Torpaq icarəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan
torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Torpaq icarəsi anlayışı
Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
M a d d ə 2 .
Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan,
Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.
Yerin təkindən, sudan, meşədən, bitki və heyvanat aləmindən, mədəni və təbii
landşaftlardan istifadə üzrə icarə münasibətləri Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə tənzimlənir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaqların
icarəyə verilməsi barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan
fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
M a d d ə 3 .
Torpaq üzərində icarə münasibətləri
İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə
münasibətləridir.
M a d d ə 4 .
İcarə münasibətlərinin obyektləri
Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
olan torpaqlardır.
Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin
obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə
əsasında verilir.
1
Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi
onu icarəyə verə bilər.
M a d d ə 5 .
İcarəyə verilən dövlət torpaqları
Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral
boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı
obyektlərinin yerləşdiyi torpaqlar;
meşə fondu torpaqları;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də
daxil olmaqla su fondu torpaqları;
yay və qış otlaqlarının torpaqları;
dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq
stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və
damazlıq müəssisələrinin torpaqları;
2
sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar;
dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi
layihələndirilmiş torpaqlar.
Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
və müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə
alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər
qanunvericilik aktları ilə tənzimlənir.
M a d d ə 6 .
İcarəyə verilən bələdiyyə torpaqları
Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:
ehtiyat fondu torpaqları;
fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar.
Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
M a d d ə 7 .
Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan
torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş
qaydada icarəyə verilə bilər.
M a d d ə 8 .
İcarə münasibətlərinin subyektləri
Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr,
Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici
dövlətlərdir.
3
Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr icarə münasibətlərində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər.
Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları icarə münasibətlərində
icarəyəverənlər və icarəçilər kimi iştirak edirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və
təşkilatlar, habelə xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi
iştirak edə bilərlər.
4
I I f ə s i l
TORPAQLARIN İCARƏYƏ VERİLMƏSİ
M a d d ə 9 .
Torpaqların icarəyə verilməsi şərtləri
5
Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:
ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin,
qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə
alınması;
dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsində torpaq qanunvericiliyində nəzərdə
tutulmuş növbəliyə əməl edilməsi;
torpaqların təyinatı üzrə istifadə edilməsi;
torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin
təmin edilməsi;
torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında
verilməsi;
kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması,
bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.
M a d d ə 1 0 . Torpaqların icarəyə verilməsinin ümumi qaydaları
Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi
orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə
verilə bilər. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya
müsabiqələri vasitəsilə əldə edilə bilər.
6
Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə
götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq
istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında
qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
7
Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi
arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud
layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.
Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya
hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və
bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə
verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil
edir.
8
Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur.
Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə
icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri
əsasında tərtib olunur.
Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
M a d d ə 1 1 . Torpaq icarəsi müqaviləsi
İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir.
Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun
tərtib olunmalıdır.
İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:
9
icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və
vəzifələri;
torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar;
icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları;
torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri;
müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;
fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri;
müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin
həlli qaydası.
Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki
qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.
M a d d ə 1 2 .
Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı
Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
10
M a d d ə 1 3 . İcarənin müddətləri
Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə
müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
11
M a d d ə 1 4 . İcarə haqqı
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi
vəsaitdir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil
edilir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi
nəzərə alınmır.
Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca
(müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının
ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və
keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq
vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.
12
Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində
olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli
müəyyən edilə bilər.
13
Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə
verildikdə torpaq qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur.
14
İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların
icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
15
M a d d ə 1 5 . Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından
əvvəl ləğv edilməsi və xitamı
Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və
xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirilir.
16
Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin
hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından
əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları
özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir.
İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə
hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada,
onun hüquqi varislərinə keçir.
Maddə 16. İcarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması
17
Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması
halları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Torpaq dövlət ehtiyacları üçün alındıqda, onun əvəzində icarəçiyə eyni ölçüdə və
keyfiyyətdə başqa torpaq verilə bilər.
Torpaq dövlət ehtiyacları üçün alınarkən icarəçilər tərəfindən bu torpağa çəkilmiş xərclər
qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir.
M a d d ə 1 7 . İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi
İcarəyə verilmiş torpaqların məqsədli təyinatı Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks
etdirilir.
İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının
dəyişdirilməsindən sonra yol verilə bilər.
İcarəyə
verilmiş
torpaqların
məqsədli
təyinatının
dəyişdirilməsi
Azərbaycan
Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
I I I f ə s i l
İCARƏYƏVERƏN VƏ İCARƏÇİ
M a d d ə 1 8 . Torpağın icarəyə vermək hüququ
Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil
etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr
həyata keçirirlər.
Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş
qaydada mülkiyyətçilər həyata keçirirlər.
M a d d ə 1 9 . İcarəyəverənin hüquqları
İcarəyəverənin hüquqları aşağıdakılardır:
icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin
şərtlərinə əməl edilməsinə nəzarət etmək;
icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və
mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq;
icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və
(bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;
18
icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin
ödənilməsini tələb etmək;
icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış
binaların, qurğuların sökülməsini tələb etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
M a d d ə 2 0 . İcarəyəverənin vəzifələri
19
İcarəyəverənin vəzifələri aşağıdakılardır:
icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada icarəçiyə təhvil vermək;
icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın
alınmasını ilk növbədə icarəçiyə təklif etmək;
icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya
müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun
razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
M a d d ə 2 1 . İcarəçi
Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər
bu Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola
bilərlər.
20
M a d d ə 2 2 . İcarəçinin hüquqları
İcarəçinin hüquqları aşağıdakılardır:
torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin
obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək;
icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək;
icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə
səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq;
icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə
haqqının azaldılmasını icarəyəverəndən tələb etmək;
dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə
ona təklif edilməsini icarəyəverəndən tələb etmək;
qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi
ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
M a d d ə 2 3 . İcarəçinin vəzifələri
İcarəçinin vəzifələri aşağıdakılardır:
icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;
icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin
qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;
icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında
geri qaytarmaq;
icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
I V f ə s i l
İCARƏ ZAMANI MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ
M a d d ə 2 4 . Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq
üzərində icarə hüququnun əldə edilməsi
Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat,
rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq
sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir.
M a d d ə 2 5 . Mülkiyyət hüququ
İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və
gəlir icarəçinin mülkiyyətidir.
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına
tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya
müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə
tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş
qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə
tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən
ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
21
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti
hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin
qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki
qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
M a d d ə 2 6 . İcarə zamanı sahibkarlıq fəaliyyəti
İcarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil
müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir.
İcarəçinin sahibkarlıq fəaliyyəti yalnız müqaviləsinin şərtləri ilə məhdudlaşdırıla bilər.
İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin
hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir.
İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir.
M a d d ə 2 7 . Sahibkarlıq fəaliyyəti nəticəsində dəymiş zərərin ödənilməsi
İcarəyə götürülmüş torpaqlarda sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə, hüquqi və fiziki
şəxslərə, ətraf mühitə və mülkiyyətçilərə dəymiş zərər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.
M a d d ə 2 8 . İcarəyə götürülmüş torpağın satın alınması
İcarəçi icarəyə götürdüyü torpaq sahəsini mülkiyyətçinin razılığı ilə tamamilə və ya qismən
satın ala bilər.
22
İcarəyə götürülmüş torpaqların satın salınması Azərbaycan Respublikasının torpaq və
özəlləşdirmə haqqında qanunvericilik aktları ilə tənzimlənir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və
təşkilatlara, habelə xarici dövlətlərə icarəyə verilmiş torpaqlar onların xüsusi mülkiyyətinə
verilə bilməz.
23
V f ə s i l
TORPAQ İCARƏSİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
M a d d ə 2 9 . Torpaq icarəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin
etibarsızlığı
Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər
etibarsızdır.
M a d d ə 3 0 . Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki
şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
M a d d ə 3 1 . Mübahisələrin həlli
Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından
əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 11 dekabr 1998-ci il
№ 587-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149)
2.
23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)
3.
22 noyabr 2002-ci il tarixli 382-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)
4.
3 dekabr 2002-ci il tarixli 396-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 14)
5.
7 aprel 2006-cı il tarixli 91-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 389)
6.
21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
7.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657)
8.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
9.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)
10.
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il,
№ 12, maddə 1048)
11.
20 aprel 2012-ci il tarixli 337-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan”
qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il,
№ 6, maddə 503)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 4-cü maddənin ikinci hissəsində "bir qayda olaraq" sözləri
"qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir.
2
7 aprel 2006-cı il tarixli 91-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 389) ilə 5-ci maddəsinin birinci
hissəsinin altıncı abzasında “bitki mühafizəsi, bitki karantini” sözləri “fitosanitar nəzarəti” sözləri ilə əvəz
edilmişdir.
3
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 8-ci maddənin birinci
hissəsindən “xarici investorlara məxsus müəssisələr və” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr,
Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici investorlara
məxsus müəssisələr və xarici dövlətlərdir.
4
3 dekabr 2002-ci il tarixli 396-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 14) ilə 8-ci maddənin beşinci
hissəsindən "xarici investorlara məxsus müəssisələr və" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və
təşkilatlar, habelə xarici investorlara məxsus müəssisələr və xarici dövlətlər icarə münasibətlərində
yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə bilərlər.
5
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 9-cu maddənin üçüncü abzası çıxarılmışdır və dördüncü-
yeddinci abzaslar müvafiq olaraq üçüncü-altıncı abzaslar hesab edilmişdir.
6
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə birinci hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
7
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 10-cu maddənin ikinci
hissəsində “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və ya bələdiyyənin” sözləri əlavə
edilmişdir.
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №
12, maddə 1048) ilə ikinci hissədə "və bələdiyyə", "və ya bələdiyyənin" sözləri çıxarılmışdır.
8
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə altıncı hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
9
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 11-ci maddəsinin 3-cü
hissəsinin yeddinci abzası çıxarılmışdır, səkkizinci abzas yeddinci abzas hesab edilmişdir.
10
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 12-ci maddənin birinci
hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır.
23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 12-ci maddənin 1-ci hissəsinə
yeni ikinci cümlə əlavə edilmişdir. Əvvəlki ikinci cümlə üçüncü cümlə hesab edilmişdir.
21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə "Torpaq icarəsi haqqında"
Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
№ 3, maddə 154; 2001-ci il, № 3, maddə 149; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2003-cü il, № 1,
maddə 14) 12-ci maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 1 2 .
Torpaq icarəsi müqaviləsinin dövlət qeydiyyatı
Torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş
qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan
keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə
torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir.
11
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 13-cü maddənin mətni yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə uzunmüddətə və
qısamüddətə verilir.
Torpağın qısamüddətli icarəsi — on beş ilədək, uzunmüddətli icarəsi isə — on beş ildən doxsan
doqquz ilədək müəyyən oluna bilər.
12
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə beşinci hissədə "və bələdiyyə" sözləri çıxarılmışdır, "aşağı
həddi" sözlərindən sonra "və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan
torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)" sözləri əlavə edilmişdir.
13
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №
12, maddə 1048) ilə altıncı hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi
hallarda icarə haqqı güzəştli tətbiq edilə bilər.
14
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə yeddinci hissə çıxarılmışdır və səkkizinci-onuncu hissələr
müvafiq olaraq yeddinci-doqquzuncu hissələr hesab edilmişdir.
15
22 noyabr 2002-ci il tarixli 382-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 14-cü maddəyə doqquzuncu
və onuncu abzaslar əlavə edilmişdir.
16
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 15-ci maddənin birinci hissəsində "mülki" sözü çıxarılmışdır.
17
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 16-cı maddəsinin adından
“fors-major halları baş verdikdə” sözləri çıxarılmışdır.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 16-cı maddəsinin birinci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İcarəyə verilmiş dövlət və bələdiyyə torpaqları, habelə xüsusi mülkiyyətdə olan torpaqlar, fors-
major halları baş verdikdə Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş
qaydada, icarə müddəti qurtarmamış dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün geri alına bilər.
İcarəyə verilmiş torpaqların geri alınması icarəçilərin razılığı ilə həmin torpaqları verən müvafiq icra
hakimiyyəti orqanının, bələdiyyənin və ya məcburi qaydada məhkəmənin qərarı ilə həyata keçirilir.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 16-cı maddəsinin ikinci
hissəsində “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilmişdir.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 16-cı maddəsinin birinci və
ikinci hissələrindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır.
20 aprel 2012-ci il tarixli 337-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6,
maddə 503) ilə 16-cı maddə yeni redaksiyada verilmişdir
əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 1 6 . İcarəyə verilmiş torpaqların geri alınması
Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai
ehtiyaclar üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilir.
Torpaq sahəsi dövlət, ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alındıqda, onun əvəzində
icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi verilə bilər.
Torpaq sahəsi geri alınarkən icarəçilər tərəfindən bu sahəyə çəkilmiş xərclər qanunvericiliklə
müəyyən olunmuş qaydada ödənilir.
18
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №
12, maddə 1048) ilə 19-cu maddənin dördüncü abzasında "və uzadılması" sözləri "və (bələdiyyə
torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması" sözləri ilə əvəz edilmişdir.
19
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 20-ci maddənin üçüncü abzasında "icarəyə verilmiş"
sözlərindən sonra, 22-ci maddənin yeddinci abzasında isə "torpaq sahəsi" sözlərindən əvvəl "dövlət
mülkiyyətində olan" sözləri əlavə edilmişdir.
20
3 dekabr 2002-ci il tarixli 396-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 14) ilə 21-ci maddədən " xarici
investorlara məxsus müəssisələr və" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici investorlara məxsus
müəssisələr və xarici dövlətlər bu Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş
qaydada torpaq icarəçisi ola bilərlər.
21
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 25-ci maddənin ikinci
hissəsinin ikinci cümləsində “borcludur” sözü “borcludur, qanunvericilikdə və müqavilədə başqa hal
nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən
ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.” sözləri ilə əvəz edilmişdir.
22
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 28-ci maddəsinin birinci hissəsi
çıxarılmışdır.
23
27 fevral 2001-ci il tarixli 96-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149) ilə 28-ci maddənin üçüncü
hissəsindən “xarici investorlara məxsus müəssisələrə və” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və
təşkilatlara, habelə xarici investorlara məxsus müəssisələrə və xarici dövlətlərə icarəyə verilmiş
torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz.
Dostları ilə paylaş: |