Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc


                                                       Azərbaycan Respublikası                       “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə4/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   2   3   4   5   6   7   8   9   ...   154

 

                                  
 
                Azərbaycan Respublikası                       “ÇAĞ” Öyrətim İşlətmələri 
            TƏHSİL NAZİRLİYİ                QAFQAZ UNİVERSİTETİ 
                                             
            PEDAQOJİ FAKÜLTƏ 
                                                                                  Tərcümə (İngilis dili) bölməsi 
 
Ümummilli Liderimiz Heydər Əliyevin  
anadan olmasının 86-cı ildönümünə həsr edilən ənənəvi 
 
«TƏRCÜMƏŞÜNASLIQ VƏ                   
ONUN MÜASİR DÖVRDƏ ROLU»  
II Respublika tələbə elmi-praktik konfransı 
 
 
 
 
 
M A T E R İ A L L A R  
 
 
 
 
 
 
 
 
 
Bakı, 02 May 2009-cu il
 


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 

A Z Ə R B A Y C A N  D İ L İ N D Ə 
M Ə R U Z Ə L Ə R 
 
 
XALQ ŞEİRİNDƏ BƏDİİ TƏRƏNNÜM                                  
VƏ FONETİK VASİTƏLƏR 
Səbinə FƏRZƏLİYEVA 
ADPU-nun filologiya fakültəsinin II kurs 204 cü qrup tələbəsi 
Elmi rəhbər: prof. Tərlan Novruzov 
 
Xalq şeirində bədii tərənnümün iki tərəfli – tərənnüm  subyekti və obyekti aş-
karlansa da, tərənnüm obyekti əslində şərti anlayışdır: tərənnüm – hissələrin, daxi-
li aləmin ifadəsidir və buna görə  də bu hissələrin yönəldiyi obyekt burada zahiri 
mahiyyət daşıyır. Deyək ki, dərə, bağ, buludlar, hətta konkret insan  personajları 
bədii tərənnümdə özü – özlüyündə deyil, lirik qəhrəmanın hissələrini ifadə baxı-
mından əhəmiyyətlidir. 
Müxtəlif coğrafi, nəbati varlıqlar, insanı cizgilər müəllifin müəyyən duyğuları-
nın tərənnümünə xidmət edir və buna görə də, tərənnüm mahiyyətcə estetik-bədii 
ideal, əsərin ideyasını aşkarlayır. 
Ümumən türk şeirində dilin səs tərkibi mühüm rol oynayır, ritmik özünəməx-
susluq ilk növbədə fonetik sistemin xüsusiyyəti ilə müəyyənləşir. Qeyd  edək ki, 
tələffüz və yazı vasitələrindən xüsusi texnika ilə istifadə yoluyla hətta bir çox 
janrlar formalaşmışdlr: dodaqdəyməz, dildönməz, nəfəsçəkmə, hərf üstə  təchiz
əliflam və s. 
Dilin  fonetik xüsusiyyətləri ilk növbədə şeir  vəzilərinin  özünə məxsusluğunu 
təyin edir. Heca vəznində  səs təkrarları, hecaların eyni sayda işləməsi, daxili bölgü 
və qafiyə sisteminə əsaslanan bədii ritm bədii üslubda birbaşa bağlanmasa da, dola-
yısı milə üslubda müəyyən əlaqədə olur. Ritm və üslubun əlaqəsini təmin yaradı-
cılıq amili şifahi ənənədə ritmin xeyli dərəcədə canlı ifa prosesi ilə bağlı olmasıdır. 
Ritmik – üslubi fəallığa seçilən  vasitələrdən qismən az araşdırılmış növü, türk 
şerində  vəznyaradıcı funksiyası olmayan vurğudur. Türk şerində dil xüsusiyyət-
lərinə uyğun olaraq, vurğu vəzn baxımından təsirli olmasa da, ifa prosesində ritmik 
amil kimi çıxış edir. Bu zaman fərdi ifa söyləmə üslubu, musiqi müşayiəti rol 
oynayır. 
Şeir sisteminin mühüm ünsürlərindən olan qafiyənin müxtəlif növlərinin üslubu 
fəallığı. Qafiyə müxtəlif sözləri  səs eyniyyəti əsasında yaxınlaşdıraraq məna əlaqə-
lərini təsbitləyir, müəyyən sözləri qabarıqlaşdıraraq üslubi baxımından digərlərindən 
fərqləndirir və həm forma, həm də məzmunca qabarıqlaşdırır. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 

Qafiyyələrdən daha fəal üslubi funksionallığa malik olan səs təkrarları öz növ-
lərinə, işlənmə yeri və üsuluna, vəzifələrinə görə olduqca geniş  və  zəngin poetik 
sistem yaradır. Allitesiya, samitlərin təkrarı türk şeirində yalnız kompoziya ahəngi 
yaratmağa deyil, həm də məna – üslub baxımından şeiri səciyyələndirməyə xidmət 
edir. Buna da səs təkrarlarının üslubu rolu ənənəvi rolu kanonik formalardan daha çox
fərdiliklə seçilən və zahirən qabarıq sezilməyən hallarda barız şəkildə ortaya çıxır. 
Səslərin  təkrarı ümumi ahəng, ritm yaratmaqla bərabər, səs simvolizmi əsasında 
əsərin bədii aləmini müəyyən emosional pafosla aşılayır və buna görə də  daşıdığı 
simvolizmi ilə üst-üstə düşür. 
Səs simvolizminə yaxın olan digər vasitə səs assosiyasiyası: mətndə əsas məna 
yükünü ifadə edən leytmotiv sözdəki səslərin müxtəlif ardıcılığa digər sözlərdə tək-
rarlanması  və bununla da əsas mənanın gücləndirilməsi, qabardılması  və ya yeni 
qazanmasıdır (vərəq-vüqar, silah-hasil, dərə-radə, kitab-katib). 
Bağa girdim bağbansız 
Dəvə gördüm sarvansız 
Aləmə dərman verdim 
Özüm qaldım dərmansız! 
Assosiativ səs təkrarlarının üslubi-sematik fəaliğı bu mətində aydın nəzərə 
çarpır. Yuxarıdakı nümunədə bir sıra orijinal fonopoetik hadisələr izlənir: səs tək-
rarları (b, v, m, z), daxili qafiyyələr (bağa-bağbansız, girdim-gördüm-qaldım), vurğu 
tənasüblüyü (2, 4, 7/2, 4, 7/3, 5, 7/2, 4, 7) və  səs  assosiyasiyası: “girdim” sözün-
dəki r, a, m səsləri “gördüm” sözündə eyni, “dərman” d, r, m, “verdim” sözündə r, 
d, m, “dərmansız” da yenə  də d, r, m ardıcılığı  təkrarlanır. Beləliklə, ümumi səs 
ahəngi yaranmaqla bərabər, bu məfhumlar mənaca bir-birinə bağlanır: girdim-gör-
düm-dərman-dərmansız. Yəni bağa eşq məqsədinə “bağbansız” girmək,“sarvansız” 
aləmi “görmək”, bu aləmə “dərman” olmaq və nəticədə özünün “dərmansız” qal-
mağı fikri səslənir ahəngi ilə psixolinqvistik əsasda qabaqlaşdırılır. 
 
 
«KİTABİ-DƏDƏ QORQUD» MÖHTƏŞƏM ABİDƏ KİMİ 
Aidə İSMAYILOVA 
ADPU-nun II kurs 204-cü qrup tələbəsi 
Elmi rəhbər:  prof.  Mahmud Allahmanlı
 
«Kitabi Dədə Qorqud» Azərbaycan  ədəbiyyatının nadir incilərindəndir. X-XI 
əsrlərin tarixi hadisələri ilə səsləşən bu əsrin ilk orijinalı da Azərbaycanda yazıya 
alınmışdır. Xalqımızın bədii təfəkkürünün abidəsi olan «Kitabi Dədə Qorqud» 
dastanının poetik dili bədii təsvir vasitələri ilə  zəngindir. Dastanda xalq dilinin 
incəliklərindən, məsəllərdən, atalar sözü və idiomatik ifadələrdən yeri gəldikcə 
istifadə olunmuşdur. «Kitabi Dədə Qorqud» qəhrəmanlıq dastanları olduğu kimi, 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə