43
Şəkil 2. Buğda dəninin
enkəsiyi
1. Meyvə qlafı; 2. Toxum
qabığı; 3. Aleyron təbəqəsi; 4.
Rüşeym hissəsi
Toxum qabığı. Toxum qabığı toxum borusunun xarici qa-
bıqlarından (intequmentlərdən) inkişaf edir. Dənli bitkilərin to-
xumlarında toxum qabığı yumurtalığın divarları ilə sıx birləşir.
Mayalanmadan sonra toxumun inkişafı zamanı yumurtalığın
divarları morfoloji və biokimyəvi dəyişkənliyə məruz qalırlar
və bunun nəticəsi olaraq meyvə qılafı (perikarpiya) əmələ gəlir.
Toxumun qabığı onun daxili hissələrini mexaniki zədələr-
dən, xarici mühitin zərərli təsirindən qoruyur və suyun daxil
olmasını, buxarlanmasını, qaz mübadiləsini və s. nizamlayır.
Toxumlarda bu funksiyaları toxum qabığı yerinə yetirir.
Toxum qabığının əsasını sellüloza təşkil edir, onun bərk
olmasına səbəb isə liqninlə hopdurulmuş olmasıdır. Toxum
qabığında çoxlu mantar toxumaları var. Bəzi toxumların
(kətanda) qılafının üzərində selikli maddələr, digərlərində isə
aşı maddələri və piqmentlər olur. Toxum qabığında çoxlu
miqdarda kül elementləri (Ca, Si, P və s.) və mikroelementlər
aşkar olunmuşdur.
Meyvələrin xaricdən əhatə
olunmuş təbəqəsi meyvə qla-
fıdır (perikarpiya). Meyvə qı-
lafı toxumun qabığını və digər
hissələrini örtür. Bunula bəra-
bər meyvə qılafı toxum örtü-
yünün daha çox inkişaf etmiş
hissəsini təşkil edir. Toxum qı-
lafı isə əsaslı surətdə reduksi-
yaya uğrayır və onun funksiya-
larının
əksəriyyəti meyvə
qılafına keçir. (Şəkil 2)
Müxtəlif bitkilərdə konsis-
tensiyasına görə perikarpiya
mühüm dərəcədə fərqlənir:
qozda bərk, günəbaxan və saflorda bir qədər yumşaq,
taxılllarda isə örtüklüdür.
44
Şəkil 3. Çəmən yoncasının toxum
qabığının anatomik quruluşu
(enkəsiyi)
1. Polisad hüceyrələr; 2. Sütun
şəkilli hüceyrələr; 3. Parenxim
Toxum qabığı xarakterinə görə parıldayan, tutqun hamar,
didilmiş, göz-göz, biz-biz, uçağanlarla və fırlarla əhatələnmiş
olur.
Örtüklü taxılllarda (vələmir və arpa) dənlər döyüldükdən
sonra çiçək pulcuqları ilə əhatə olunmuş olaraq qalır. Bunlar da
dənin zədələnməsinin qarşısını almaqla saxlanmasını
yaxşılaşdırır. Toxumların həyatilik qabiliyyətinin saxlanılması
üçün toxum qabığının bütöv olması böyük əhəmiyyət daşıyır.
Toxumda qabıq (qılaf) çat olduqda onun daxili hissəsi bir çox
mikroorqanizmlər və zərərvericilər tərəfindən zədələnir.
Toxumun tənəffüs prosesinin intensivliyi pozulur. Bu da
mikrorqanizmlərin aktiv fəaliyyyətini artırır.
Qılaf və aleyron təbəqəsi
yağış olduqda toxumlara
nəmliyin daxil olmasının
qarşısını alır, quru havada
isə onu qurumaqdan qoru-
yur. Qılaf zədələndikdə to-
xum tez islanır və vaxtından
əvvəl cücərir.
Məlumdur ki, paxlalı ot-
larda, lüpin və başqa bitki-
lərdə toxumlara suyun daxil
olma surəti onların qabı-
ğında olan daxili toxuması
(palisad) ilə əlaqədardır.
(Şəkil 3 )
Onun tərkibi dəyişdikdə
suyun daxil olması azalır və
hətta qabıqları su buraxma-
yan bərk toxumlar əmələ gəlir. Lakin qabıqların bütövlüyü
pozulduğu zaman su dərhal daxili toxumalara keçir. Su
toxumun bütün hissələrinə eyni qaydada daxil olmur. Belə ki,
dənli bitkilərdə su rüşeym hissəsinə, paxlalı bitkilərdə isə
45
mikropile hissəsinə tez çatır.
Toxumların qılafı məhlulda olan bu və ya digər maddələrə
görə yarımkeçiricilik qabiliyyətinə malikdir. Belə ki, arpanın
dəni zəif faizli sulfat turşusunun məhlulundan suyu udur.
Lakin, turşunu udmur. Toxum qılafının yarımkeçiricilik qa-
biliyyətli olmasının bioloji və təsərrüfat əhəmiyyəti var.
Toxumların iriliyindən, yetişmə dərəcəsindən və sort
xüsusiyyətlərindən asılı olaraq toxumun müxtəlif hissələrinin
nisbəti dəyişir.
Məsələn:
buğdada qarğıdalıda
Qılaf 8, 9% 7,4%
Endosperm 87,9% 82,5 %
Rüşeym 3,2 % 10, 1 %
Verdiyimiz misaldan göründüyü kimi toxumun əsas his-
səsini ehtiyat qida maddəsi təşkil edir. Toxum nə qədər iri və
ağır olarsa tərkibində ehtiyat qida maddəsi o qədər çox olar.
Həmçinin belə toxumlarda rüşeym də böyük olur.
Toxumların qabığı möhkəm olduqda külli miqdarda və
qeyri-normal şəraitə davamlı olmaqla, bitkidə məhsuldarlıq
yüksək olur.
2.2. Toxumların inkişaf dövrləri və fazaları
Toxum çiçəkli bitkilərdə çoxalma orqanı hesab olunur. To-
xum yumurtacıqların mayalanması nəticəsində ana bitki üzə-
rində əmələ gəlir və o, ana bitkidən ayrıldıqda müstəqil orqa-
nizmin başlanğıcı hesab olunur. Daha doğrusu, toxum bitkinin
ontogenezində rüşeym stadiyasıdır, ondan yeni bitki inkişaf edir.
Toxumun içərisində rüşeym və onun ilk qidasını təşkil edən
ehtiyat qida maddəsi var. Toxumun rüşeymi üç hissədən:
tumurcuq, kökcük və ləpədən ibarətdir.
Toxum inkişafa başladıqda tumurcuqdan gələcək yarpaq və
46
gövdə, kökcükdən bitkinin kök sistemi, ləpədən isə bitkinin ilk
yarpaqları əmələ gəlir.
Ehtiyat qida maddəsinin toplandığı əsas toxumaya (ehtiyat
parenxima) endosperm (endosperm – daxili toxum deməkdir)
deyilir.
Bəzən belə olur ki, ehtiyat qida maddələri endospermdə yox,
rüşeymin öz hissələrində toplanır, bu zaman o, endospermsiz
toxum adlanır. Endospermli (bir ləpəli) toxumlara buğda, arpa,
vələmir və s. taxıl bitkiləri, zanbaqçiçəklilər və sair bitkilər
daxildir.
Endospermli toxumlar rüşeym, endosperm və qabıqdan
ibarətdir. Qabıq rüşeym ilə endospermi xaricdən əhatə edir.
Rüşeym kökcük, gövdəcik və tumurcuqdan ibarətdir Bun-
lardan başqa endosperm ilə rüşeym arasında qalxancıq olur ki,
o, endospermdən qida maddələrini sorub cücərməkdə olan rü-
şeymə keçirir. Qalxancıq rüşeymin ilk yarpaqcığı hesab olunur.
Rüşeymin ilk yarpaqcıqları isə ləpə adlanır. Endospermli
toxumlarda qalxancıq bir ədəd olduğundan, bir ləpəli toxumlar
adlanır. Endospermli toxumlarda ehtiyat qida maddəsi olaraq
əsasən nişasta və zülal toplanır.
Endospermsiz (iki ləpəli) toxumlara misal olaraq lobya, no-
xud, alma, pambıq, badımcan, palıd, gənəgərçək və s. toxum-
ları göstərmək olar. Endospermsiz toxumlar qabıq və rüşeym-
dən ibarətdir. Rüşeym yenə də kökcükdən, tumurcuqdan və iki
ədəd ləpədən ibarətdir.
Endospermsiz toxumların ləpələrində ehtiyat qida maddələri
toplanır. Bu toxumlarda ehtiyat şəklində zülal və nişasta
toplandığından onlar zülallı–nişastalı toxumlar adlanır. Lakin
ehtiyat qida maddələrinin əsas hissəsini zülal təşkil edir.
Yuxarıda qeyd etdik ki, çiçəkli bitkilərin çoxalmasında
toxum əsas rol oynayır. Toxumun cücərməsi üçün əlverişli
şəraitin olması lazımdır. Hər şeydən əvvəl toxumun cücərməsi
üçün istilik, rütubət, işıq, tənəffüsü üçün isə oksigen lazımdır.
Toxuma daxil olan suyun təsiri altında toxum şişir. Su ilə
Dostları ilə paylaş: |