Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə5/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   2   3   4   5   6   7   8   9   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 

ümumxalq Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdırmaq üçün də çox 
dəyərli faktlarla zəngin abidədir. «Kitabi Dədə Qorqud» dastanları 12 boy 1 
müqəddimədən ibarətdir. Dastanda boylar Dədə Qorqudun dilindən verilir. Das-
tanın müqəddiməsində Dədə Qorqudun müqəddəs keyfiyyətləri, müdrik kəlamları 
kimi məlumat verilir və qalan hissəsi 12 boya bölünür. Hər boy Dədə Qorqudun 
xeyir-duası ilə bitir. Dastanda boylar xana müraciətlə başlayır. Təsvir olunan Dədə 
Qorqud qədim oğuzların könül bilicisi, el ağsaqqalıdlr. Dədə Qorqud əlinə qopuz 
alaraq oğuz igidlərinin qəhrəmanlığından danışır, söz söyləyir, boy boylayır.Oğuz 
elində qopuz müqəddəs sayılır. Oğuz elinin mənəvi rəhbəri, kamil bilicisi olan 
«Dədə Qorqud» xalqın  şad gününü xeyir dua ilə başlayır, oğuzlar dar günlərində 
Qorqud atanı çağırıb ondan məsləhət alırlar. Onun söylədiyi dərin kəlamlar atalar 
sözlərinə çevrilib bu gün də istifadə olunur. Onun Məhəmməd peyğənbərin zama-
nında yaşaması bəzi tədqiqatçılar tərəfindən söylənilir. «Kitabi Dədə Qorqud» das-
tanının  əsasını 3 ana xətti təşkil edir. Bunlar qəhrəmanlıq, ana haqqı  və  vətəni 
qorumaqdır. Dastanda ana haqqı tanrı haqqına bərabər tutulur. Anaya, qadına böyük 
hörmət, ehtiram ifadə olunur. Dastanda Dədə Qorqud sözün əsl mənasında qəhrə-
manlığı  təbliğ edir. Hadisələr  əsasən oğuzda cərəyan edilir. Oğuz həm sərhəddi 
olan ölkə, həm də türk cəmiyyətidir. Oğuz igidlərinə Bayandur xan başçılıq edir. 
Bayandur xandan az bəhs olunsa da yeri gəldikcə söylənilən fakirlərdən aydın olur 
ki, Bayandur xan oğuzları ədalətlə idarə edən qəhramandır. Bayandur xandan sonra 
oğuzlar özlərinə başçı Qazan xanı görürlər. Qazan xan boyların səkkizində iştirak 
edir. Qazan xan anasına böyük ehtiramla yanaşan oğul, arvadını ürəkdən sevən ər, 
oğlunu yaxşı tərbiyə etmiş atadır. Qazan xan ən çətin anlarında belə düşmənə əyil-
mir, torpağı hər şeydən müəddəs hesab edir. «Kitabi Dədə Qorqud» eposunda cə-
miyyətin yüksək təbəqəsinə mənsub insanlarla yanaşı, aşağı təbəqənin mərd adamları 
da iştirak edir. Belə qəhrəmanlardan biri də, Qaraca Çobandır. Dastanda təsvir olan 
Qaraca Çoban mərdliyi, cəsurluğu ilə bəylərdən geri qalmır. Oğuz elinə düşmənlər 
hücum edən zaman Qaraca Çoban mərdliklə elini müdafiyə edir. Düşmənin hərbi-
zorbasından qorxmur, təklif etdiyi var-dövlətdən imtina edir. Dastanda zəhmətkeş 
təbəqəni təşkil edən Qaraca Çobandan məhəbbətlə və hörmətlə söhbət açılır. 
«Kitabi-Dədə Qorqud» kamil bir sənət abidəsidir. Biz bunu dastanın yazılı-
şında da görürük. Belə ki, dastan həm nəsr, həm də nəzmlə yazılmışdır. Nəsri daha 
çox şeiri xatırladır. Boylarda verilən şeirlər heca vəznində olub, dörd hecadan baş-
lamış on doqquz hecaya qədər müxtəlif misralardan ibarətdir. Qopuz havalarında uy-
ğun şəkildə yazıldığı üçün şeirlər özünəməxsus bədii-poetik xüsusiyyətləri ilə seçi-
lir. Dastanın dili son dərəcə gözəl və təravətlidir. Boylarda şifahi və yazılı ədəbiyyat 
ənənələri vəhdət təşkil edir. 
“Kitabi-Dədə Qorqud” dastanında biz islam dininin təsirinin az olduğunu görürük. 
Dastanda buddizim əsas yer alır. Dastanda oğuzlar öz düşmənlərini “kafir” adlandırır. 
Dastanda göstərilir ki, oğuzlara düşmən ancaq yatanda hücum edə bilir və yuxuda 
olan zaman onları ələ keçirmək daha asan olur. Ümumilikdə Oğuzlar olduqca güclü 
və igid qəhrəmanlar olmuşlar. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 

Dəyərli əsərlərimizdən olan “Kitabi-Dədə Qorqud” XIX əsrin ikinci yarısından 
başlayaraq dünya türkoloqlarının diqqət mərkəzində dayanır. Bir çox xarici ölkə 
nümayəndələri “Kitabi-Dədə Qorqud”u tədqiq etmiş və onu dünyanın dəyərli əsərləri 
sırasına daxil etmişdir. Fon Dits 1815-ci ildə «Təpəgöz» boyunu alman dilinə tər-
cümə edir və ilk dəfə abidəni aşkara çıxarır. 
XX  əsrdən etibarən türk alimləri də eposla maraqlanmışlar. Türk dünyasının 
məşhur alimlərindən olan H.Araslı, Kilisli Rüfət, Orxan Şaiq Gökyay, Əli Sultanlı, 
M.Təhmasib, M.Seyidov və başqaları  əsərin tədqiqi ilə yaxından maraqlanmışlar. 
1939-cu ildə H.Araslı Bakıda ilk dəfə olaraq eposun tam mətnini nəşr etdirir. 
Ə.Dəmirzadə 1959-cu ildə dastanın dili haqqında əsər yazır. Bununla yanaşı 1962-
ci və 1977-ci illərdə epos yenidən nəşr olunur. Dastan 1972-ci ildə Amerikada 
(Texasda), 1974-cü ildə Londonda ingilis dilində çapdan buraxılmışdır. 
«Kitabi-Dədə Qorqud» əsəri üzərində bu gün də tədqiqat işləri aparılır.Bu əsər 
istər yazılı istər də şifahi ədəbiyyatımıza böyük təsir göstərmisdir. 
Ulu öndərimiz Heydər Əliyev «Kitabi-Dədə Qorqud»-un 1300 illiyinin keçiril-
məsi ilə əlaqədar fərman imzalamışdır. 
 
 
“İSMAYILLI RAYONUNUN TOPONİMLƏRİ” 
 
Aygün ZEYNALLI  
ADUP-nun filologiya fakultəsinin II kurs204-cü qrup tələbəsi 
Elmi rəhbər: filologiya elmləri doktoru Nəbi Əsgərov. 
 
İsmayıllı rayonunun ərazisi  ən qədim insan məskənlərindən biridir. Burada 
salınma tarixi eradan əvvəllərə gedib çıxan bir çox qalalar, istehkamlar var. İsmayıllı 
rayonunun ərazisi Qafqaz Albaniyasının bir hissəsi olmuşdur. Məşhur yunan coğra-
fiyaşunası Strabonun dediyi “Albaniyada 26 tayfa olmuşdur” fikri öz təsdiqini 
İsmayıllı  ərazisində tapır. Hazırda bu bölgədə bir çox etnoslar yaşayır ki, onların 
dilində də xeyli onomastik vahidlər (toponimlər) qalmaqdadır. 
İsmayıllı rayonu tarixən Şirvan xanlığına daxil olmuşdur. 1932-ci ildən başla-
yaraq müstəqil rayon kimi formalaşmışdır. Ərazidə 111 kənd, 1 şəhər və 2 şəhər tipli 
qəsəbə yerləşir. Bunlardan 42 kənd və 2 şəhər tipli qəsəbə dağlıq hissədədir. 
Mən İsmayıllının bir neçə kəndinə toponimləri tədqiq etmək üçün yollandım. 
Mollaisaqlı və Hacıhətəmli kəndləri: Belə bir etimaloji fikir var ki, Molla İsaq 
və Hacı  Hətəm qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, 
burada yurd salmış,maldarlıqla məşğul olmuşlar. Sovet hakimiyyəti qurulduqdan 
sonra kollektivləşmə baş vermiş  və  əbədi olaraq bu yerlərdə  məskunlaşmışlar. 
Mollaisaqlı və Hacıhətəmli kəndlərinin adı həmin qardaşların adı ilə bağlıdır. 
Hacıhətəmli oykonimini belə izah edirlər: “Həccə gedib gələnlərin adına “Hacı” 
titulu əlavə olunur. Tayfa başçısı kimi Hatəm də Həccə gedir, Məkkəni ziyarət edib 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə