Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə6/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   2   3   4   5   6   7   8   9   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 

qayıtdıqdan sonra tayfa başçısına “hacılıq” rütbəsi verilir. Buna görədə kəndi onun 
adı ilə Hacıhətəmli adlandırmışlar”. 
Başqa bir fikrə görə Hacılılar türkdilli tayfalardır.  Əvvəllər  Şərqi Anadoluda 
yaşayan Hacılılar Qaraqoyunlu dövlətinin (1410-1468) siyasi həyatında yaxından 
iştirak etmişlər. Qubalı  Fətəli xanın dövründə (1758-1789) Şahsevən Məhəmməd 
xanın başçılığı ilə  Ərdəbil  əyalətindən Quba xanlığına köçüb. Müşkür və  Şabran 
mahallarında məskunlaşmış səkkiz Azərbaycan tayfası içində Hacılılar da var idi. 
Bu kəndin  əhalisisnin dilləri Qafqaz dilləri qrupuna daxil olan hapıt və  qırız 
dilidir. Bunları ləhcə fərqləndirir. Qırız dilində cins kateqoriyası olduğu halda, hapıt 
dilində demək olar ki, yoxdur. Hapıt dilinin ləzgi dili ilə oxşarlığı aşkara çıxır. 
      Azərbaycan dili 
 
 Hapıt 
dili 
 
  Ləzgi dili 
Qız Riş 
Rış 
At Bəlkən Balkan 
Çörək Xu 
Fu 
Su Xəd Yad 
Qalacıq kəndi: Dağətəyi ərazidir. Yaşayış məntəqəsi yaxınlığındaki  “Qalacıq” 
adlı orta əsrlərə məxsus müdafiə istehkamının adı ilə bağlıdır. İstehkam XVIII əsrdə 
Şamaxı xanı Mustafa xanın əmisi Qasım xan bərpa etdirdiyi üçün Qasım xan qalası 
da adlanır. Qalanın  IX-XIV əsrlərə aid olduğu göstərilir. Yerli əhali qalaya səngər 
yeri də deyir. Toponimin kökü “qala” sözüdür. “-cıq” şəkilçisi isə Azərbaycan dilində 
kiçiltmə mənasını ifadə edir. Toponim “kiçik qala” mənasını verir. Əhalisinin əksə-
riyyəti ləzgilərdir. 
Çayqovuşan kəndi: Bu ad  hidronim nəticəsində yaranmışdır. İki dağ çayı kən-
din yerləşdiyi yerdə bir-birinə qovuşur. Odur ki, kəndə Çayqovuşan adi verilmişdir. 
Çayqovuşan kəndi, kiçik çayların (Zarat, Bığır, Keşməçay və Peşno) birləşdiyi
qovuşduğu yerdə salınmışdır. Kəndin ərazisində 20 ev var. Kəndin ətrafı yamyaşıl 
dağlarla əhatələnmişdir 
 
 
CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA 
AZƏRBAYCANÇILIQ İDEYALARININ TƏRƏNNÜMÜ 
Səkinə ƏKBƏROVA 
ADPU-nun filologiya fakultəsinin II kurs 203-cü qrup tələbəsi 
Elmi rəhbər: prof. Elman Quliyev. 
 
Böyük demokrat, milli istiqlal mübarizi, bütöv bir məktəb- “Molla Nəsrəddin-
çilər” məktəbini yaratmış Cəlil Məmmədquluzadənin yaradıcılığı mövzu baxımın-
dan zəngin, üslub cəhətdən rəngarəngdir. 
Sadəlik, təbiilik və real həyata yaxınlıq onun yaradıcılığının əsas məziyyətidir. 
Müəllif öz xalqının həyatını, dünyagörüşünü yaxşı bilmiş və incə müşahidə qabi-


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 

liyyəti ilə yaradıcılığında Azərbaycan həyatını bütöv halda əks etdirmişdir. Cəlil 
Məmmədquluzadə yaradıcılığında Arərbaycan və Azərbaycançılıq ideologiyası qır-
mızı  xətlə keçir. Azərbaycan, onun inkişafı, Azərbaycan vətəndaşının ictimai taleyi
vətənin gələcəyi kimi problemlər Mirzə  Cəlil yaradıcılığında  əsas yer tutur. Cəlil 
Məmmədquluzadənin Azərbaycan dərdi ilə yoğrulmayan əsəri yoxdur. 
Azərbaycançılıq ideologiyası geniş və daha emosional şəkildə “Anamın kitabı” 
pyesində öz əksini tapır. Bu mənada C.Məmmədquluzadənin “Anamın kitabı” mi-
silsiz bədii keyfiyyətə malik olmaqla Azərbaycançılıq ideologiyasının bədii mani-
festi rolunu oynayır. Bizim günlərin milli ideologiyasının əsasını təşkil edən Azər-
baycançılıq faktı “Anamın kitabı”na yenidən və əsaslı şəkildə qayıtmağı zəruri edir. 
Mirzə Cəlil bütün əsərlərində Azərbaycançılıq ideyası ilə yaşayan sənətkardır. 
“Poçt qutusu”nda Novruzəlinin avamlığına, geriliyinə olan narahatlıq millət yanğı-
sından, Azərbaycançılıq ideologiyasından gəlir. “Usta Zeynal” bu ideyanın gerçək-
ləşməsi arzusundan yaranıb. 
“Anamın kitabı” əsəri başdan-ayağa Azərbaycan dərdi ilə yoğrulub.Bu pyesdə 
Azərbaycan qüvvələrinin birləşə bilməmək dərdi, oxumuş ziyalılarımızın Azərbaycan 
problmlərinin həllini başqa xalqlarda, özgələrinin müdaxiləsində axtarması öz  dər-
dinə biganəliyi, dilinə və ənənələrinə  hörmətsizliyi, vətənə və millətə etinadsızlığı 
kimi onlarca məsələnin bədii həlli vardır. 
Əsərdə qardaşların fəaliyyətində millətçilik, o tay, bu tay Azərbaycanın birləş-
dirilməsi və s. ideyalar axtaran senzor maraqlı bədii tapıntı kimi qiymətlidir. Qar-
daşların  səsli-küylü,  əslində boşboğaz fəaliyyətinin səmərəsizliyini ifşa etmək 
üçün senzor obrazı çox köməyə gəlir. 
“Anamın kitabı” əsərində ana vətənin mənəvi həyatını əsas mövzu seçən, ictimai 
qüvvələrin tənasüblüyünü verən ədib eyni zamanda əcnəbi təsirlərin və bu təsirin 
hər birinin mahiyyətini, iç üzünü məharətlə açmış və göstərə bilmişdir. 
Əsərdə Gülbahar qardaşlarını müşahidə edib, onların paxrını açan bir obraz olsa 
da, Zəhra bəyim isə Azərbaycanın, Vətənin timsalı olub bütövlükdə bu Vətənin 
övladlarını birliyə dəvət edən müqəddəslik zirvəsinə yüksəlir. İfşaedici Gülbahar-
dan fərqli olaraq Zəhra bəyim bir ana kimi həlimdir, dərdi daha çox içində çəkəndir. 
Oğlanlarını birgəliyə çağırır, ancaq səsi zəif və astadan çıxır. 
Sadə xalqın adi nümayəndəsi Qurban, ən azı, dilə münasibəti, ümumiyyətlə, öz 
səmimiliyi ilə daha çox azərbaycanlı  təsiri bağışlayır. Bu əsərin sonunda Zəhra 
bəyim ananın daim qoltuğunda gəzdirdiyi kitabda səslənən ideyalar qardaşların 
mərhum atalarının nəsihəti və bu nəsihətlər qarşısında onların Azərbaycan, Vətən 
dərdini anlamaq anı, müəllifin estetik idealının gerçəkləşməsi yolunun başlanğıcı 
kimi səslənir. 
Qeyd etdiyimiz kimi, Azərbaycan və Azərbaycançılıq Mirzə  Cəlil yaradıcılı-
ğının bel sütununu təşkil edir. Bu keyfiyyət ondan irəli gəlir ki, Mirzə Cəlil sənət-
kardan və sənətə məhəbbətdən çox əvvəl sözün böyük mənasında vətəndaşdır. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə