Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   2   3   4   5   6   7   8   9   ...   89

12 
keçdikcə, xüsusilə aqrotexnika kifayət qədər yüksək səviyyədə 
olmadıqda onlar öz keyfiyyətini itirir, tədricən pisləşir. Buna 
görə də toxum materialını həmin sortun toxumları ilə lakin da-
ha yaxşı cins xüsusiyyətlərə, nisbətən yüksək sort təmizliyinə 
malik olan toxumları ilə vaxtaşırı  təzələmək lazımdır.  ən 
yüksək keyfiyyətlərə elmi-tədqiqat idarələrinə, təcrübə stansi-
yaları  və institutların istehsal etdikləri  elit toxumlar malikdir. 
Toxumşünaslığın nəzəri  əsasını genetika, seleksiya və toxum-
çuluq təşkil edir. Onun əsas obyekti sort və toxum materialıdır. 
Toxumşünaslığın vəzifəsi dövlət reyestrinə daxil edilmiş 
bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiy-
yətlərini saxlamaq üçün sortdəyişmə  və sorttəzələməni həyata 
keçirməklə toxumların kütləvi artırılmasını, onun səpin keyfiy-
yət göstəricəlirinin, fiziki və biokimyəvi xüsusiyyətlərinin 
dəqiqləşdirilməsindən ibarətdir. 
Keyfiyyətli toxum gələcək yüksək məhsulun əsasıdır. Çünki, 
yüksək keyfiyyətli toxum aşağı keyfiyyətli toxumlara nisbətən 
bitkilərin məhsuldarlığını 15-20% artırır.  
Kənd təsərrüfatı istehsalının mühüm sahəsi kimi toxum-
şünaslıq iki məsələni həll edir: 
 1. Sortun yayılması üçün toxuma tələbin ödənilməsi. 
 2. Çoxalma prosesində həmin sortun xüsusiyyətlərini, qiy-
mətli təsərrüfat nişanələrini və sort təmizliyini saxlamaq. 
 Toxumşünaslıq seleksiyanın nailiyyətlərinin həyata keçiril-
məsini sürətləndirmək imkanına malikdir.  
Toxumşünaslığın hesabına sort bazar obyektinə çevrilir. 
Seleksiya və toxumşünaslığın qarşısında duran vəzifələr 
fərqli olsa da, onlar bir-biri ilə  sıx  əlaqədardır. Seleksiya za-
manı yeni sort və hibrid əldə edilir. Toxumşünaslığın və-
zifəsinə mövcud sort və hibridin təmiz halda saxlanılması  və 
toxumun sortluq və  səpin keyfiyyəti itirilmədən kifayət miq-
darda artırılmasını təmin edilməsi aid edilir. 
 
 


13 
1.3. Toxumşünaslıq sistemi və onun 
əsas prinsipləri 
 
Toxumşünaslıqda istifadə edilən bitki materialları, onların 
toxumları onun obyektləridir. 
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş qaydada toxum istehsalı, tədarükü, və istifadəsi ilə məş-
ğul olan hüquqi və fiziki şəxslər toxumşünaslığın sub-
yektləridir. 
Toxumşünaslıq fəaliyyəti aşağıdakı prinsiplər  əsasında hə-
yata keçirilməlidir: 
• sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan ve-
rən fərqlilik, oxşarlıq,  sabitlik və digər  əlamətlərin qorunub 
saxlanması; 
• toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə 
riayət olunması; 
• istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcbu-
riliyi; 
Toxumşünaslıq sistemi - toxum istehsalı, onun fiziki və bi-
oloji xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyət göstəricilərinin 
analiz edilməsi, tədarükü, saxlanması, sortluq və toxumluq 
işlərinin cəmidir. 
 Beləliklə toxumşünaslıq sistemi-istehsaldan satışa qədər to-
xumun keyfiyyətinə daimi nəzarət etmək üçün bütün kompleks 
tədbirləri əhatə edir. 
 Toxumşünaslıq bitkilərin çoxaldılma prosesi, onların bi-
ologiyasından asılı olaraq kütləvi, fərdi və klonlu seçmə ilə 
aparılır. 
 Kütləvi seçmə - çarpaz tozlanan bitkilərin və onların sortla-
rının toxumunun kütləvi seçmə üsulu ilə  aılnmasında, yeni 
yaradılan sortun sürətlə yayılması məqsədilə istifadə olunur. 
Toxum materialı artırılma mərhələsinə görə orijinal, elit və 
reproduksiyalı kateqoriyalara bölünür.  
Orijinal toxum-sortun alınmasında maraqlı olan şəxsin əldə 
etdiyi toxumdur. Orijinal toxumdan alınan və toxumçuluq üzrə 


14 
dövlət standartlarına cavab verən toxum elit adlanır. 
Reproduksiyalı toxum-elit toxumdan sonrakı nəsil (1-ci, 2-ci, 
3-cü və s.) sayılır. 
Toxumşünaslıq prosesində iki əsas məsələ:-sortdəyişmə  və 
sorttəzələmə məsələləri həll edilir. 
 Toxumşünaslıq sistemində - toxumların sort və əkin keyfiy-
yətinə  nəzarət, bütün təsərrüfatların sort toxumu ilə  təmin 
edilməsi, tədarükü əsas yer tutur. 
 Toxumşünaslıq sxemi dedikdə isə - sort əkinlərin və pitom-
niklərin qarşılıqlı əlaqəsi əsas götürülür. 
Kənd təsərrüfatı bitki sortunun təkrar istehsalı üçün istifadə 
edilən bitkilərin generativ orqanı toxum adlanır. Digər hissələr 
(çilik, kök, yarpaq, soğanaq, kök yumru su və s.) vasitəsilə 
çoxaltması isə vegetativ orqanlarla çoxaltmadır.  
 Ilkin toxumşünaslıq mərhələlərində bitki nəsillərinin selek-
siya yolu ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində 
alınmış toxum orijinal toxum adlanır. 
Orijinal toxumun çoxaldılmasından alınmış toxum super elit 
toxum adlanır. 
Super elit toxumun çoxaldılmasından alınmış toxum elit 
toxum adlanır. 
Elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum repro-
duksiyalı toxum adlanır. 
Sortun reproduksiyası artdıqca onun keyfiyyəti tədricən pis-
ləşir, xətti xarakter daşımır və mexaniki, bioloji zibillənməyə 
(spontan hibridləşmə  və ya təkrar tozlanma, təbii mutasiyanın 
baş verməsi, haçalanma)və  xəstəliklərin yayılmasına gətirib 
çıxarır. Müxtəlif bitkilərin sortunun pisləşmə  səbəbləri eyni 
olmur. Taxıl bitkilərində sortluq keyfiyyətinin pisləşməsinin 
əsas səbəbi mexaniki zibillənmə  və  xəstəliklərin yayılması, 
çarpaz tozlanan bitkilərdə çarpaz tozlanmadır. 
Sortdəyişmə  – təsərrüfat sahələrində bir sortun (və ya bir 
neçə sortun) qeydiyyatdan keçmiş digər daha məhsuldar və ya 
əvvəlki sortla müqayisədə  hər hansı üstünlüyə malik olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə