Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   ...   41

 

arası kommunikasiya, dillərarası omonimiya, dillərarası situasiya, dil-



lərarası  tərcümə, dillərarası anologizmlər, dillərarası omonimlər, se-

miotikaarası  tərcümə, metalinqvistika, metalinqvistik funksiya, me-

tadil, tərcümə metadili, sözün məna tutumunun, onun məcazi mə-

nalarının yaranmasına görə genişlənməsi, sözün tərcümədə ekspressiv 

xassələrinin güclənməsi, metaforalaşma və s. məsələlər yığcam və 

dürüst şəkildə aydınlaşdırılmışdır. 

Praktik tərcüməçiləri müvafiq biliklərlə silahlandırmağı ilk növ-

bədə qarşıya məqsəd qoyan müəlliflər tərcüməçinin mətn seçmə ilə 

bağlı bir sıra məqamlara diqqət yönəltməsinin zərurətini vurğulamaqla, 

bunların sırasında tərcümə zamanı yazıya alma metodu, tərcümə 

metodu, mətnin seqmentasiya metodu, statistik oppozisiya metodu

transformasiya metodu və s. məsələləri dərindən təhlil edərək oxucu-

lara təqdim etməyə müvəffəq olmuşlar. 

Lüğətdə əksinə tərcümə, ümumi tərcümə nəzəriyyəsi, onun baş-

lıca mahiyyəti, mətnin janr spesifikasından asılı olmayaraq tərcümənin 

ümumi qanunauyğunluqları, onun həyata keçirilmə  şəraiti və 

xüsusiyyətləri, tərcümə  təsviri üçün anlayış aparatı, tərcümə  nəzə-

riyyəsinin xüsusi konseptual bazasının yaradılması, tərcümə  nəzəriy-

yəsinin digər dil və qeyri-dil fənləri ilə əlaqələrinin mövcudluğu, tər-

cümə modelinin yaradılması, ümumi tərcümə nəzəriyyəsinin universal-

larını  tədqiq etməsi, izahlı  tərcümə, adi tərcümə, sənədlərin maşınla 

məhdud tərcüməsi, hərbi xarakterli tərcümə mətnlərinin xüsusiyyətləri, 

paradiqma, cümlə paradiqması, paradiqmatika, paradiqmatik cərgə, 

paradiqmatik yuva və s. məsələlər müfəssəl əksini tapmışdır. 

Təqdirəlayiq haldır ki, təqdim olunmuş lüğətdə “tərcümə” anla-

yışının otuzdan artıq izahı verilir. Bundan başqa, dildaxili tərcümə, qə-

zet mətninin tərcüməsi, sənəd tərcüməsi, mətn başlıqlarının tərcüməsi, 

idiomların tərcüməsi, kino-video materiallarının tərcüməsi, elmi-nəzəri 

və ictimai-siyasi ədəbiyyatın tərcüməsi, natiq çıxışlarının tərcüməsi, 

poeziya, nəsr və publisistik materialların tərcüməsi, ixtisarların 

tərcüməsi, felyeton tipli məqalələrin tərcüməsi, terminlərin tərcüməsi, 

frazeologizmlərin tərcüməsi və digər janrlı  mətnlərin tərcüməsinin 

xüsusiyyətləri doğru-dürüst araşdırılır. 

Təqdim olunmuş  “İzahlı  tərcüməşünaslıq terminləri lüğəti”nin 

məziyyətlərindən çox danışmaq olar. Bu lüğətin  ən mühüm cəhəti 

 

6



onun tətbiqi xarakterli olması ilə bağlıdır. Bu lüğətdən müvafiq univer-

sitetlərin tərcüməçilik (tərcüməşünaslıq) fakültələrində, Dövlət  İda-

rəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Polis Akade-

miyasının, Milli Təhlükəsizlik Akademiyasının, Azərbaycan Ali Hərbi 

Məktəbinin, Azərbaycan Diplomatiya Akademiyasının, Xarici İşlər 

Nazirliyinin nəzdindəki Akademiyada və digər ali məktəblərin 

müvafiq fakültələrində  tələbələr, magistrlər, bu sahədə  tərcümə 

tarixçiləri, nəzəriyyəçiləri, praktik tərcümə ilə ardıcıl və sistemli 

məşğul olan aspirantlar, dissertantlar və doktorantlar gərəkli mənbə, 

olduqca dəyərli vəsait kimi istifadə edə bilərlər. 

Bundan  əlavə, burada dilçilik elminin son, yeni sahə terminləri 

ilə (xeyli sayda) rastlaşmaq olar. Sözün həqiqi mənasında, tərcümə 

tarixi və metodologiyasına aid olan çoxsaylı terminoloji anlayışları 

ifadə edən terminlər bu əsərdə geniş şəkildə öz izahını tapa bilmişdir. 

Fikrimizcə, bu lüğət həm tərcümə sənətinin elmi-nəzəri problem-

lərini öyrənmək baxımından, həm də  tədris-metodiki cəhətdən çox 

dəyərlidir. Gələcək milli tərcüməçilərimizin hazırlanmasında,  əlbəttə, 

belə əsərlərin ortaya çıxmasına böyük ehtiyac vardır. 

 

 

İsmayıl KAZIMOV 

filologiya elmləri doktoru 

 



 



 



 

LÜĞƏTİN STRUKTURU 



 

Oxuculara təqdim olunan “İzahlı  tərcüməşünaslıq terminləri lü-

ğət”ində lüğət məqalələri  əlifba sırası ilə düzülmüşdür. Hər söz (o 

cümlədən, defislə, yaxud ayrı yazılan mürəkkəb söz), yaxud söz bir-

ləşməsi ona aid bütün materialla birlikdə ayrıca, müstəqil lüğət məqa-

ləsi yaradır. Hər nüvə təşkil edən baş söz, söz birləşməsi lüğətdə yağlı, 

qara şriftlə fərqləndirilmişdir. Əgər verilmiş lüğət məqaləsinin adı iki, 

yaxud bir neçə sözdən ibarətdirsə, bu zaman o tərcüməşünaslıq və 

linqvistik  ədəbiyyatda verilən formada verilir. Oxucular nəzərə 

almalıdırlar ki, bu lüğət əsas etibarı ilə rus dilində nəşr olunmuş nəzəri 

və praktik materiallar əsasında hazırlandığından müəlliflər bu və ya 

digər lüğət məqalələrini məhz tərcümə olunmaqla təqdim edirlər. Bu 

zaman Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə uyğun olaraq söz 

və söz birləşmələri  şərh olunaraq təqdim olunur. Məsələn, “Adekvat 

əvəzetmə”.  İnversiyaya yalnız adda mənaya görə başlıca, nüvə sözü 

fərqləndirmək lazım gəldikdə yol verilir və o mənbədə işlənən kimi də 

tərcümədə verilir.  

Məqalələrdəki tərif və izahlar onlar bu və ya digər mənbələrdən 

hansı ardıcıllıqla çıxarıldığı  şəkildə nömrələnir, sıralanır. Sözlüyün 

həcminin süni şəkildə şisirdilməsinə yol verməmək üçün sözlərdə ide-

ntifikasiyalaşan əlamətlərin təsnifat mürəkkəbliyinə görə müəllif əsər-

lərinə müraciət olunmur. Onlar oxuculara daha aydın, müxtəsər şəkildə 

çatdırılır. İstifadə olunmuş mənbələrin siyahısı lüğətin sonunda verilir 

və oxucu – tədqiqatçı ədəbiyyat siyahısı ilə tanış olduqdan sonra bu və 

ya digər kitabın hansı müəllifə  məxsus olduğunu müəyyənləşdirə 

bilmək imkanına malik ola bilər. 

Lüğətdə elə söz və anlayışlar vardır ki, onlar yalnız bir sözlə 

verilir.  Məsələn, “yamsılama”ona aid olan heç bir söz birləşmələri, 

zəncirləri ilə verilmir. Elə söz və anlayışlar vardır ki, (məsələn “Elmi-

texniki tərcümə”) bir neçə izahı verilir. 

Müəlliflər qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq dar profes-

sional, elm və texnikanın nailiyyətlərini  əks etdirən bu və ya digər 

xüsusi terminləri də bu lüğətə daxil etməyi gərəkli saymışlar. 

 

8



 

A  

 

Açıq auditoriya – 

tərcümə zamanı ünsiyyətdə daha tez-tez 

rast gəlinən final adresat. O əks əlavə (tərcüməçi öz hərəkətlərinə və 

fəaliyyətinə olan reaksiyanı görür və  eşidir) və müəyyən təşkil 

olunma ilə seçilir. 

Affirmativ metamətn 

– pozitiv, protomətnə söykənən qeyri-

polemik metamətn (xülasə, təhkiyə). Affirmativ metamətn mətn-

lərarası  əlaqələrin bütün üsullarını (imitativ, selektiv, redusiyalı, 

komplementar) birləşdirir. Metamətnin affirmativ dialektik elementi 

dəyişilmiş kontekstdə (məsələn, sitat gətirilən parodiya) kontroverz 

potensial imkanı olur. 

Axtarış mexanizmi və tərcümə həllinin seçilməsi 

– nəzarət 

edilən məqsəd, məzmun, sintaktik və leksik səviyyələrdə istifadə 

olunur. Bütün mexanizm, adətən, məzmun və leksik-sintaktik sə-

viyyə kombinasiyasına istiqamətlənir. 

Alıcı (alan) – 

1. Məlumatın ünvanlanmış kommunikativ aktın 

iştirakçısı; tərcümə prosesində ilkin mətnin alıcısı ilə  tərcümə 

mətninin alıcısı  fərqləndirilir. 2.Bu, həm də adresat deməkdir. 3. 

İnformasiyanı qəbul edən kommunikant. 

Alıcı reaksiyası – 

deyimin denotat, konnotativ və praqmatik 

mənasının alıcı tərəfindən qavranılması. 

Alqoritmin tərtibi – 

işin aşağıdakı mərhələlərini nəzərdə tu-

tur: 1) prinsipial blok-sxemin işlənib hazırlanması; 2) alqoritmin 

müfəssəl strukturunu əks etdirən mərhələ-mərhələ blok sxemlərin 

işlənib hazırlanması; 3) verilən və alqoritmlərin bütöv şəkildə 

təqdim olunmasının işlənib hazırlanması prosesinin ayrı-ayrı mərhə-

lələrinin məzmunun dürüst təsviri; 4) alqoritmin maşın dilinə 

çevrilməsi, daha doğrusu, proqramların hazırlanması. 



Ana dili – 

insan tərəfindən erkən uşaqlıq dövründə ətrafdakı-

ları, böyükləri təqlid etmək yolu ilə mənimsənilən dil. 

Anlayış – 

1. Əşya və hadisələrin sinfi haqqında məntiqi tərəf-

dən formalaşdırılmış ümumi fikir. 2. Hər hansı şey haqqında təsəv-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə