

«mühakimə predmeti» mətni saxlaya bilmə bacarığı. 



Mətn ontologiyası – 

sosial, fəlsəfi, psixoloji və digər gerçək-

lik elementlərinin mətnə transformasiya prosesləri kimi (yəni ger-

çəkliyin inikası kimi) qoşulmasıdır. Bu elementlər mətndə tematik 

amillərlə və müvafiq forma ilə (mətn gerçəkliyi ilə) təqdim olunur. 

Mətn sadəliyi və mürəkkəbliyi – 

semantik  əlaqələrin və 

komponentlərin münasibətlərinin sıxlığının kommunikativ məq-

sədyönlülüyü dərəcəsindən asılıdır. 



Mətn səviyyəsində  tərcümə – 

ayrı-ayrı sözlər, söz birləş-

mələri, cümlələr səviyyəsində (bəziləri istisna olunmaqla), uyğun-

luq tapılmadıqda tərcümə vahidi mətn səviyyəsində seçilir, buna 

nəsr tərcüməsi zamanı nadir hallarda rast gəlinir. Poeziya tərcümə-

sində isə bu, adi hadisədir. Çünki burada ümumi mətndən təcrid 

olunmuş ilkin dildəki cümlə heç də tərcümə dilində olan cümlə ilə 

uyğunluq təşkil etmir. 

 

54

Mətn tərcüməsi 



– orijinal mətnində bir bütöv kimi tam tərcü-

mənin tərcümə prosesinə çevrilməsi. 



Mətnaltı – 

1. Bu, dilin sisteminə daxil olan və bu predmet, 

daha doğrusu, gerçəkliyin müəyyən sahəsinin zəruri təsviri üçün 

leksik kateqoriyaların minimal yığımı. 2. Hər hansı biliklər sahəsi, 

predmet (fənn) sahəsi (riyaziyyat, fizika, hərbi dil, diplomatik dil və 

s.). 3. Mətn massivində hər hansı reprezentativ məhdudiyyət əlamə-

tinə görə dil vahidlərinin cəmi. 4. Dil elementlərinin yığımı və eyni 

mövzulu mətnlərdə onların münasibətləri. 5. Kiçik linqvostilistik 

(linqvoüslubi) sistemaltı. 6. Hər hansı konkret dilin dilaltı. O dil 

sisteminin quruluşunun bu ünsiyyət sahəsində istifadə olunan və bu 

mövzuda olan dilaltı  nəzərdən keçirilir. 7.Xüsusi qapalı dil 

mikrosistemi, yaxud kiçik linqvistik sistemaltı olub dil strukturu və 

vahidlərinin yığımından ibarətdir və bu, dilin sosial sahəsi, yaxud 

peşəkarlıq funksiyası ilə bağlı tematik həmcinsliyə uyğundur. 8. 

Statistik-tematik mətnlərin eyni predmet sahəsinin korpusu və funk-

sional-stilistik istiqamətidir ki, müəyyən mövzulara aid olan (mə-

sələn, elektronikanın dilaltısı, kimya dilaltısı, hava haqqında mə-

lumat dilaltısı və s.) sahələrə xidmət edir. 



Mətndənkənar ontologiya – 

mətndə obyektiv gerçəkliyin, 

reallığın əksi. 

Mətnə söykənməklə sinxron tərcümə – 

bax: əvvəlcədən tər-

cümə olunmuş mətnin sinxron oxunuşu. 

Mətnin başlıqlarının tərcüməsi – 

yeni kəşflərin patentləri və 

informasiyanın sistemli kataloqunun tərtib edilməsində istifadə 

olunan texniki tərcümə növüdür ki, burada kəşfin mahiyyəti adlıq 

cümlə ilə ifadə olunur və bu kəşfin artıq ona kimi məlum olanlardan 

yenilik baxımından fərqini əks etdirir. 



Mətnin birgə yazılışı –

 kommunikativ fəaliyyətlərin hərəkətə 

və  əməliyyatlara bölünməsində, onların  əlaqəsində özünü göstərir. 

Bitişik yazılış  və disekretlik mətnin müxtəlif böyüklükdə (ölçüdə) 

olan vahidlərin məzmununda, bölünmələrində və bu vahidlərin bir-

biri ilə əlaqəsində özünü ifadə edir. 



Mətnin əlamətləri – bax: 

mətnin ümumi əlamətləri. 




 

55 


Mətnin  əvvəlinin və sonunun markerləşdirilməsi – 

once 


upon a time (müqayisə et: Azərbaycan türkcəsində: biri vardı, biri 

yoxdu) və they lived happily ever after (müqayisə et: Azəri türkcə-

sində: onlar bax beləcə  şad xürrəm yaşamağa başladılar) tipli 

standart frazalarını birləşdirən mətnin  əvvəlindəki və sonundakı 

markerlərin köməyi ilə həyata keçirilir. 

Mətnin makro üslubu – 

mətndə cümlədən başlamış yüksək 

semantik səviyyələr qatı (təbəqəsi); cümləüstü formalardan (hiper-

sintaksis) başlamış bütöv mətnə qədər. Tematik planda nəzərdən ke-

çirilən mətn (hərəkət, zaman, məkan, personajlar, kompozisiya). 

Mətnin məna qruplaşması – 

müxtəlif kommunikativ dəyərli 

informasiya daşıyan vahidlərin mətndə fərqləndirilməsi. 

Mətnin məzmunu – 

1. Dil vahidlərinin daxili (anlayış, məna) 

tərəfidir ki, ona görə (daxili tərəfə görə) zahiri (səs, qrafik və s.) 

tərəfləri ifadə xassələri kimi cəhətləri  əldə edir. 2.Deyimin daxili 

tərəfinin quruluşu, onun məna ilə  zənginləşdirilməsi. 3. Hər hansı 

situasiyanın təvsiri. Bax: eyni zamanda informasiya. 



Mətnin mikroüslubu – 

mətnin dil səviyyələrinin aşağı üslubi 

təşkili – fonemdən cümləyə qədər. 

Mətnin özbaşına formalaşdırılması – 

ayrı-ayrı leksik vahid-

lərin və eləcə də bütöv cümlələrin və anlayışların əvvəlcədən şərt-

lənmiş rəqəm, hərf, yaxud qarışıq indekslərlə, xüsusi və xidməti işa-

rələr, xidməti kodlar və kodlarla olan cümlələri, parol, rəy və eləcə 

də xüsusi şifrə və kodların əvəzlənməsini nəzərdə tutur. 



Mətnin rekvizitləri 

– konkret təsvirini yalnız kontekstdə ta-

pan dəyişkən vahidlər, onlar sənədin formulyarına qoyulur, yeni in-

formasiya verilir və kommunikativ funksiya planında sənədin rema-

sı adlanır. 

Mətnin ritmi – 

komponentlərin müxtəlif münasibətlərində 

uyğun kommunikativ – məqsədyönlü  şəkildə ardınca gedilməsidir. 

Mətnin ritmik təşkilinin bariz nümunəsi deyimdəki sintaktik 

paralellizmdir – komponentlərin cümlə üstü vahidliyi və eləcə  də 

sual-cavab vahidliyinin zənciridir. 

 

56

Mətnin seqment metodu – 



yazılı tərcümənin metodlarından 

biri. Burada orijinalda olan mətn seqmentlərə bölünür və  hər seq-

mentdən aparıcı informasiya çıxarılır ki, o tərcümənin tam tərtibatı 

üçün mənanın dayaq bəndləri və onun şərti kodlaşdırılması aparılır. 



Mətnin seqmenti – 

bax: mətnin seqmentasiyası. 



Mətnin seqmentasiyası – 

1.Müxtəlif həcmdə (uzunluqda) söz 

birləşməsi olan söz və ifadələrin zəncirinin fərqləndirilməsidir ki, 

onlar bəzi semantik-sintaktik əlaqələrlə tərtib olunmuş, bölünmüşlər 

(formal təyinedicilər), adətən, onların seqmentasiyası keyfiyyətində 

köməkçi sözlər çıxış edir. 2. Mətn vahidlərin ardıcıl şəkildə təqdim 

olunması. 3. Mətnin nitq seqmentlərinə nitq zəncirinin idarə olunan 

komponentin idarə edən söz ardınca fasiləsiz saxlanılması 

prinsipinə söykənməklə bölünməsi və  bəzi istisnaları  nəzərdə tut-

masıdır ki, o mətnin informativliyini müəyyənləşdirməyə kömək 

etməklə, yazılı tərcümə metodlarından birinin əsasını təşkil edir. 

Mətnin semantik formalaşdırılması – 

abbreviasiyanın (qı-

saltma, ixtisar) bütün üsullarının mətndə geniş istifadəsində özünü 

əks etdirir. 



Məlumatın semantik mənası – 

yəni onun məna tərəfi. 



Mətnin tərcümə olunması – 

digər dilə (digər simvollar siste-

minə) tərcümə olunma imkanı ilə müəyyənləşə bilən mətnin xassə-

si. 



Mətnin strukturluğu – 

kommunikativlilik kateqoriyasının 

özünü xüsusi şəkildə, ayrıca əks etdirməsidir. Mətnin strukturluğu-

nun səbəbi – kommunikativ fəaliyyətin strukturluğundadır. Mətnin 

strukturu – bu, ondakı komponentlər arasındakı bütöv kom-

munikativ – şərti münasibətləridir. Mətnin strukturluğu çoxaspek-

tlidir, çünki mətndə semantik, qrammatik struktur, üslubi vasitələrin 

strukturu, kompozisiya strukturu, məntiq strukturu vardır. Mətnin 

ümumi strukturuna mətn sistemaltıları və elementar deyim struktur-

ları da təsir edir. 



Mətnin tərcümədə müqayisəli təhlili – 

uyğun hadisələrin 

müqayisəsinə  əsaslanır və müxtəlif dillərin mətnlərində onların bu 

və ya digər dil ailəsinə  məxsusluğundan, daha doğrusu, onların 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə