Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   ...   41

 

13 


mənasını, anlayışları və predmetləri, təriflərin, təsvirlərin, nümunə-

lərin və eləcə  də sinonim və antonimlərin köməyi ilə izah edən 

izahedici lüğət. 

Birdilli situasiya 

– 1. Kommunikativ fəaliyyət eyni işarə siste-

minin kodu altında gedən (həyata keçirilən) situasiya. 2. İnformasiya-

nın işlənib hazırlanmasını elə şəraitdə nəzərdə tutur ki, bu zaman ma-

şının girişində  və  çıxışında işlənib hazırlanan informasiya eyni təbii 

dildə realizə olunur. 3. Bu o zaman baş verir ki, maşının girişində və 

çıxışında informasiya eyni dildə daxil olur. 4. İnformasiyanın «insan-

maşın-insan» sistemində hazırlanması elə şəraitdə gedir ki, bu zaman 

maşının girişində  və  çıxışında informasiya eyni dildə realizə olunur. 

Belə realizasiya üçün bariz nümunə linvostatistik tədqiqatlar, infor-

masiya-axtarış sistemləri və s. ola bilər. 

Birdillik – 

bir dil ilə məhdudlaşma. 



Birtərəfli tərcümə – 

bir istiqamətdə A1 dilindən A2 dilinə 

çevrilən tərcümə. 

Buraxılma və əlavə – 

qrammatik və eləcə də leksik transfor-

masiyalar əlavə sözlərin, yaxud hər hansı elementlərin buraxılması-

nı tələb edir. Buna görə də buraxılma və əlavə əksər hallarda qram-

matik transformasiyanın digər növləri ilə uyğunlaşır və bu, nitq 

hissələrinin  əvəzlənməsi ilə baş verir. Əlavə sözlərin ortaya qo-

yulması bir sıra əlavə səbəblərlə şərtlənir: cümlənin strukturundakı 

fərqlərlə  və daha müxtəsər olan ilkin dildəki cümlələr tərcümə 

dilində fikrin daha geniş  şəkildə ifadəsi tələb olunarkən gedir. 

Müvafiq sözün, yaxud bu sözün müvafiq leksik-semantik 

variantının olmaması da tərcümədə  əlavə sözlərin mətndə istifadə 

olunmasına səbəb olur. 

 

 

C  



 

Cins – 

1. Növləri birləşdirən qrup. 2. Müəyyən hal şəkilçisini 

xarakterizə edən leksik-qrammatik ad kateqoriyası, uzlaşma xüsu-

 

14



siyyətləri və onların kişi, qadın və orta cinsi müəyyən etmə əlamət-

ləri vardır. 



Cümlə səviyyəsində tərcümə – 

adətən spesifik rəngə məxsus 

olan və tərcümə zamanı yox olan frazeoloji vahidlərin (atalar sözü, 

zərb-məsəllər, idiomatik ifadələr, xalq nitqi və s.) tərcüməsi zamanı 

istifadə olunur. Bu baxımdan cümlənin mənası ümumi ilkin dildə 

olan cümlənin mənası ilə üst-üstə düşür, lakin bununla belə həmin 

cümlələrin daxilindəki sözlər və söz birləşmələri arasında uyğunluq 

müəyyənləşdirmək olmur. Bax: kompensasiya. 



Cümləbəcümlə  tərcümə – 

bir cümlənin digərinin ardınca 

ardıcıl tərcümə prosesi. 

Cümlənin səthi quruluşu 

– 1. Bu, cümlənin ünsiyyət prose-

sində nitqdə əldə etdiyi konkret formasıdır. 2. Bu, cümlənin leksik-

sintaktik təşkilidir ki, burada cümlə üzvləri heç də özlərinə uyğun 

real substansiya funksiyalarına və əlamətlərinə tam müvafiq olmur. 

Məsələn, mübtəda hərəkətin mahiyyətini yox, prosesin obyektini

yaxud zaman xarakteristikasını göstərmir. Səthi strukturlu cüm-

lələrdə sintaktik əlaqələr situasiyaya nisbətən qismən təsvir 

olunanın təsviri xarakterini itirir. 

Cümlənin sintaktik strukturu – 

Cümlənin sintaktik quruluşu. 



Cümləüstü bütövlük – 

ən aşağısı iki yanaşı cümlədir ki, 

burada bu cümlələr eyni üsullu ifadə, eyni tipli və eyni istiqamətli 

olmaqla, onlara struktur – məna korrelyasiya xasdır. 



 

 

Ç 

 

Çağırış siqnalı – 

bədahətən (özündən asılı olmayan) forma-

laşdırma elementi; radiostansiyanın şərti işarəsidir ki, buna görə ra-

dioəlaqə yaratdıqda və danışıq aparanda onu tanımaq olur. O bir, 

yaxud iki sözdən, yaxud bir neçə hərf, yaxud rəqəmdən, hərflər, rə-

qəmlər və sözlərin birləşməsindən ibarət ola bilər. 



Çoxdilli lüğət - 

üç və daha çox bir-biri ilə müqayisə (tutuşdu-

rulan) edilən tərcümə lüğəti. 



 

15 


Çoxdillilik – 

1. Bir neçə dili mükəmməl bilmək; 2. Konkret 

ərazidə bir neçə dilin olması. 

Çoxdilli situasiya – 

bu, sistemə bir neçə tərcümə dilinin ma-

şın lüğəti yerləşdirildiyi halda baş verir, məsələn, «mütərcimin av-

tomatlaşdırılmış  iş yeri», avtomatlaşdırılmış terminoloji lüğətlərdə 

və xüsusi leksikada, maşın sahə lüğətlərində və s. bununla belə bu 

sistemlərdən hər birində terminal nəticə yalnız kişi - ilkin və  tər-

cümə dilinin qarşılığı ilə  həyata keçirilir, daha doğrusu, sistemin 

özü çoxdilli olmasına baxmayaraq, ikidillilik şəraitində gedir. 



Çoxfunksionallıq - 

müxtəlif nitq hissələrinin formaca bir-bi-

rinə uyğun gəlməsi, bununla belə bəzi hallarda bu hissələr mənaca 

yaxın, bəzi hallarda isə bu sözlər mənaca tamamilə bir-birindən 

fərqli olur. 

Çoxpilləli tipik ayırma, seçmə - 

çıxarış ayırma, seçmə əsas 

bütövün ardıcıl olaraq kommunikativ - funksional əlamətə görə 

həmcins yarımqruplara (yarımmövzulara) bölünməsini nəzərdə tutur 

ki, onlar da öz növbəsində  çıxarış (ayırma, seçmə) proqramının 

təsnif sxeminə müvafiq olaraq bölmələrə  və yarımbölmələrə bö-

lünür. Başqa sözlə, mövzualtılar (yarımmövzular) və onun bölün-

müş payları ümumi çıxarışın cəmi olmaqla, formal - funksional 

sxemlə birləşmiş kiçik seçilmişlərin cəmini göstərir. Seçmə proq-

ramının belə təşkili əsas cəmin son dərəcə kiçildilmiş nüsxəsi olur. 

Belə olduqda müşahidə vahidi kimi müəyyən həcmdə öyrənilən 

dilaltı  məzmunca məxsus olan yazılmış  mətnin müəyyən hissəsi 

kimi çıxış edir. 

 

 



 

Daha böyük informasiya yükünə malik sözü seçmə 

metodu – 

məna təhlili metodlarından (ardıcıl tərcümənin yazıya 

alınması sistemində istifadə olunur) biridir, bu zaman açar 

informasiyası rolunu oynayan sözlər seçilir. 

 

16

Daxili keçidlər markeri - 



mətnin «on the other hand, ho-

wever» tipli yeni bölgülərinin  ənənəvi üsulla aparılması – «lakin 

digər tərəfdən», «then all of a sudden» - «və birdən», «in contrast 

with all this» - «bütün bunlardan fərqli olaraq» və s. 



Daimi uyğunluq (müvafiqlik) – 

1. (məsələn, terminlər, 

coğrafi adlar, qabaqlayıcı yazılar, sitatlar, atalar sözü və s.). 2. 

Daimi uyğunluq, həm də ekvivalent müvafiqlik deməkdir. 



Danışıq dili – 

bu, ədəbi dilin kodlaşmamış forması olan kitab 

dilinə qarşı duran xüsusi üslubi həmcins funksional sistemdir. 

Danışıq dili özünün xüsusi şəraiti olan, məsələn, deyimin 

qabaqcadan düşünülməsi və dil materialının qabaqcadan seçilmə-

məsi, danışıq iştirakçılarının nitq ünsiyyətində bilavasitə nitq 

aktında onlar arasında və deyimin özünün xarakterində rəsmiyyətin 

olmaması ilə fərqlənir. Danışıq dilinə dil sisteminin bütün səviyyə-

lərinin – fonetikada (tələffüz), leksika, morfologiya və sintaksisdə 

özünü göstərə biləcək xüsusiyyətlər xasdır. 



Danışıq klişesi – 

danışıq dilində istifadə edilən stereotip de-

yim. Danışıq klişesinin fərqləndirilməsi təlimdə kommunikativliyin 

realizasiyasına kömək edir. 



Dar sintaktik kontekst – 

bu, konkret sözün, söz birləşməsi-

nin, yaxud cümlənin işlədildiyi sintaktik konstruksiyadır. 

Daralma (daraldılma) – 

tərcümə praktikasında konkret-

ləşməyə müvafiq olan semantik transformasiya. 

Deyim mənası – 

1. Məlumatın invariantı, yəni məlumatı ötü-

rən, yaxud alanın  şüurunda bu məlumatın gerçəklik situasiyası ilə 

uyğunlaşması. 2. Nitq əsərinin konkret situasiyada məzmunu olub 

semantik və situativ məlumatın qarşılıqlı təsiri nəticəsi. 

Dərinləşdirilmiş yenidən kodlaşdırma 

– orijinalın dərinləş-

dirilmiş strukturunun (bunula belə, səthi strukturda kənarlaşmalar 

ola bilər) tərcüməsi. 



Diaxron tərcümə – 

qeyri-müasir ədəbi mətnin (tarixən əvvəl 

mövcud olmuş) müasir tərcüməsi. 

Diqqətli auditoriya – 

sayca daha böyük qapalı auditoriya. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə