Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə14/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
24 
HÜSEYN CAVİDİN “İBLİS” ƏSƏRİNDƏ SÜLH                     
VƏ MÜHARİBƏ PROBLEMİ 
Şahanə MƏMMƏDCANOVA 
AMİ –in II kurs tələbəsi 
Elmi rəhbər:Filologiya elmləri namizədi İsgəndər Orucov 
 
Hüseyn Cavid Azərbaycan xalqının XX əsr ictimai fikrində mühüm yer tutan, 
milli məhdudiyyət bilmədən daim bütün bəşəriyyətin səadətini düşünən böyük şair, 
görkəmli dramaturq və filosof kimi əbədiyaşar sənət kardır. Soyğunçu müharibələr, 
böyük inqilablar dövründə yaşayan şairi yaradıcılığının ilk dövrlərində son əsərlə-
rinə  qədər  ədalətsizliyin doğurduğu faciələr düşündürmüşdür. Xüsusilə onun “İblis” 
əsəri sülh və müharibə mövzusuna münasibəti baxımında müstəsna  əhəmiyyətə 
malikdir. “iblis” müharibələrə uymuş insanlığın faciəsini əks etdirən və nəticə eti-
barilə bəşəriyyəti dəhşətli müharibələrdən xilas olmağa səsləyən, əhəmiyyətli dra-
matik  əsərdir. Məhz buna görə  də böyük Azərbaycan rejissoru professor Mehdi 
Məmmədov 1983-cü ildə “İblisi” tamaşaya qoyarkən onu hər şeydən əvvəl istila-
çılıq müharibələrinə qarşı yönəlmiş bir faciə kimi təfsir və  şərh etmişdir. Hüseyn 
Cavidin bu mövzuya müraciəti təsadüfi deyildir. Əsərin qələmə alındığı dövrdə 
Dünya müharibəsi baş vermiş, o cümlədən mənfur qonşularımız erməni qəsbkarları 
tərəfindən Azərbaycanın bir çox bölgələrində dəhşətli mart qırğını törədilmişdi. Ədib 
hələ  İblis faciəsində  əvvəl “Müharibə  və  ədəbiyyat” adlı  məqaləsində bu haqda 
yazırdı. “nereyə getsən hər nəyə baxsan, bir sarsıntı, bir pərişanlıq, hökmfərma. 
Bütüm könüllər iztirabda bütün ruhlar həyacanda, bütün gözlər intizarda”....Ədibin 
əsrdə bütün sürətlərdən ağır bədii yükü olan İblis yaratmaqla əsas məqsədi əslində 
bütün bəşəriyyəti vəlvələyə salam, zərərli duyğu və düşüncələr arasında sıxan bu qeyri-
real güvəni yox, insanların öz içində iblisi-lənətləyə özləri iblislik edənlərin  üstün-
dəki məchulluq pərdəsini qaldırmaq, törədilən bütün cinayətlərin  əsil səbəbkarlarını 
göstərməkdir: Ədib bunu ümumi şəkildə belə ifadə etmişdir. 
Selər kimi axmaqda qızıl qan, 
Canlar yıxar, evlər yıxar insan     (İblis) 
Bununla ədib İblisin dili ilə bildirir ki, dünyada baş  verən şər işlərin mifik və 
mövhümü qüvvələrə, o cümlədən İblisə heç bir aidiyyatı yoxdur. İblisə görə baş verən 
bütün pisliklər insanların daxilindəki nəfs, paxıllıq, böhtançılıq və s. Kimi mənfi 
xarakterik xüsusiyyətlərin olması səbəbindən elə onların özləri tərəfindən törədilir. 
İblisin tam əksi Mələk isə insanlar haqqında fərqli bir qənaətdədir. Belə ki, o, 
bəşəri fəlakətlərin səbəbin insanların  İblisə uymasında görür və inana bilmir ki
bütün bunların səbəbkarı mənən eybəcərləşmiş insanının özüdür: 
Ya rəbb, azacıq lütfi-inayət 
Qəhr olmada artıq bəşəriyyət 
Başdan başa həp yer üzü vəhşət 
İblis ilə həmrəngi siyasət 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
25 
Bununla Bəşəriyyətin taleyi üçün böyük narahatçılıqlar keçirən Mələk İblisdən 
qurtuluş üçün Tanrıdan daim insanlara mərhəmət lütf etməsini diləyir.  Ədib  əsər 
boyu bu ikili münasibəti, müxtəlif xarakterli insanların və hadisələrin fonunda axıra 
qədər izləmiş ən dəhşətli məqamları göz önünə gətirməklə müharibələrə nifrət duy-
ğuları aşılamışdır. Əsərin sonrakı hissələrində qanlı münaqişələrin məhv olmuş insan 
talelərinin səbəbini insanlar İblisdə görərək onun cəzalandırılmasını  tələb edəndə 
İblisin bu tələbin müqabilində söylədiyi məşhur monqolu oxucuya sərt həyat həqi-
qətlərini dərindən dərk etməyə kömək edir: 
Mənsiz də, əmin ol, siz rəhbərlik edən var, 
Qan püskürən atəş souran kinlil krallar, 
Şahlar, ulu xaqanlar, o, çılğın dərəbəğlər 
Altun və qadın düşgünü divanə bəbəklər
Min hiylə quran tüklü siyasilər o, hər an, 
Mərrhəb çıxararn, yol ayıran xadimi-əydan 
Onlarda bütün fitnəvi şər, zülmü-xəyanət 
Onlar duruyarkən məni təhqirə nəhacət?! 
Burada  İblis ümumi mülahizələrdən çəkilib konkret ünvanların qapısını döyərək 
silkləri, rəyasət bazarları, sərvət və şəhvət düşkünü olan insanları vurğulayır və be-
ləliklə cinayətlərin  əsl müqəssirlərin kimliyini bəyan edir. Əsərdə Hüseyn Cavid 
böyük məharətlə  bəşəri fəlakətlərin  şahidi və  iştirakçısı olan bədbəxt insanların 
timsalında müharibəyə münasibəti diqqət mərkəzinə çəkmişdir.  Bu cür insanlardan 
biri müharibəsiz, dünya, bütün insanlığın səadəti haqqında şirin xəyallar bəsləyən
bu barədə öz vicdanı bəzən də yaradanla həsb-hal edən Arifdir. Arifin bəşər səadəti 
haqqında gözəl arzular müharibə dövrü gerçəkliyinin sərt qayalarına dəyən büllur 
şüşə kimi parçalanır və başdan başa faciə içərisində  çırpındığına baxmayaraq öz 
fikir və duyğuları daxilində qavradığı dünya kədərinin öz fikir və duyğuları yaşa-
yır. Aşağıdakı parça da bu aydın ifadə olunmuşdur: 
Ya rəbb bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nəhayət? 
İnsanları xəlq etmədə var bəlkə də hikmət 
İblisə nə hacət?! 
Təəssüf ki, daha sonra sülhlə, insanpərvərliklə bağlı gözəl düşüncələrinə bax-
mayaraq Arif dünyanı bürümüş  fəlakətlərdən mənəvi tükənərək mühitin, qızıl, 
şərab və silahın pozucu təsiri ilə dəyişərək özü bu dünyanın amansız canilərindən 
birinə çevrilir. Arifin bu cür mənfiyə doğru dəyişilməsində İblisin rolu danılmazdır. 
Əsərdə İxtiyar şeyx, Rəna, Qaçaq zabit, Elxan və başqaları hadisələrə fərqli yanaş-
salar da, onların hamısı müharibələrin insanla yalnız böyük məhrumiyyətlər və bəlalar 
bəxş etdiyi qənaətindədirlər. Nəvəsi qətlə yetirilən İxtiyar Şeyxin  bu fəryadları oxucu 
qəlbini ağrıtmaya bilmir: 
Tərk edərək biz bütün insanları, 
Məskən edirdik fəqət ormanları 
Qaçdığımız qəhru fəlakətlərizi 
Buldu, əvət, buldu nəhayət bizi 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə