Microsoft Word Tezisler Tercume 2009 2010 2011. doc



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə9/154
tarix14.12.2017
ölçüsü3,6 Kb.
#15683
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU»  II Respublika tələbə elmi-praktik konfransı 
 
12 
peşəkarlıq buna misaldır.”Tərcüməçi çevirdiyi əsəri elə özəlləşdirməlidir ki, oxucu 
bunun tərcümə olduğunu hiss etməsin. Hansısa  əcnəbi dili bilmək hələ  tərcüməçi 
olmaq deyil. Kimi həqiqi tərcüməçi hesab etmək olar? Müasir tərcüməşünaslığın 
strategiyasını yaradarkən dünya praktikasının hansı modellerinə üstünlük verilmə-
lidir? İlk növbədə bu suallara cavab tapılmalıdır. 
Müasir tərcüməşünaslığı deyek ki, 10-15 il bundan qabağın tərcüməçiliyindən 
fərqləndirən xüsusiyyətlər mövcuddur. Ən azı texnologiyanın inkişafı bu sahədə 
yeniliklərə  səbəb olub. Amma texniki inkişafın istənilən yaradıcılıq sahəsində yalnız 
kəmiyyət üstünlüyü var. Bu inkişafın keyfiyyətə heç bir dəxli yoxdur. Kompüter 
texnologiyasının bugünki inkişaf səviyyəsi qısa zaman içində böyük həcmli, ancaq 
aşağı keyfiyyətli tərcümələr etməyə imkan verir. Düzdür, bunu bütün tərcümə sahə-
lərinə aid etmək olmaz. Məsələn, texniki sənədlərin bu cür tərcüməsi ümumi ter-
minlərin və şablonların mövcudluğu səbəbindən kifayət qədər uğurlu alınır.Amma 
bədii əsərin kompüter tərcüməsi heç vaxt müsbət nəticə vermir. 
Sovet dövründən fərqli olaraq müasir dövrdə Azərbaycanda tərcüməylə bağlı 
çox az sayda, yəni 2-3 ciddi layihə hazırlanıb. Bu daha çox azərbaycanlı oxucunu 
dünya ədəbiyyatı, fəlsəfəsi və s.ilə tanış etməkdir. Bunun müsbət hal olduğunu qəbul 
etməklə yanaşı vacibliyini də vurğulamağı borc bilirik. Bu çatışmazlığın aradan 
qaldırılması çox vacibdir. Düzdür müasir dövrün öz tələbləri var. Bir çox xüsu-
siyyətlərinə görə müasir tərcüməçilik 15-20 il bundan qabaqkı  tərcüməçiliklə  də 
müqayisə edilə bilməz. İndi tərcümə sahəsində məcburiyyət prinsipi bir növ könül-
lülük prinsipi ilə əvəz olunub. Yəni  bu prinsipi nəzərə alsaq tərcüməçi müəyyən 
müstəqilliyə,sərbəstliyə sahib olur. lakin bu bir çərçivə daxilində mövcuddur. Tərcümə 
materialının seçimi tərcüməçi qarşısında duran əsas məsələdir. Digər tərəfdən tər-
cüməçi qarşısında 2 yol durur: ya öz ana dilinə bütün dünyada şöhrət qazanan və 
əsrlər boyu yaşayacaq əsəri tərcümə etmək, ya da hansı səbəbdən qısa bir zamanda 
məşhurlaşan əsərı doğma dilə çevirmək. Təəssüflər olsun ki, çox vaxt tərcüməçilər 
maddi maraq ucbatından 2-ci yolu seçirlər. Bu dünya praktikasında mövcuddur, 
çünki tərcüməçilik yaradıcılıq sahəsi olmaqla yanaşı həm də biznes fəaliyyətinə keçib. 
Tərcümə sahəsindəki problemləri həll etmək üçün ilk növbədə orjinaldan tərcü-
mələrin sayının artırılması lazımdır. Hazırda bir layihə kimi orjinaldan tərcümə 
yalnız BSU-nun “Tərcümə problemləri elmi-tədqiqat labaratoriyası”nda həyata 
keçirilir. ”Filoloqun kitabxanası. 100 klassik əsər” adlanan layihənin ən üstün cəhəti 
azərbaycanlı oxucunu dünya elminin nadir inciləri ilə tanış etməkdir. 
Göründüyü kimi tərcümə praktikasında gedən proseslər istər-istəməz müasir 
dövrün tələblərinə uyğunlaşır və beləliklə nəzəri baza yaratmaq mümkün ola bilər. 
 
 
 


Materiallar 
                                                                                                                             02 may 2009-cu il
 
 
13 
“MÜASIR İNGİLİS DİLİNDƏ EVFEMİZMLƏR                      
VƏ ONLARIN AZƏRBAYCAN DİLİNDƏ                            
İFADƏ VASİTƏLƏRİ” 
Vəzifə ƏLİYEVA 
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi III kurstələbəsi 
Elmi rəhbər: 
 
Evfemizm yunan sözü olub “eu” yaxşı, “phemc” danışıram deməkdir. Termin 
olaraq evfemizm yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq, onu vülqar 
çalardan xilas etmək deməkdir.  Əgər, ümumiyyətlə dilin ədəbilik mövqeyindən 
yanaşsaq, vülqarizmlər-tabular-evfemizmlər xəttini asan müəyyənləşdirmək olar. 
Qeyd etmək lazımdır ki, dilçilik baxımından evfemizmlər keçən əsrdən başlanaraq 
tədqiq olunmağa başlamışdır. XIX əsrin sonunda alman dilçisi Q.Paul evfemizmləri 
indi  hamı tərəfindən yaxşı tanınan semantik dəyişikliklər sxemindən ayırmışdır. 
Qədim insanların dil tabuları və evfemiyasının tədqiqinə həsr olunmuş A.Meyenin 
əsərləri XX əsrin I yarısında yaşayan alimlərin diqqətini cəlb edir. Lakin evfemizm 
probleminə və onların dillərdə yayılmasına geniş maraq son onilliklərdə qeyd olun-
mağa başlamışdır. 60-80-ci illərdə Q.Keyenin, Ç.Laurensin monoqrafiyaları mey-
dana çıxmış, bu məsələyə həsr olunmuş bir sıra dissertasiya işləri, çoxsaylı məqa-
lələr işıq üzü görmüşdür. Aydındır ki, linqivistlərin yekdil fikirlərinə görə, evfemizmlər 
öz təbiətinə görə ekstralinqivistikdirlər və qəbul oluna bilməz sözlərin (bu və ya digər 
səbəbdən) əvəzi üçün işlənirlər. 
Müasir mədəniyyətin inkişafı ilə əlaqədar olaraq dildə çoxlu evfemizmlər yaranır. 
Məsələn:  yox  əvəzinə  xeyr,  yalandır  əvəzinə  düz deyil, həqiqətə uyğun deyil,  xoş 
getdin əvəzinə xoş gəldin və s. 
Hətta ölüm sözünün yerinə həyat sözü işlədilir. Məsələn: 
Sara: Mənim üçün nə qorxursan, atam qocalmışdı, onsuz da həyatına  çox 
qalmamışdı. Burada ölmək əvəzinə həyatına az qalmaq sözü evfemizm məqamında 
işlədilmişdir. 
Dilçilik  ədəbiyyatında tabu və evfemiya hadisəsinə sosiolinqivistik yanaşma 
mövcuddur. 
Məlumdur ki, evfemizlərdən danışaraq alınmalar və kalka üsulunu xüsusilə 
qeyd etmək yerinə düşərdi. 
Baxmayaraq ki, evfemizmlərin bu üsulu semantik irəliləyişlərində intensivli-
yinə görə geri qalsa da, müasir dillərdə kifayət qədər geniş yayılmışdır. Məsələn: 
ingilis dilində “drunk” (sərxoş) əvəzinə “intaxicated”, “sweat” (tər) əvəzinə “pers-
piration” işlənir. 
Kalka üsulu xüsusi haldır. Bu ifadələr latın dilindən ingilis, rus və başqa dillərə 
gəlmişdir. Məs: ingilis dilində “to join the majority” – ölmək mənasını verir. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə