Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 

29 


bunsuz translyantın orijinala adekvatlığını qarantlaşdırmaq mümkün 

deyildir. 



Gizli əlaqə – 

protomətnin olduğunu bəyan etmədən metamətn 

yaradılması, üslubi cəhətdən o mətnin idiodəyişkənliyinin artması 

ilə səciyyələnir. 



Gizli tərcümə – 

bu, orijinal mətnin müvafiq seqmentlərinin 

elə transformasiyasıdır ki, orada ekspediyent açılmır. Burada tərcü-

mənin tam realizasiyası getmir, əksinə, burada funksional olaraq 

onun həyata keçirilməməsindən, onun müvafiq ədəbi strukturun ak-

tivləşməsi məqsədi ilə qırıq-qırıqlığından istifadə olunur. 



Göndərən – 

məlumat göndərən kommunikativ akt iştirakçısı; 

yazılı tərcümə üçün tətbiq edilən məlumatı göndərən-ilkin mətn mü-

əllifi. 


 

 



 

Heca kompressiyası – 

bu, məlumatın heca həcminin ixtisar 

olunması, yaxud tərcümə dilində  məlumatdakı hecanın sayının 

orijinal dilindəki məlumata nisbətən ixtisar olunması deməkdir. 



Hipermətn 

–  ənənəvi yazı  mətnindən fərqlənir. Bu anlayış  

kompüterlərin işi ilə əlaqədar yaranmışdır. Hipermətnin tərifi saytda 

(“Elektron labirint”) yerləşdirilib: “Hipermətn informasiya 

təqdimidir. O müəlliflər çoxluğunu, müəllif və oxucu funksiya-

larının silinməsini, qeyri-dəqiq sərhədlərlə  iş  və oxu yollarının 

çoxluğunu mümkün edir. Hipermətnin klassik nümunəsi Bibliyadır.   

Hipertekstuallıq – 

Hipermətnin səciyyəvi xüsusiyyətlərinin 

məcmusu, informasiyaya girmənin təşkili və strukturudur.  

Həddən artıq tərcümə ölçüsü – 

bax, tərcümənin həddən ar-

tıq interpretasiyası. 

Hərbi materialların tərcümə xüsusiyyətləri – 

hərbi mate-

riallara sözün geniş  mənasında tərcüməçi-referent, hərbi-bədii ma-

terialları, «hərbi-publisistik materialları» və «hərbi-siyasi mate-

rialları», hərbi-elmi və  hərbi-texniki materialların, hərbi idarənin 

 

30



aktlarının (müxtəlif hərbi sənədləri) tərcümə edilməsi zamanı 

müraciət edir. Hərbi materiallara, adətən, elmi-texniki materialları 

və idarəçilik aktlarını, ordunun və silahlı qüvvələrin hərbi müəssi-

sələrinin həyat və fəaliyyəti ilə bağlı materialları aid edirlər. Hərbi-

bədii  ədəbiyyat, hərbi publisistika və  hərbi-siyasi materiallar öz 

məqsəd istiqamətinə  və mövzusuna görə  əsasən o xassələrə bütün 

ictimai-siyasi, publisist və  bədii mətnlərə xasdır. Hərbi-bədii ma-

terialların və  hərbi-publisist materialların və siyasi istiqamətli ma-

terialların xarici dildə xüsusiyyətlərini təhlil etdikdə, hər şeydən ön-

cə, o məsələyə diqqət yetirilməlidir ki, militarist təbliğatla seçilən 

xarici  ədəbiyyat və  mətbuatın adi metod və priyomlarından, öz 

dövlətlərindəki ordunun hərbi doktrinasının tərifindən, hərb tarixi-

nin bilərəkdən təhrif olunmasından, xüsusən ikinci dünya müharibə-

sinin tarixinin təhrifindən. Bütün hərbi materiallar hər hansı digər 

materiallardan özündə  hərbi leksikanın dolğunluğu, elmi və  hərbi 

terminologiyanın geniş istifadəsi, hərbi sferada ünsiyyət üçün xa-

rakterik sabit söz birləşmələri, hərbi nomenklatura bolluğu və xü-

susi ixtisar və şərti işarələr (yalnız hərbi materiallarda istifadə edi-

lən), sintaksis nöqteyi-nəzərindən isə elliptik və klişe konstuksiyalar 

elementindən, kasad feli zaman formalarından, müxtəsər formalı de-

yimlərdən, bir cümlə daxilində çoxsaylı parallel konstruksiyalardan, 

infinitiv və feli sifətlərdən istifadə olunur. Bütün bunlar hərbi 

sferadakı ünsiyyət üçün xarakterizə olunan müəyyən funksional 

ağırlıq və  çətinliklə bağlıdır: formulalarda müxtəsərlik, aydınlıq, 

konkretlik, izahın dəqiqliyi və düzgünlüyü, fikrin şərhinin məntiqi 

ardıcıllığını, cümlənin quruluşunun mükəmməlliyini, bir fikrin digər 

fikirdən fərqləndirilməsini, veriləcək informasiyanın qavrayışının 

yüngüllüyünü təmin edir. Tərcümənin və o cümlədən xüsusi 

tərcümənin  əsas prinsipi, üsul üçün də xarakterikdir. Lakin başqa 

kommunikativ-funksional istiqamətdə  tərcümənin bu növü üçün 

xeyli spesifik xüsusiyyətlər xasdır ki, onlar xarici dilin üslubunun, 

leksikasının və qrammatikanın hərbi materialları ilə bağlıdır. Hərbi 

tərcümədə tərcümənin dəqiqliyi olduqca mühüm rol oynayır, çünki 

tərcümə olunmuş material məhz mühüm qərarların qəbul edilməsi, 




 

31 


hərbi  əməliyyatların aparılması  və s. üçün əsas ola bilər. Odur ki, 

hərbi materialların tərcüməsinin adekvatlığı nəinki materialın məz-

munun düzgün verilməsini, həm də onun struktur formasının tam 

şəkildə verilməsini, onun hissələrindəki ardıcıllığı, materialın quru-

luşunu,  şərhin ardıcıllığını  və bir sıra digər amilləri verməlidir. 

Çünki oradakı  bəzi məqamlar digər mütəxəssislər üçün lazımsız 

göründüyü halda, məhz hərbi mütəxəssis üçün böyük əhəmiyyət 

kəsb edə bilər. Məsələn, hərbi sənədlərdə göstərilən məntəqələrin 

verilməsi (ərəb rəqəmi və latın  əlifbası  hərfləri) zamanın, tarixin, 

vaxtın, koordinatların, coğrafi adların, hərbi hissələrin və onun 

bölükləri və digər məlumatlar (verilmişlər) əhəmiyyətlidir. 

Hərbi materialların tərcüməsinin üslubi xüsusiyyətləri – 

tərcümənin adekvatlığının  əldə olunması üçün ən mühüm problem 

əslin üslubunu vermək məsələsidir. Tərcümlənin üslubi aspekti 

əslində ümumi funksional-kommunikativ istiqamətinin verilməsi 

üçün leksik-qrammatik vasitələrin düzgün seçilməsini tərcümə olu-

nan dilin mövcud ədəbi dil normalarının köməyilə verməkdir. Hərbi 

materialların üslubi heç də yekcins, (həmcins) deyildir. Hərbi 

materiallar sırasında materialların şərhində iki mövcud meyl durur: 

bu ya quru rəsmi-dəftərxana dilidir ki, burada arxaik tərkib və 

konstruksiyalar, ya sadə danışıq, bəzən soyad dil ilə sonuncu 

tendensiya siravi, unter zabit heyəti üçün əsasən hərbi və hərbi-tex-

niki materiallarda qeyd olunur. Bu meyl, ilk növbədə, ümumi və 

texniki hazırlığın aşağı  səviyyəsi ilə bağlıdır, deməli, həm də bu 

quru rəsmi nizamnamə materiallarını və çətin texniki izahları hərbi 

xidmətdən olanların əsas kütləsi üçün daha populyar və aydın etmək 

üçün edilir. Elə bunun nəticəsidir ki, xeyli hərbi materiallar daim 

izahedici illüstrasiyalar, cədvəllər, sxemlər və diaqromlarla 

müşayiət olunur ki, onlar oxucuya izah edilən materialın 

mahiyyətini çatdırmağa imkan verir. Tərcüməçi bütün hallarda əslin 

materialını müvafiq materialların hərbi üslubundan istifadə etməklə

bəzən  əsldə ana dilində izafi obrazlılıq və familyar – danışıq və 

jarqon elementlərinin neytrallaşdırılmasına diqqət yetirilməli olur 

ki, onlar ana dili üçün qeyri-xarakterikdir. Azərbaycan dilində üslub 

 

32



izahı, Azərbaycan hərbi dilində  qəbul olunmuş müvafiq tipli ma-

terialların ruhuna uyğun olmalıdır. 



Hərfi tərcümə – 

transparant tərcümə, kalkalaşma, tərcümə 

mətninin dil və tematik səviyyədə  xətti  əvəzlənməsidir ki, burada 

orijinal və qəbuledən mətndə onların obrazlar sisteminə diqqət yeti-

rilmir. 

 

 



 

Xarici (əcnəbi) sözlər lüğəti – 

1.  Əcnəbi dil mənşəli, az ya 

çox, xüsusi və onların izahını özündə əks etdirən lüğət. 2. Xarici dil 

mənşəli sözlərin siyahısını, onların izah və etimologiyasını göstərən 

lüğət. 

Xəbərdarlıq siqnalları – 

təhlükə haqqında xəbər vermək 

üçün nəzərdə tutulmuş xüsusi işarələr. 

Xidməti siqnallar – 

xidməti danışıqların aparılması, çevik və 

inamlı  əlaqələrin aparılması üçün nəzərdə tutulan xüsusi siqnallar. 

Bu işarələr özündə: xidməti işarələr, köməkçi sözlər, köməkçi cüm-

lələri birləşdirir. Belə  işarələr bir, iki və üçhərfli qrup, ayrı-ayrı 

sözlər və söz birləşmələrindən ibarətdir ki, onların ardınca müəyyən 

mənalar möhkəmlənməmişdir ki, onlar daha tez-tez istifadə olunan 

göstəriş, sərəncam, sorğu və  məlumatların daha müxtəsər formada 

verilməsi üçün istifadə edilir. Xidməti siqnallar heç zaman adi fraza 

və cümlələrlə dəyişdirilib, əvəzlənmir. 



Xülasəedici əlaqə – 

mətnin «düz olmayan nitq» prinsipi üzrə 

istiqamətlənən mətnlərarası  əməliyyat, daha doğrusu, mətnin xüla-

səsi, cəmlənməsi (adaptasiya), lap kiçik ölçülü olan mətnin uyğun-

luğu və kondensasiyası, məsələn, əsərin biblioqrafik titulu. 

Xüsusi dialekt – 

başqa sosial qrupun dialekti. 



Xüsusi yardımçı dil – 

nisbətən məhdud leksika – qrammatik 

xarakteristika ilə seçilən linqvo – stilistik sistemaltı; o formalizə 

olunmağa nisbətən asan meyllidir, deməli, o təbii dilin funksional 

sistemaltının elə ixtisarlaşmış təsvirini verir ki, (yaxud baza dilaltı-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə