Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   ...   41

 

17 


Dil daxilində  tərcümə – 

bax: transformasiya, dildaxili tər-

cümə. 

Dilin struktur səviyyəsinin təşkili – 

tərcümənin stratifikasi-

yaya müvafiq mətn səviyyələrinə görə realizasiyası təsnifatı. Bədii 

tərcümə heç də yalnız bir səviyyədə realizə olunmur, o çox şeyləri 

əhatə edir. Bununla belə, o heç də bir dominant səviyyə ilə qurulma 

imkanlarını da istisna etmir. Mətnin qurulmasının ayrı-ayrı  səviy-

yələrinə uyğun olaraq tərcümədə yenidən kodlaşdırma həyata ke-

çirilir. Bu, fonematik səviyyədən başlayaraq, morfematikdən keçə-

rək, leksik, frazeoloji, dialekt, dialektüstü mətn səviyyələrinə qədər 

hər  şeyi  əhatə edir. Tərcümədə realizə olunan tərcümənin dil sə-

viyyəsinə görə öyrənilməsi – bu, tərcümənin evristik mərhələsinin 

tədqiqidir. 



Dil sistemaltısı – 

mətnin nisbətən müstəqil hərəkət (fəaliyyət) 

qruplarının kommunikativ fəaliyyətin sistemaltı kimi sıxılmış 

modelin hissəsi. 



Dil üslubu – 

1. Seçim, uyğun işlənmə və dil vasitələrinin təş-

kilində xüsusiyyətləri ilə xarakterizə olunan növ müxtəlifliyi 

məlumat vəzifələri ilə səciyyələnir. 2. Üslub dil sisteminin sistemal-

tından biri kimi (yaxud belə sistemaltının kombinasiyası kimi) digər 

nitq üslublarından fərqli olaraq belə sistemaltının tətbiqində nitqin 

tipik tətbiqi sferasında istifadə olunur. 

Dil üslubu – 

dil sisteminə mənsub əlamətlərin reallaşması ki-

mi götürülən üslub. Dildə funksional və ekspressiv ifadə vasitə-

lərinin işləndiyi üslub.  



Dil modeli – 

bu,  linqvistik hadisələrin cəmi, daha doğrusu, 

elə mexanizmdir ki, o leksik vahidlər və qaydaların düzgün, zəncir-

vari qrammatik qaydalara uyğun olaraq mətn yaratmasına imkan ve-

rir. Bu mənada nəinki dilaltı modeli yazılı  şəkildə realizə olunan 

mətnləri, həm də potensial mövcud olan, daha doğrusu, yazıla bilə-

cək mətnləri də əhatə edir. 

Dilin statistik modeli – 

dilaltı alınmış funksional – kom-

munikativ modelin təşkil olunmuş strukturunda duran modeldir ki, 

 

18



onun köməyi ilə tezlik lüğətləri seriyasının yaradılmasında nəticə 

olan ehtimal-statistik korpusun səmərəli yolla aparılmasını göstərir. 



Dilarası analogizmlər – 

bax: tərcüməçinin yalançı dostları. 



Dilarası əlaqələrinin alt sinifləri – 

bax: dilarası əlaqələr. 



Dilarası kommunikasiya (ünsiyyət) – 

dil hüdudlarından 

(sərhədlərindən) kənara çıxan kommunikasiya. 

Dilarası omonimiya – 

iki və daha artıq müqayisə edilən dillə-

rin zahiri və semantik paralellik yaradan oppozisiyası (qarşılığı), da-

ha doğrusu (iki dilin müqayisəsi zamanı) ən azı dörd üzvlü struktur 

nəzərdə tutulur ki, burada müxtəlif dillərdə omonimlərin oxşarlığı 

müşahidə olunur. Dilarası omonimlər tam (bütöv), yarımçıq və ya-

lançı (qeyri-dürüst) leksik paralelin (müqayisə edilən hər bir dildə) 

omonimik müqayisəsini nəzərdə tutur. 



Dilarası omonimlər – bax: 

tərcüməçinin yalançı dostları. 



Dilarası situasiya – 

bu, elə bir dilarası situasiyadır ki, bu za-

man ünsiyyət prosesində iki dildən istisfadə olunur. 

Dilarası  tərcümə – 

1. Bir dildən digər dilə  tərcümə, ikidilli 

(qoşadilli) situasiyada tərcümə, dilarası kommunikasiya şəraitində 

tərcümə; 2. Dilarası  tərcümə bir dilin elementlərinin digər dilin 

elementləri ilə  əvəz olunması kimi müəyyən edilə bilər; 3.Verbal 

işarələrin hər hansı digər dilin köməyi ilə interpretasiyası- yəni 

tərcüməsi; 4. İnformasiyanın hər hansı  işarə sisteminin köməyi ilə 

digər informasiyaya çevrilməsidir ki, bu, digər işarə sistemi ilə ifadə 

olunur; 5. Tərcümə, yaxud bir dilin söz işarələrinin digər dilin söz 

işarələrinin köməyi ilə izahı, şərhi. 



Dilarası (interlinqvistik) tərcümə 

iki təbii dil sistemləri 

arasında həyata keçirilən tərcümə. 

Dilarası intersemiotik tərcümə – 

iki semiotik sistem arasın-

da həyata keçirilən tərcümə. Burada əsasən, semiotikaarası trans-

formasiyadan, məsələn, ədəbiyyat dilindən film (kino) dilinə, yaxud 

təsviri sənət dilindən musiqi dilinə tərcümədən və s. söhbət gedir. 

Dildaxili tərcümə – 

vahid dil sistemi çərçivəsində  mətnin, 

yaxud onun elementlərinin transformasiyası. Bu, semantik sinoni-



 

19 


mika səviyyəsində  həyata keçirilir (mətndə izah etmə, snoskalarda 

şərhlər və s.). 



Dilin lüğət vahidi – 

lüğət məqalələrində başlıq bildirən söz. 



Dilin makrolinqvistik təsviri – 

dil sisteminin əsaslandırılmış 

qarşılıqlı ekstralinqvistik hadisələrlə  tərcümə obyektinin mövcud-

luğu  şərtlərinin və quruluşunun predmetini müəyyənləşdirən nitq 

əsəri. 

Dilin semantik – sintaktik modeli

 – semantik və sintaktik 

əlaqələrin orqanın birləşməsini nəzərdə tutan dil modeli. 

Dillərarası uyğunluğun statistik sxemi – 

əsas etibarı ilə mü-

qayisəli dilçiliyə meyillənir və tərcümə nəzəriyyəsi üçün son dərəcə 

məhdud dəyərə malikdir. 



Diskurs

 – filoloji ədəbiyyatda geniş yayılmış termin (frans. 

discours, lat. dis-curere – ora-bura, müxtəlif tərəflərə qaçmaq) 

fransız dilində  ənənəvi olaraq “mühakimə”, “fikir yürütmə” 

mənalarında işlədilib. 50-ci illərdə E.Benvenist deyim nəzəriyyəsini 

hazırlayaraq diskursu nitqin xarakteristikası kimi müəyyənləşdirir: 

“Birincinin müəyyən  şəkildə ikinciyə  təsir etmək cəhdi”. Yaxud 

İ.Derrida diskursu yazan və oxuyanların təcrübəsində canlı  dərk 

olunmuş  mətn təsəvvürü” adlandırır. Z.Xerrisə görə diskurs verbal 

kommunikasiyada mətn, qrammatik formaların, bir-birinin dalınca 

sıralanmış frazaların ardıcıllığıdır. T.A.Van Deykə  görə, diskurs 

“kommunikativ hadisədir”.  



Diskursiv praktika

 – dil baxımından müəyyən məna yaxın 

funksiyal alternativ dil vasitələrindən istifadə tendensiyasıdır. (Ger-

çəkliyin variativ interpretasiyası).   



Doğruluqlar lüğəti – 

bu, bir tərəfdən, düzgün, doğru söz iş-

lətmə və forma yaradıcılığı məsələləri ilə bağlı təkliflər, digər tərəf-

dən, müvafiq normaların pozulmasına qarşı hazırlanmış lüğətdir. 



Dövrə (oborot) – 

1. Tezliklər lüğətində dövrə iki və daha ar-

tıq sözformalardan (adətən, beşdən artıq olmayaraq) olan xətti mətn 

ardıcıllığı hesab olunur ki, onlar mətndən formal seqmentlərin 

fiksasiya olunmuş uzunluğu (dekadadan-iki sözdən istifadə, 

triadadan-üç, tetradadan-dörd, pentadadan - beş)  əvvəlcədən ve-

 

20

rilmiş nüvə (aparıcı) sözformalara söykənmişdir. Nüvə (aparıcı) söz 



formalardan asılı olaraq bu dövrələr feli, ismi, zərfi, cümlə, 

bağlayıclı,  əvəzlikli sol və sağ valentliyi göstərilməklə, həm də 

onsuz ola bilər. 2. Dövrə  həm də konstruksiya kimi başa dü-

şülməlidir. 



Düşürtmə, düşmə – 

1.  İlkin mətnin izafı semantik element-

lərinin qısaltma və kompressiya yolu ilə buraxılmasıdır. 2. Cümlə 

üzvlərindən hər hansı birinin onun «sıfır» ifadəsi kimi qəbul olunma 

yoxluğu. 3. Tavtologiya halların istifadə olunan priyom, eyni 

mənalı yanaşı duran sözlərdən birinin buraxılması. Bax: həm də bu-

raxma və  əlavə. 4. Əlavələrin  əksi. Burada ona semantik cəhətdən 

izafi olan sözlər məruz qalır, daha doğrusu, mətndən onların köməyi 

olmadan mənanı ifadə edən söz çıxarılır. 

 

 





 

Ehtimal proqnozlaşdırma mexanizmi – 

mühüm, xüsusən 

sinxron tərcümə üçün mənbədəki mətn vahidindən və hətta situasiya 

elementlərini göstərən və qeyd edən məqamları hiss edib tapa 

bilmək bacarığı. 

«Ekspress-informasiya» tipli tərcümə – 

ana dilində orijina-

lın  əvvəlcədən ixtisarı aparılmadan müxtəsər və obyektiv xarici 

dildə olan elmi-texniki referat, yaxud məqalənin tərtib olunmasında 

istifadə olunan yazılı xüsusi tərcümə növü. 

Elmi  ədəbiyyat tərcüməsi – 

elmi  ədəbiyyatın tərcüməsi bu 

dilin normalarına cavab verməlidir. Tərcümənin düzgün olunması 

üçün kontekstdə nədən söhbət getdiyini və onu düzgün başa düşmək 

tələb olunur. Xarici dildəki yeni termin hər bir sözün, onun 

kontekstlə  əlaqələrini və onun dəqiq mənaya uyğun quruluşunun 

məntiqi-linqvistik təhlil yolu ilə açılmasını  tələb edir. Variantın 

düzgün seçimi o zaman zəruri olur ki, nə vaxt xarici termin üçün 

ana dilindəki sözlərlə alınmış sözlər arasında uyğunluq mövcuddur. 

Tərcümənin bu janrı ilkin mətndəki faktik materialda heç bir kiçicik 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə