Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 

33 


nın yaranmasını təmin edir ki), insanın EHM ilə ünsiyyətini asanlaş-

dırır. 


Xüsusi əlavə dil – 

onlar dil elementlərinin yığımı, kiçik linq-

voüslubi və həmcins mövzulu mətnlərdə onların münasibətləri olan 

sistemaltılardır. Hər bir xüsusi dilaltı özünə münasibətdə daxil olan 

dilaltıları, yaxud kiçik dilaltıları, kiçik mikrodilaltı kimi çıxış et-

məklə ierarxik struktur yaradır ki, o da, öz növbəsində, özünə mik-

rodilaltı qoşur. Xüsusi dilaltı bir qədər tamlığı ilə, sonucluğu ilə xa-

rakterizə olunmaqla, daha formal, məhduddur. Lakin burada yalnız 

nisbilik dərəcəsi haqqında danışmaq, heç də bu əlamətlərin müt-

ləqliyi haqqında danışmaq deyildir. 



Xüsusi ensiklopediyalar – 

onlar ümumi ensiklopediyalar 

kimi qurulmaqla, adı  çəkilənlərdən həm də  məzmunla fərqlənir

məsələn, tibbi ensiklopediyalarda bütün məqalələr yalnız tibbə 

aiddir, kimya ensiklopediyalarında isə kimyaya aid olur və s. 

Xüsusi siqnallar – 

hər hansı komanda, əmr, xəbərlə bağlı ix-

tisar olunmuş şərti işarələrdir. Xüsusi işarələrdə hər hansı say, söz, 

yaxud rəqəm və hərf kombinasiyaları var. Xüsusi işarələrin tətbiqi 

informasiyanın tez verilməsi və  qəbulunu, xüsusən, texniki kanal 

əlaqələri ilə təmin edilir və belə olduğu təqdirdə işləyən radiostansi-

yalar arasında qarşılıqlı maneələri azaldır. 

Xüsusi lüğət – 

hər hansı xüsusi problemin, məsələn, semantik 

sintezin və s. həll olunması üçün formalaşmış lüğət. 

Xüsusi politexnik qoşadilli lüğətlər – 

bu lüğətlər ümumitex-

nik və ümumielmi terminlərin ekvivalentlərini və eləcə  də elm və 

texnika dilində geniş istifadə olunan adi sözlərin ekvivalentlərini 

verir. 

Xüsusi slenq – 

müxtəlif jarqon və peşəkar leksikanı özündə 

birləşdirən slenqin dar sahəsi. 

Xüsusi süni dillər – 

bu, ya elmlərin – riyaziyyatın, məntiqin

kimyanın, linqvistikanın və s. rəmzi dilləridir, yaxud insan – maşın 

(proqramlaşma dilinin, informasiyaların, verilmiş bazada olanların 

idarə olunması  və s.) dilidir. Bu dillərin formal təsvir metodları, 

ifadə  və formulların yaranması  və yenidən dəyişdirilməsi, öz se-

 

34

mantikası vardır. Onlar heç də qapalı sistem deyildir və buna görə 



də ondan törəyən mətnlər sonsuzdur. 

Xüsusi tezlik lüğəti – 

funksional üslub, yaxud yardımçı dillər 

mətnin tərtibində istifadə olunma üçün leksik tutuma malik olur. 

Xüsusi tərcümə (1) – 

1. Bir dildə olan söz işarələrinin digər 

dilin söz işarələri ilə verilməsi. Məxsusi tərcüməyə dövlət müəssisə-

ləri, ictimai təşkilat və partiyaların adı məruz qalır. 2. Digər dildən 

xarici gerçəkliyə müraciət etmədən verilmiş qaydalara görə  tərcü-

məçinin təcrübəsində, yaxud təfəkküründə olan tərcümə. 



Xüsusi tərcümə (2) – 

1. Biliklərin hər hansı sahəsinə öz ter-

minoloji nomenklaturasına aid olan materialların tərcüməsi. 2. Bi-

liklərin müəyyən sahəsini öz terminoloji nomenklaturasına xidmət 

edən informasiya – kommuniativ (linqvistik) tərcümədir: ünsiyyət 

sferasında ictimai-siyasi, elmi, texniki, hərbi, administrativ – təsər-

rüfat, hüquqi, diplomatik, kommersiya, işgüzar, maliyyə, publisistik 

və digər xüsusi mövzu və predmet sahəsidir ki, o həm də gündəlik 

nitq-dil ünsiyyətini də özündə birləşdirir. Xüsusi tərcümənin nəzəri 

bazası linqvistik tərcümə nəzəriyyəsidir. 



Xüsusi tərcümə nəzəriyyəsi 

– bu, tərcüməçinin xüsusi iş şə-

raitini, tərcümə edilən mətnlərin, müxtəlif növlü tərcümələrin xü-

susiyyətlərini nəzərdə tutur. 



 

 


 

35 


 

İ 

 

İctimai – 

bax: realilərin verilməsinin (tərcüməsinin)  əsas 

üsulları. 

İdiostil (idivüslub)

 – mətnin konkret müəllifinə xas olan  dis-

kursiv təcrübələri (praktikaları)  əhatə edir. İdiostil (üslub) struktur 

poetikanın, bədii  ədəbiyyatın dilinin tədqiqində mühüm obyektlər-

dən biridir.  

İdiomların tərcüməsi – 

idiomların tərcüməsində  aşağıdakı 

hallarla rastlaşırıq: 1) idiomun idiomla tərcümə olunması. Belə tər-

cümə o təqdirdə mümkündür ki, nə zaman tərcümə olunan dillə ori-

jinalın dilində mənaca ekvivalentlər vardır. 2) idiomların analoqun, 

daha doğrusu, idiomun köməyilə  tərcüməsidir ki, o digər obrazla 

bağlı olmaqla eyni fikri verə bilir. Bununla belə, bu üsuldan istifadə 

etdikdə ehtiyatlı olmaq lazımdır ki, tərcümə edilən dildəki mətnə 

yad olan spesifik şəraitin ab-havasını  gətirməyəsən. 3) təsviri 

tərcümə. Bəzən elə olur ki, tərcüməçi öz dilində müvafiq ek-

vivalent, analoq axtarıb tapa bilmir, yaxud da bütün yaxın variantlar 

öz dilində olan tipik şəraitin möhürünü əks etdirir. Belə olduğu 

halda, tərcümə üçün nəzərdə tutulmuş mətnin xüsusiyyətləri ilə he-

sablaşmadan dövrün idiomatik tərcüməsini vermək olar. 



İfadə – 

səslər və söz birləşmələri dil vahidinin xarici (zahiri), 

(maddi) tərəfi. Bax: həm də ifadə planı. 

İfadə planı – 

1.  İşarələrin müəyyən ardıcıllığı. 2. Deyimi, 

onun mənalarını  və onda olan dil vasitələrini müəyyən üslub tərə-

findən nəzərdən keçirilməsi, daha doğrusu, dil işarəsində zahiri tərə-

fin müəyyənləşdirilməsi. 

İxtisar olunmuş  hərfi yazı – 

aşağıdakı  şəkildə formalaşan 

yazı sistemi qaydalarından biri: beş  və daha çox hərfdən ibarət 

Azərbaycan türkcəsində sözlərin yazılışı, saitlərin sözün tərkibindən 

düşməsilə; eyni zamanda sifət, yaxud isimlərin sonluğu yazılmır, 

qoşa samitlər və uzun sözlərdə samitlər yazılmır. 

 

36

İxtisarlar lüğəti 



– mürəkkəb ixtisarlaşmış (eyni zamanda, 

inisial tipli abreviaturaları) tərkibli adlardan yaranan sözləri özündə 

əks etdirən lüğət. 

İxtisarların tərcüməsi – 

ixtisarların tərcüməsinin əsas üsulu, 

təbiidir ki, lüğətlərə müraciət etməkdir. Lakin bunu da nəzərə almaq 

lazımdır ki, xüsusi materiallarda rast gəlinən ixtisarların heç də 

hamısını  hər hansı lügət özündə  əks etdirə bilməz. Buna görə  də 

tərcümə zamanı ixtisarların əsas üsullarını bilmək lazımdır. Birinci, 

ixtisar olan sözün ümumi mənasını başa düşmək üçün konteksti də-

rindən öyrənib bilmək zəruridir. Bəzən onun mətndə ilkin işlənməsi 

zamanı açılma ilə müşayiət oluna bilər.  İkinci, ixtisarın 

strukturunun tam təhlilini aparmaq və onun komponentlərini açmaq 

lazımdır.  İxtisarların tərcüməsi aşağıdakı üsullarla həyata keçirilə 

bilər: 1. Tam formanın tərcüməsi və onun əsasında ixtisarın 

Azərbaycan dilinə tərcüməsini vermək. 2. Tam formanın tərcüməsi. 

3. Transliterasiya. 4. Xarici ixtisarın latın hərfləri ilə tam şəkildə 

verilməsi. Bu üsuldan adətən nomenklatur işarələrin verilməsi 

zamanı istifadə olunur. 5. Transkripsiya etmə. 6. Səs-hərf 

transkripsiyası. 7. Tərcümə və transkripsiya. 

İxtisaslaşmamış süni dillər 

– təbii dillərə oxşarlığı olan ümu-

mi təyinatlı və beynəlxalq dillərdir ki, onlar insanlar arasında ümu-

mi ünsiyyət prosesi üçün (məsələn, İDO, esperanto, beysik inqliş və 

s.) istifadə olunur. 

İkidillilik şəraitində informasiyanın yenidən işlənməsi – 

1. 


Bax: Tərcümə. 2.Maşın tərcüməsində insanın daha çox iştirakını 

tələb edir və buna görə də avtomatlaşdırılmış prosesdir. 



İkinci dərəcəli metamətn 

– törəmə metamətn onun pro-

tomətni  əsl mətn yox, artıq mövcud olan metamətndir (məsələn, 

tərcümədən tərcümə). 



«İkinci dəfə» tərcümə (təkrar) – 

bu, artıq hazır tərcümədir 

ki, tərcüməçilik kommunikasiyasında aralıq – əlaqələndirici kimi is-

tifadə olunur. Adətən, burada olduqca yaxın dillərdən olan tərcümə-

lərdən istifadə olunur. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə