Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə8/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
10 
geniş və ya məhdud mənada işlənməsindən asılı olaraq çox və ya az məna çalar-
lığına malik olur. Əgər sözün bir əsas mənadan başqa ikinci bir mənası olmursa belə 
sözlər adlanır. Məsələn: heyvanın alnında olan ağ bir ləkəni bildirən qaşqa sözü 
təkmənalı olduğu halda, insana aid orqanın adı olan ağır sözü isə çoxmənalıdır. Bu 
söz qazanın ağzı, qapının ağzı, topun ağzı, bıçağın ağzı, bıçağın ağzı və s. ifadələ-
rində müxtəlif mənalara malikdir. Tərcümə edərkən çoxmənalı sözlərin olduqca 
böyük  əhəmiyyəti vardır. Bu onu göstərir ki, sözlərin çoxmənalılıq prosesi, dildə 
qədim və an qədim dövrlərdən fəal  şəkildə mövcud olur. Bu proses bu gün dilin 
daxili inkişaf qanunlarından birini təşkil edir. 
Azırbaycan dilində: Ürəyimin yağı əridi; İşlərim yağ kimi gedir; Qələm lap yağ 
kimi yazır cümlələrində yağ sözünün özünəməxsus məna, çalarlığı  nə  qədər çox 
olursa olsun, bunlardan biri mütləq onun ilk həqiqi-müstəqil mənasını təşkil edir, 
başqa mənaları isə ilk mənaya az və ya çox yaxın olduğuna baxmayaraq,onun son-
radan törəmiş olan mənaları kimi özünü göstərir. Müstəqim məna sözün əsas 
mənası olub, başqa mənaları isə ikinci, üçüncü hətta dördüncü dərəli yeri tutur. Çox-
mənalı sözlərdə sözün məna çalarliqlarından əsas mənası həqiqi, ikinci və sonrakı 
mənalarda isə  məcazi məna adlanır. Sözlərin çoxmənalılığı prosesinin aşağıdaki 
xüsusiyyətlərini meydana gətirir. 
1. Sözün sonradan kəsb etdiyi məna çalarlığından (məcəzi mənalardan) biri az 
inkişafı  nəticəsində  əmələ  gəldiyi həqiqi mənada uzaqlaşaraq,mustəqim məhfum 
ifadə edən yeni bir mənaya çevrilə bilər. Məsələn: to leave, establishment, punish-
ment, ismi və sifətləri tamamilə mütəqim məna ifadə edir. Azərbaycanda dilində: 
keç(mək), saç(maq), düz(mək). 
2. Sözlərin çoxmənalılığı mürəkkəb sözlərin  əmələ  gəlməsində mühüm rol 
oynayır. Məsələn:well-dressed, good-hearted, hard-working. Azərbaycan dilində 
özdəkburun (heyvan adı), incəsənət, danaburnu (həşaratın bir növü), istiqanlı. 
3. Çoxmənalı sözlərin məcazi mənaları dilimizdə sabit söz birləşmələrinin 
(idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözü və zərbi-məsəllərin, eyni zamanda 
tapmacaların) əmələ gəlməsi üçün əsas baza təşkil edir. Tərcümə biz belə səzlərə rast 
gəlirik: qaraqabağ, uzun eləmək, başdan sovmaq, ürək qonmaq, qurban olmaq kimi 
idiomlarda: polad quş, canlı insan, saf vicdan, möhkəm addım, işıqlı gün, xoş gör-
dük kimi ibarələrdə, müfəvvəqiyyətlərdən baş gicəlləndirmə, az olsun fəqət yaxşi 
olsun, aslanın erkəyi-dişisi olmaz kimi hikmətli sözlərdə qaz vur qazan dolsun, nə 
tökərsən aşına o,da çıxar qaşığına,nə ətdir nə balığ, nə tüfəngə çaxmaqdır ne sum-
bəyə toxmaq kimi atalar sözü və  zərbi-məsələlərdə; üstü zəmi biçərlər alti bulaq 
içərlər kimi tapmacalarda işlənmiş olan sözlər yenədə həqiqi mənasından çox uzaqdır. 
4. Çoxmınalı zölər düzəltmə sözlərin əmələ gəlməsində az rol oynamır. Söz nə 
qədər çoxmənalı olarsa,ondan daha çox düzəltmə sözlər əmələ gətirmək mümkün-
dür. Məsələn:operatize, operator, operatinq room, operantiq thetare. Azərbaycan 
dilində açmaq feli və göz isimi çoxmənalı sözlərdən olduğu üçün bunlardan açar, 
açan, açıq, açıqlıq, açılmış, açılışmaq, açılışan, açarcı, gözlü, gözlüklü, gözləmək, 
gözcüz kimi sözlər əmələ gəlmişdir. 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
11 
5.  Çoxmənalı sözün istfadə imkanları geniş və zəngindir.Həmin xüxuxiyyət bu 
süzlərdən rəngarəng üslubi məqsədlərlə əlaqədar istifadə etməyə geniş imkanlar açır. 
1. Çoxmənalı söz vasitəsilə muxtəlif anlayişlar ifadə etmək olar.Yəni eyni 
fonetik tərkibə malik olan bir söz cürbəcür məzmun ifadə edı bilər. 
2.  “The governer said that he would nit allow the prsens of feredal troops on 
sail”... ...”the General has been faced with the problem of the country is presence 
on foregin soil....” 
Birinci cümlədə söz lüğətdə olduğu kimi,öz ilkin mənasından “olamq”(tutmaq) 
mənasında,ikinci cümlədə isə işğal mənasında işlənmişdir. 
1. Göründüyü kimi,yazıçı bir çox mənalı sözün əsaslanaraq onun vasitəsi ilə 
muxtəlif mənalar ifadə etmişdir. 
2. Yaziçi ümumişlək sözün çoxmənalı xüsusiyyətlərindən  istifadı edərək onu 
bir mətn çərçivəsində qarşılaşdırır.Həmin üsul vasitəsilə yaziçi ironiya, satira, 
ekspressiya, istehza kimi çalarlar yarada bilər. Hətta bəzi məqamlarda bu cur istifadə 
zamanı  komik effekt də qüvvıtlındirilir. Bədii parçalarda bunu görmək mümkündür. 
Luvra girib, 
Sola burulursan 
Qanadlı heykəl görəcəksən
Mərmər bir qadın,-başsız... 
“Başsız” deyəndə, 
Sahibsiz düşünməyin siz, 
Həm də ki, guya 
 Başı var-beyinsiz... 
(Zəfər ilahəsi R.Rza) 
Onu da qeyd etmək lazimdirki, ümumişlək çoxmənalı sözlün semmatik geniş-
lənməsi və  zənginləşməsinə  də  səy göstərir. O, bədii-üslubi məqsədlə  əlaqədar 
ümumişlək sözü yenilir mənada işlətməyi dı bacarır.Aşağıdakı misal bu cəhətdən 
səciyyəvidir; 
Villinin təzə köynəyi-ağappaq; 
Yaxasında düymələr 
Gilə-Gilə qandır. 
 
“MÜASİR AZƏRBAYCAN TƏRCÜMƏŞÜNASLIĞININ 
STRATEJİ KONSEPSİYASI” 
Dilarə ƏLİYEVA 
Bakı Slavyan Universiteti  Tərcümə fakültəsi III kurs 
Elmi rəhbər: 
 
Son vaxtlar praktik fəaliyyət sahəsi kimi tərcüməçiliyə olan maraq xeyli artıb. 
Lakin bunun mənfi tərəfləri də özünü biruzə verir. Bu sahədə baş alıb gedən qeyri-


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə