Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   2   3   4   5   6   7   8   9   ...   89


yətli toxumlarla səpin aparılarkən aqrotexniki tədbirlərin düz-
gün həyata keçirildiyi şəraitdə  məhsuldarlığın  ən azı 20-30% 
artmasına səbəb olur. Elə buna görə  də ölkədə toxumçuluq 
sisteminin səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir.  
Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda 
həyata keçirilən aqrar islahatlara uyğun yeni hüquqi bazanın 
yaradılması, təşkilatlanma və digər istiqamətlərdə bir sıra iş-
lərin görülmə zərurəti yarandı. Odur ki, toxumçuluğun inkişaf 
etdirilməsinə xüsusi önəm verildi və bu barədə qanunlar qəbul 
edildi.  
Dərslik əvvəlki metodikalarda göstərilməyən bir çox başqa 
metod, üsul və qaydalar da daxil olmaqla ətraflı  və  dəyərli 
məlumatlarla zənginləşdirlimişdir. 
Dərslikdə  dənin fizioloji və kimyəvi prosesləri, dənin dol-
ması  və yetişməsi, toxumların kimyəvi tərkibinin və meteo-
roloji  şəraitin toxumun keyfiyyətinə  təsiri, yüksək keyfiyyətli 
toxumların becərilməsinin sənaye texnologiyasının aqronomik 
əsasları, sort və sort toxumların əhəmiyyəti, fotosintetik fəaliy-
yətə  və  məhsuldarlığa görə sortların xarakteristikası, döyüm 
zamanı toxumların zədələnməsi və onları  azaltma tədbirləri, 
toxumun səpin keyfiyyət göstəriciləri, onların standartları  və 
təyin edilmə üsulları, həmçinin yüksək məhsul əldə etmək üçün 
tarlalarda aprobasiya işləri geniş şərh edilmişdir.  
Dərsliyin yazılmasında xaricdə  və ölkəmizdə  nəşr edilmiş 
müxtəlif kitab və monoqrafiyalardan, tətbiq edilən üsul və 
metodlardan, internet məlumatlarından, digər mənbələrdən  
istifadə edilmişdir.  
Dərslik toxumşünaslıq sahəsində tədqiqat işləri aparan elmi 
işçilər, tələbələr, magistrantlar, doktorantlar, kənd təsərrüfatı 
məhsulları istehsalçıları üçün  yardımçı ola bilər.  
Müəlliflər oxucuların kitabda təsadüf edəcəkləri mümkün 
qüsurlarla bağlı iradlarını, təkliflərini, müxtəlif məzmunda 
rəylərini qəbul edir, onlara, materialından istifadə etdikləri 
müəlliflərə dərin təşəkkürünü bildirirlər.  


10 
I FƏSİL 
 
TOXUMŞÜNASLIĞIN PREDMETİ, VƏZİFƏLƏRİ VƏ 
ƏSAS  PRİNSİPLƏRİ 
 
 
1.1.  Toxumşünaslığın predmeti və məsələləri 
 
Toxumşünaslıq bir elm kimi, toxumların bitkidə  əmələ 
gəlməsini və inkişaf etməsini, onların mühit amillərinə olan 
tələbatını, səpin-cücərmə dövründə  və toxumların yığından 
əkininə kimi gedən bütün prosesləri və onların vəziyyətini, 
yüksək keyfiyyətli toxum materialının alınma üsullarını, 
həmçinin toxum keyfiyyətini təyin etmə üsullarını  işləyir və 
öyrənir. 
Toxumşünaslığın xüsusi tədqiqat predmeti toxum materialı, 
spesifik məsələsi - toxumluq materialın keyfiyyətinin yüksəl-
dilməsidir. Tədqiqat üsulu isə toxumluq materialın keyfiyyətini 
qiymətləndirməkdir. Ona görə də, o müstəqil fəndir.  
Toxum gələcək bitkinin rüşeym halında olmasıdır, hansı ki, 
onun bioloji və  təsərrüfat xassələrinin daşıyıcısıdır. Ona görə 
də  gələcək məhsuldarlıq toxumun keyfiyyətindən asılıdır. 
Botanika və bitkiçilikdə “Toxum” istilahı eyni məna daşımır. 
Botanikada toxum yumurtalığın iki qat mayalanması  nəticə-
sində inkişaf edir. O, rüşeym, qida maddələrinin ehtiyat hissə-
sindən və qabıqdan ibarətdir. Bitkiçilikdə isə  məhsul almaq 
üçün müxtəlif toxum materialı başa düşülür. 
Toxum səpin materialı kimi səpin keyfiyyətinə görə xarak-
terizə olunaraq məhsuldarlığın dəyişməsinə  təsir edir. Buraya 
aiddir: cücərmə enerjisi və cücərmə %-i, qarışıqlardan təmizlik 
%-i, xüsusilə alaq toxumlarının təmizliyi, xəstəlik və  zərər-
vericilərdən təmiz olması, toxumların iriliyi və s.  
Toxumların səpin keyfiyyətinə  tələbat ölkəmizdə Dövlət 
standartı ilə müəyyən edilir. 


11 
Toxumşünaslıq müstəqil elm sahəsi olmaqla o, seleksiya
toxumçuluq, əkinçilik, bitkiçilik və bir çox elm sahələri ilə çox 
sıx əlaqədardır. 
Toxumşünaslıq və toxumçuluq bir-birilə çox sıx əlaqədardır. 
Toxumşünaslıq toxumçuluqdan öz əsas məsələsinə görə  fərq-
lənir. Belə ki, toxumçuluğun  əsas məsələsi sortluq toxumların 
çoxaldılması, onlarının təmizliyinin saxlanılması, təsərrüfatları 
bu toxumlarla təmin etmə sistemlərinin işlənməsi və öyrənil-
məsidir. Eyni zamanda toxumçuluğun müvəffəqiyyəti toxumşü-
naslığın qanunauyğunluqlarının  əsası olan toxumluq materialın 
keyfiyyətindən, onların becərilmə texnologiyasından asılıdır.  
Toxumların səpin keyfiyyətini öyrənmək üçün toxum – nə-
zarətinin spesifik üsullarından  əlavə toxumşünaslıqda tarla və 
vegetasiya üsulları da tətbiq edilir. Bəzi hallarda fizioloji, bio-
kimyəvi, sitoloji və s. tədqiqat üsullarından da istifadə edilir.  
Toxumşünaslıqda toxum materialının səpin keyfiyyətini 
yüksəltmək üçün bir çox nəzəri və tətbiqi elmlərin üsullarından 
istifadə edilir.  
Kənd təsərrüfatı istehsalının intesivləşdirilməsi məsələsinin 
həllində yüksək səpin keyfiyyətli və  məhsuldar sort toxum-
larının əhəmiyyəti çox yüksəkdir.  
Səpin üçün yüksək keyfiyyətli toxumların istifadəsində to-
xumşünaslıq elmi və toxum nəzarəti mühüm rol oynamalıdır.  
 
1.2. Toxumşünaslığın məqsəd və vəzifələri 
 
Toxumşünaslığın məqsədi yüksək məhsuldarlığa və sabit 
irsi  əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə  və müxtəlif 
iqlim  şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların 
çoxaldılmasını təmin etməkdir. 
Toxumşünaslığın vəzifəsi – seleksiyanın nailiyyətlərini tez 
realizə eləmək, istehsalatda becərilən yüksək keyfiyyətli sort-
ların toxumları ilə bütün təsərrüfatları təmin etməkdir. Bu və ya 
digər sortun toxumu nə qədər yaxşı olursa olsun, müəyyən vaxt 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə