Microsoft Word T?hmine 2003. doc



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix30.10.2018
ölçüsü0,97 Mb.
#76138
  1   2   3   4   5   6   7   8   9   ...   47


Azərbaycan mətbuat  dilində  alinmalar 
 
1
Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutu 
 
 
 
TƏHMİNƏ RASİM QIZI  YAQUBOVA 
 
 
 
 
 
 
                  AZƏRBAYCAN MƏTBUAT  DİLİNDƏ 
                   
 
       
      ALINMALAR 
 
     (1990-2000) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2008 
 


Təhminə Yaqubova 
 
2
Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 14 iyun 
2007-ci il  tarixli iclasının qərarı ilə çap olunur 
 
Elmi redaktor:  
  Müseyib Məmmədov 
Əməkdar elm xadimi
filologiya elmləri doktoru,  
professor 
 
 
 
 
  
Rəyçilər:  
 
 
 İsmayıl Məmmədov 
 filologiya elmləri doktoru, 
   professor 
 
 
 
 
  
 
     
Sevinc 
Məmmədova 
 filologiya elmləri namizədi, 
 dosent 
 
Yaqubova Təhminə Rasim qızı. Azərbaycan mətbuat 
dilində alınmalar (1990-2000). Bakı, «MBM»,  2008, 153s. 
  
Kitabda mətbuatda işlənilən alınma sözlər sistemli şəkildə tədqiqata 
cəlb olunmuş, alınma sözlər sahələr üzrə qruplaşdırılmış və hər sa-
hədə sоn dövrdə dilə daxil оlmuş leksik vahidlərin linqvistik struk-
turları tədqiq оlunmuşdur. Həmçinin, əsərdə mоrfоlоji alınmaların ən 
müxtəlif səciyyəvi cəhətləri araşdırılaraq, оnların dildəki mövqe-yi 
öyrənilmişdir. Alınma sözlərin mənşəyindən asılı оlmayaraq, öz 
ekvivalentləri ilə aktiv paralelliyini sübut edən faktlar aşkarlanmış, 
оnun səbəbləri izah оlunmuşdur.   
Kitab alimlər, aspirant və tələbələr öçün maraqlı ola bilər. 
 
ISBN 
 
©
 T.Yaqubova 
«MBM» 


Azərbaycan mətbuat  dilində  alinmalar 
 
3
Mətbuat dilimiz öyrənilir 
 
Hər bir dilin lüğət tərkibinin inkişafında və  zənginləş-
məsində həmin dilin daxili imkanları ilə bərabər alınma sözlər 
də çox önəmli rol oynayır. Lakin alınma sözlərə istər elmi, 
istərsə  də ictimai münasibət heç də  həmişə birmənalı olmur. 
İctimai-siyasi, iqtisadi şəraitdən asılı olaraq alınmalar bəzən 
xüsusi dalğa ilə özünü göstərmiş, bəzən geri çəkilərək müəy-
yən zaman kəsiyində yaxşı  mənada qısqanclıqla qarşılanmış-
dır.İctimai, siyasi məqamlardan asılı olaraq Azərbaycan dili 
uzun müddət  ərəb, fars alınmalarına, rus imperiyası dövründə 
rus dilindən və onun vasitəsilə  Qərbi Avropa dillərindən alın-
malara məruz qalmışdır. Bəzən bu alınmalar həddini aşmış, bə-
zən isə dilimizin zənginləşməsində müsbət rol oynamışdır. 
Azərbaycanda mətbuatın meydana gəlməsi və inkişafına 
qədər alınmalar özünü daha çox bədii sözdə göstərmişdir. XX 
əsrin  əvvəllərində  mətbuatın güclü inkişafı alınmaların dilə 
daha intensiv müdaxiləsinə  gətirib çıxardı. Təsadüfi deyil ki, 
ümumiyyətlə mətbuatın dili və üslubu ilə bağlı mətbuatın özün-
də gedən diskussiyalarda alınmalara münasibət ciddi yer tutur-
du.C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə,  Ə.Hü-
seynzadə, Ə.Agaoğlu kimi böyük publisist və jurnalistlər dilin 
bütün aspektləri sırasında alınmaların xarakteri, işlənmə xüsu-
siyyətləri, üslubi məqamları, yerli-yersizliyi ətrafında ciddi po-
lemika, mübahisə və müzakirəyə girişmişlər. 
Hər bir əsrin əvvəli və sonu onun yekunları və başlanğıcı 
ilə əlaqədar həm də elmi müzakirələr arenasına çevrilir. Azər-
baycanda XX əsrin  əvvəllərində dilimizin taleyi ilə bağlı 
müzakirələr əsrin sonunda ölkənin müstəqilliyi şəraitində yeni 
qüvvətlə üzə çıxdı. Mətbuatın partiya və dövlət buxovlarından 
azad olunması, onun özəl sectorunun meydana gəlməsi KİV-in 
dil və üslubuna, o cümlədən alınmalara yeni münasibət üzə çı-
xardı. Ona görə də Azərbaycan mətbuatının son on ildəki ger-
çəkliyin də alınmaların durumunu tədqiqata cəlb etmək çox 


Təhminə Yaqubova 
 
4
ciddi elmi əhəmiyyət kəsb edir. Bu mənada Təhminə Yaqu-
bovanın “Azərbaycan mətbuat dilində alınmalar (1990-2000)” 
adlı kitabında alınma sözlər sistemli şəkildə ilk dəfə tədqiqata 
cəlb olunmuş, onlar sahələr üzrə qruplaşdırılmış, morfoloji və 
sintaktik alınmaların  ən müxtəlif səciyyəvi cəhətləri araşdırı-
laraq onların dildəki mövqeyi öyrənilmişdir. Əsərdə, həmçinin 
alınma sözlərin orfoqrafiyası  və orfoepiyası, alınma sözlərin 
sözalan dilin yaruslarında mənimsənilməsi məsələlərinə də to-
xunulmuşdur. 
Bildiyimiz kimi, başqa dillərdən keçən sözlər keçdiyi 
dilin daxili inkişaf qanunlarına tabe olaraq işlədilir və bunun 
nəticəsində də çox zaman həmin sözlərin alınma söz olduğunu 
müəyyənləşdirmək çətin olur. Başqa dillərdən söz almaq müa-
sir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. Bütün 
bunlara müəllif tədqiqatında toxunur və bildirir ki, alınma söz-
lər, ilk növbədə, özünü mətbuat da göstərir. Ona görə də hər bir 
cəmiyyətin mətbuatı o cəmiyyətin güzgüsü rolunu oynayır və 
təbii ki, həmin xalqın mədəniyyətinə və dilinə bəslədiyi müna-
sibət bu güzgüdə əks olunur. 
Kitabın birinci fəsli “Alınma sözlərin tədqiqi məsələsinə 
dair” adlanır. Bu fəsildə alınma sözlərin tədqiqi məsələləri izlə-
nilmiş, Azərbaycan dilçilik elminin alınma sözlərə dair indiyə 
qədərki araşdırmaları diqqətlə qruplaşdırılmış və məhz bu me-
todoloji əsaslarla qiymətləndirilmişdir. Diqqəti çəkən əsas mə-
sələlərdən biri budur ki, müəllif bu sahədəki elmi əsərlərin tək-
cə konstatasiyası ilə deyil, onların müəllifləri ilə səmərəli pole-
mikaya girişmişdir. Monoqrafiyanın bu fəslində Azərbaycan 
dilçilərinin alınma sözlərlə bağlı fikirlərinin təsnifatı çox uğur-
lu aparılmışdır. Bu fəsildə alınma sözlərin dilə  gəlməsinin 
müxtəlif yolları, səbəbləri, zəruriyyəti və s. kimi cəhətləri öz 
elmi təhlilini tapmışdır. 
Kitabın II fəsli alınmaların ana xəttini özündə əks etdirir. 
”Leksik alınmalar, onların sahələr üzrə qruplaşdırılması” ad-
lanan bu fəsildə məcburi və zəruri alınmalar, türk dilindən, rus 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə