Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 

25 


Əsas məna – 

müxtəlif şəkildə realizə olunan dil vahidinin in-

variant mənası. 

Əsaslar lüğəti – 

əsas və sonluqdan ibarət maşın lüğəti siyahı-

sı. Hər bir əsasa və  hər bir sonluğa onların morfoloji sinfinə  və 

leksik-qrammatik informasiyasına kod verilir. Belə lüğətlə  iş za-

manı sözlərin zəruri forması müvafiq sonluqların  əsasa verilmiş 

qaydalar əsasında birləşməsi yolu ilə gedir. Əsaslar lüğəti, xüsusən, 

flektiv tipli dillər üçün əlverişlidir. Lakin belə lüğət üçün olduqca 

qabarıq ağır morfoloji təhlil alqoritmi və dilaltının morfoloji təsviri 

üçün böyük zəhmət sərf olunan iş tələb olunur. 

Əsil (orijinal) – 

1. Tərcümə yox, orijinal mətn. 2. Tərcümədə 

ilkin mətn. 3. Əsil  şey, kopiya yox, orijinal. 4. İlkin mətn, yaxud 

sənəd (məqalə, kitab, əlyazma və s.) tərcümə olunmaq üçün nəzərdə 

tutulan mətn. 

Əsil ehtimalların əsil bölüşdürücüsü modeli – 

bu, elə tezlik-

lər lüğəti deməkdir. 

Əvəzetmə – 

orijinalın və  tərcümənin mümkün semantik- 

struktur parallelizminə əsaslanan tərcümə üsulu. 

 



 

Fasiləsiz ardıcıl tərcümə – 

dinlənildikdən, daha doğrusu, na-

tiqin nitqi qurtardıqdan, radioməlumata qulaq asıldıqdan, həm-

söhbətin dediyi (danışdığı) tam sona çatdırıldıqdan və s. sonra 

məlumatın bir dildən digər dilə şifahi şəkildə tərcüməsidir. Belə ol-

duğu halda natiq (danışan) öz çıxışının tərcüməyə görə arasını 

kəsmir (fasilə vermir), nitqini tam şəkildə tələffüz edir (çatdırır) və 

yalnız bundan sonra söz tərcüməçiyə verilir. Müqayisə et: abzas - 

cümlə tərcüməsi, abzas-cümlənin ardıcıl tərcüməsi. 

Fasiləsiz seçim – 

bu, elə seçimdir ki, o zaman nəinki tezlik-

lərin özü, həm də dil elementlərinin fəaliyyəti və bu şəraitin fəaliy-

yət prosesinə  təsiri nəzərə alınır; o, öyrənilən sistemaltının qanu-

nauyğunluqları haqqında etibarlı informasiya verir. Bəzi elementlər 

buraxılmış seçimdə artıq tam hesab edilə bilməz. Seçimdə bütün 

 

26

fəaliyyətdə olan elementlər rəqəm-hərf işarələri, formullar, xüsusi 



adlar və ixtisarlar nəzərə alınmalıdır. Əgər xüsusi adlar və rəqəmlər 

(o cümlədən, hərflər) cəm halda nəzərdən keçirilərsə, onda ixtisar 

kimi (dilin vahidi hesab edilən) linqvistik vahidlər ümumi sayla 

cəmlənməməli, eyni zamanda, həm də statistik təhlildən kənarda 

qalmamalıdır. Bu xüsusi dilaltı sahələrinə daha çox aiddir ki, burada 

ixtisarlar informasiya yükünün daha böyük payını daşıyır. 



Felyeton tipli məqalələrin tərcüməsi – 

burada  ən mühümü 

fikri verə bilməkdir, onun tərtibatının spesifik xüsusiyyətlərini ver-

mək o qədər də vacib deyil. Əksər hallarda xarici müəllifin oynaq 

üslubunu həddən artıq sadələşdirmək tələb olunur, daha doğrusu, 

oxucu üçün daha anlaşıqlı dildə jurnal-qəzet dili ilə sərbəst tərcümə-

yə, xüsusən onun başlıqlarını tərcümə etməyə çalışmaq zəruridir. 

Fəaliyyət obyekti – 

hərəkətin (fəaliyyətin) hansı predmetin, 

əşyanın üzərinə istiqamətlənməsi. 

Fəaliyyətin planlaşdırılması – 

sinxron tərcümədə – burada 

nəticənin əldə olunması ilə bağlı tərcüməçi konkret proseduru mü-

əyyənləşdirmir. O, burada yalnız özü üçün tərcümənin tələb olunan 

dəqiqliyi və tamlığı  dərəcəsini dəqiqləşdirir, öz şüurunda onu özü 

düşündüyü kimi dil vasitələrini müəyyənləşdirir və fəallaşdırır ki, on-

lar tərcümə  hərəkətlərinin yerinə yetirdiyi prosesdə lazım olur, öz 

funksional sistemini fəallaşdırır və müvafiq zəruri hazırlıq aparır. 



Fərdi yerdəyişmə – 

üslubi zövq, tərcüməçinin subyektiv ob-

razlı hissi və idiolekti ilə motivləşmiş fərdi kənarlaşmalar sistemi. 

Fərqləndirmə – 

ümumi nitq axınından nitq vahidinin uzun-

müddətli yaddaşda saxlanılanla etalonlarla və sonrakı identifikasi-

yası üçün fərqləndirilməsi. Qavrayış zamanı nitq fəaliyyəti kimi 

fərqləndirmə tanımaya, bilməyə kömək edir. 

Fiksasiya olunmamış semasioloji əlaqələr – 

denotatın ardın-

ca konkret dil işarəsini möhkəmləndirməyən semasioloji əlaqə; on-

lar dil işarəsinin birmənalı olmamasını, sinonimik sıra (cərgə) oldu-

ğunu göstərir. 

Filtrlər metodu – 

ekvivalentlərin seçimi və ikidillik şəraitinin 

qarşıdurması zamanı istifadə olunur. İki filtr fərqləndirilir: seman-



 

27 


tik-tezlik və semantik kompressiyaedici. Filtrin əsas alətləri tezlik 

lüğətləri, birdilli izahlı lüğətlər, sahələr üzrə mövcud olan ikidilli 

lüğətlərdir. Əlavə alətlər isə, informant - tərcüməçilərdir. 

Fonem səviyyəsində tərcümə – 

bax: fonem-fonem tərcümə. 



Fonem – fonem tərcümə – 

ayrı-ayrı fonem səviyyəsində ye-

rinə yetirilən tərcümə. Tərcümə vahidi kimi fonemin seçilməsi heç 

də tez-tez müşahidə olunmur. Çünki fonem məna daşıyıcısı deyil, o 

yalnız məna fərqləndirici rolu oynayır və bu əksər hallarda şəxs 

adlarının tərcüməsində müşahidə olunur olur və eyni zamanda digər 

ölkələrin sosial və  mədəni-məişət həyatında uyğunluq olmayan 

realilərin tərcüməsində rast gəlinir. 



Fonematik tərcümə – 

mətnin, əsasən, fonematik səviyyəsin-

də realizə olunan tərcümə. 

Formal-işarə səviyyəsində əməliyyatlar – 

denotatın identifi-

kasiyası həyata keçirilmədən bir vəziyyətdən başqasına keçid zama-

nı vərdiş əsasında aparılan tərcümə əməliyyatı. 



Formulyar rekviziti – 

1. Permanent vahid olmaqla, sənədin 

öz daimi tərkibində olur. Onlar kommuniktiv funksiyanın daşıyıcısı, 

kommunikativ vahidin daşıyıcısı rolunda çıxış edən məlum infor-

masiyanı verir. Funksional perspektiv baxımdan onlar konstant xa-

rakterə malikdir və  sənədin mövzusu olub, onun elementinin rub-

rikasiyası  və struktur formalizasiyasıdır. Sənədlər hər bir 

kommunikativ kateqoriyası formulyar rekvizitlərinin (dil ştampları, 

şərti işarələr, ixtisarlar) fiksasiya edilmiş çoxsaylı rekvizitlərinə 

malikdir. 2 a) ümumi başlıq (ştamp) sənədin rəngarəngliyi adı, onun 

nömrəsi, tarixi, müəllif (sənədi nəşr edən, orqan), nəşr yeri; b) pa-

raqraflara və  bəndlərə bölünmüş, bir-birindən rəqəmlərlə  (ərəb və 

rum, eləcə də baş hərflərlə), yaxud abzaslarla; c) adresatın (orqanlar 

və  sənəddə yazılmışları icra etməyə borclu olan şəxslər), yaxud 

yerlərə göndərilmə hesabı, sənədi nəşr edən vəzifəli  şəxsin imzası 

və rəyini özündə əks etdirir. 



Frazeoloji tərcümə – 

əsasən fraza səviyyəsində realizə olu-

nan tərcümə. 

 

28



Frazeologizmlərin tərcüməsi – 

frazeologizmlərin tərcüməsi 

– 1) ekviavalentlərdən istifadə (mütləq və nisbi); 2) frazeoloji ana-

loqlardan (variantlardan) istifadə; 3) kalka yolu ilə; 4) təsviri tər-

cümə yolu ilə həyata keçirilir. Bax: həm də idiomların tərcüməsi. 

Frazeologizmlərin təsviri tərcüməsi – 

obrazlılıqdan imtina 

edərək ilkin dildəki frazeoloji vahidin sərbəst söz birləşmələrinin 

köməyi ilə verilməsi. 



 

 



 

Generativ qrammatika – 

1. Müasir dilçiliyin elə bir 

istiqamətidir ki, burada linqvistik problem kimi dil strukturunun 

daxili qanunauyğunluqlarının açılması, öyrənilməsi olmaqla o 

müəyyən «mexanizm», yaxud «quruluş» kimi təqdim olunur ki, bu 

nəinki dilin təbii fəaliyyəti prosesində müşahidə olunur, həm də onu 

sünii yolla elmi təhlil üçün hərəkətə  gətirmək olur. Bunun üçün 

ilkin material almaqla bağlı, hər  şeydən öncə, doğru-düzgün cüm-

lələr (müəyyənləşdirmək, inventarlaşdırmaq) modeli tapmaq və 

onların hər biri üçün bir neçə struktur təsvir vermək lazımdır. 2. 

Dilin fəaliyyət mexanizmi üzərində dayanan və ona söykənən cüm-

lənin nüvəsindəki məhdud sayda doğru elementar deyimlərə əsasla-

nan linqvistik model. 

Genişləndirilmiş deyim – 

konkret dilin semantik-sintaktik 

modelinə uyğun  şəkildə tam (qısaldılmış, elliptik deyil) qurulmuş 

model. 


Genişlənmə – 

1. Tərcümə praktikasında ona müvafiq olan se-

mantik transformasiya. 2. Sayda, həcmdə və məzmunda artma, də-

yişmə.  


Gerçəklik situasiyası – 

real gerçəkliklə uyğunlaşan və sub-

yekt tərəfindən onun fərdi və ictimai təcrübəsi və biliklərin yığıl-

ması (zənginləşdirilməsi) kimi dərk olunan nitq əsərinin məzmunu. 

Gerçəklik situasiyasına girə bilmə  tərcüməçi üçün zəruridir, çünki 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə